Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə6/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   2   3   4   5   6   7   8   9   ...   103

alim Abbas Zamanov işsiz qalmışdı. Əliağa dərhal onlara

gedib,  hal-əhval  tutur,  söhbətləşir,  xudafizləşəndə  stolun

üstünə pul qoyur. Abbas Zamanov deyir:

-  Pula  ehtiyacım  yoxdur,  gəlib  mənə  baş  çəkmisən,

dünyalara dəyər. 

Əliağanın  dəfni  zamanı  bu  ağsaqqal  alim  özünün

düzəltdiyi əklili qəbiristanlığa qədər əlində aparır və deyir:

«Başqa cür Əliağanın xəcalətindən çıxa bilmərəm».

Rəfiqə Hüseynova öz səmimi çıxışını belə yekunlaşdırdı:

- Mən inanıram ki, o dünyada da Əliağa kiməsə yaxşılıq

edir  ... Təbiətindəki  bu  alilikdən  irəli  gəldiyi  üçündür  ki,

həyatda yaxşı nəyi vardısa insanlara verirdi. Hətta sevgisini

də:

Sevgidən danışan şeirlərimin, 

Kədəri mənimdir, sevinci sizin.

Əliağa Kürçaylı incə, lirik şair idi, şeirlərinə çoxlu mahnı

bəstələnmişdir. Kəskin, hətta prototipləri məlum olan sətirlər

yazırdı, gözəl poemalar müəllifı, vicdanlı tərcüməçi idi... Bu

sözləri bu və ya digər məqamda başqa şairlər haqqında da

demək olar. Ancaq ölümündən sonra Əliağanın həyatında elə

bir an oldu ki, bəşər tarixinin şüurlu dövründə heç bir ata bu

zirvəyə yüksələ bilməyib.

B.Vahabzadə dəfn zamanı Ülkərin cənazəsinə üzünü tutub

dedi:


Sən həyat naminə ölmədin, qızım, 

Sən ölüm naminə öldün, dərd budur ...

Zəkanın gücü

21


Bu  gün  cismən  aramızda  olmayan  Əliağa  Kürçaylının

anadan olmasının 65 illiyini qeyd edirik. Bəs, özü haradadır?

Yaxşısını özü bilir:

Yenidən enməkçün öz yuvasına, 

Qartal yüksəklərə qalxar, -

deyirlər. 

Səyyah vurulmaqçun el-obasına, 

Ona uzaqlardan baxar, -

deyirlər. 

Hüsnünə yenidən vurulmaq üçün, 

Mən də uzaqlara getmişəm bu gün.

Hər gedişin isə hökmən bir dönüşü olmalıdır.

Əliağa Kürçaylının tədqiqatçıları çoxdur. Onun “Bütöv -

lük” əsərini oxuyarkən Məhəmməd Xəlilbəyli öz fikrini belə

ifadə etmişdir:

- Bütün ictimai-siyasi quruluşlarda bəşər cəmiyyəti tarixi

genetik gücünə, fiziki qabiliyyətinin atributu olan Qılınc və

yaradıcı fəhm və fikir enerjisinin ölçüsü olan Qələm zirvələri

ilə tanınıb. Azərbaycan türkləri üçün belə Qələm zirvələ -

rindən biri yaşadığı dövrün sxolastik, məhdud düşüncə tərzini

qırıb  dağıdan,  mənsub  olduğu  xalqın  dünəni  ilə  gələcəyi

arasında tale körpüsü olan Əliağa Kürçaylıdır.

Əliağa Kürçaylının təxəllüsü də dialektik baxımdan forma

və  məzmunca  bir-birinə  üzvi  surətdə  uyuşan,  bir-birini

tamamlayan alın yazısıdır. Kür çayı neçə min illər ərzində

Azərbaycan  xalqının  mənəviyyatına,  məişətinə,  əxlaqına,

Sahib Sailov

22



mədəniyyətinə daxil olduğu kimi Əliağa Kürçaylı da özünün

poyeziyası ilə Azərbaycan xalqının ruhuna, qanına, genetik

varlığına hopmuşdur.

Min illərin milli yaddaş kitabına öz çağının sözünü yazan-

lar çox olub. Zamanın fövqündə dayanan, vaxtla, məkanla

məhdudlaşmayan yazarlar isə azdır. Məhz Əliağa Kürçaylı

belə azlardan biri idi. Və nə yaxşı ki, bu azlar azman olurlar.

Onların  damarlarında  hayı,  harayı  Kamçatkadan  tutmuş

Karpat dağlarına qədər gəlib çatan qədim hunların, göytürk -

lərin əzəmətli, təmiz qanı axır. Onların nəfəsindən ucsuz-

bucaqsız çöllərin bəzəyi olan yamyaşıl yovşanın ətri gəlir.

Bu  günlərdə  bir  daha  Əliağa  Kürçaylının  “Bütövlük”

kitabını vərəqləyəndə gördük ki, adamları ətalət xofu basdığı

bir  dövrdə  məddahlığın  normaya  çevrildiyi  bir  vaxtda

«Prokrust» şeirini yazan Əliağa Kürçaylı o vaxtkı iqtidarın,

hakimiyyətdə olanların sifətinə elə bir tərs sillə çəkib ki, onun

əks-sədası çox-çox uzaqlarda eşidilib.

Nizami, Nəsimi, Füzuli, Sabir kimi nəhənglərin mənəvi

varisi olan Əliağa Kürçaylı min illər yol gələn və gələ-gələ

də özünün bədii-estetik imkanlarını genişləndirən sözə elə

ilmələr,  elə  naxışlar  vurdu  ki,  siyasi  çarpışmalar,  iqtisadi

böhranlar və mənəvi sarsıntılar əsri olan XX yüzillikdə böyük

poeziyanın qüdrətli səsini bir də eşitdik.

Ay usta, o daşı qoyma binaya, 

Gözüm su içməyir o daşdan, deyim. 

Bir daş bir binanı verər fənaya, 

Qoy sənə sözümü bu başdan deyim.

Zəkanın gücü

23



Bəli, Əliağa Kürçaylı on min illik poeziya sarayımızın elə

bir guşə daşıdır ki, neçə min illər keçəndən sonra da bu daş

urlamayacaq, öz parlaqlığını, bərkliyini itirməyəcəkdir.

“Bütövlük” ömrü döyüşlərdə, ədəbi-bədii cənglərdə keçən

Əliağa  Kürçaylının  mənəvi  böyüklüyünün,  məğlubedil -

məzliyinin heykəlidir.

Əliağa  Kürçaylı  iki  yüz  əlli  il  imperiyalar  caynağında

didilən, cəllad baltası altında parçalanan manqurtlaşdırma

modelinin  ideoloji  poliqonuna  çevrilən Azərbaycanın  diz

çökməyən, baş əyməyən söz sərkərdələrindən biridir.



Sahib Sailov

24


***

İşlədiyim dövrün ən yadda qalan səhifələrindən biri 1958-

ci ildə VIII ümumdünya festivalının keçirilməsi oldu. Rayon

Komsomol Təşkilatı bu sahədə keçirdiyi tədbirlərin nəticəsi

olaraq rayonun Aşıqlar ansamblı qızıl medala və diploma

layiq  görüldü.  Rayon  aşıqlar  ansamblı  Moskvada  yekun

konsertində  iştirak  etmək  hüququ  qazandı.  Aşıq  Pənah

Pənahovun  rəhbərliyi  ilə  ansambl  Moskvanın  Qızıl

meydanında çıxış etdi. Rayonda aşıqlar məktəbi öz ənənəsini

indi də davam etdirir. Aşıq sənətinin salnaməsini yaradan Pə-



nah Pənahov, Bəylər Qədirov, Qurbanxan Sadıqov, Kamil

Zülfüqarov, Valeh Quliyev və b. göstərmək olar. Eyni za-

manda yaddaqalan aşıqları müşayiət edən balabançılardan

məşhur yeddi oğul atası əjdaha ləqəbli Manaf Məmmədovu,

Əliməhəmməd Əmrahovu, Gülmürad Zülfüqarovu, qar-

mon ustası Rzanı, kaman ustası Hafizi, müasir dövrümüzün

əvəz olunmaz sənətkarı qarmon ustası Aslan İlyasovu və b.

göstərmək olar. Bütün dövrlərdə, XX-XXI əsrlərdə Salyanın

yaddaşlarda iz qoyub gedən şəxsiyyətləri olub, bundan sonra

da  olacaq.  Bütün  adlarını  çəkdiyimiz  adamlar  haqqında

“Muğanın  övladları”  kitabında  oxuya  bilərsiniz  (I  hissə,

səh.130-165).

Azərbaycanın musiqi tarixinə qızıl hərflərlə yazılan Mu -

ğanın canlı bülbülü Qulu Əsgərov haqqında danışmamaq

olmaz.

Qulu  Əsgərov  kimdir  sualına  belə  cavab  verərdim:

(“Muğanın övladları” kitabı, səh.130-131.)



Zəkanın gücü

25


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə