Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 2:
Siyasi, Normativ-hüquqi və İnzibati Baza
Dekabr 2011
Yekun variant
2/7
2.4 Ətraf mühitin mühafizəsi haqqında milli qanunvericilik
Hökumət ətraf mühitin mühafizəsi üzrə milli qanunvericiliyin Avropa İttifaqının ətraf mühitin
mühafizəsi haqqında qanunvericiliyinə əsaslanan beynəlxalq səviyyədə qəbul olunmuş
qanunvericiliyə uyğunlaşdırılması prosesini həyata keçirməklə bağlı öhdəlik götürmüşdür.
Həmin proses hazırda davam etdiyi üçün ŞD2 İnfrastruktur Layihəsi qüvvədə olan milli
qanunvericilik tələblərinə riayət edəcək, bir şərtlə ki, həmin tələblər HPBS müddəalarına
uyğun olsun və beynəlxalq neft-qaz sənayesi standartları və təcrübəsi ilə ziddiyyət və yaxud
digər şəkildə uyğunsuzluq təşkil etməsin.
Azərbaycanda ətraf mühitin mühafizəsi üzrə milli qanunvericiliyin əsasını aşağıdakı
məsələlərin həllinə yönəlmiş “Ətraf mühitin mühafizəsi haqqında” Qanun (1999) təşkil edir:
Dövlətin, vətəndaşların, ictimai birliklərin və yerli özünüidarəetmə orqanlarının hüquq
və vəzifələri;
Təbii sərvətlərdən istifadə;
Monitorinq,
standartlaşdırma və sertifikatlaşdırma;
Ətraf mühitin mühafizəsi sahəsində iqtisadi tənzimləmə;
Dövlət Ekoloji Ekspertiza İdarəsi (DEEİ);
İqtisadi fəaliyyət üzrə ekoloji tələblər;
Təhsil, elmi tədqiqatlar, statistika və informasiya;
Fövqəladə ekoloji şərait və ekoloji fəlakət zonaları;
Ətraf mühitin mühafizəsinə nəzarət;
Ekoloji auditin keçirilməsi;
Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət; və
Beynəlxalq əməkdaşlıq.
Qanunun 54.2 Maddəsinə müvafiq olaraq, ƏMTQ sənədləri DEEİ-dən keçməlidir, yəni ətraf
mühit məsələləri üzrə səlahiyyətli orqan (ETSN) tərəflərin hazırlayıb təqdim etdiyi ƏMTQ
sənədlərinin nəzərdən keçirilməsi və təsdiq edilməsi üzrə cavabdehlik daşıyır. Qanun DEEİ
prosedurunun əsasını qoyur ki, bu, nəzərdə tutulan Layihənin ətraf mühitin mühafizəsi üzrə
müvafiq standartlara uyğunluğunun (misal üçün, çirklənmə səviyyələri, atqılar və səs-küy)
ayrıca yoxlanılması hesab edilə bilər. Bundan əlavə, qanunla müəyyən olunur ki, layihələr
DEEİ tərəfindən müsbət rəy olmadan icra oluna bilməz.
DEEİ yanaşması dövlət orqanlarından təqdim olunan bütün hesabatları ətraf mühitə
potensial təsirlər baxımından rəsmi olaraq yoxlayıb təsdiq etmələrini tələb edir. Hazırda
beynəlxalq miqyasda qəbul edilmiş təcrübə təsirlərin qiymətləndirilməsi üçün mütənasib,
məsləhətləşmə və ictimai məsuliyyət xarakteri daşıyan bir yanaşmaya üstünlük verir.
Cədvəl 2.3-də ətraf mühit və sosial sahə ilə bağlı əsas milli qanunların xülasəsi təqdim olunur.
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi
Fəsil 2:
Siyasi, Normativ-hüquqi və İnzibati Baza
Dekabr 2011
Yekun variant
2/8
Cədvəl 2.3 Ətraf mühit və sosial sahə ilə bağlı əsas milli qanunlar
2
Mövzu
Adı
Tarixi
Təsviri / ŞD2 İnfrastruktur Layihəsi üzrə ƏMSSTQ-yə aidiyyəti
Azərbaycan Respublikasının “Ətraf mühitin
mühafizəsi haqqında” 678-IQ saylı Qanunu
08/06/1999 (son
düzəliş
30/03/2001)
Ətraf mühitin mühafizəsi üzrə əsas prinsipləri, habelə Dövlətin, ictimai birliklərin, vətəndaşların ətraf mühitin
mühafizəsi ilə bağlı hüquq və öhdəliklərini müəyyən edir.
(yuxarıda təsvir olunub)
Avtomobil Yolları Haqqında Qanun, Maddə
39: Ətraf Mühitin Qorunması
10/03/2000 Tələb edir ki, avtomobil yollarının hər hansı tikintisi və ya yenidən qurulması üçün Dövlət Ekolojİ
Ekspertizasından rəsmi icazə alınsın və bu zaman isə layihə nümayiş etdirməlidir ki, praktiki cəhətdən
mümkün ən yaxşı texnologiyalardan istifadə olunur və layihə zamanı istifadə edilən bütün kimyəvi maddələr
ekoloji cəhətdən məqsədəuyğun olmalıdır.
