Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə24/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   20   21   22   23   24   25   26   27   ...   103

rılmış tövsiyələr hazırlamağa imkan verir. Təsərrüfat mə sə -

lələrinin  işgüzar  həlli  rayonun  iqtisadiyyatını  möh -

kəmləndirir, zəhmətkeşlərin təsərrüfat qabaqcıllığını təmin

edir.


Son illər rayonumuzda tərəvəzçiliyin inkişafı ilə əlaqədar

olaraq çoxlu qabaqcıl yetişmişdir. İki nömrəli tərəvəzçilik

sovxozunda kommunist M. Babayevin başçılıq etdiyi şöbənin

qazandığı nailiyyətlər çox sevindiricidir. 1966-cı ildə şöbənin

tərəvəzçilikdən 1 milyon 96 min manat gəliri olmuşdusa,

keçən il 1 milyon 167 min manat olmuşdur. Belə qabaqcıl -

larımız az deyildir.

"Şəfəq" sovxozunun tərəvəzçilik briqadiri, sovxoz partiya

komitəsinin katibi V. Məlikova, "Sov. İKP XXII qurultayı"

sovxozundan C. Rzayev, "Sovet Azər-baycanı" sovxozundan

Azərbaycan  SSR Ali  Sovetinin  deputatı  Ş.  Həsənova, 26

Bakı komissarı adına sovxozdan M. Dadaşov, Şuvi subtropik

sovxozundan  G.  Əliyeva,  Astara  subtropik  sovxozundan

N.Teymurov və  başqaları  da  qabaqcıl  kimi  tanınmışlar.

Onların  iş  üsulları  ilk  partiya  təşkilatlarında  müntəzəm

surətdə öyrənilib ümumiləşdirilir.

Qabaqcıl təsərrüfatların işi sübut edir ki, iqtisadiyyatı

yüksəltməyin ən doğru yolu əməyin təşkilidir. V. İ. Lenin

bu məsələnin əhəmiyyətindən danışaraq deyirdi ki, Sovet

hakimiyyəti üçün əməyin təşkili ictimai həyatın ən başlıca və

zəruri məsələsidir. Sovet İttifaqının birinci illərində Lenin

deyirdi: "İşləməyi öyrənmək vəzifəsini Sovet hakimiyyəti

xalqın qarşısında hərtərəfli qoymalıdır… Sovet Respublikası

elm  və  texnikanın  bu  sahədəki  nailiyyətlərinin  bütün

Zəkanın gücü

91



dəyərlərini necə olursa olsun qəbul etməlidir" (Əsərləri, 27-

ci cild, səh.256). Rayonumuzun kənd təsərrüfatı, sənaye və

tikinti təşkilatları əməyin elmi təşkili sahəsində müəyyən

təcrübə qazanmışlar. Məsələn, 26 Bakı komissarı adına sovx-

ozu götürək. Burada tərəvəz yüksək aqrotexniki qaydalarda

becərilir. Briqadir İsbət Məcidov hər hektar-dan 180 sentner

məhsul  götürərək,  hər  sentner  məhsulun  maya  dəyərini

nəzərdə tutulan 12,24 manatdan 11,5 manata endirməyə nail

olmuşdur. Belə misallardan çox gətirmək olar.

Düzdür, işgüzarlıq adamların yaradıcılığını, təşəbbüskar -

lığını, təşkilatçılığını artırır, onlarda öz işinə həvəs oyadır.

Lakin tələbkarlıq olmadıqda işgüzarlıq heç də həmişə müsbət

nəticə vermir. Keçən il Kuybışev adına sovxozda heyvan -

darlığın inikşafına dair tapşırıqlar yerinə yetirilmirdi. Hey -

vandarlıq təsərrüfatının geri qalması partiya təşkilatını ciddi

narahat etməyə başladı. Rayon partiya komitəsi ilk partiya

təşkilatına kömək məqsədi ilə fəalları, mütəxəssisləri bu işə

cəlb  etdi,  geriliyin  səbəblərini  öyrəndi,  kommunistlərin

məsuliyyətini artırdı. Görülən işlər öz nəticəsini verdi. Sov-

xoz heyvandarlığın inkişafına dair illik planları artıqlaması

ilə yerinə yetirdi.

Sov. İKP MK-nın mart (1965-cı il) plenumunun qərarlarını

rəhbər  tutan  rayon  partiya  komitəsi  təsərrüfatın  daha  da

inkişaf etdirilməsində kommunistlərin və bütün zəhmətkeş -

lərin maddi cəhətddən həvəsləndirilməsinə xüsusi diqqət ye-

tirir. Son illərdə 50 nəfərdən artıq qabaqcıl SSRİ orden və

medalları ilə təltif edilmişdir. Keçən ilin yekunlarına görə hər

bir təsərrüfatda onlarca kolxozçu və sovxoz işçisi mükafat -



Sahib Sailov

92


lan dırılmışdır.

