Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə10/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   6   7   8   9   10   11   12   13   ...   103

Bakıdan  Qazaxa  qədər,  Bakıdan  Astaraya  qədər  bütün

respublikanın Komsomol təşkilatlarına rəhbərlik etmək asan

məsələ deyildi. Harda çətin işlər vardısa, ora birinci mən

getməli olurdum. Heç yadımdan çıxmaz – Qusar rayon Kom-

somol Təşkilatının konfransını qurtarmışdıq. Maqsud Əlizadə

zəng  vurdu  ki,  Tovuz  və  Qazax  rayonlarında  konfransın

keçirilməsi pozulub, təcili ora getməlisən. Mən Qusardan

çıxıb Bakıya gəldim, Bakıdan isə Qazaxa getdim. Bir gündə

956  km  məsafəni  qət  etməli  oldum.  Sonrası  gün  Qazax-

Tovuz  Rayon  Komsomol  Komitələrinin  birləşmiş

konfranslarını  keçirtdik.  Bütün  narazılıqlar,  konfliktlər

aradan qaldırıldı. Qazaxdan çıxış edən komsomol təşkilatları

Komsomol  Təşkilatının  işindən  danışmaq  əvəzinə  şeir

deməklə məşğul idilər. Bütün bunların hamısına son qoyuldu.

Rayon Komsomol Komitəsinin katibləri, büro üzvləri seçildi.

Belə konfliktli məsələlər o vaxtlar çox olurdu. Bütün bunları

nizama salmaq əlbəttə asan məsələ deyildi. Mən tez-tez ray-

onlara gedir, KT-nın işi ilə məşğul olurdum. Heç yadımdan

çıxmaz, Ağdamda komso mol çuların müşavirəsini keçirməli

idim.  O  vaxt  Ağcabədi  rayonunun  Ağdam  rayonuna

birləşdirilməsi  məsələsi  çox  ciddi  bir  xarakter  almışdı.

Ağdama  gələrkən  raykomun  qarşısında  çoxlu  insanların

toplaşdığını  görüb,  soruşdum:  –  bunlar  niyə  yığışıblar?

Dedilər:  -  biz  Ağcabədi  ilə  birləşmək  istəmirik.  Onların

hamısını kluba yığıb, söhbət apararkən bir nəfər komsomolçu

çıxış edib dedi: Yoldaş Sailov, səni and verirəm o başının

üstündəki Leninin portretinə, bizim məsələni həll edin. Mən

onlara  məsələni  izah  etdim  ki,  bu  mə sələlər  mənim



Sahib Sailov

38


səlahiyyətim  daxilində  deyil.  Sonra  Ağca bə didən  gələn

nümayəndə  heyətini  qəbul  etdim.  Nüma yəndənin  başçısı

çıxış  edərkən  dedi  ki,  biz  KTN-nin  müavini  Əhməd

Paşayeviç Xəlilovu həbs etmişik. Mən soruşdum ki, nə üçün

həbs etmisiz? Dedi ki, bizim məsələmiz həll olunmayana

qədər onu buraxmayacağıq. Bu söhbət çox uzun çəkdi. Mən

məcbur olub MK-nin katibi Qəmbər Kazımovu axtarmağa

başladım. Dedilər ki, Füzuli rayonundadır. Mən məcburən

Füzuli rayonuna gedib onunla görüşdüm, Ağdam, Ağcabədi

rayonunda olan vəziyyəti məruzə etdim. O, isə öz növbəsində

Azərbaycan  KP  MK-nin  birinci  katibi  Vəli  Axundovla

danışdı. Və əlavə tədbirlərin görülməsi üçün razılığa gəldilər.

Azərbaycan Kommunist Partiyası MK-nin Kənd Təsərrüfat

üzrə katibi Qəmbər Kazımov çox işgüzar, bacarıqlı, qayğıkeş

bir rəhbər idi. İşlədiyim bütün dövrlərdə istər Komsomolun

MK-nin katibi, istərsə də MK-nin Aparatında işlədiyim vaxt

və  eyni  zamanda  Astara,  Qasım  İsmayılov  RPK-lərinə

rəhbərlik etdiyim zaman mənə istədiyim köməyi etmişdir.

Yalnız iki faktı göstərmək istəyirəm ki, Astara rayonunda

işləyərkən böyük  Lavain Su anbarının tikintisinə çox qayğı

ilə yanaşır və onun vaxtında tikilib istifadəyə verilməsi üçün

Respublikanın  aidiyyatı  orqanlarını  nəzər-diqqətində

saxlayırdı. Hətta bir dəfə Lavain Su Anbarının tikildiyi yerdə

Respublikanın aidiyyatı təşkilatlarını ora dəvət edib əməli

iclası  özü  apardı  və  müvafiq  orqanlara  lazımi  göstərişlər

verdi. Daha sonra Qasım İsmayılov (İndiki Goranboy) rayo -

nunda  pambığın  suva rılması  üçün  çox  böyük  çətinlikləri

onun vasitəsilə aradan qaldıra bildik. Qasım İsmayılov rayo-



Zəkanın gücü

39


nunda kənd təsərrüfa tının, xüsusilə pambıqçılıq, taxılçılıq və

yemçilik  sahələrinin  suvarılması  subartezian  quyularının

qazılıb istifadəyə verilməsi çox ciddi dövlət əhəmiyyətli iş

idi.  O  vaxtlar  Respublika  Nazirlər  Soveti  xüsusi  qərarla

quyuların  qazılması  üçün  bölgünü  təsdiq  edirdi.  Bu  işə

nəzarət isə Su Təsərrüfat Nazirliyinə tapşırılırdı. Respublika

Su Təsərrüfat naziri Tağı Əbdülrəhimov rayona müstəsna

kömək etmək məqsədilə Subartezian Quyularının qazılması

və  istismarı  idarəsini  bu  rayonda  yaratmışdı.  Subartezian

Quyularının qazılmasının məsuliyyəti idarənin rəisi Hidayət

Səfərova həvalə olun muşdu. Hidayət Səfərov Rayon Partiya

Komitəsinin büro üzvü idi. O, çox məsuliyyətli, intizamlı,

özünə və işçilərinə qarşı tələbkar idi. Mən isə bundan istifadə

edərək  quyuları  qabaqcadan  qazdırırdım.  Bu  məsələ  çox

ciddi xarakter aldığı üçün, Mərkəzi Komitənin bürosunun

müzakirəsinə çıxarıldı. Mən büroda cavab verməli oldum.

Lakin MK-nın bürosu mənim mövqeyimi müdafiə etdi. Mən

öz çıxışımda dedim: - düzdür, quyuları qazdırmışam, ancaq

təsərrüfatın inkişafı üçün. Əlavə etdim ki, mən bu rayondan

gedəndə belə qazılan quyuların suyu təsərrüfat üçün istifadə

olunacaq. Beləliklə, mənə cəza verdirmək istəyənlərin arzusu

ürəklərində qaldı.

İşlədiyim  dövr  ərzində  elə  bir  məsələ  olmayıb  ki,  ona

müraciət edim, nəticəsiz qalsın. Onun qayğıkeşliyi sayəsində

Respublikanın Partiya orqanlarında işləyən Raykom katibləri

həmişə ondan razılıq edirdilər. O vəzifədən getdikdən sonra

da münasibəti olan insanlarla əlaqə saxlayır, onlara lazımi

köməklik göstərirdi.



Sahib Sailov

40


Mənim  AKP  MK-nin  Partiya  Orqanlar  Şöbəsinə  işə

keçirilməyimin  əsas  səbəbi  Respublika  Komsomolunun

Mərkəzi  Komitəsindəki  fəaliyyətim  zamanı  qaldırdığım

bütün təşəbbüslərin MK tərəfindən müdafiə edilməsi idi ki,

nəhayət,  öz  müsbət  nəticəsini  verdi.  Respublikada  tut

bağlarının salınması, qarğıdalıya hamilik etmək, mexaniza-

siya kadrlarının hazırlanması, Mənsur Kərimovun iş təşəb -

büsü,  1+5:  bir  mexanizator  5  mexanizator  hazırlamalıdır

təklifi və Respublikanın kolxoz və sovxozlarında gübrənin

saxlanması üçün mərkəzi anbarların tikilməsi təşəbbüsü MK

tərəfindən daima müdafiə olunmuşdur.

*** 

Kənd  təsərrüfatı  istehsalının  intensivləşdirilməsi  və

Azərbaycan  komsomolunun  və  gənclərinin  gördüyü

işlərin mənzərəsini bu yazıdan aydın görmək olar.

1

Sosialist kənd təsərrüfatı SSRİ xalq təsərrüfatının mühüm

tərkib hissəsi və maddi nemətlər istehsalının  həyati əhəmiy -

yəti olan başlıca sahələrindən biridir. O, əhaliyə ərzaq məh -

sulları, yüngül sənayeyə və yeyinti sənayesinə isə xammal

verir. Elmi kommunizmin banisi K. Marks göstərmişdir. "…

kənd təsərrüfatı məhsulları istehsalı bilavasitə istehsalçıların

yaşayışı üçün və ümumiyyətlə, hər cür istehsal üçün ən bi -

rinci şərtdir"

2

.

K. Marksın bu dahiyanə sözləri sosialist kənd təsərrüfatına



da  şamil  edilə  bilər.  Sosialist  kənd  təsərrüfatı  sosializm

Zəkanın gücü

41

                                                      

"" Azərbaycan Dövlət Universiteti. Elmi əsərlər. Tarix və fəlsəfə seriyası. Bakı, 1967, № 8.

K. Marks. Kapital, III cild, Azərnəşr, 1960, səh.655.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə