Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə23/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   19   20   21   22   23   24   25   26   ...   103

məsi, kommunistlərin fəallıq vəziyyətini yoxlayıb büroda

müzakirə edərkən aydın oldu ki, bu sahədə vəziyyət yaxşı

deyildir, kommunistlərin fəallığına diqqət verilmir, partiya

yığıncaqları  aşağı  səviyyədə  keçir,  gündəliyin  seçilib

hazırlanmasında kommunistlər fəal iştirak etmirlər, çıxarılan

qərarların icrasına nəzarət olmur. İlk partiya təşkilatının katibi



A.  Axundovun  işində  də  ciddi  nöqsanlar  vardı. O,

kommunistlərə  qarşı  tələbkar  deyildi,  kommunistlərin

təşəbbüskarlığını  artırmağa  hər  bir  məsələnin  kollegiallıq

şəraitində  həll  edilməsinə  çalışmırdı.  Partiya  işinə  belə

məsuliyyətsizliklə  yanaşdığına  görə  rayon  komitəsinin

bürosu ona partiya cəzası verdi, ilk təşkilatın fəaliyyətini

yaxşılaşdırmaq üçün tədbirlər gördü.

İlk  partiya  təşkilatında  işgüzarlıq  şəraiti  yaratmaq,

kommunistlərin  tələbkarlığını  artırmaq  üçün  ən  mühüm

vasitələrdən  biri  partiya  yığıncağıdır.  Yığıncaq  necə

hazırlanmalıdır? Yığıncaq necə olmalıdır? Partiya kollek-

tivinin  həyatında  onun  rolu  nədən  ibarətdir?  Bu  suallara

düzgün cavab tapmaq üçün partiyanın XXII qurultayı adına

sovxozun  partiya  komitəsinin  fəaliyyəti  ilə  tanış  olmaq

kifayətdir.  Əvvəllər  burada  yığıncaqlar  lazımi  səviyyədə

keçmirdi, yalnız cari təsərrüfat məsələləri müzakirə edilərdi.

Gündəliyə  daxil  edilən  məsələlərin  aktuallığına,  kommu -

nistlərin  təşəbbüskarlığına  əhəmiyyət  verilmirdi.  Biz  ilk

təşkilatın  fəaliyyətini  öyrəndikdən  sonra  kommunistlər

arasında  əsl  yoldaşlıq  münasibətlərini  inkişaf  etdirmək,

təsərrüfatda  onların  avanqard  rolunu  təmin  etmək,  gənc

kommunistlərlə  aparılan  işi  gücləndirmək  üçün  tədbirlər



Zəkanın gücü

87


görməyi,  gündəliyin  seçilməsində  və  hazırlanmasında

təcrübəli kommunistlərlə məsləhətləşməyi, bu və ya digər

məsələni necə həll etməkdə onların rəyini öyrənməyi partiya

təşkilatına  məsləhət  gördük.  Fəal  kommunistlər  partiya

təşkilatının  işində  olan  nöqsanların  aradan  qaldırılmasına

kömək etdilər, kommunistlərdə məsuliyyət hissinin, onlarda

özlərinə  və  başqalarına  qarşı  tələbkarlığın  artırılması,

təşkilatçılıq  qabiliyyətinin  yüksəldilməsi  ön  plana  keçdi.

Bütün  bunlar  sovxoz  partiya  komitəsinə  öz  işini  yenidən

qurmağa, təşkilatda işgüzarlıq şəraiti yaratmağa imkan verdi.

Bu,  partiya  təşkilatlarına  rəhbərlikdə  işgüzarlığın  necə

artdığını göstərən misallardan biridir.

Biz  büro  iclaslarının  hazırlanmasına  və  işgüzarlıqla

keçməsinə xüsusi diqqət veririk. Büroda ən aktual məsələlər

müzakirə  edilir.  Çalışırıq  ki,  hər  bir  məsələ  irəlicədən

yerlərdə  ətraflı  öyrənilsin,  kommunistlərin  rəyi  nəzərə

alınsın.  Rayon  partiya  komitəsinin  bürosuna  məsələ

hazırlamaq üçün müəssisənin, sovxozun işi ilə dərindən tanış

olur,  aşkara  çıxarılan  nöqsanlar  və  bu  nöqsanları  aradan

qaldırmaq  üçün  öz  təklifləri  barədə  kollektivə  məlumat

verirlər. Bu, yoxlama aparan adamların səhvlərini də aşkara

çıxarır, yoxlama nəticələrinin çox obyektiv olmasına kömək

edir.

Əsl  işgüzarlıq,  yaradıcılıq  üçün  şərait  yaradan,  partiya



işinin səmərə və təsirini artıran belə iş üsullarını gələcəkdə

daha cəsarətlə tətbiq edəcəyik. Belə iş forması bir tərəfdən

nöqsanların aşkara çıxarılması və çatışmayan cəhətlərin qay-

daya salınması üçün tam şərait yaradır, digər tərəfdən rayon



Sahib Sailov

88


partiya  komitəsi  bürosu  qərarlarının  təsirini  artırır,  bu

qərarların icrası üçün zəmin olur.

Məlumdur ki, çıxarılan qərarların konkret və aydın olması

onların həyata keçirilməsi üçün əsas şərtdir. Lakin icranın

yoxlanması vaxtında təşkil edilmədikdə ən yaxşı qərar da

kağız üzərində qalır. İcranın yoxlanmasına və təşkilinə xüsusi

diqqət və bacarıq tələb edən çox mühüm partiya işidir. Məhz

buna  görə  də  rayon  komitəsi  özünün  plenum  və  büro

iclaslarında, eləcə də ilk təşkilatların yığıncaqlarında icranın

yoxlanmasına  və  təşkilinə  xüsusi  diqqət  verir.  İcranın

yoxlanmasında  rayon  partiya  komitəsi  fəallarının,  ilk

növbədə  raykom  üzvlərinin  qüvvəsindən  istifadə  etməyə

çalışır. Bu məqsədlə onlar yer-lərə göndərilir, vəziyyətlə tanış

olur, adamlarla, qərarın icraçıları ilə görüşüb söhbət edirlər.

Bütün  bunlar  çıxarılan  qərarların  vaxtında  yerinə

yetirilməsinə müsbət təsir göstərir.

İşgüzarlıq çox geniş məfhumdur. Lakin əsas mahiyyəti ən

doğru  və  qısa  yolla  məqsədə  çatmağı,  həm  də  bu  zaman

qüvvəyə,  vəsait və  vaxta  qənaət etməyi  bacarmaqdır. Biz

təsərrüfata aid bütün məsələləri işgüzarcasına həll etməyə,

zəhmətkeşlərin  qüvvəsini  dövlət  tapşırıqlarının  yerinə

yetirilməsinə yönəltməyə çalışırıq. İlk partiya təşkilatlarının

fəaliyyəti də bu istiqamətə yönəldilir. "Kommunist", “Bakı

komissarı” adına, "Sovet Azərbaycanı", "Partiyanın XXII

qurultayı"  sovxozları,  çay  fabriki  partiya  təşkilatları  öz

işlərini Sov. İKP XXIII qurultayı tələbi səviyyəsində quraraq

təsərrüfatın inkişafına müsbət təsir göstərir.

Kommunist əməyi müəssisəsi adına layiq görülmüş sub-



Zəkanın gücü

89


tropik sovxozunun kollektivi son iki ildə yüksək nəticələr

əldə etmişdir. Sovxozun kollektivi Böyük Oktyabrın 50 illiyi

şərəfinə yarışa qoşularaq dövlətə 344 ton əvəzinə 370 ton

yaşıl çay yarpağı satmışdır. Məhsulun 75,2 faizi birinci növ

kimi qəbul olunmuşdur. Gənc kommunist Nəsrəddin Tey-

murovun başçılıq etdiyi briqada hər hektardan 3.500 kilo-

qram məhsul götürərək sosializm yarışında qalib çıxmışdır.

Bu müvəffəqiyyətlərə səbəb nədir? Odur ki, sovxozda sağlam

iş şəraiti, əsl işgüzarlıq və tələbkarlıq vardır. Burada hamının

əməyi düzgün təşkil edilmişdir. 76 nəfər Sov. İKP üzv və

namizədindən 21 nəfəri çayçılıq təsərrüfatında çalışır. Təkcə

kommunistlərin deyil, qabaqcıl bitərəflərin də təsərrüfatın

inkişafına kömək edən təklifləri nəzərə alınır. Yaxşı və pis

işləyənlərə  hər  yerdə  fərq  qoyulur,  adamların  maddi

həvəsləndirilməsi  sistemi  həyata  keçirilir.  Belə  şərait

adamlarda istehsalata maraq oyadır, onların qabaqcıllığını

təmin edir.

Təsərrüfat quruculuğu məsələləri partiya təşkilatlarının

daim diqqət mərkəzində olmuş və bundan sonra da diqqət

mərkəzində  olacaqdır.  İstehsalata  daha  fəal  surətdə  təsir

göstərmək üçün biz məsələləri yaxşı öyrənməyə, onları işə

bələdliklə həll etməyə, kollektiv tədbirlər işləyib hazırlamağa

çalışırıq.  Son  zamanlar  kollektiv  rəhbərlik  orqanı  olmaq

etibarı ilə rayon komitəsi plenumunun rolu xeyli artmışdır.

Plenumun  hazırlanmasında  onun  üzvlərinin  əksəriyyəti,

rayon komitəsinin katibləri və şöbə müdirləri, bir çox rəhbər

işçilər və mütəxəssislər iştirak edirlər. Belə münasibət mü -

zakirə ediləcək məsələni dərindən təhlil etməyə, əsaslan dı -



Sahib Sailov

90


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə