Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 2:
Siyasi, Normativ-hüquqi və İnzibati Baza
Dekabr 2011
Yekun variant
2/13
2.5 Regional Proseslər
2.5.1 Avropa
İttifaqı
Aİ ilə Azərbaycanın münasibətləri başlıca olaraq Aİ-Azərbaycan arasında Tərəfdaşlıq və
Əməkdaşlıq Sazişinə (TƏS) və Avropa Qonşuluq Siyasətinə (AQS) əsaslanır.
TƏS 1999-cu ildə qüvvəyə minmişdir. Həmin sazişin 43-cü Maddəsinə əsasən:
“Azərbaycan Respublikası öz qanunvericiliyinin tədricən İttifaqın qanunvericiliyinə
uyğunlaşdırılmasını təmin etmək üçün səy göstərməlidir ”.
TƏS çərçivəsində Aİ tərəfindən Azərbaycanın ətraf mühitin mühafizəsinə dair
qanunvericiliyinin Aİ Direktivləri üzrə qiymətləndirilməsi nəticəsində milli qanunvericiliyin Aİ
Direktivlərinə uyğunlaşdırılması üçün bir sıra tövsiyələr müəyyən edilmişdir
4
. Bunun əsasında,
institusional potensialı və xərcləri nəzərə almaqla milli qanunvericiliyə düzəliş və əlavələrin
edilməsinə universal yanaşmanı vurğulayan milli proqramın layihə variantı işlənib
hazırlanmışdır
5
.
Genişlənməsindən sonra Avropa İttifaqı AQS-nin həyata keçirilməsinə başlamış və 2004-cü
ildə Azərbaycan həmin siyasətin iştirakçısı olmuşdur. AQS-nin həyata keçirilməsi üzrə hazırkı
Milli İndikativ Proqrama
6
ətraf mühitin mühafizəsi sektorunda qanunvericilik islahatlarını
dəstəkləməyə dair
öhdəlik daxil edilmişdir, o cümlədən:
Azərbaycanın ətraf mühitin mühafizəsinə dair qanunvericiliyinin və standartlarının Aİ
qanunvericilik və standartlarına uyğunlaşdırılması;
Ətraf mühitin mühafizəsinə dair kompleks icazə sistemi vasitəsilə idarəetmə
potensialının gücləndirilməsi;
Ətraf mühitə təsirlərin qiymətləndirilməsi üzrə prosedurların və strukturların
təkmilləşdirilməsi; və
Sektorlara
aid
ətraf mühitin mühafizəsinə dair planların işlənib hazırlanması (tullantılar
və su ehtiyatlarının idarə olunması, havanın çirklənməsi və s.)
2.5.2 Avropa
üçün
Ətraf Mühit
“Avropa üçün Ətraf Mühit”
7
, üzv dövlətlərin, o cümlədən Azərbaycanın və Birləşmiş Millətlər
Təşkilatının Avropa İqtisadi Komissiya (UNECE) regionu çərçivəsində digər təşkilatların
tərəfdaşlığıdır. “Avropa üçün Ətraf Mühit” tərəfdaşlığının rəhbərliyi və dəstəyi ilə nazirlər
səviyyəsində ətraf mühitin mühafizəsinə dair bir sıra konfranslar keçirilmiş və nəticədə bu
sənədin 2.4 Bölməsində təsvir olunmuş UNECE konvensiyaları yaradılmışdır.
2.6 Beynəlxalq Neft-Qaz Sənayesi üzrə Standartlar və Təcrübələr
ŞD ilə əlaqədar işlərin ictimai səhiyyə, təhlükəsizlik və mühafizə və ətraf mühitin bərpası
baxımından milli qanunvericiliyə uyğun olması tələb olunur,
bu şərtlə ki, həmin tələblər
Ekoloji Standartlardan sərt olmasın (ŞD HPBS, Maddə 26.4). Buna görə də müvafiq
beynəlxalq sənaye standartlarının nəzərə alınması milli qanunvericiliyin tətbiq oluna bilmə
mümkünlüyünün müəyyən edilməsi zamanı mühüm bir element hesab olunur. Sənaye
standartları, o cümlədən Neft Sənayesi Beynəlxalq Geoloji Kəşfiyyat və Hasilat Şirkətləri
Forumunun (E&P Forum), Geofizika Təşkilatlarının Beynəlxalq Assosiasiyasının (IAGC) və
Qazma əməliyyatları üzrə Podratçıların Beynəlxalq Assosiasiyasının (IADC) standartları ŞD
4
Məmmədov, A. və Apruzzi, F. (2004) Aİ və Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin həyata
keçirilməsinə dəstək. Ətraf mühitə və təbii ehtiyatlardan istifadəyə dair cədvəl şəkilli hesabat. Hesabat “TACIS” üçün
hazırlanmışdır.
5
SOFRECO Davamlı İqtisadi və Sosial İnkişaf üzrə Məsləhət Şirkəti (tarixi qeyd olunmayıb) Aİ və Azərbaycan
arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin
həyata keçirilməsinə dəstək, Qanunvericiliyin uyğunlaşdırılmasına dair
proqramın layihə variantı.
6
MİP (2007) Avropa Qonşuluq və Tərəfdaşlıq Aktı, Azərbaycan Milli İndikativ Proqramı.
7
UNECE (2008) Avropa üçün Ətraf Mühit (
http://www.unece.org/env/efe/welcome.html
)
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 2:
Siyasi, Normativ-hüquqi və İnzibati Baza
Dekabr 2011
Yekun variant
2/14
HPBS-də konkret olaraq qeyd olunmuşdur. HPBS çərçivəsindəki tikinti fəaliyyətləri ilə bağlı
spesifik beynəlxalq standartlar mövcud deyil.
2.7 BP şirkətinin tələbləri
“Yeni giriş layihələri, İri layihələr, Beynəlxalq Mühafizə Olunan Ərazi Layihələri və Əldə etmə
barədə danışıqlar üçün Ekoloji və Sosial Tələblər” adlı BP Qrupunun
Müəyyən etdiyi Təcrübə
(QMT) ətraf mühit və sosial sahə üzrə potensial təsirlərin “skrininq” adlandırılan ilkin
müəyyənləşdirilməsi üçün dəqiq və ardıcıl bir metodika ortaya qoyur. Bu təcrübə BP-nin
layihələrin potensial ekoloji və sosial təsirlərinin idarə edilməsinə yardımçı olan tövsiyələrini
əhatə edən “Layihələr üçün ekoloji və sosial məsələlərlə bağlı tövsiyələr” adlı Qrup Tövsiyə
Təcrübəsi (QTT) sənədinə əsaslanır. QTT sənədi ŞD2 İnfrastruktur Layihəsinin fəaliyyətləri
üçün münasib olan yeddi Təsirlərin İdarə Olunması Prosesini (TİOP) və on altı İcra
Göstəriciləri üzrə Tövsiyəni (İGT) əhatə edir.