Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə19/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   15   16   17   18   19   20   21   22   ...   103

qadağandır?  Qızıl  balığı  tutub  yemək  olmaz.  MK-nin

rəhbərliyi onu birtəhər sakitləşdirir, bu məsələ beləcə ötüb

keçir. Üçtündən 15-20 gün keçmişdi. MK-nin Plenumu

idi. Plenumda mənə dedilər ki, Siz səhər Tofiq Bağırovun

qəbulunda  olmalısınız.  Səhər  mən  təşkilat  şöbəsinə  gəlib



Tofiq Bağırovun qəbuluna getdim. Tofiq Bağırov gülə-gülə:

-  Sənin  o  göndərdiyin  qızıl  balıq  az  qalmışdı  ki,  bizi

vəzifədən çıxartdıra,  yaxşı qurtardıq – dedi. Gülə-gülə əlavə

etdi:


- Təqsir məndədir. Mən niyə onun üçün qızıl balıq sifariş

edirəm ki, başımız da bəla çəksin. Bunun qarşısına silotka-

kilkə qoy yesin.

Beləliklə, bu bəladan da beləcə qurtardıq.



***

İşlədiyim müddət ərzində ən maraqlı məqamlardan biri

SSRİ Ali Sovetinin deputatı Səmayə Əliyevanın götürülüb

qaçırılmasıdır. Kislovodskidə istirahətdə idim. Səhər tezdən

6-7 radələrində məni telefona çağırdılar. Telefonda səsi gələn

RPK-nin ikinci katibi Əjdər Şahmarov dedi:

- Sailov, deputatı götürüb qaçıblar, mən neyləyim? Mənsə

cavab  verdim  ki,  sən  nə  edə  bilərsən  ki,  gələrəm,  bu

məsələləri  aydınlaşdırarıq.  Dedi  ki,  bəs  MK  bu  məsələni

bilsə, mən nə cavab verim?  Mən onu sakitləşdirdim ki, zorla

aparmayıblar ki, öz könlü ilə ailə qurub. Onu isə qaçıran

Ərkivan kənd orta məktəbinin tədris hissə müdiri Ədalət Sü-

leymanov idi. Nə isə bu məsələni də belə yola verdik. 

Zəkanın gücü

71



***

Astara rayonunda mürəkkəb xarakterli adamlarla tez-tez

rastlaşırdım. Raykomda adi iş günü idi. Köməkçim təngnəfəs

içəri  girib  dedi:  «Proklyatıy  opyat  prişel»  (köməkçim

müharibə  iştirakçısı  Şumilina  Antonina  Fyodorovna  idi).

Dedim: nə olub? Dedi ki, Kakolos kənd sakini Vəliyev yenə

də  özünü  asmaq  üçün  raykoma  gəlib.  O  bir  dəfə  də  belə

etmişdi. Özünü asdığı zaman kəndiri mən kəsmişəm. İndi

yenə kəndirlə gəlib. Onu qəbul etdim və dedim ki, kəndiri

çıxart cibindən qoy stolun üstünə, sonra dərdini de. Artıq hər

şey  aydın  idi.  O  kəndiri  çıxarıb  stolun  üstünə  qoydu,

şikayətini  dinlədim.  Şikayəti  işlə  təmin  olunmaq  idi.  İşlə

təmin olundu. Özünü də raykomun qapılarındın asmadı…

***

Rayon partiya komitəsinin şöbə müdiri Rəfiqə Məmmə -



dova  və  Sara  Qafarova yanıma  gəlib  dedilər:  Rayon

qəzetinin redaktoru Tofiq sosial, ictimai təminat şöbəsinin

müdiri Adilə  İmanverdiyevanı  götürüb  qaçıb  Sumqayıt

şəhərinə. Adilə beş uşaq anasıdır, şöbə müdiridir. İmanverdi

müəllimin həyat yoldaşıdır. Həmin günün səhəri İmanverdi

müəllim qəbuluma gəlib redaktorun onun arvadını qaçırdığını

dedi. Mən onunla çox söhbət etdim. Axır sözüm belə oldu ki,

xalqımızın müdrik sözü var, «Arvadı əri saxlar, pendiri



dəri.» Demək, sən arvadını saxlaya bilməmisən, raykom –

mən neyləməliyəm. Mən bu məsələni tam aydınlaşdırdım.

Hamı dedi: Adilə gözəldi, cazibədardı, həm də…

Bu  hadisədən  üç  ay  keçmişdi.  Adilə  qayıdıb  rayona



Sahib Sailov

72


gəldi.  Eyni  zamanda  raykomun  şöbə  müdirlərinin  yanına

gedib  öz  vəzifəsinə  qaytarılmasını  tələb  etdi  və  məsələ

qaldırdı ki, məni birinci katib qəbul etsin. Onu qəbul etmək

üçün beş nəfərdən ibarət komissiya yaratdım. O isə təkid etdi

ki,  məni  birinci  katib  özü  tək  qəbul  etsin.  Mən  qəbul

etmədim. Bu hal dəfələrlə təkrar olundu. O isə inadından əl

çəkmirdi.  Mən  isə  onun  tək  qəbul  olunmasının  səbəbini

bilirdim,  o  məni  şantaj  etmək  istəyirdi.  Mən  onu  qəbul

etmədim,  həyata  keçirmək  istədiyi  məqsədinə  də  nail  ola

bilmədi. Əlbəttə, belə hadisələr Astaranın həyat tərzindən xali

deyil… 

Astara rayonunda işlədiyim müddət ərzində ən sensasiyalı



məsələ prokuror Əliyevlə olan münasibət idi. Məzuniy -

yətdə idim, prokuror raykomun icazəsi olmadan iki sovx-

ozda  yoxlama  aparmış,  ilin  axırı  olduğu  üçün  fermanın

anbar larında saxlanmış xamanı müsadirə etmişdi. Prokuror

Əliyev  (Respublika  Daxili  İşlər  Nazirliyinin  Cinayət

Axtarışları Şöbəsinin müdiri polkovnik Fəzail Əliyevin

bacısı oğlu idi) əlbəttə, dayısına görə belə yüksək vəzifəyə

təyin  olunmuşdu.  Sübut  etdi  ki,  o  yerində  olmayan  bir

kadrdır.  Mən  məzuniy yətdən  qayıtdıqdan  sonra  həmin

məsələni rayon PK-nin bürosunda müzakirə etdik. Özünü

düzgün aparmadığına görə onu bürodan xaric edib, vəzifədən

götürülməsi haqqında qərar qəbul etdik. Bürodan sonra bu

məsələni AKP MK-nin ikinci katibi Pyotr Yelistratova

məruzə etdim. Yelistratovun göstərişi ilə rayona komissiya

gəldi.  Lazım  olan  faktları  yerində  aydınlaşdırdı  və  onun

vəzifədən  götürülməsi  haqqında  MK-yə  məlumat  verildi.



Zəkanın gücü

73


Əlbəttə,  belə  faktlar  olduqca    çox  olub.  Bütün  bunların

hamısını qələmə almaq imkan xaricindədir.

Astara rayonu haqqında o vaxtlar ölkə mətbuatında dərc

edilən bir sıra materialları oxucuların nəzərinə çatdırıram ki,

RPK–si daha ciddi işlərlə məşğul olmuşdur.

Sahib Sailov

74



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə