Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 2:
Siyasi, Normativ-hüquqi və İnzibati Baza
Dekabr 2011
Yekun variant
2/3
cı ilin oktyabr ayının 17-də Azərbaycan Respublikasının qanunu kimi qüvvəyə minmişdir. “BP
Exploration (Şhah Deniz) Limited” şirkəti, Birgə Əməliyyat Müqaviləsinə və Operator
Xidmətləri üzrə Müqaviləyə müvafiq olaraq, ŞD HPBS tərəfdaşları adından Texniki Operator
kimi fəaliyyət göstərir.
HPBS-də qeyd edilir ki, əməliyyatlar ümumi ətraf mühit, digər təbii ehtiyatlar və əmlak nəzərə
alınaraq insan həyatının, ətraf mühitin və əmlakın mühafizəsinə üstünlük verilməklə həyata
keçirilməlidir.
HPBS-nin 26.1-ci Maddəsində qeyd olunur ki:
“Podratçı ARDNŞ və Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə
Nəzarət Komitəsi (DEK) ilə birlikdə Neft-qaz Əməliyyatlarının tənzimlənməsi üçün uyğun olan
təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi standartlarını və üsullarını işləyib
hazırlayacaq”
1
HPBS-nin 26.1-ci Maddəsində həmçinin tələb olunur ki, müvafiq standart və texnologiyaların
işlənib hazırlanmasında ətraf mühitin keyfiyyəti, texniki imkanlar,
iqtisadi qabiliyyət və
rentabellik kimi məsələlər nəzərə alınmalıdır (bax: ŞD HPBS-dən çıxarış, Əlavə 2A) və daha
sonra belə bəyan edilir:
“26.4 Maddəsinin birinci cümləsinə əsasən, qüvvəyə minmə tarixindən etibarən Neft
Əməliyyatlarına tətbiq olunacaq standartlar, Tərəflər və DEK arasında müəyyən edilmiş
tarixdə Podratçı, ARDNŞ və DEK arasında işlənib hazırlanmış və razılaşdırılmış yeni
təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartları ilə əvəz edilməyincə, Əlavə IX-un II
hissəsində nəzərdə tutulan standartlar və təcrübələrdən ibarət olmalı və belə tarixdən
etibarən belə razılaşdırılmış standartlar və təcrübələr bütünlüklə Müqavilədə nəzərdə
tutulubmuş kimi qanuni qüvvəyə malik olmalıdır.”
HPBS-in 26.1-ci Maddəsinin tələblərinə cavab kimi xüsusi olaraq Ətraf Mühitin Mühafizəsi
Standartları (ƏMMS) işlənib hazırlanmışdır və 1998-ci ildə ARDNŞ və ETSN-nin imzalanmış
məktubları əsasında rəsmi surətdə təsdiqlənmişdir. Ətraf Mühitin Mühafizəsi Standartlarının
işlənib hazırlanması üzrə texniki iş 2001-ci ildə başlanmışdır. İstehsalat Standartları Şah
Dəniz Layihəsi Tərəfdaşları tərəfindən təsdiqlənmişdir. Onların hüquqi qüvvəyə minməsi üzrə
protokol ŞD tərəfdaşları və ARDNŞ adından BP tərəfindən imzalanmış, lakin ETSN tərəfindən
hələ imzalanmamışdır. Aşağıda göstərilmiş ŞD ƏMMS sənədləri işlənib hazırlanmışdır:
ŞD ƏMMS sənədi: Təsdiqləmə və İcazələrin alınması - ətraf mühitə potensial
təsirlərlə nəticələnən ŞD layihələri və fəaliyyətləri üçün icazələrin alınması və
təsdiqləmə prosesinin təfərrüatları
ŞD ƏMMS sənədi: Ekoloji Planlaşdırma və Ətraf Mühit – ŞD layihələri üçün ətraf
mühit məsələlərinin idarə edilməsinə dair tələblərin xülasəsini təmin edir
ŞD ƏMMS sənədi: Ekoloji risklərin qiymətləndirilməsi və idarə edilməsi - ŞD
layihələrinin icrası ilə əlaqədar ekoloji risklərin qiymətləndirilməsini (ERQ) aparmaq
üçün Operatorun riayət etməli olduğu ƏMMS-nin təfərrüatı.
ŞD ƏMMS sənədi: Ekoloji Keyfiyyət Standartları - ətraf mühitə atqılara və
emissiyalara tətbiq edilən ƏMMS standartların işlənməsi üçün əsas kimi istifadə edilən
çirkləndiricilərin ilkin MYQH-nin (maksimum yol verilən qatılıq həddi) təfərrüatı
ŞD ƏMMS sənədi: Atqılar və emissiyalar - ətraf mühitə atqılara və emissiyalara
nəzarət məqsədilə ŞD layihələrinin icrasına cəlb olunmuş Operator və bütün
podratçılar tərəfindən riayət olunmalı ƏMMS-lərin təsviri
ŞD ƏMMS sənədi: Kimyəvi maddələrin seçilməsi və idarə edilməsi – kimyəvi
maddələrin seçilməsi və idarə edilməsi məqsədilə ŞD layihələrinin icrasına cəlb
olunmuş Operator və bütün podratçılar tərəfindən riayət olunmalı ƏMMS-lərin təfərrüatı
1
HPBS-də neft qaz əməliyyatlarının tərifi bu cür verilir: “Neft-qaz əməliyyatları - Karbohidrogenlərin kəşfiyyatı,
qiymətləndirilməsi, işlənməsi, çıxarılması, hasilatı, sabitləşdirilməsi, hazırlanması (o cümlədən təbii qazın
hazırlanması), oyadılması, təzyiq göstərilməsi, toplanması, saxlanması, yüklənib göndərilməsi, çatdırılma
məntəqəsinədək nəql edilməsi və Kontrakt sahəsində hasil edilmiş karbohidrogenlərin marketinqi və Kontrakt
sahəsində ləğvetmə işləri ilə bağlı bütün əməliyyatlar deməkdir”.
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 2:
Siyasi, Normativ-hüquqi və İnzibati Baza
Dekabr 2011
Yekun variant
2/4
ŞD ƏMMS sənədi: Kondensat və Kimyəvi Maddələrin Dağılmasına Qarşı
Fövqəladə Fəaliyyətin Planlaşdırılması - kondensat və kimyəvi maddələrin
dağılmasına qarşı fövqəladə fəaliyyət planının (KKMDQFFP) hazırlanması məqsədilə
ŞD layihələrinin icrasına cəlb olunmuş Operator və bütün podratçılar tərəfindən riayət
olunmalı ƏMMS-lərin təfərrüatı
ŞD ƏMMS sənədi: Tullantıların idarə edilməsi – tullantıların əmələ gəldiyi yerdən
onların zərərsizləşdirildiyi yerədək ekoloji baxımdan təhlükəsiz qaydada idarə
edilməsini təmin etmək məqsədilə ŞD layihələrinin icrasına cəlb olunmuş Operator və
bütün podratçılar tərəfindən riayət olunmalı ƏMMS-lərin təfərrüatı.
Müvafiq olaraq, İstehsalat Standartlarının hüquqi qüvvəyə minməsinə dair protokol bütün
tərəflər tərəfindən imzalanmayınca, HPBS-ya Əlavə IX-un II hissəsində nəzərdə tutulmuş
standartlar və təcrübələr istehsalat əməliyyatlarına tətbiq edilməkdə davam etməlidir.
HPBS-nin 26.4 Maddəsinə görə, “BP Exploration (Azerbaijan) Limited” şirkətindən tələb
olunur ki:
“...səhiyyəyə, təhlükəsizlik texnikasına, ətraf mühitin mühafizəsinə və bərpasına dair
Azərbaycan Respublikasının hamılıqla tətbiq edilə bilən mövcud və gələcək qanunlarına,
yaxud qərarlarına tabe olur, bu şərtlə ki, həmin qanunların və ya qərarların tələbləri Ətraf
mühitin mühafizəsinin standartlarından sərt olmasın”.
HPBS-nin 9-cu Əlavəsində HPBS-nin imzalandığı vaxtda beynəlxalq neft sənayesi üçün
ümumi qəbul edilmiş standartları və təcrübələri açıqlayır. Cədvəl 2.1 və 2.2-də mövcud
beynəlxalq neft sənayesi üzrə əsas prinsiplərin tərkib hissəsini təşkil edən beynəlxalq və
regional konvensiyalara dair xülasə verilir.