Sahib sailov zəkanın gücü (1954-2013) Bakı


rayonu  birinci  yer  tutdu



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə18/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   14   15   16   17   18   19   20   21   ...   103

rayonu  birinci  yer  tutdu. Həmin  nailiyyətə  görə  SSRİ

Silahlı  Qüvvələrinin  sərhəd  qoşunları  üzrə  birinci

müavini  Nikolay  Aleksandroviç  keçici  qırmızı  bayrağı

vermək  üçün  rayona  gəlmişdi.  Bayrağı  təqdim  etdikdən

sonra, onun şərəfinə kiçik bir ziyafət düzəltmişdik. O, çox

yeyib-içən, şən bir insan idi. Deyirlər, sərhədçilər çox çevik

və gözüaçıq olur. Onun nəzərindən heç bir şey qaçmamışdı.

RPK-nin ikinci katibi Əjdər Şahmarovun spirtli içki içmədiyi

nəzərindən  yayınmamışdı.    Siz  niyə  içmirsiniz  sualına

Şahmarovun : içən deyiləm cavabına zarafatla dedi:

- Sən nə raykom katibisən ki, 100 qram spirtli içki qəbul

edə bilmirsən? Və içmədiyin üçün sərhəd rayonunda sənə

işləmək olmaz.

Beləliklə, söhbətimizi yekunlaşdırıb, onu yola salmağa

gəldik.  Mən  qabaqcadan  göstəriş  vermişdim  ki,  heç  bir

şikayət  olmasın.  Qonaq  evindən  çıxıb,  maşına  oturarkən,

kolun arxasından bir vətəndaş sıçrayıb yaxınlaşdı, şikayət

məktubunu ona verdi. O isə öz növbəsində həmin məktubu

mənə verib, tədbir görülməsini xahiş etdi. Bu faktla demək

istəyirəm  ki,  Astarada  nəzər  diqqəti  cəlb  edən  bir  çox

xüsusiyyətlər  var.  Orada  insanlar  çox  gözüaçıq,  ayıq

olurlar.  Uzun  illər  sərhəd  bağlandığı  üçün  kənar

adamların  ora  gəlməsi  onların  nəzər-diqqətindən

yayınmır. Çox böyük əksəriyyət kəndlərdə, xüsusilə sərhəd

boyunda evlərə qıfıl vurulmur, bütün evlərin qapıları açıq

qalır.  Bir  də  o  rayonda  heç  vaxt  oğurluq  olmur.  Mənim

işlədiyim üç ildən çox müddətdə yalnız bir dəfə Kakalos



kəndindən bir vətəndaşın malını oğurlamışdılar. Bu əhvalat

Zəkanın gücü

67


mənə  deyiləndən  sonra  Milis  rəisi  polkovnik  Qəzənfər

İlyasovu dəvət edib, ona qəti göstəriş verdim ki, 24 saat

müddətində həmin oğurluq işi açılmalı və vətəndaşın malı

özünə qaytarılmalıdır. Görülən operativ tədbirlər nəticəsində

oğurluq aşkar edildi və vətəndaşın malı özünə qaytarıldı. 

***

Astara rayonunda işlədiyim müddət ərzində yaddaqalan

ən ciddi məsələlərdən biri rayonda ümumi dəniz kənarında

istirahət parkının salınması idi. Bu məsələ RPK-nin aktivində

müzakirə olunarkən Mədəniyyət Şöbəsinin müdiri Burçalı

Həmidov çıxış edərək dedi ki, Astaranın hər yeri parkdır,

bizə park nə lazımdır? Mən isə ona cavab verdim ki, əhalinin

ümumi istirahət zonası olmalıdır. Park salınmalıdır. Növbəti

yığıncağa qədər Kommunal Təsərrüfat Şöbəsinin müdiri



Bağırov, Şəhər Sovetinin sədri Sadıqov göstəriş aldılar ki,

100  ədəd  bel  hazırlanmalı  və  Raykom  binasının  birinci

mərtəbəsinə kabinetlərin birinə yığılmalıdır. İclas qurtaran-

dan sonra bütün büro üzvləri başda mən olmaqla, hamımız

bel  götürüb,  park  salınan  yerə  getdik.  Beləliklə,  parkın

salınması  üçün  bünövrə  qoyuldu.  Bu  park  tikilib

zəhmətkeşlərin istifadəsinə verildi. İndi də həmin park Sailov

parkı adlanır. 



***

2005-ci ildə Məşhəd ziyarətindən gələrkən həmin parkın

yanından keçirdik. Mən sürücüyə dedim ki, maşını saxla,

parka  baxaq.  Sürücü  soruşdu  ki,  hansı  parka  –  Sailov

Sahib Sailov

68



parkına? Dedim bəli. Mən və bir neçə yoldaş düşüb parka

baxdıq.  Artıq  dənizin  səviyyəsi  qalxıb,  parkın  müəyyən

hissələrini  yuyub.  Əlbəttə,  müşahidə  etdiyim  baxımsızlıq

məni ciddi surətdə narahat etdi. Maşına minərkən, sürücü çox

maraqla soruşdu?:

- Necədi, park xoşunuza gəldi? - Dedim:

- Baxımsızlıq olmasaydı çox yaxşı olardı...

***

İşlədiyim  müddət  ərzində  rayon  ərazisində  olan  hərbi

hissələrlə sıx əlaqə saxlayırdıq. Rayonun ərazisində yerləşən

böyük  bir  Polk-Hərbi  hissə var  idi.  Bu  hərbi  hissənin

rəhbərliyi  həmişə  RPK-silə  yaxından  əlaqə  saxlayırdılar.

Rayonun təsərrüfatlarında olan çətinlikləri aradan qaldırmaq

üçün, xüsusilə tərəvəzin yüklənməsində və dolu vaqonların

boşaldılmasında hərbiçilərin qüvvəsindən lazımınca istifadə

edirdik. Hərbi hissənin komandiri Polkovnik Babenko 1967-

ci ilin axırlarında Uzaq Şərqə, hərbi hissəyə rəhbər vəzifəyə

göndərildi.



***

Rayon ərazisindəki hərbi hissələrə rəhbərlik edən diviziya

–  Lənkəran  şəhərində  yerləşirdi.  Diviziyanın  komandiri

gene ral  Malafeyev çox  ciddi  hərbçimizdi.  Onunla  isti

münasi bətlərimiz var idi. Bir gün o məni kabinetinə dəvət

etdi. Kabinetə daxil olarkən üstü örtülmüş xəritə gördüm.

Soruşdum ki, cənab general, bu nə xəritəsidir? O, xəritəyə

yaxınlaşdı  və  üstündəki  pərdəni  çəkdi.  Göstərici  çubuqla

Zəkanın gücü

69



diviziyanın İranı almaq haqqında strateji planını göstərdi.

Neçə saat müddətində İran torpaqları zəbt edilməli idi, o da

hərbi strateji planda nəzərdə tutulmuşdu, Çox maraqlı idi ki,

çayların üzərində ordunun və texnikanın keçməsi üçün asma

körpülərin qurulması da nəzərdə tutulmuşdu.

1967-ci ilin axırlarında General Malafeyevi Belarusiya

Hərbi Dairəsinə komandir göndərdilər. Orada işləyərkən biz

məktublaşırdıq.  Bir  dəfə  aldığım  məktubda  maraqlı  bir

məqam diqqətimi çəkdi. General məndən nadir bitki olan

feyxoanın mürəbbəsini xahiş etmişdi. Mən onun bu xahişini

məmnuniyyətlə yerinə yetirib, feyxua mürəbbəsi göndərdim.

Və onu demək istəyirəm ki, hərbi rütbəsi nə qədər böyük olsa

da, özü bir o qədər sadə insan idi. 

***

Maraqlı bir faktı da nəzərinizə çatdırmaq istəyirəm ki, As-

tarada işlədiyim vaxt AKP MK-nin Təşkilat Şöbəsinin müdiri

Tofiq  Bağırov  mənə  zəng  vurub  dedi  ki,  Moskvadan

qonaqlarımız var, sabaha nahara bizə bir qızıl balıq göndərə

bilərsənmi?  Söz verdim ki, göndərərəm. Telefonu yerə qoy-

duqdan sonra aidiyyatı adamlara tapşırıq verdim. Etiraf edim

ki, Astarada qızıl balıq tapılmadı. Onu Lənkəranın Nərima -

nabad qəsəbəsində olan balıq kombinatından gətizdirdim və

deyilən vaxtda MK-yə çatdırdım. Maraqlıdır, həmin qızıl

balıq bişirilib ortaya gələndən sonra SİKP MK-nin bölmə

müdiri Vladimir Starşenko soruşur ki, bu nə balıqdır? Qızıl

balıq olduğunu eşidəndən sonra deyir ki, məyər siz bilmirsiz

ki,  Sov.İKP  MK-nin  qərarı  ilə  qızıl  balığın  ovlanması



Sahib Sailov

70


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə