Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə11/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   7   8   9   10   11   12   13   14   ...   103

cəmiyyətinin hər bir üzvünün mənafeyi ilə bilavasitə əlaqə -

dardır. Maddi nemətlər bolluğu yaradılması partiyanın xalqın

güzəranını  yaxşılaşdırmaq  siyasətinin  ən  başlıca  xəttidir.

Maddi nemətlər bolluğuna nail olmaq üçün kənd təsərrüfatı

istehsalını inkişaf etdirmək zəruridir. Sov. İKP Proqramında

göstərilir: "Qüdrətli sənaye ilə yanaşı, tərəqqi edən, hərtərəfli

inkişaf etmiş və yüksək məhsul verən kənd təsərrüfatının

yaradılması kommunizm qurmağın vacib şərtidir"



1

.

Partiya sosialist kənd təsərrüfatı iqtisadiyyatını hərtərəfli



təhlil  etmək  əsasında  son  illərdə  onun  geri  qalması

səbəblərini aşkara çıxartdı və geriliyin aradan qaldırılmasının

konkret yolunu göstərdi. Kommunist partiyası son illərdə

kolxoz və sovxoz istehsalını yüksəltmək sahəsində bir sıra

mühüm  və  böyük  tədbirlər  həyata  keçirdi.  Bu  tədbirlər

sistemində intensivləşdirmənin rolu böyükdür. Kənd təsərrü -

fatının  əsas  istehsal  vasitəsi  olan  torpağın  becərilməsini

yaxşılaşdırmaqda və hər hektar torpaq sahəsindən daha çox

və ucuz məhsul götürməkdə intensivləşdirmənin əhəmiyyəti

böyükdür. Eyni torpaq sahəsinə əlavə kapital qoyulması ilə

kənd təsərrüfatı məhsulları istehsalını yüksəltmək intensiv -

ləşdirmənin əsas xüsusiyyətlərindən biridir. Kənd təsərrü -

fatında istehsalın intensiv inkişafını xarakterizə edərək, K.

Marks  göstərirdi:  "…  intensiv  becərmə  dedikdə  iqtisadi

mənada biz yalnız onu nəzərdə tuturuq ki, kapital bir-birinin

yanında  yerləşən  torpaq  sahələri  arasında  bölüşdürülmək

əvəzinə eyni bir torpaq sahəsində təmərküzləşdirilir"

2

.

Sahib Sailov



42

                                                      

Sov. İKP Proqramı, Azərnəşr, 1961, səh. 73

K.Marks. Kapital, III cild, Azərnəşr, 1960, səh. 696.


V.İ.Lenin Marksın kənd təsərrüfatında istehsalın in-tensiv

inkşafı haqqındakı nəzəriyyəsini yeni tarixi şəraitdə daha da

inkişaf etdirirdi. V. İ. Lenin öyrədirdi ki, hər bir ictimai-iqti-

sadi hadisəyə münasibətdə olduğu kimi, kənd təsərrüfatında

istehsalın intensivləşdirilməsinə da tarixi nöqteyi-nəzərdən

yanaşmaq lazımdır. Kənd təsərrüfatı istehsalında "ümumiy -

yətlə"  intensivləşdirmə  yoxdur  və  ola  da  bilməz.  Kənd

təsərrüfatının intensivləşdirilməsi müəyyən ictimai istehsal

üsulunda, konkret istehsal münasibətləri sistemində baş verir.

İntensivləşdirmənin  forması,  onun  spesifik  cəhətləri  və

xüsusiyyətləri hər bir ictimai-iqtisadi formasiyada istehsal

münasibətlərinin xarakteri ilə, cəmiyyətdə fəaliyyət göstərən

əsas iqtisadi qanunla müəyyən olunur. 

Kolxoz istehsalının intensiv istifadə edilməsi, əvvəla, əkin

yerlərinin  və  kənd  təsərrüfatı  üçün  yararlı  olan  başqa

torpaqların  hər  hektar  sahəsinə  düşən  istehsal  xərclərinin

cəmi ilə; ikincisi, əkin yerlərinin və kənd təsərrüfatı üçün

yararlı olan başqa torpaqların hər hektar sahəsinə düşən is-

tehsal  vasitələrinin  (əsas  və  dövriyyə  vəsaitinin)  dəyəri;

üçüncüsü, mexaniki qüvvə ilə görülən işlərin həcmi və onun

artımı ilə; dördüncüsü, əkin yerlərini və kənd təsərrüfatı üçün

yararlı  başqa  torpaqların  hər  hektarı  üzrə  təsərrüfatda

qazanılan  əmək  günlərinin  miqdarı  ilə;  nəhayət,  əkin

yerlərinin  və  kənd  təsərrüfatı  üçün  yararlı  olan  başqa

torpaqların  hər  100  hektarına  görə  mal-qaranın  sıxlığı  və

artımı ilə ölçülür.

V.İ.Lenin kənd təsərrüfatının intensivləşdirilməsi səviy -

yəsini  xarakterizə  edərək  göstərirdi  ki,  gübrə  xərcləri,



Zəkanın gücü

43


alətlərlə maşınların dəyəri haqqındakı məlumat iqti-sadi sta-

tistikada  əkinçiliyin  intensivlik  dərəcəsinin  ən  dürüst

göstəricisidir.

Buna  görə  də  partiya  və  hökumət  kənd  təsərrüfatında

intensivləşdirməyə xüsusi fikir verir. Çünki intensivləşdirmə

kolxoz  və  sovxoz  istehsalının  bütün  sahələrinin  sürətlə

inkşafı üçün başlıca yoldur. İsteh-salın intensivləşdirilməsi

təsərrüfatçılıq metodlarını daim yaxşılaşdırmağı və təkmilləş -

dirməyi tələb edir. İntensivləşdirmə süni və üzvi gübrələrdən,

texnikadan  düzgün  və  səmərəli  istifadə  etməyi,  yüksək

məhsuldar  mal-qara  cinsləri  yetişdirməyi,  aqronomiya  və

zootexnika elminin ən yeni nəaliyyətlərini istehsalatda geniş

tətbiq etməyi və s. nəzərdə tutur.

Sov. İKP Proqramında deyilir: kənd təsərrüfatını yüksəlt -

mək və ölkənin kənd təsərrüfatı məhsullarına getdikcə artan

tələbatını öldəmək üçün başlıca yol hərtərəfli mexanikləş -

dirmə və ardıcıl intensivləşdirmə yoludur.

Kənd  təsərrüfatı  istehsalının  bütün  sahələrinin  inkişaf

etdirilməsində onun bütün sahələrində texnikanın tətbiqi və

istehsal  proseslərinin  hərtərəfli  mexanikləşdirilməsinin

böyük və həlledici əhəmiyyəti vardır.

Hələ vaxtilə K. Marks göstərmişdir ki, maşından istifadə

edilməsi iş vaxtını azaldır, əməyi asanlaşdırır, insanın təbiət

qüvvələri üzərində qələbəsini təmin edir, həm də K. Marks

burjua cəmiyyətindən fərqli olaraq kommunizmdə maşınların

tam mənası ilə insanlara xidmət etdiyini göstərirdi. V.İ. Lenin

kənd  təsərrüfa-tının  inkişaf  etdirilməsində  texnikanın  və

texniki tərəqqinin rolu haqqında K. Marksın fikrini daha da



Sahib Sailov

44


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə