Sahib sailov zəkanın gücü (1954-2013) Bakı


Qədirovu  razı  saldım  ki



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə15/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   11   12   13   14   15   16   17   18   ...   103

edərək,  Qədirovu  razı  saldım  ki, MK-nin  Aparatında

müəyyən dövr işləyim. Qədirov bununla razılaşıb, bundan



sonra  1  il  11  ay  MK-nin  Təşkilat  Şöbəsində  məsul

təşkilatçı vəzifəsində işlədim. 

İşlədiyim  müddət  ərzində  15  rayon  PK-nə  rəhbərlik

etmişəm.  Bütün  Şirvan  zonasına  (Şamaxı,  Kürdəmir,

Ağsu,  Zərdab,  Ucar,  Göyçay,  İsmayıllı,Qəbələ),  daha

sonra Talış zonasına (Lənkəran, Astara, Lerik, Yardımlı,

Masallı, Cəlilabad, Biləsuvar) rəhbərlik etmişəm.

***

18 mart 1966-cı ildən, 14 may 1969-cu ilə qədər Astara

RPK-sinin birinci katibi işlədim.

Astara  iqliminə,  təbiətinə  görə  çox  zəngin  rayondur.

Gündüzləri isti, gecələri sərin olan rayon dənizlə dağ arasında

yerləşir. Gündüzlər dənizdən əsən külək, gecələr dağlardan

əsən yel havanı tənzimləyir, mülayimləşdirir. 

Astara rayonunun iqtisadiyyatında tərəvəzçilik, çayçılıq

və  heyvandarlıq  əsas  yer  tutur.  İşlədiyim  müddət  ərzində

tərəvəz istehsalı 14.500 tondan 50 min tona, çay istehsalı



1200 tondan 1800 tona qaldırıldı. Və digər sahələr də in-

tensiv  surətdə  inkişaf  etdirildi.  Astaranın  çox  qəribə

xüsusiyyətləri var. Orda yaşayan əhali talış dilində danışır.

İşə təzə başladığım vaxt RPK-nin Bürosunda bəzi vaxtlar

onlar öz dillərində danışırdılar. Mən isə Talış dilini bilmirdim.

Bir gün Bürodan sonra bütün büro üzvlərini saxladım və on-

lardan xahiş etdim ki, ümumi yerdə, keçirilən tədbirlərdə,

iclas və yığıncaqlarda Azərbaycan dilində danışsınlar.



Zəkanın gücü

55


Astarada işlədiyim dövr həyatımın ən gənc, qaynar çağları

idi. 32 yaşında RPK-nin birinci katibi vəzifəsini daşımaq asan

məsələ deyildi. Mən çox mürəkkəb məsələlərlə tanış oldum.

Əvvəla,  o  rayondan  yazılan  şikayətlər  çox  böyük  vüsət

almışdı. Şikayətçilər çox idi. Hətta bir gündə 100-150 nəfər

şikayətçi  qəbul  etməli  olurdum. Mərkəzi  orqanlara

göndərilən şikayətlər yarıba yarı aşağı endirildi. 



***

Astarada  işlədiyim  dövr  ərzində  çox  böyük  tarixi

şəxsiyyətlərlə görüşüb tanış olmuşam. 1967-ci ildə SSRİ Ali

Sovetinə  seçkilər  zamanı  İttifaq  Sovetinə  SSRİ-nin



Müdafiə nazirinin birinci müavini Verşinin Astara ray-

onundan namizəd verilmişdi. Onun seçicilərlə görüşü çox

maraqlı  keçdi.  O,  bizə  görüşə  gələndə  Çin və  Vyetnam

Respubli kasından  yenicə  qayıtmışdı.  Oxucu  marağı  üçün

onun  iki  xatirəsini  çatdırmaq  istəyirəm.  Birinci:  –  biz

məktəbdə  olarkən  məktəblilərlə  görüşdüm.  Köməkçimə

dedim ki, podnosa bir az konfet töküb, məktəblilərə ver. Çox

qəribədir, hər məktəbli bir konfet götürdü. Təkid etdim ki,

çox götürün, 2-3-nü götürün. Məktəbli cavab verdi ki, bir

dənəsi mənə bəsdi, qalanı da o biri məktəblilər üçün olsun.



Bizi Xoşimim belə tərbiyə edib. Ən maraqlı görüşüm Çin

KP-nın baş katibi Mao Sezdonla olub. Biz onun qəbulunda

bir saat oturub gözlədik. Bir saatdan sonra onun hər iki qol-

una girən gənc qızlar gətirib kresloda otuzdurdular. Sonra biz

söhbəti davam etdirdik. Bu söhbət ölkəmizin daxili və xarici

siyasətinə aid idi. 

Sahib Sailov

56



***

Astara rayonunda işlədiyim müddət ərzində ən yaddaqalan

hadisələrdən birisi ilk iş günümdə  kosmonavt Kamarovun

rayona gəlməsi oldu. Onun həyat yoldaşı bakılı qızı idi. O,

rayonun təsərrüfatlarını gəzdi, görüşlər keçirdik. Təsərrüfat -

larda olarkən zəhmətkeşlərlə görüşüb  öz xatirələrini bölüşdü.

Astaraya gələn tanınmış şəxsiyyətlər arasında Azərbaysan

SSR-nin  Xalq  artisti  Lütvəli  Abdullayevin  və Rübabə

Muradovanın xatirələrini yada salmaq, xatırlamaq yerinə

düşərdi. Xalq artisti Lütvəli Abdullayevin duzlu söhbətlərinə

qulaq  asmaq  adamda  xüsusi  bir  ovqat  yaradırdı.  Şam

yeməyindən sonra bir çox lətifələr danışdı. Dedi: «Bizim

arvad da yenidənqurmanı (perestroykanı) yaman xoşlayır.

Axşam işdən evə qayıdanda gördüm evdə olan mebellərin

yerini  dəyişib.  Dedim  habelə  (Şəki  ləhcəsi)  nə  oldu  ki,

mebellərin yerini dəyişmisən? Cavabında dedi ki, ha indi

hökumətimiz yerdəyişmə etdiyi kimi mən də evdə mebellərin

yerini dəyişmişəm.»

Xalq artisti ilə Kakolos kəndinə getmişdim. Sovxozun

həyətində köhnə QAZ 69 markalı maşını görüb:

- Bu maşını mənə ver – dedi. 

-  Sovxozundu,  verə  bilmərəm,  bu  köhnə  maşın  nəyinə

lazımdı?

- Məyər bilmirsən ki, mən mahir ovçuyam? Bu maşının

qabaq parpresi (şüşəsi) açılır. Ov üçün çox yaxşıdı. 

Nə isə, çox çətinliklə üç aydan sonra xalq artistinin xahi -

şini yerinə yetirdim. Özü ova getdi, amma məni aparmadı…

Muğamlarımızın,  xalq  mahnılarımızın  mahir,  əvəzsiz



Zəkanın gücü

57


ifaçısı Rübabə Muradova xatirimdə silinməz iz buraxıb.

Astara Mədəniyyət evində böyük konsertdən sonra xahiş etdi

ki,  sərhədə  gedək,  o  tay Astarasının  havasını  udum.  Mən

dərhal  sərhəd  qoşunlarının  komandirini  çağırıb  körpünün

üstünə  gəlməsini  xahiş  etdim.  Biz  bir  qrup  rayon

zəhmətkeşlərinin  hamısı  Rübabə  Muradovanı  müşayiət

etdik. Mən, komandir və Rübabə xanım körpünün sovetlər

tərəfinə aid olan hissəsinə gəldik. Bu zaman Rübabə xanım

ah  çəkib  elə  qəmli  oxudu  ki,  hamı  ağladı.  Dedi:  «Vətən

həsrəti böyük dərddi.» Onu vətən dərdi də öldürdü. Mə onu

Salyanda  mədəniyyət  evində  işləyəndən  tanıyırdım.  Biz

qonşuluqda yaşayırdıq. Uca boy, gözəl qamət, uzun saçlar,

gözəllik, bir də ecazkar – cazibədar səs allah vergisi idi.

Xalq  artisti  Rübabə  Muradova  əsrlərlə  xatirələrdə

yaşayasaq. 

***

Astarada işlədiyim vaxt yaddaqalan tarixi şəxsiyyətlərdən

mayestro Niyazi, akademik Ziya Bünyadov, professor Xəlil

Əlimirzəyev,  AASK-i  Zərifə  Şükürova,  Azərbaycan

Respublikası Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Res -

publika  Partiya  Dövlət  Nəzarət  Komitəsinin  sədri  Əli

Kərimov,  Respublika  Dəmiryol  idarəsinin  rəisi  Abbas

Bağırov, Azərittifaqın sədri Süleyman Abdinbəyov, Azərb.

KPMK-nın şöbə müdiri Mehdi Məmmədov, Nazirlər Sove-

tinin  sədr  müavini  Əli  İbrahimov,  SSRİ  Yeyinti-Sənaye

naziri  V.Lein,  SİMK-nin  Plan-İqtisadiyyat  və  Ticarət

şöbəsinin müdiri V.Kapkov və başqaları rayonda olmuş, öz

Sahib Sailov

58



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə