Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə17/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   13   14   15   16   17   18   19   20   ...   103

yoldaş  bayrağı  təqdim  etdikdən  sonra  rayonun  bir  sıra

təsərrüfatlarında oldu və büro üzvləri ilə səmimi söhbət etdi.

Rayonun nə kimi problemləri olduğu ilə maraqlandı. Mən bir

çox təkliflər verdim. O isə cavabında dedi:

- Bütün bu dediklərinizin hamısını mənim adıma məktub

şəklində yazıb 3 gündən sonra Rayon İcraiyyə Komitəsinin

sədrini yanıma göndər.

Onun dediyi kimi etdim. Bütün təkliflərə RPK-nin büro



iclasında bir daha baxıb Nazirlər Sovetinə təqdim etdik.

Nazirlər  Sovetinin  sədri  Əlixanovun  göstərişi  ilə  həmin

məktub Nazirlər Sovetinin iclasına çıxarıldı və bütün Re-

spublika Nazirlərinin iştirakı ilə müzakirə edildi. Beləliklə,

Astara rayonuna kömək haqqında Nazirlər Sovetinin xüsusi

qərarı qəbul edildi. Həmin qərarda Respublikanın bir sıra

nazirliklərinə  xüsusi  tapşırıqlar  verildi.  O  cümlədən,

Respub li kanın  Su  Təsərrüfatı  Nazirliyi,  Kommunal

Təsərrüfatı Nazirliyi, Azərittifaq, Tərəvəzçilik Komitəsi,

Tikinti  Nazirliyi və  başqa  nazirliklərin  vəzifələri  həmin

qərarda konkret şəkildə göstərildi. Çox gözlənilməyən bir hal

idi ki, həmin qərarın icrasına nəzarət Respublika Nazirlər

Sovetinin İşlər İdarəsinə və RPK-nin birinci katibi kimi mənə

həvalə edildi. Onu qeyd etmək istəyirəm ki, o vaxtkı respub-

lika rəhbərli yində təmsil olunan nazirlər və məsul işçilər çox

məsuliyyətlə bu qərarın yerinə yetirilməsinə əməl etdilər.

Nazirlər  Sovetinin  qərarına  uyğun  olaraq  Rudakənar

kəndində  yeni  qəsəbənin  salınması,  Subtropik  sovxozda

qonaq  evinin  tikilməsi,  Astara  şəhərinin  tam  elektrikləş -

dirilməsi  (gündüz  işıqları),  tərəvəz  fabrikinin  yenidən

Zəkanın gücü

63



qurulması, Dəmişovka stansiyasının yenidən tikilməsi üçün

tədbirlər görüldü.

Maraqlı bir məqamı da qeyd etmək lazımdır ki, qərarda

göstərilən evlərin tikilməsi başa çatdırıldıqdan sonra MK-yə

mənim  haqqımda  imzasız  məktub  göndərdilər,  güya  mən

özbaşınalıq edərək, həmin qəsəbədə məktəb-klub, mağaza

tikdirmişəm. Yazılan bu fakt doğru idi. Az müddət keçmişdi

ki, Respublika Partiya Dövlət Nəzarət Komitəsinin sədri Əli

Kərimov  birinci  katib  Vəli  Axundovun  göstərişi  ilə  bu

faktları yerində aydınlaşdırdı. Biz Kərimovla birlikdə həmin

qəsəbədə olarkən keçmiş yararsız məktəbin binasına baxmaq

üçün yolu oradan salıb onu məktəblə tanış elədim. O gördü

kü, doğrudan da burada məktəbin tikilməsi düzgün haldır. Əli

Kərimov RPK-nin qonaq evində qaldı. Səhərisi gün Bakıya

yola düşərkən mənə dedi:

- Bir də belə partizanlıq eləmə, qərarı pozmaq olmaz, lakin

bu dəfə sənin günahından keçirik. Gələcəkdə belə nöqsanlara

yol vermə.

Maraqlı bir faktı demək istəyirəm ki, Əli Kərimov Res -

pub li kamızda ən təmiz, pak, prinsipial, dövlətçiliyi, parti -

yalılığı  özündə  birləşdirən,  sözün  həqiqi  mənasında

şəxsiyyət  idi.  Respublikada  heç  kəs  onun  təmizliyinə

şübhə edə bilməzdi. O, ən kiçik məsələləri də nəzərdən

qaçırmırdı. Səhər Bakıya yola düşərkən dedi:

-  Bizim  bu  gecəlik  kommunal  xərclərinin  kağızlarını

təqdim edin.

Mən çox narahatçılıqla dedim ki, Əli Kərimov axı, bir

gecə qonaq olmusuz. Beləliklə, mən kağızları verməyib  onu

Sahib Sailov

64



sərhəddən Bakıya yola saldım.

O vaxtlar mən PDNK-nin Rəyasət Heyətinin üzvü idim.

Nəhayət, az müddətdən sonra Komitənin iclasına gələrkən,

yenə  də  kommunal  xərclər  haqqında  kağızı  soruşdu.

Kağızları yenə vermədim.

***

Astarada işlədiyim müddət ərzində çox maraqlı insanlarla

təmasda olmuşam. Onlardan yadda qalanların bir neçəsini

oxucuların  nəzərinə  çatdırıram.  O  cüm-lədən  qəhrəman

analara orden təqdim etmək üçün Azərbaycan Ali Sovetinin

katibi Zərifə Şükürovanın rayona gəlişi heç vaxt yaddan

çıxmır. O dövrün Partiya işçiləri, xüsusilə Azərbaycan SSR

Ali Sovetinin deputatları, komissiya sədrləri, bilavasitə Zərifə

Şükürovayla işləyirdilər. Zərifə xanım Azərbaycan qadınlı -

ğının bütün müsbət keyfiyyətlərini özündə cəmləşdirən

kübar ziyalı qadın idi. Mən onu qarşıladım və qonaq evinə

dəvət edim. O, qonaq evinin yemək otağına daxil olarkən,

stolun üstündə olan nemətlərə baxıb dedi:

–  Sahib  müəllim,  nə  böyük  əziyyət  çəkmisiniz?  Çox

təəssüf ki, mənə süfrədə olan bu nemətləri yemək olmaz.

Mən şəkər xəstəsiyəm.

O, yataq otağına gedib, iynəsini vurub gəldikdən sonra,

yüngül yeməklə kifayətləndi. Onun xəstə olması, adamlara

münasibəti,  rayonun  qəhrəman  analarına  vermiş  olduğu

ordenlər, rayon ziyalılarına etdiyi tövsiyələr və nəsihətamiz

sözlər heç vaxt yadımdan çıxmır.



Zəkanın gücü

65


***

Astara sərhəd rayonu olduğu üçün (1-ci palasa) Respub-

lika Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi nəzarətində idi.

Tez-tez Respublika Təhlükəsizlik Komitəsinin rəhbərləri ray-

ona gəlir və sərhəd məsələləri ilə maraqlanırdılar. Bir gün

DTK-nin sədri Semyon Kuzmiç rayona gəldi. O, bizim

işlərimizlə ciddi maraqlandı. Mənim yaşadığım evin yerini

ona göstərməyi xahiş etdi. Mənim yaşadığım ev sərhəddən

tam  20  metr  kənarda,  tikanlı  məftillərin  yaxınlığında  idi.

Gəlib baxdıqdan sonra dedi:

-  Siz  niyə  belə  yerdə  yaşayırsnız?  Bu  sizin  üçün

təhlükəlidir. Mən Belarusiyada DTK-də işləyəndə bizim

bir raykom katibini oğurlayıb aparmışdılar.

Mən də ona cavab verdim ki, məni oğurlamazlar, çünki

məni burda raykomun birinci katibi kimi yox, Şəhər Sove-

tinin sədri kimi tanıyırlar. Nə isə bu söhbət uzun çəkdi... Biz

günorta yeməyi üçün Pensər çayının yuxarı hissəsində olan

meşəyə  getdik.  Nahar  etdikdən  sonra  o,  çayda  çimmək

istədiyini dedi. Mən ona dedim ki, bu çay çimmək üçün  çox

dayazdır.  O  isə  buna  məhəl  qoymayıb,  soyunub  suyun

qarşısına yıxıldı və dedi: “Platina qotova”. Bununla demək

istəyirəm ki, o çox sadə, mehriban, təvazökar, qayğıkeş, həm

də çox ciddi bir insan idi. 

Eyni  zamanda  sərhəd  qoşunlarının  yerləşdiyi  Za-



qafqaziya Sovetindən rayonumuza gələn General Polkovnik

Nikolay Aleksandrov da xatirimdən silinmir. 

1967-ci  ilin  yekunlarına  görə  sərhədin  qorunması

sahəsində Zaqafqaziya Respublikaları içərisində Astara



Sahib Sailov

66


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə