Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə9/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   5   6   7   8   9   10   11   12   ...   103

***

1959-cu ilin yazı idi. Salyan RKK - nin katibi işləyirdim.

RPK  –  nin  birinci  katibi  Məmməd  Pənahov  məni  yanına

çağırdı. Kabinetə daxil olanda söhbət etdiyi siması çox tanış

və doğma olan insanı göstərib dedi: -tanış ol, respublikamızın

görkəmli rəssamı Səttar Bəhlulzadədir. Mən məmnuniyyətlə

qonağın əlini sıxıb “xoşgəldin” elədim.

Rəssam “Kür lövhələri” tablosunu çəkmək üçün Salyana

gəlmişdi. Biz onunla Kür çayının üzərində olan körpüdən

təxminən  bir  kilometr  məsafədə  Kürün  əyilən  məcrasına

gəldik.  O,  bu  yeri  ona  görə  seçmişdi  ki,  Kürün  üstündən

keçən körpünü, hər iki sahildə olan meşələrin mənzərəsini

çəkə bilsin. Kürün Muğan tayında olan meşəyə Tuğay meşəsi

deyilirdi. Biz bütün günü burada birlikdə olduq. O, cürbəcür

rənglərlə lövhələr çəkib yığırdı. Mən isə bu işin prinsipini

bilmirdim, müdaxilə də edə bilməzdim. Səttar Bəhlulsadənin

o zaman 50 yaşı vardı. Artıq o, respublikada tanınmış rəssam

idi. Bakının Əmirhacıyan kəndində doğulmuşdu, Məmməd

Pənahovun həmkəndlisi idi.

İllər keçdi, Səttar Bəhlulzadə Azərbaycan sovet rəssamı,

müasir  boyakarlıq  məktəbinin  banisi,  mənzərə  janrının

yaradıcısı, Azərbaycan respublikasının əməkdar incəsənət

xadimi (1960), Azərb.SSR – nin xalq rəssamı (1963), Azərb.

SSR Dövlət mükafatı laureatı (1972) oldu. 1946 – cı ildən

ömrünün sonuna kimi mənzərə janrında saysız – hesabsız

əsərlər yaratdı. O, yüzlərlə əsərlərin müəllifi kimi qəlblərdə

yaşayır  və  yüz  illər  də  bundan  sonra  yaşayacaqdır.  Onun

əsərləri Azərbaycan Dövlət Şəkil Qalareyasında, Azərbaycan



Sahib Sailov

34


Dövlət İncəsənət Muzeyində, Moskvada və b. Dövlət muzey -

lərində saxlanılır. O, dövlətin ali mükafatına: iki dəfə Qırmızı

Əmək  Bayrağı  ordeninə  və  medallara  layiq  görülmüşdür.

Onun  yaratdığı  əsərlər  Əlcəzairdə,  Misirdə,  Livanda,

Suriyada, Tunisdə, Norveçdə, İraqda, Kubada, Kanadada,

Belçikada, Fransada, Yaponiyada və b. ölkələrdə keçirilən

sərgilərdə sovet təsviri sənətini layiqincə təmsil etmişdir. 

Bütün  bu  məziyyətləri  nəzərə  alan  qədirbilən  xalqımız

ona “Rənglər sultanı” adını vermişdir. Belə bir sənətkarı un-

utmaq ən azından günahdır.



***

Yaddaşımda iz buraxan şəxsiyyərlərdən biri də Muxtar



Süleymanovdur. O, uzun illər Qazaxda partiya komitəsinin

birinci  katibi  işlədikdən  sonra  Salyan  rayonunun  Lapatin

camışçılıq sovxozuna direktor təyin olunmuşdu. O, yenilikçi,

qurucu, abadlığı, yaşıllığı çox sevən bir insan kimi yaddaş -

larda yaşayır. İndi də onu qazaxlılar da, lapatinlilər də yaxşı

xatırlayır.  Onun  yaxşı  işi  indi  də  xalq  tərəfindən  yüksək

qiymətləndirilir

***

1958-ci ilin dekabr ayı mənim üçün əlamətdar oldu. Məni

Moskvaya Ali Komsomol Məktəbinə oxumağa göndərdilər.

Moskvada oxuduğum o günlər heç vaxt yaddan çıxmır. Ali

Komsomol  məktəbində  o  zamankı  Partiya,  Komsomol,

Dövlət Plan Komitəsi, İqtisadiyyat İnstitutlarından və başqa

rəhbər yoldaşlar bizə maraqlı mühazirələr oxuyurdular. Biz

Zəkanın gücü

35



o vaxtı Moskva Komsomol Təşkilatının işi ilə tanış olduq və

onlardan  xeyli  təcrübə  topladıq.  O  günlərin  unudulmaz

xatirəsi 1958-ci ilin 31 dekabrda Kremlin Georgevski zalında

yeni ilin  qarşılanması idi. O gecənin abu-havası və görülən

tədbirlərin  əhatəli  olması  heç  vaxt  yaddan  çıxan  deyil.

Moskvadan qayıdandan sonra təhsilin yekunları haqqında

Azərbaycan  Komsomolu  Mərkəzi  Komitəsinə  hesabat

verdik.  Və  eyni  zamanda,  Moskva  təhsilinin  yekunları

haqqında RKK-nin işçilərinə, Komsomol aktivinə məlumat

verməklə bərabər, Respublikanın Gənclər Təşkilatının orqanı

olan  «Azərbaycan  Gəncləri»  ,”Molodyoj Azerbaydjcana”

qəzetlərində məqalələrlə çıxış etdim. Ümumiyyətlə, 1954-cü

ildən 1961-ci ilə qədər Salyan Rayon Komsomol Təşkilatında

işlədiyim  vaxt  unudulan  deyil.  Bu  dövrdə  ən  mühüm

hadisələrdən birisi Neftçala rayonunun ləğv edilib Salyan

rayonuna birləşdirilməsi oldu. Əlbəttə, bu rayonların böyük

bir  ərazini  əhatə  etməsi  işlərimizi  çox  çətinləşdirirdi.

Rayonların birləşməsindən sonra Azərbaycan Komsomolu

Mərkəzi Komitəsinin ikinci katibi Viktor İvanoviç Popov

RKT-nın işi ilə tanış olmaq üçün rayona gəlmişdi. Mən ona

təklif etdim ki, birinci tanışlığı keçmiş Neftçala Rayon Kom-

somol Təşkilatının işindən başlayaq. Belə də etdik. Neftçala

şəhər Komsomol Təşkilatlarının işi ilə tanış olduqdan sonra

mən onu çay süfrəsinə dəvət etdim. Və beləliklə, biz çay

süfrəsində söhbətimizi davam etdirdik. Xalqımıza məxsus

qonaqpərvərliklə,  xalq  musiqisilə  məclis  arəstə  oldu.  Bir

misal kimi həmişə deyərdi, gedək çay içək. Onda isə bütün

məsələlər aydın olurdu ki, çay içməkdən sonra hansı tədbirlər

olur. 

Sahib Sailov

36



***

1961-ci  ildə  mənim  Respublika  Komsomolu  Mərkəzi

Aparatına işə gəlmək məsələm qaldırıldı. ALKGİMK-nin bir-

inci katibi Maqsud Əlizadənin təklifinə Rayon Partiya Komi -

tə sinin birinci katibi Aslan Hüseynov razılıq vermədi. Lakin

Maqsud  Əlizadə AKP  MK-nin  təşkilat  şöbəsi  ilə  danışıb,

məsələnin müsbət həllinə nail oldu. Beləliklə, 1961-ci ildən

mən Azərbaycan Komsomolunun Mərkəzi Komitə sində işə

başladım.

Mənim MK-yə işə gəlməyim şəxsi həyatımda çox ciddi

çətinliklər yaratdı. Bakıda evim yox idi, ailəm, uşaqlarım

qaldı rayonda. Bakıda bir müddət tanışların evində qaldım,

sonra isə Ali Partiya Məktəbinin yataqxanasında yatmağa yer

verdilər. Beləliklə, mənim ikinci tələbəlik həyatım başladı.

Çox çətin günlər keçirdim. Ailəm rayonda, özüm Bakıda ray-

onlara ezamiyyətə gedirəm (təlimatçı kimi Ağdam, Ağcabədi,

Bərdə, Mirbəşir, Kəlbəcər rayonlarına baxırdım). Əlbəttə, bu

dövr  mənim  üçün  nə  qədər  çətin  keçsə  də,  mən  bunların

hamısına dözdüm. Bir il təlimatçı, bir il təşkilat şöbəsinin

müdiri  işlədikdən  sonra,  1962-ci  ilin  dekabr  ayında  məni

Azərbaycan LKGİ MK-nin katibi seçdilər. Katib seçilən kimi

mənə  ev  verildi.  Və  beləliklə,  ailəmi  yığışdırıb  Bakıya

gətirdim. Həyatımın çətin anları artıq arxada qalmışdı. Kom-

somolun MK-nin katibi işləyərkən bütün kənd Komsomol

təşkilatlarına rəhbərlik edirdim. Mənim əsas iş sahəm Re-

spublika Komsomolunun Kənd Təsərrüfatındakı fəaliyyətini

yaxşılaşdırmaq və kadr işləri ilə məşğul olmaq idi. Əlbəttə,

bütün  respublikaya  –  Qusardan  tutmuş  Bakıya  qədər,



Zəkanın gücü

37


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə