Şahdəniz 2 infrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Əlavə 9E
Sentyabr 2011
9E/8
İlkin layihə variant
Milli Meteorologiya Xidməti tərəfindən təqdim edilmiş 2008-ci il üzrə gündəlik yağıntı
miqdarına dair göstəricilər və daşqının təkrarlanma müddətləri göstərir ki, 100-illik,
24-saatlıq yağıntı miqdarı 70mm təşkil edir. Ələtdə və Bakıda yerləşən meteoroloji
stansiyalardan əldə olunmuş 1977-2006-cı illər üzrə gündəlik yağıntı miqdarının WRA
(2008b) tərəfindən statistik təhlili aparılmışdır və bu təhlildə Qumbel statistika
metodundan və Loqarifmik normal paylanma üsulundan istifadə edilmişdir. Bakıda
yerləşən meteoroloji stansiyadan əldə olunmuş nəticələr sonradan hidroloji modelə
daxil edilmişdir. Loqarifmik normal təhlildə hasil olmuş yağıntı miqdarının göstəricisi
100 ildə bir dəfə baş verən 24 saatlıq yağıntı üçün 72,4mm təşkil edir; bu, 3,02
mm/saat orta yağıntı intensivliyinə bərabərdir. Qumbel metodu ilə aparılan təhlildə
hasil olmuş böyük daşqın hadisəsində yağıntı miqdarı 66mm təşkil etmişdir; bu isə,
gözlənildiyindən daha azdır və hidroloji modeldə istifadə edilmişdir.
2.1.2 Səth Sularının Axın Göstəricisi
Mövcud məlumatlar nəzərdən keçirilmiş və aşağıdakı səth suyu obyektləri üçün illik
maksimum axın göstəricilər əldə edilmişdir: Çeyrankeçməz (Şahqaya vadisinin
bilavasitə cənubunda yerləşir və ‘s1’-dən ‘s8’-dək olan suyığıcı yarım-sahələr ilə su
hövzəsini bölüşür), Sumqayıt və Pirsaat (Cədvəl 2.1-ə baxın).
Cədvəl 2.1 Əldə Olunmuş İllik Maksimum Axın Göstəriciləri
Çay
Axın ölçən
stansiya
Sahəsi
km
2
Mövcud
illərin
sayı
Mövcud olan illik maksimum
daşqın göstəricilərinin illəri
Orta illik
daşqın miqdarı
(m
3
/s)
Ceyrankeçməz Səngəçal
1,170
14
1938-42, 1952-56, 1965-69
42.1
Ceyrankeçməz Umbakı 412
4
1957-58,
1960-61
12.4
Sumqayıt Pirəküşkϋl 1500
30
1937, 1939-40, 1942, 1958-75,
1976-85 77.8
Pirsaat Poladlı 995
21
1966,
1968-87
76.2
Pirsaat Jassi 648
4
1937-38,
1940-41
26.8
Pirsaat Zarat-Yeyberi
58
3
1961-63
2.88
Pirsaat
Sosseyniy
Mocm
407
9
1953-56, 1958, 1860-63
41.2
2.2 Regional
Daşqın Tezliyinin Hesablanması
İllik maksimum daşqın göstəricilərindəki məlumat çatışmazlıqları ilə bağlı problem
daşqının təkrarlanma müddətlərini hesablayan statistik metodun tətbiqi vasitəsilə həll
olundu. Bu metod (Daşqın Tezliyinin Təhlili adlandırılır) əsasən regionun və ya ölkənin
oxşar iqlimə və suyığıcı şəraitə malik digər hissələrindən ölçmə stansiyalarında
toplanılmış məlumatlar ilə əvəzləmə aparır. Bu, böyük daşqın hadisələrinin mötəbər
hesablamalarını təmin edə bilər.
Daşqın Tezliyinin Təhlili metodu ilə bağlı məhdudiyyətlərə mövcuddur. Məsələn,
məlumatların qısa müddətləri (“N” il sayı üçün) əhatə etdiyində, bu metod yalnız “2*N” ilin
təkrarlanma müddəti üçün illik maksimum axınları etibarlı şəkildə hesablaya bilir.
Nəticədə, səth suyu obyektləri üçün 50 illik təkrarlanma müddəti (Pirəküşküldə Sumqayıt
və Poladlıda isə Pirsaat) hesablana bilib. Mövcud məlumatların qısa müddətli olması
səbəbindən Daşqın Tezliyinin Təhlilindən istifadə edərək 100 illik təkrarlanma müddətini
hesablamaq mümkün olmayıb.
Şahdəniz 2 infrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Əlavə 9E
Sentyabr 2011
9E/9
İlkin layihə variant
Orta İllik Daşqın (MAF) qiymətləri mövcud vaxt sırası məlumatlarını əhatə edən pik axın
sərfinin orta göstəricilərini əks etdirir. Bir sıra MAF qiymətləri Sutklif
və digərləri (2008)
tərəfindən bildirildiyi kimi Azərbaycanın qərb və mərkəzi ərazilərində yerləşən ölçmə
stansiyalarından əldə olunub. “Sutcliffe
et al.
(2008)” ədəbiyyatından ümumilikdə 29 axın-
ölçmə stansiyasının verdiyi 859 illik MAF məlumatları götürülmüşdür və 2010-cu ildə
WRA tərəfindən yeddi ölçmə stansiyasından əldə olunmuş 85 illik göstəricilər ilə
birləşdirilmişdir. LogMAF və LogAREA (suyığıcı sahə) arasındakı statistik əlaqə sonradan
araşdırıldı və nəticələr isə Şəkil 2.3-də təsvir olunub. Səngəçaldakı suyığıcı sahələr
qırmızı rənglə göstərilib və Azərbaycandakı hər hansı yerdə yerləşən ölçmə
stansiyalarından qeydə alınmış məlumatlar isə mavi rənglə göstərilib.
Səngəçal suyığıcı sahələri üçün nəzərdə tutulan axın ölçmə stansiyaları və regiondakı
digər stansiyalar arasındakı korrelyasiya göstərir ki, LogMAF və LogAREA arasında
nəzərəçarpan oxşar əlaqə mövcuddur. Buna əsasən, MAF göstəriciləri səth suyu
axınındakı vaxt intervallarını doldurmaq üçün istifadə olunub və modelə isə
məqsədəuyğun əminlik səviyyəsi təmin edən məlumatlar daxil edilib.
Şəkil 2.3 Səngəçaldakı suyığıcı sahələr (qırmızı) və regional göstəricilər (mavi) üzrə
LogMAF və LogAREA arasında əlaqə
“Sutcliffe et al. (2008)” ədəbiyyatında həmçinin Azərbaycan üçün daşqın tezliyi
əyriləri təqdim olunub ki, buradan da bir sıra təkrarlanma müddətləri (T illəri) üzrə
daşqın hesablamalarını ‘Q(T)’ təmin etmək üçün MAF göstəriciləri hesablana bilər.
Daşqın tezliyini əks etdirən əyrilərdən istifadə etməklə, maraq dairəsi kəsb edən hər
bir suyığıcı yarım-sahə üçün daşqının pik axın göstəricisi hesablana bilər (baxın:
Cədvəl 2.2). Bu metod Daşqın Tezliyinin Təhlili ilə bağlı olan və
Sutklifin (və digərləri)
(2008) ədəbiyyatından götürülmüş daşqın tezliyinin əyrilərindən istifadədə mövcud olan
qeyri-müəyyənliyi birləşdirir. Buna baxmayaraq, bir sıra təkrarlanma müddətləri üzrə
əldə edilmiş ilkin daşqın hesablamaları lazımi daşqın
qiymətlərini təmin edir ki, bu
qiymətlər də mövcud məlumatlardan maksimum istifadəni əks etdirir. Cədvəl 2.2-də
verilmiş daşqının pik axın hesablamalar hidroloji modelləşdirmədə kalibrasiya
qismində istifadə oluna bilər və sonrakı daşqın göstəricisi hesablamalarına yardım
edə bilər.
Log MAF - Log AREA
LogMAF = 0.607LogAREA - 0.118
R
2
= 0.638
0
0.
1
1.
2
2.
1
1.
2
2.
3
3.
4
Log
Log
MAF
Səngəçalda Ceyrankeçməz
Umbakıda Ceyrankeçməz
(yalnız 4 illik məlumatlar –
♦
Səngəçaldakı suyığıcı sahələr
♦
Azərbaycandakı digər suyığıcı sahələr