Şahdəniz 2 infrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Əlavə 9E
Sentyabr 2011
9E/19
İlkin layihə variant
3.2.1 Yeni ŞD2 Giriş Yolunun Modelləşdirilməsi
Yeni ŞD2 İnfrastruktur giriş yolu üçün aparılmış hidroloji modelləşdirmə işləri ərzində,
drenaj problemi aşkar edildi, belə ki, Şahqaya vadisinin qolu Səngəçal qəsəbəsindən
gələn yerli giriş yolunun tikintisi ilə bağlı ŞD2 İnfrastruktur Sahəsinə tərəf cənuba
doğru istiqamətlənmişdir. Baxmayaraq ki, giriş yolunun məqsədi məlum deyil, ola
bilsin ki, tikinti işləri regional karxana fəaliyyətləri üçün istifadə ediləcək yük daşıma
yolu ilə əlaqəli idi. Drenaj probleminə səbəb yerli giriş yolunun altında suötürücü
borunun olmaması idi ki, bu da yolun torpaq tökümünün axın üçün maneə yaratması
və daşqın sularının cənuba istiqamətlənməsi ilə nəticələnirdi. Drenaj problemi
“Google Earth” proqramından əldə edilmiş təsvirlərdən (Şəkil 3.1-ə baxın) aşkar
edilmişdi və sonradan 2010-cu ilin aprel ayında aparılmış sahə tədqiqatı ilə
təsdiqlənmişdi.
Bu drenaj problemi üçün təklif olunan həll yolu qərbdəki daşqından mühafizə
bəndinin (və ya torpaq tökümünün) şimal-şərqə doğru yamac dabanınadək
genişləndirilməsindən və daşqın sularını geriyə cənub-qərbə doğru təbii kanala
istiqamətləndirməkdən ibarətdir (Şəkil 3.1-ə baxın).
New Flood Embankment
Problem Wadi - Diversion of Shachkaiya Wadi tributary
Obvious gullying and start of channel alongside road
Proposed extension of western embankment
Natural flow path
Problem (haul?) road
Şəkil 3.1 ŞD2 İnfrastruktur sahəsinin şimalında yük daşıma yolunun vadini
istiqamətləndirməsi
Hidroloji modelləşdirmə göstərdi ki, “B7” və “B8” suötürücü boruları (Şəkil 1.3-ə bax)
100 ildə bir dəfə baş verən daşqın hadisəsi nəticəsində yaranan axınları lokal
daşqına yol vermədən ŞD2 giriş yolunun altından müvafiq qaydada ötürə bilər.
Drenah axınlarının necə təsirə məruz qaldığını müəyyənləşdirmək üçün suötürücü
boruların ümumi sayı və onların birləşdirilmiş en kəsiyi sahəsi üzrə həssaslıq təhlili
həyata keçirildi.
Problemli (yük
daşıma?) yolu
Nəzərəçarpan yarğan əmələgəlmə prosesi və yolun
kənarı boyunca kanalın başlanğıcı
Təbii axın
trayektoriyası
Daşqın əleyhinə yeni damba
Problemli vadi – Şahqaya vadisinin qolunun istiqamətləndirilməsi
Qərb dambanın (torpaq tökümünün) nəzərdə
tutulan genişlənməsi
Şahdəniz 2 infrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Əlavə 9E
Sentyabr 2011
9E/20
İlkin layihə variant
“B8” suötürücü borusunun ölçüsünün həssaslığı nəzərdə tutulan beş düzbucaqlı
suötürücü borunun eni dəyişdirilməklə qiymətləndirildi ki, onların
optimal ölçüsü
müəyyənləşdirilsin. Müxtəlif ssenarilər üzrə “B8” suötürücü borusunda pik axın
səviyyələri Cədvəl 3.1-də sadalanır və burada hər bir ssenari üzrə 2,1m
hündürlüyünə və artan enə malik beş ədəd düzbucaqlı suötürücü boru müxtəlif səth
nahamarlığı göstəriciləri (Manninq ‘n’ adlandırılır) nəzərə alınmaqla sınaq edildi.
Həssaslıq təhlilinin nəticələri göstərir ki, suötürücü borunun enindəki dəyişikliklər pik
daşqın səviyyələrinə sadəcə kiçik təsir göstərəcək.
Eyni birləşdirilmiş en kəsiyi sahəsinə malik nisbətən daha çox sayda olan kiçik
suötürücü boruların təsirlərini simulyasiya etmək üçün istifadə edilən səth
nahamarlığındakı artımlar nəzərə çarpan təsirə malik deyil, belə ki, suötürücü
borunun ümumi en kəsiyi sahəsi 63 m
2
-dən artıqdır. Təsirin olmaması “RES2”-in
təmin etdiyi iri saxlama həcmi ilə və “RES1” və “RES2” arasında B8 suötürücü
borusundakı azca meyl ilə (bu, daşqın hadisəsi ərzində orta axına səbəb olmaqla
böyük daşqın hadisəsi üçün 2,12m
3
/san. təşkil edən nisbətən kiçik pik göstəriciyə
gətirib çıxarır) bağlıdır.
Cədvəl 3.1 Müxtəlif ssenarilər üzrə B8 suötürücü borusunun girişində pik səviyyələr
Ssenari
100 ildə bir dəfə baş verən 18 saatlıq daşqın üçün
B8 suötürücü borusunda pik səviyyələr (m ODS)
3m suötürücü boru eni
-18.914
6m suötürücü boru eni
-18.938
9m suötürücü boru eni *
-18.942
12m suötürücü boru eni
-18.943
0.015 Manninq n*
-18.942
0.03 Manninq n
-18.942
* İlkin hesablamalar.
ŞD2 İnfrastrukturunun layihələndirilməsi üzrə podratçının istəyinə əsasən 10 ildə bir
dəfə baş verən daşqın hidroqraflarından istifadə etməklə əlavə ssenari tamamlandı
ki, bu da beş ədəd 9 m-lik suötürücü boru üçün istinad səviyyəsindən yuxarı -
18,952m səviyyədə “B8” suötürücü boruda pik səviyyələrin azca daha az olması ilə
nəticələndi. Ümumilikdə, nəticələr göstərir ki, Əsas Götürülən Layihələndirmə
Variantına daxil edilmiş suötürücülərin cari sayını və enini artırmağa ehtiyac yoxdur.
3.2.2 Mərkəzi Drenaj Körpüsü “B3”-də Dəmir Yolu üçün Daşqın Riski
Yeni ŞD2 giriş yolu üçün suötürücü boruların ölçüsünü və optimal torpaq tökümü
hündürlüyünü müəyyənləşdirmək məqsədilə aparılan hidroloji modelləşdirmə göstərdi
ki, yeni torpaq tökümü dəmir yolunda mövcud yüksək daşqın riski səviyyələrini
azaldacaq.
3.2.3 “B6” Suötürücü Boruda Sahilyanı Şose üçün Daşqın Riski
2008-ci ilin dekabr ayında (WRA, 2008b) və 2010-cu ili oktyabr ayında (WRA, 2010)
WRA tərəfindən hazırlanmış hesabatlarda qeyd edilirdi ki, Səngəçal elektrik
stansiyasının yaxınlığındakı “B4” dəmir yolu körpüsünün axın üzrə aşağısında
yerləşən sahilyanı şosenin “B6” suötürücü borusu böyük daşqın hadisəsi zamanı
daşqına məruz qalmaq riskinə malikdir. 2010-cu ildə həyata keçirilmiş hidroloji
modelləşdirmə göstərir ki, şosenin 200m – 300m arasında sahəsi böyük daşqın