SNIP 2.05.02-85 Avtomobil Yolları üçün
Tikinti Normaları və Qaydaları, Maddə 3:
Ətraf Mühitin Mühafizəsi
1987 – son
düzəliş 2000
Yolu effektiv şəkildə layihələndirməklə və eləcədə aşağıdakılar vasitəsilə ətraf mühitə mənfi təsirlərin
azaldılmasını təşviq edir:
Qruntun üst qatının çıxarılması və təkrar istifadə edilməsinə dair təlimatlar verməklə (maddə 3.4);
Avtomobil yolu ilə insanların məskunlaşdığı sahələr arasında bufer zonanın təmin olunması zərurətini
müəyyənləşdirməklə;
Müvafiq
səs-küy normalarına riayət olunmasını təmin etmək üçün səs-küyün azaldılması tədbirlərini tələb
etməklə (maddə 3.9); və
Artıq materialların boşaldılması prosesini müəyyənləşdirməklə (maddə 3.12).
Avtomobil Yollarının Tikintisi, İdarə
Olunması və Layihələndirilməsi üzrə
Təlimatlar:
Hissə I: Avtomobil yollarının planlaşdırılması
Hissə II: Avtomobil yollarının tikintisi
07/02/2000 Avtomobil
yollarının layihələndirilməsində, tikintisində və texniki xidmətində ekoloji problemləri nəzərə alır.
Avtomobil yollarının tikintisində ətraf mühitin mühafizəsi tədbirlərinə dair əhatəli müddəalar təmin edir
(məsələn: torpaqdan istifadə; səth və qrunt suyu ehtiyatlarının mühafizəsi; flora və faunanın mühafizəsi; yol
tikinti maşınlarının və materiallarının istifadəsi, hazırlanması və saxlanılması; tikinti maşın-mexanizmlərinə
texniki qulluq; müvəqqəti konstruksiyalar; müvəqqəti yollar; yanğından mühafizə; qrunt karxanaları və
materialın daşınması; toza yol verilməməsi; torpağın çirklənməyə qarşı mühafizə olunması; torpağın
eroziyasının qarşısını alma və s.). Bu sənədə qoşulmuş əlavələrdə həmçinin toksik maddələrin maksimum
yolverilən konsentrasiyaları üzrə; səs-küyə nəzarət tədbirləri üzrə; tikinti avadanlığından sızan yağ və yanacaq
nəticəsində torpağın çirklənməsi üzrə; və səth sularının keyfiyyəti üzrə standartlar müəyyənləşdirilib.
Ümumi
Azərbaycan Respublikasının “Ekoloji
təhlükəsizlik haqqında” 677-IQ saylı Qanunu
08/06/1999 Ölkənin ətraf mühitin mühafizəsinə dair qanunvericiliyinin əsas iki qanunundan biridir (“Ətraf mühitin
mühafizəsi haqqında” Qanun ilə birlikdə). Qanunun məqsədi həyat və sağlamlığın, cəmiyyətin, ətraf mühitin, o
cümlədən atmosfer havasının, fəzasının, su tutarlarının, mineral ehtiyatların, təbii landşaftların, bitkilərin və
heyvanların təbii və antropogen təhlükələrdən mühafizə edilməsi üçün hüquqi baza müəyyən etməkdən
ibarətdir.
Qanunda Dövlətin, vətəndaşların və ictimai birliklərin ekoloji təhlükəsizlik, o cümlədən informasiya və öhdəlik
baxımından hüquq və vəzifələri müəyyən edilir. Qanunda həmçinin iqtisadi fəaliyyətin tənzimlənməsini, ərazi
rayonlaşdırılmasını və ekoloji fəlakətlərin fəsadlarının azaldılmasını əhatə edir.
Azərbaycan Respublikasının “Xüsusi
mühafizə olunan təbiət əraziləri və obyektləri
haqqında” 840-IQ saylı Qanunu
24/03/2000 Azərbaycandakı mühafizə olunan təbii ərazilər və obyektlər üzrə hüquqi bazanı müəyyən edir.
Ekosistemlər
Azərbaycan Respublikasının “Fauna
haqqında” 675-IQ saylı Qanunu
04/06/1999 Heyvanlar
aləmi, fauna üzərində mülkiyyət hüququ və tərəflər arasındakı hüquqi münasibətlər müəyyən
olunur. Qanunda həmçinin Dövlət tərəfindən inventarlaşdırma və monitorinq ilə bağlı məsələlər, habelə
iqtisadi normalar və cəzalandırma normaları təsvir olunur.
2
Bu cədvəl müxtəlif mənbələr əsasında tərtib olunmuşdur, o cümlədən: Birləşmiş Millətlər Təşkilatı 2004, Ekoloji Göstəricilərin Nəzərdən Keçirilməsi Silsiləsi №19 – Azərbaycan; Kyuri və Braun,
2008, Abşeron yarımadası layihəsi üçün bərk tullantıların kompleks idarə olunması sistemi, və Popov 2005, Azərbaycanda şəhər ekologiyasına dair qısa məlumat (AİB nəşri).