Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə27/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   23   24   25   26   27   28   29   30   ...   103

pambığı  təhvil  verə  bilmədiyimizə  görə  artıq  kolxoz  və

sovxozların anbarlarında 1500 tondan çox pambıq var idi.

Məsələ çox ciddi olduğu üçün Respublikanın Yüngül Sənaye

naziri  Sadıqova  müraciət  etməli  oldum. Yoldaş  Rəhimov

Dəliməmmədli  Pambıq  Zavodunun  direktoru  Məmməd

Mustafayevə  pambıqların  qəbul  olunması  üçün  göstəriş

verdi. Kolxozların anbarlarında olan pambıq hamısı təhvil

verildi.  5  gündən  sonra  Rəhimov  rayona  gələrək  verilən

pambıqların  vəziyyətini  aydınlaşdırdı.  Doğrudan  da  yaş

pambıqların verilməsində çətinlik yaranmışdı. Onun təklifi

ilə bir çox işlər gördük və baş verəcək xoşa gəlməyən halları

tamamilə aradan qaldırdıq. 

Xatırlatmaq istəyirəm ki, pambıqçılıq rayonlarında pam -

bı ğın yığılıb dövlətə təhvil verilməsi çox mühüm bir mər hə -

ləni təşkil edir. Sözün həqiqi mənasında elə bil rayonda mü-  

haribə elan edirsən. Hər gün bütün idarə, müəssisə, kolxoz,

sovxoz bağlanır, hamısı pambıq yığımında iştirak edir.

Bir gün pambıq yığımına rəhbərlik edən qərargah reyd

keçirərkən AKP MK-nin Kənd Təsərrüfat Şöbəsinin müdiri

Leyla  Rəcəbovanın  rayon  mərkəzinə  gələn  qohumlarını

pambığa getməyə məcbur edirlər. Onlar qonaq gəldiklərini

bildirir, nəhayət qohum olduqlarını deyirlər. Beləliklə, onları

pambıq yığımından azad edirlər. Üstündən iki gün keçəndən

sonra  Leyla  Rəcəbova  mənə  zəng  vurdu  ki,  sən  orda  nə

edirsən? Pambıq yığımı müharibədir? Dedim ki, bəli, biz

pambıq yığımını müharibə kimi aparırıq. Heç kəsə güzəşt

olun mur, heç kəs bağışlanılmır, hamı bir nəfər kimi pambıq

yığımında olmalıdır. İkinci bir faktı demək istəyirəm ki, səhər



Zəkanın gücü

103


tezdən  ştabın  iclasına  gedəndə,  evdən  mənə  dedilər  ki,

çörəyimiz yoxdur, qonağımız da var (bacım və onun yoldaşı).

Gəldim ştabın iclasına. Gördüm ki, bir sıra yoldaşlar ştabın

iclasına  gecikiblər.  O  cümlədən  hakim  Seyid  Bayramov.

Yaxınlaşanda gördüm ki,  əyninə plaş geyinib. Soruşdum ki,

dağlara bax gör qarlayıb, yoxsa yox. Dedi: yox. Dedim: onda

get plaşı çıxart gəl. Heç bir söz demədən qayıdıb getdi. Mən

evdən gedəndən sonra, bacımın yoldaşı deyir ki, gedim mən

çörək  alım  gətirim.  O  mərkəzi  küçəyə  çıxan  kimi  ştabın

üzvləri ondan soruşurlar ki, siz nə gəzirsiz burda. Deyir ki,

çörək almağa gedirəm. Onlar da cavabında:- get pambıq yığ,

sonra  çörək  alarsan-  deyirlər.  Saat  üç  radələrində  evə

qayıtdım.  Gördüm  ki,  hamı  məyus,  ac-susuz  oturub.

Soruşdum ki, nə olub? Dedilər, heç nə çörəksizik. Qonaq

Gözəlağada getdi çörək almağa qayıdıb gəlməyib. Dedim

darıxmayın, yəqin onu pambıq yığımına göndəriblər. Axşam

Gözəlağa evə gəldi. Soruşduq: nə qədər pambıq yığmısan?

Dedi:  Kirov  kolxozunda  27  kq  pambıq  yığmışam.  Bacım

Xavər  dedi:  qardaş  icazə  ver,  biz  bu  gecə  qatara  oturub,

qayıdaq evimizə. Sənin pambıq müharibən qurtarandan sonra

gələrik. Belə hadisələr çox olub.

***

Maraqlı bir hadisəni də nəzərinizə çatdırmaq istəyirəm.

Sürücüm Babayev Ənvər çox dünyagörmüş, yaşlı, sanballı

bir adam idi. Bir gün pambıq yığımının qızğın çağında səhər

tezdən kolxozlara gedib bütün təsərrüfatları gəzib qayıdanda

artıq üç radələri olardı, evə gəldik. Mən və sürücüm tam toz-



Sahib Sailov

104


torpağın içərisində idik. Sürücü evə gedərkən həyat yoldaşı

Zərnişan xanım soruşur: bu nə gündür qalmısan? O da ciddi

surətdə cavab verir: bu bizim katib çox insafsızdır. Raykoma

bir vaqon sement gəlmişdi, katib onu mənə boşaltdırıb, ona

görə mən bu günə qalmışam. Həyat yoldaşı da bunu çox ciddi

qəbul edir və fikrə gedir ki, görəsən katib bunu nə üçün in-

cidir. Və Zərnişan xanım bizə gələrkən, oğlum Qadirə tapşırır

ki, atana denən ki, bizim kişini incitməsin... Qadir bunu mənə

deyəndə bildim ki, sürücünün növbəti zarafatıdır. 

***

Qasım İsmayılov (Goranboy) RPK-nin işi haqqında o

vaxtkı respublika mətbuatında dərc edilən materialları

nəzərinizə çatdırıram.

Zəkanın gücü

105



MƏSULİYYƏT, İNTİZAM, FƏALLIQ

1

Məsuliyyət  və  intizam  olan  yerdə  partiya  və  dövlət

tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilir, kadrlar düzgün

tərbiyə  edilir.  Qasım  İsmayılov  rayon  partiya  təşkilatının

fəaliyyəti bu aydın həqiqəti bir daha təsdiq edir.

Biz  keçən  il  dövlət  planlarının  yerinə  yetirilməsində,

təsərrüfat  quruculuğunda  və  mədəni  quruculuqda  rayon

zəhmətkeşlərinin qazanmış olduqları nailiyyətlərə də məhz

bu baxımdan yanaşır, yeni müvəffəqiyyətlər qazanmaq üçün

hər  bir  kommunistin,  hər  bir  işçinin  məsuliyyət  hissini

artırmağa  çalışırıq.  Qarşıya  çətinliklər  də  az  çıxmır.  Bu

çətinlikləri aradan qaldırmaq üçün, hər gün rast gəldiyimiz

müxtəlif məsələləri dürüst həll etmək üçün daim V.İ.Leninlə

məsləhətləşir, ondan doğru-düzgün göstərişlər alırıq. V.İ.Le -

ninin əsərlərində ən çətin və mürəkkəb məsələlərə cavab ver-

ilir. Vladimir İliçin böyüklüyü və dahiliyi də elə bundadır.

Vladimir  İliç  Leninin  belə  bir  göstərişini  daim  yadda

saxlayıram:  "Kommunizm  orada  meydana  gəlir  ki,  sıravi

fəhlələr  ağır  əməyə  üstün  gələn  bir  fədakarlıqla  əmək

məhsuldarlığını  artırmaq,  …taxılın,  kömürün,  dəmirin  və

başqa məhsulların hər kolunun qorunması qayğısına qalmağa

başlayırlar" (Əsərləri, 29-cu cild, səh. 434).

Sıravi fəhlənin və ya kolxozçunun qayğısı nə deməkdir?

Mənim  fikrimcə  məsuliyyət  deməkdir.  Kommunizm

quruculuğuna hər bir adamın, birinci növbədə isə kommu-

nistin nə verəcəyinə məsuliyyət hiss etməsidir. Buna görə də



Sahib Sailov

106

                                                      

"Аzərbaycan Коmmunisti" jurnalı. Bakı, 1970-ci il, № 3, səh.. 71-78 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə