Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 3:
Təsirin Qiymətləndirilməsi üzrə Metodologiya
Dekabr 2011
3/4
Yekun variant
3.2.1 İlkin müəyyənləşdirmə və əhatə dairəsinin müəyyənləşdirilməsi
İlkin müəyyənləşdirmə qiymətləndirmə prosesində birinci mərhələdir. Bu mərhələ layihənin
həyata keçirildiyi müddət boyunca layihənin və onunla əlaqədar fəaliyyətlərin növünü biofiziki
mühit, sosial-iqtisadi və siyasi-normativ baza baxımından qiymətləndirməklə ƏMSSTQ-yə
zərurətin olub-olmadığını (və ya digər qaydada) təsdiqləyir.
ŞD2 İnfrastruktur Layihəsi ilə bağlı yerləşən sahəni, miqyası və planlaşdırılan fəaliyyətləri
nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılıb ki, layihə üçün
ƏMSSTQ tələb olunacaq və ƏMSSTQ “Siyasi, Normativ-Hüquqi və İnzibati Baza” adlı 2-ci
Fəsildə müəyyənləşdirilmiş qüvvədə olan milli və beynəlxalq qanunvericiliyi, ŞD üzrə HPBS-ni
və BP standartların; nəzərə almalıdır.
Əhatə dairəsinin müəyyənləşdirilməsi layihə fəaliyyətləri ilə ətraf mühitin “reseptorları”
arasındakı gözlənilən “qarşılıqlı əlaqələrin” yüksək səviyyəli qiymətləndirilməsidir. Bu
mərhələnin məqsədi qiymətləndirmədə diqqəti əsas problemlərə yönəltmək və fəaliyyətlərin
nəzərəçarpan təsirlə nəticələnəcək məhdud potensialına əsaslanmaqla təsirin tam
qiymətləndirilməsi prosesindən bir sıra fəaliyyətləri ləğv etməkdir. “Əhatə dairəsindən/iş
həcmindən fəaliyyətin/hadisənin xaric edilməsi” qənaətinə gəlmək üçün əvvəlki fəaliyyətlər və
hadisələrlə bağlı təcrübələrə əsasən ekspert və alimlərin birgə rəyindən, bəzi hallarda isə
əhatə dairəsi səviyyəsində kəmiyyət təhlilindən (məsələn, emissiyaların və atqıların
modelləşdirilməsi) istifadə olunur.
ŞD2 İnfrastruktur Layihəsi üzrə əhatə dairəsinin müəyyənləşdirilməsi prosesinə aşağıdakılar
daxildir:
Layihə fəaliyyətləri üçün müvafiq olan mövcud ekoloji və sosial-iqtisadi məlumatların və
hesabatların nəzərdən keçirilməsi; və
Məlumatları toplamaq və layihə fəaliyyətlərinə dair anlayış formalaşdırmaq üçün ŞD
İnfrastruktur üzrə Layihələndirmə Heyəti ilə əlaqə saxlanılması.
Bu yoxlamaların, araşdırmaların və məsləhətləşmələrin nəticələrinə və əldə edilmiş faktlara
əsasən, ŞD2 İnfrastruktur Layihəsinin Heyəti aşağıdakıları müəyyənləşdirmişdir:
ŞD2 İnfrastruktur Layihəsinin fəaliyyətləri və ekoloji/sosial-iqtisadi reseptorlar arasında
mümkün qarşılıqlı əlaqəyə əsasən layihə ilə bağlı ətraf mühitə və sosial-iqtisadi sahəyə
təsirlər; və
Ətraf mühitə və sosial-iqtisadi sahəyə dair məlumatların və/və ya texniki məlumatların
miqyası, dərinliyi və/və ya keyfiyyəti ŞD2 İnfrastruktur Layihəsinin ƏMSSTQ prosesi
üçün kifayət dərəcədə olmaması kimi çatışmazlıqlar (beləliklə də, ƏMSSTQ-ni
tamamlamaq üçün zəruri əlavə işləri müəyyənləşdirmişdir).
3.2.2 Layihənin Alternativləri və Əsas kimi qəbul edilmiş layihələndirmə
variantı
3.2.3.1 Layihənin Alternativləri
Layihənin müəyyənləşdirilməsində atılan ilkin addım konseptual səviyyədə layihənin
məqsədəuyğun alternativlərini müəyyən etməkdən ibarət olmuşdur ki, Əsas kimi Qəbul Edilən
Layihələndirmə Variantını reallaşdırmaq mümkün olsun. Layihənin alternativləri iki səviyyədə
nəzərdən keçirilir:
Bütövlükdə işlənmə üzrə, o cümlədən “işlənmənin olmaması” variantı da daxil olmaqla;
və
Layihənin seçilmiş konseptual layihələndirmə konteksti çərçivəsində mühəndis-
layihələndirmə alternativləri.
Layihənin alternativləri ŞD2 İnfrastruktur Layihəsinin ilkin konseptual layihələndirməsi zamanı
müəyyənləşdirilmişdir
və maliyyə, texniki layihələndirmə, texniki təhlükəsizlik, ətraf mühit və
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 3:
Təsirin Qiymətləndirilməsi üzrə Metodologiya
Dekabr 2011
3/5
Yekun variant
sosial-iqtisadi sahəyə aid meyarlar üzrə müqayisə edilmişdir. Bütün meyarlar baxımından ən
yaxşı balansı təşkil edən alternativ seçilərək sonrakı müfəssəl layihələndirmə mərhələsinə
keçirilmişdir.
“Qiymətləndirilmiş Variantlar” adlı 4-cü Fəsildə ŞD2 İnfrastruktur Layihəsi üzrə
qiymətləndirilmiş variantların və nəzərdən keçirilmiş alternativ layihələndirmələrin xülasəsi
təqdim olunub.
3.2.3.2 Layihə üzrə Layihələndirmə İşləri
ŞD2 İnfrastruktur Layihəsinin ƏMSSTQ Heyəti ƏMSSTQ üzrə müvafiq məlumatların
toplanılması və təfsir olunması üçün ŞD2 İnfrastruktur Layihəsinin Layihələndirmə Heyəti ilə
birgə işləmişdir. Heyətlər arasındakı bu dialoq təsirləri azaltmaq üçün ŞD2 İnfrastruktur
Layihəsinin Əsas kimi Qəbul Edilən Layihələndirmə Variantında mövcud nəzarət tədbirləri və
əlavə təsirazaltma tədbirləri baxımından harada layihənin əlavə layihələndirmə kontekstinin
tələb olunduğunu müəyyənləşdirmişdir. Ətraf mühit və sosial-iqtisadi sahədəki
təkmilləşdirmələr üçün müəyyənləşdirilmiş imkanlar heyətlər tərəfindən nəzərdən keçirilmişdir
və müvafiq və praktiki olan hallarda Əsas kimi Qəbul Edilən Layihələndirmə Variantına daxil
edilmişdir.
ŞD2 İnfrastruktur Layihəsinin təsirlərinin qiymətləndirilməsinin əsaslandığı ŞD2 İnfrastruktur
Layihəsi üzrə Əsas kimi Qəbul Edilmiş Layihələndirmə Variantı “Layihənin Təsviri” adlı 5-ci
Fəsildə təqdim olunub.
3.2.3 Mövcud
Şərtlər
Reseptorlara potensial təsirləri müəyyənləşdirmək məqsədilə, layihə fəaliyyətlərinin
icrasından əvvəl mövcud şərtlərə dair anlayış formalaşdırılmışdır. ŞD2 İnfrastruktur
Layihəsinin ƏMSSTQ prosesi üzrə Əhatə Dairəsinin Müəyyənləşdirilməsi işləri müəyyən etdi
ki, layihə çox güman ki aşağıdakı reseptor qruplarına təsirlərin olması ilə nəticələnəcək:
Bioloji/Ekoloji Reseptor;
Fiziki
Reseptor/Xüsusiyyət;
Torpağın, Qrunt Sularının və Səth Sularının Keyfiyyəti; və
Sosial-İqtisadi sahə/İnsanlar.
1996-cı ildən 2011-ci ilədək olan müddəti əhatə edən ilkin vəziyyətə dair mövcud məlumatlar
və o cümlədən, davam etməkdə olan Kompleks Ekoloji Monitorinq Proqramının (KEMP)
nəticələri nəzərdən keçirilmişdir ki, Terminal ətrafı daxilindəki mövcud şərait
müəyyənləşdirilsin. Ətraf mühitə dair əlavə məlumatlar toplamaq məqsədilə həmçinin bir sıra
spesifik tədqiqatlar da həyata keçirilmişdir. Buraya səs-küy, qoxu, vizual kontekst və
işıqlandırma ilə bağlı tədqiqatlar daxil idi. Meteoroloji və hidroloji məlumatlar Bakı Dövlət
Universitetinin Milli Hidrometeoroloji Departamenti və Azərbaycan Respublikası Milli Elmlər
Akademiyasının Coğrafiya İnstitutu tərəfindən təqdim olunmuşdur.
Mövcud sosial-iqtisadi şərait ilə bağlı məlumatlar ikinci dərəcəli məlumat mənbələrindən, o
cümlədən Dövlət Statistika məlumatlarından və birbaşa olaraq Qaradağ Rayon İcra
hakimiyyətindən əldə olunmuşdur. Terminal ətrafındakı yerli icmalar daxilindəki sosial-iqtisadi
şəraiti xarakterizə etmək məqsədilə müvafiq ən son məlumatları əldə etmək üçün Maraqlı
Tərəflər və Sosial-İqtisadi Sahə üzrə Tədqiqat (MTSİST) da həmçinin aparılmışdır. Bu
tədqiqatla bağlı daha müfəssəl məlumatlar “Məsləhətləşmə və Məlumatın İctimaiyyətə
Təqdim Olunması” adlı 8-ci Fəsildə təqdim olunub.
“Ətraf Mühitin Təsviri” adlı 6-cı Fəsildə və “Sosial-İqtisadi Sahənin Təsviri” adlı 7-ci Fəsildə
hazırkı ƏMSSTQ-ni məlumatla təmin etmək üçün həyata keçirilmiş spesifik ekoloji
tədqiqatların, mövcud məlumatların və MTSİST-in nəticələrinin nəzərdən keçirilməsinə
əsaslanan mövcud ətraf mühitlər təsvir olunur.