Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə16/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   12   13   14   15   16   17   18   19   ...   103

təəssüratları  ilə  yaddaşımda  qalıblar.  Rayonda  işlədiyim

müddət  ərzində  ən  böyük  hadisə  17  iyul  1966-cı  ildə

Moskvaya  tərəvəzin  göndərilməsi  oldu.  Moskva  Ehtiyat

bazasına pomidor 14-15 günə, xiyar isə 5 günə getməlidir.

Sənədlər düzgün tərtib edilmədiyinə görə pomidor 4 günə,

xiyar isə 15 günə gedir. Bu məhsulun Moskvaya çatması,

orada analiz olunması böyük sensasiyaya səbəb oldu. Bu işə

SSRİ  Nazirlər  Sovetinin  sədri  Nikolay  Kosıgın, Partiya

Dövlət  Nəzarət  Komitəsinin  sədri  Şelepin,  Sovet  İttifaqı

Kommunist Partiyası MK-nin şöbə müdiri Kapkov bu işlə

məşğul oldu və göstərişlə Kapkov Komissiyanın sədri kimi

Azərbaycana gəldi. İyul ayının 18-də MK-nin ikinci katibi

Pyotr  Yelistratov,  SİKP  MK-nın  şöbə  müdiri  Kapkov,

Nazirlər Soveti sədrinin birinci müavini Əli İbrahimov,

SSRİ Yeyinti Sənaye naziri Lein, Azərbaycandan Həsən

Seyidov,  Mehdi  Məmmədov,  Süleyman  Abdinbəyov,

Abbas  Bağırov  Astara  rayonuna  gəldilər. Mən  onları

Rayon Partiya Komitəsində qarşıladım və iki gündən bəri

görülən  tədbirlər  haqqında  məlumat  verdim.  RPK-nin

keçirmiş olduğu tədbirlərdən razı qaldılar. 17 iyul 1966-cı

ildə  RPK-nin  geniş  büro  iclası  keçirildi.  Büroda  bütün

təsərrüfat  rəhbərləri,  briqadirlər,  aqronomlar,  tərəvəzin

tədarükü ilə məşğul olan şəxslər, rayonun inzibati orqanları

–  məhkəmə,  milis,  prokurorluq  orqanları  və  Dəmir  Yol

İdarəsinin rəhbərləri iştirak edirdilər. Büroda rayon İstehsalat

İdarəsinin  rəisi  Məmmədağa  İbrahimov  tərəvəzin

göndərilməsi ilə əlaqədar olaraq ətraflı məruzə etdi. Axşam

saat 10-dan başlayan büro gecə saat 4-ə qədər davam etdi.



Zəkanın gücü

59


Büronun  qərarı  ilə  Ərkivan  sovxozunun  direktoru  Barat

Səmədov, 2 №li sovxozun direktoru Mütəllim Vəliyev,

Dəmiryol İdarəsinin rəisi və Tərəvəz fabrikinin direktoru

partiya  cəzası  aldılar. Hər  iki  sovxozdan  göndərilən

keyfiyyətsiz məhsula görə şöbə müdirləri və briqadirlər inz-

ibati-istintaq  orqanlarına  verildi.  Rayon  qəzeti  RPK-nin

keçirmiş olduğu büronun qərarını qəzetdə dərc etdi və səhər

saat  10  tamamda  Partiya  Komitəsində  təbliğatçıların

yığıncağı  keçirilərək  bütün  tərəvəzçilik  sovxozlarına  və

briqadalarına  qərarı  çatdırmaq  üçün  nümayəndələr

göndərildi. İbrahimov Əli tərəvəz fabrikinin fəaliyyəti ilə

tanış  olarkən  fabrikin  direktoru  Burcalı  Həmidov onu

təbəssümlə qarşılayır. İbrahimov ona deyir: 

- Siz niyə təbəssüm göstərirsiniz? Axı, partiya cəzasına

məhkum edilmisiniz. 

O, isə cavabında deyir:

- Partiya bizi tərbiyə edir, lazım gələndə bizi cəzalandırır,

lazım gələndə isə işimizə qiymət verir. Mən RPK-si bürosu-

nun qərarından özümə lazımi nəticəni çıxarmışam. 

Moskvadan gələn nümayəndə heyətinin rəhbəri V. Kap-

kov mənə dedi ki, keçirdiyiniz büronun qərarı ilə məni tanış

edin. Büronun sənədləri Azərbaycan dilində olduğu üçün onu

tərcümə etməyi Yelistratovun köməkçisi Lalayana həvalə

etdik. L.B.Lalayan raykomun büro qərarının bütün bəndlərini

tərcümə edib Kapkova çatdırdı. Sənədlərlə tanışlıqdan sonra

nümayəndə heyətinin rəhbəri Yelistratova dedi:

- Bu katibin cavan olmasına və az müddət işlədiyinə bax-

mayaraq,    bütün  tədbirlərin  hamısını  görüb. Artıq  bunun



Sahib Sailov

60


müzakirəyə ehtiyacı yoxdur.

Biz rayonun 2 №-li Kommunist və Subtropik sovxozları -

nın işi ilə tanış olduq. Və bundan sonra bu məsələ ilə əlaqədar

rayona gələn bütün nümayəndələr axşam Subtropik sovxozda

görüşdülər  və  qərara  aldılar  ki,  artıq  bu  məsələnin

müzakirəyə  ehtiyacı  yoxdur.  Pyotr  Yelistratov  gələn

nümayəndələrin bir neçəsini, Tərəvəzçilik naziri Həsən Seyi-

dovu,  Mərkəzi  Komitənin  şöbə  müdiri  Mehdi

Məmmədovu, Azərittifaqın sədri Süleyman Abdinbəyovu

dinlədi və axşam yeməyindən sonra Yelistratov göstəriş

verdi ki, gələn nümayəndələr hamısı getsin Lənkəran-

Masallı rayonuna. Orada lazım olan işlərlə məşğul olsunlar.

Axşam qonaq evində qalan Moskva nümayəndələri və Yelis-

tratovu  səhər  tezdən  görməyə  getdim.  Məlum  oldu  ki,

dənizdə  çimmək  istəyirlər.  Dərhal  Astara  sərhəd



zastavasının rəisi İvanova zəng vurub sərhəd qapılarının

açılmasını  və  dənizdə  çimməyə  icazə  verilməsini  xahiş

etdim. Həmin dəqiqə sərhəd qapıları açıldı, P.Yelistratov

mənə  dedi  ki,  dənizdə  çimmək  üçün  geyimin  varmı?

Dedim ki, yoxdur. Təəssüblə güldü:

- Cavan oğlansan, maşında çimərlik paltarın da yoxdu. -

Zarafatla əlavə etdi:

- Mən sənin kimi cavan olanda, nəinki kişi üçün, hətta

qadın üçün də  geyim olurdu maşınımda.

Dənizdə çimməkdən böyük həzz aldılar. Səhər yeməyin -

dən  sonra  qonaqları  Pensər  Postuna  qədər  ötürüb,  geri

qayıtdım. Lakin narahatçılıq qurtarmırdı. Məni düşündürən

əsas məsələ MK-nin bu məsələyə münasibəti idi. Artıq 2 gün

Zəkanın gücü

61



keçmişdi. Heç bir xəbər yox idi. Mən dözməyib məsələnin

nə yerdə olduğunu aydınlaşdırmaq üçün MK-nin katibi Əli

Əmirova zəng vurdum.

– Bu işlə Yelistratov məşğuldur, mən vəziyyətin nə yerdə

olduğunu bilmirəm.- cavabını aldım. Bir gün də dözdüm.

Səhərisi gün MK-nin ikinci katibi Yelistratova zəng vur-



dum.  Məsələnin  nə  yerdə  olmasını  ondan  soruşdum.

AKPMK-nin birinci katibi Vəli Axundovun SİKP MK-

dən  gəlmiş  Kapkovla  razılaşdığı  üçün  bu  məsələnin

yenidən  MK-nin  bürosunda  müzakirə  olunmasına

ehtiyac olmadığını dedi.

Beləliklə, böyük bir bəladan, narahatçılıqdan,  faciə və

qorxudan canımız qurtardı. Əlbəttə, bu iş başqa məcraya da

dönə bilərdi. Ən azından Partiya cəzası almaqla işdən xaric

oluna bilərdim. Lakin MK-nin birinci katibi V.Axundovun

humanist hərəkəti, məsələyə məntiqi münasibəti mənim

cavan  və  təcrübəsiz  olmağımı  nəzərə  alıb,  büroda

müzakirə olunmasını məqsədə müvafiq hesab etməmişdi.

***

Astarada işlədiyim müddət ərzində AKP MK rəhbərliyinin

daimi  qayğısını  hiss  edirdim. Artıq  1966-cı  il  başa  çatdı.

Tərəvəzçilik, çayçılıq, heyvandarlıq və başqa sahələrdə ray-

onun göstəricilərini nəzərə alaraq Astara rayonu MK-nin və

Respublika Nazirlər Sovetinin keçici qırmızı bayrağına layiq

görüldü.

Keçici qırmızı bayrağı təqdim etmək üçün rayona Respub-

lika Nazirlər Sovetinin sədri Ənvər Əlixanov gəldi. Əlixanov

Sahib Sailov

62



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə