Şahdəniz 2 infrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Əlavə 9E
Sentyabr 2011
9E/12
İlkin layihə variant
100 ildə bir dəfə baş verən 24 saatlıq hesablanmış leysan miqdarı 72mm
götürülməklə və hesablanmış vahid hidroqrafından istifadə etməklə,
müxtəlif CN-
qiymətləri empirik şəkildə dəyişirdi və bu, nəticə etibarilə əldə olunan hidroqrafın pik
göstəricisi Şahqaya vadisi (s1-6) üçün proqnozlaşdırılan 100 ildə bir dəfə baş verən
61,17 m
3
/s-lik daşqın pik göstəricisinə uyğunlaşanadək davam etdi (Cədvəl 2.2-yə
baxın). CN qiyməti 78 götürülməklə hidroqrafın pik göstəriciləri arasında optimal
uyğunluq əldə olundu. Bu, 6 saatlıq leysan üçün 57 %-dən 72 saatlıq leysan üzrə 41
%-dək müxtəlif leysan müddətləri üzrə dəyişən axıntı faizindən istifadə etmişdir.
Tövsiyə olunan 18 saatlıq leysan üzrə axıntı faizi 48% təşkil edirdi və 24 saatlıq
leysan üçün isə bu faiz göstəricisi 46% idi. Sonradan sahə səfərləri zamanı vizual
olaraq təftiş edilmiş suyığıcı sahələr üçün məqsədəuyğun axıntı norması
hesablandığında, CN qiyməti 78 götürülməklə bütün suyığıcı yarım-sahələr boyunca
tətbiq edilmişdir.
2.3.1 İqlim Dəyişikliyinin Axıntı Həcmlərinə Təsirləri
İqlim dəyişkənliyinin gələcəkdə yağıntı hadisələrinin paylanmasındakı və
intensivliyindəki dəyişikliklər vasitəsilə daşqın riskinə necə təsir göstərəcəyini əks
etdirmək məqsədilə, BP şirkəti “İmperial College London” kollecinin mütəxəssisi olan
Dr. Ralf Toumiyə hesabat hazırlamasını həvalə etmişdir. “BP şirkətinin İqlim
Dəyişikliyinin Təsirinə dair Layihəsi”: Aralıq Hesabat” (yanvar 2011) adlı hesabatın
məqsədi iqlim dəyişikliyinin daşqınla bağlı nəticələrini müəyyənləşdirmək idi.
Hesabatda belə bir qənaətə gəlinir ki, 2040-cı ildən 2060-cı ilə qədər Səngəçal
regionu üçün 100 ildə bir dəfə baş verən gündəlik yağıntı miqdarında gözlənilən
dəyişiklik 10% artımdan ibarət olacaq. Baxmayaraq ki, 10% artım ilə bağlı əhəmiyyətli
qeyri-müəyyənlik mövcud idi, hesabatda tövsiyə olunur ki, iqlim dəyişikliyinin
nəticələrini əks etdirmək üçün daşqın modelləşdirilməsinin hidroloji tədqiqatlarında
keçmiş leysan göstəriciləri 10% artırılmalıdır. Modelə daxilə edilən göstəricilər də
müvafiq qaydada dəyişdirilib.
Digər quraq regionlardakı leysan profillərinin nəzərdən keçirilməklə və FSR-dən 90
%-lik yay leysan profilindən istifadə etməklə yağıntının paylanması müəyyənləşdirildi.
Hesablanmış leysan göstəriciləri sonradan CN qiyməti 78 götürülməklə suyığıcı
yarım-sahənin vahid hidroqrafına tətbiq edilib və nəticə etibarilə əldə olunan pik
göstəricilər və axıntı həcmləri Cədvəl 2.4-də göstərilir.
Şahdəniz 2 infrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Əlavə 9E
Sentyabr 2011
9E/13
İlkin layihə variant
Cədvəl 2.4 100 ildə bir dəfə baş verən hadisə üzrə FSR-SCS Pik Daşqın Göstəriciləri və
Daşqın Həcmləri
Suyığıcı
yarım-
sahənin
nömrəsi
Suyığıcı ərazinin adı
Sahəsi
km
2
Orta illik
daşqın
(m
3
/s)
Q100
hidroqraf
üzerə pik
göstərici
(m
3
/s)
Q100
Regional
tənlik
üzrə pik
göstərici
(m
3
/s)
Daşqın
həcminin
cəmi (m
3
)
s1-6 + Gz1 –
Gz3
Şahqaya vadisi
73.15
10.20
60.89
61.17
2,969,995
s7 Cexamud
qolu
20.06
4.70
22.79
27.75
766,378
s8
Kompleks
CIR/Səngəçal 9.99
3.08
14.28
18.17
371,852
nw1 + nw2
Mərkəzi Perimetr
Kanalına gedən drenaj
5.96 2.25 20.93 13.96 210,274
q9 + q91
Qaraquş Şimal Perimetr
Kanalı
6.33 2.34 14.70 13.78 227,375
q8 + q81 + q82
Qaraquş B1+B2
6.89
2.46
12.12
14.51
251,965
T (Ph 1)
Terminal
sahəsi 1
(yalnız Faza 1)
3.32 1.58 16.24 9.31 128,209
SD2
Faza 2 Terminal
1.94
1.14
8.83
6.72
70,421
RES1 Qərb tərəfdəki daşqın
sularını saxlama sahəsi
3.05 0.84 15.63 8.85 123,246
RES2 Mərkəzi drenaj sularının
subasar sahəsi
4.08 1.79 34.21 10.55 239,350
Daşqın suları saxlama sahələrinə
gələn və B3 və B4 vasitəsilə xaric
olan axınların cəmi
137.12
t/o
112.23* 89.1**
5,359,065
* Qeyd: ik göstəricilər üst-üstə düşmür, ona görə də bu şəkil ayrı-ayrı suyığıcı yarım-sahələrin pik axınlarının
cəmini əks etdirmir.
** 1-ci tənlik üstəgəl regional artım əyrilərindən əldə olunub və pik göstəricilərin cəmi deyil
Ümumiyyətlə, göstərilən vahid hidroqraf metodu ilə əldə olunmuş 100 illik daşqın
hesablamaları MAF metodundan istifadə etməklə əldə olunan hesablamalara və
həmçinin “Sutcliffe et al. (2008)” ədəbiyyatından əldə edilmiş daşqın tezliyinin
əyrilərinə uyğundur. Uyğun olmayan nəticələr Terminaldan və daşqın sularını
saxlama sahələri olan RES1’ və ‘RES2’-dən əldə edilmişdir, belə ki, burada vahid
hidroqraf metodu əhəmiyyətli dərəcədə daha yüksək pik axınlar hasil edib. Bu
gözlənilirdi, çünki həmin geniş sukeçirməz sahələrdə istifadə edilmiş axıntı əmsalı
MAF metodlu hesablamalarda istifadə edilmiş üstünlük təşkil edən kənd
ərazilərindəkinə nisbətən daha böyük idi.
Cədvəl 2.2-də verilmiş daşqın həcmi hesablamaları yağıntı miqdarının axıntı
göstəricilərinə çevrilməsi ilə hesablanmışdır və hər bir suyığıcı yarım-sahə üzrə bu
göstəricilər hidroloji modelləşdirmə tədqiqatında istifadə edilmişdir. Nəticələrə
əsasən, Şahqaya vadisi və mərkəzi drenaj çıxışlar vasitəsilə istiqamətlənən 100 illik
daşqın həcminin cəmi 5,36Mm
3
olacaq (suyığıcı yarım-sahələr arasında bölünməklə).
Nəticə etibarilə əldə olunan suyığıcı yarım-sahələrin hidroqrafları Şəkil 2.4-də böyük
daşqın hadisəsi üzrə göstərilir.