Bu bir həqiqətdir ki, hər bir sahənin müvəffəqiyyəti ona

rəhbərlik edən kadrlardan çox asılıdır. Partiyamız öyrədir ki,

işi dərindən bilək, mövcud şəraiti hərtərəfli öyrənək, kadrlarla

müntəzəm surətdə işləyərək, adamları işgüzarlıq ruhunda,

tapşırılmış  işə  yüksək  məsuliyyətlə  yanaşmaq  ruhunda

tərbiyə edək. Rayon partiya komitəsi kadrların siyasi və iş

keyfiyyətinə  görə  seçilib  yerləşdirilməsi  haqqında  Lenin

prinsiplərinə dönmədən əməl edir. Bu və ya digər sahədə

rəhbər işçisini irəli çəkərkən onun təşkilatçılıq bacarığını,

ixtisasını və başqa əməli keyfiyyətlərini nəzərə alırıq.

1968-ci  ildə  rayonumuzun  təsərrüfatları  qarşısında

mühüm vəzifələr durur. Bu il kənd təsərrüfatı zəhmət -

keşləri dövlətə 40 min ton tərəvəz, 1.300 ton süd, 180 min

yumurta  satmağı  öhdələrinə  almışlar.  İlk  təşkilatların

mübarizliyinin artırılması bu tapşırıqların yerinə yetiril -

məsində mühüm rol oynayacaqdır.

Rayon  partiya  komitəsi  qarşıda  duran  vəzifələri

müvəf fəqiyyətlə  yerinə  yetirmək  üçün  daha  əzmlə

işləyərək, V.  İ.  Leninin  anadan  olmasının  100  illiyi  və

Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 50 illiyini

ləyaqətlə qarşılamaq və beşilliyi vaxtından əvvəl yerinə

yetirmək üçün kommunistlərin və bütün zəhmətkeşlərin

qüvvəsini səfərbərliyə alır.

Zəkanın gücü

93



* * *

Qasım İsmayılov (indiki Goranboy) rayonunda

görülən işlərin icmalı

Respublikamızın  ən  böyük  iqtisadi  rayonlarından  biri

Qasım  İsmayılov  (Goranboy)  rayonudur.  Rayonda  pam -

bıqçılıq, heyvandarlıq, taxılçılıq və başqa təsərrüfat sahələri

vardır. 14 may 1969-cu ildə məni Qasım İsmayılov (Goran-

boy) RPK-nin birinci katibi seçdilər. 12 may 1969-cu ildə As-

tara  rayonunda  çayçıların  rayon  müşavirəsini  keçirirdim.

Məni telefona çağırdılar. Telefona çağıran MK-nin təşkilat

şöbəsinin müdir müavini Nikolay Nozdrya idi. O, dedi ki,

sabah saat 10 tamamda MK-nin birinci katibi V. Axundovun

qəbulunda olmalısan. Səhəri MK-yə gəlib Axundov yoldaşın

qəbulunda oldum. Onun birinci sözü belə oldu: Artıq bəsdir

kurort rayonunda işlədiyin, indi də gəl, get, pambıqçılıq rayo -

nunda  işlə.  Bir  çox  məsələlər  barəsində  söhbətimiz  oldu.

Rayonun  iqtisadi  inkişafı  məsələlərini  aydınlaşdırdıqdan

sonra üç ildən çox müddətdə gördüyüm işlər haqqında qısa

məlumat  verdim.  Sonda  kadrların  seçilib-yerləşdirilməsi

haqqında mənə sual verdi. Sizdən sonra orada birinci katib

kim işləyə bilər? Mən tərəddüd etmədən Rayon İstehsalat

İdarəsinin rəisi Məmmədağa İbrahimovu məsləhət bildim.

Və beləliklə, Axundovla söhbətimiz qurtarandan sonra mən

Təşkilat  Şöbəsinə  düşdüm.  14  may  1969-cu  ildə  Tofiq

Bağırov məni Qasım İsmayılov (Goranboy) rayonuna apardı.

14 may 1969-cu ildə RPK-nin Təşkilat Plenumu oldu. Mən

təşkilat plenumunda PK-nin plenum üzvü büro üzvü və bi -

rinci katib seçildim. 2 gün sonra mən Astara rayonuna get-



Sahib Sailov

94


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə