Sahib sailov zəkanın gücü (1954-2013) Bakı


SALYANIN MARAQLI ADAMLARI



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə3/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   2   3   4   5   6   7   8   9   ...   103

SALYANIN MARAQLI ADAMLARI

Salyan Darülmöminlər diyarı sayılıb. Hələ heç bir ölkənin

17 kişisi bir əsrdə Nəcəf Əşrəfdə təhsil almayıb. Ümumiy -

yətlə, xeyir-şərdə adı hörmətlə çəkilən, böyük xalq məhəbbəti

ilə  yad  edilən  elə  sıravi  kişilər  xatırlanır  ki,  istər-istəməz

keçmişə baxmalı olursan ki, bu günləri dərk edəsən. Mərd,

mətin,  bütün  sərvətlərə  arxa  çevirib,  mənəvi  sərvətləri

daşıyan kişilər olub.



Ağa Mir Bağır ağa (“Muğanın övladları”, birinci kitab,

səh.  26),  Ağa  Mir  Heydər  ağa,  Axund  Mir  Əşrəf  ağa

mərdliyi  ilə  işıq  saçan,  salyanlılara  yabançı  etiket,yarlıq

yapışdıranların sifətində və başında yumruğu ildırım kimi

partlayan Rəhim Rəhimov, Əzizağa Şahbazov, Allahverdi

Tağıyev, Ağaməmməd Mirzəyev, Məmmədhüseyn Hüsey -

nov, Mikayıl Hüseynov, Qüdrət Səmədov, Aslan Qəhrə -

manov, Yusif Hüseynov və bir çoxlarının fəaliyyəti ayrıca

yazıların  mövzusudur.  Doğrudur,  bu  adlarını  çəkdiyim

insanların bəzilərinin işıqlı simaları “Muğanın övladları”nın

birinci və ikinci kitablarında verilmişdir.

Bir çox sadə peşə sahibləri yaddaşlardan silinmir. Parlaq

şəxsiyyəti ilə həmişə yadda qalan Habil Hüseynov, böyük

bir nəsil tərbiyə edən, vaxtı ilə rus dilini tədris edən Curu

Məmməd belələrindəndir. Rus dilindən dərs deyən, sonra isə

direktor olan Məmməd müəllim bir dəfə hansı səbəbdənsə

dərsə gecikir. Çox fikirləşmədən özü-özünə şiddətli töhmət

vermək haqqında əmr yazır. Əmri “Elanlar” lövhəsinə vurur.

İşdən sonra isə o ki, var hönkürtü vurub ağlayır.

Zəkanın gücü

9



Ancaq indi nöqsanını üzünə dediyin adam sənə düşmən

kəsilir.


Salyan uzun illər türmə və kolonlarda yatan Yusif Eloğ -

lunu yalnız cinayətkar kimi tanımır. Onun dünya görüşü,

məntiqi danışığı, düzlüyü, təmizliyi hamını heyran edirdi.

Mürəkkəb mətləblərin düzgün həllini ondan öyrənirdilər.

Salyan pambıqtəmizləmə zavodunda işləyən İsmayılovun

parlaq şəxsiyyəti hamıya nümunə olunasıdı. Hər gün anası

üçün bazara qaçan, aptekdən dərman alan, ömründə ağzına

içki  dəyməyən,  partiyanın  mənəm-mənəm  dediyi  vaxtda

büronu  tərk  edib,  namazın  vaxtını  sovuşdurmayan,  alnı

möhürlü, ağzı dualı, yaşı 70-i keçən Məşədi Abdulalı oğlu

İsmayılı  tanıyanlar həmişə yad edirlər.

Salyanın  maraqlı  kişiləri  mövzusunda  yazıb-yaradan

Məhəmməd  Xəlilbəyli, el  arasında  yadda  qalan  şəxsiy -

yətlərdən  Ərəstun  Xanmirzəyev (1912-1978),  Dovğaçı



Məlik (1896-1987), Qalayçı Şirin (1903-1981), Dəmirçi

Bədrəddin (1875-1958), Kababçı Feyzi (1896-1959) və bir

çoxlarının xatirəsi insanların qəlbindən silinməyir. Onların

fəaliyyəti və həyat tərzləri haqqında el arasında çox maraqlı

lətifələr indi də danışılır.

1950-ci  ildən  sonrakı  dövrdə  Salyan  rayonunda  yadda

qalan Əliabbas Mustafayev, Əliniyaz Qurbanov, Səməd



Manafov, Klavdiya Şarova (uzun illər şəhər göz xəstəxa -

nasının baş həkimi olmuş), Hilal Əhmədov, Aliyə Babaza -



də,  Abdulla  və  Əlibəy  Muradxanovlardan,  Rəbiyyə

Baba zadə dən və b. yadda qalan xatirələrindən və xidmətlə -

rindən fəxrlə danışırlar.



Sahib Sailov

10


Salyanı, onun mənəvi iqlimini, iqtisadiyyatını dirçəltmək

üçün  ağıllı  adamların  təklif  və  fikirlərini  nəzərə  almaq

lazımdır.

Elə Xəlil Rza Ulutürkün yaxşı kişilər haqqında yazdığı

şeirini burada vermək yerinə düşər.

Kişilər zamanın dərdi, qubarı,

Nəsillər bağının könül bağıyla.

Tarix addımlayar sabaha doğru,

Kişi adamların addımlarıyla.

Kişi meyvəsidir yurd da, vətən də,

Onsuz el xaraba... üstündə bayquş!

Yem gəzən tayfanı millət edən də,

Min nəfər içində bir kişi olmuş.

Adını çəkdiyim və çəkmədiyim kişilərin tarixini öyrən -

mək, onlarla bağlı olan xatirələri yazıb xalqa çatdırmaq üçün

ən  yaxşı  xatirələri  təzələmək,  xalqın  yaddaşına  qayıtmaq

lazımdı.

Bu  yaxınlarda  Məhəmməd  Xəlilbəylinin «Salyanın

məzəli adamları» kitabının çapdan çıxması bu sahədə atılan

dəyərli addımlardandır.



Zəkanın gücü

11


***

Xatirələrdə yaşayan insanlardan biri, 93 il şərəfli ömür

sürmüş Nağı Axundov daima yaddaşlarda qalacaqdır. Onun

haqqında yazdığım xatirəni olduğu kimi verirəm. 



Axundov Nağı Salman oğlu haqqında ilk dəfə 1995-ci

ildə nəşr edilmiş «Muğanın övladları» kitabımda yazdığım

materialı tam verməklə bərabər xatirələrimi də əlavə etdim.

Axundov Nağı Salman oğlu 1920-ci ilin dekabr ayında

Salyan şəhərində anadan olmuşdur. O, 1935-ci ildə 1 nömrəli

orta  məktəbi  bitirdikdən  sonra  Salyan  kənd  təsərrüfatı

texnikumuna daxil olmuş, 1939-cu ildə həmin texnikumu

bitirdikdən sonra Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə

Dağlıq Qarabağ Muxtar Vilayətində işə başlamışdır. 1939-cu

ilin sentyabr ayında ordu sıralarına çağırılmış, iki orta hərbi

məktəb bitirmiş, leytenant rütbəsində orta tank tağımının ko-

mandiri kimi Kursk məntəqəsində vuruşmuş, 1943-cü ilin

iyulunda ağır yaralanandan sonra Sovet ordusu sıralarından

tərxis olunmuşdur.

1944-1951-ci illərdə Salyan rayonunda sovet və partiya

işlərində çalışmışdır. 1951-ci ildən Azərbaycan KP Salyan

Rayon  Komitəsinin  katibi,  ikinci  katibi  olmuşdur.  1958-

1962-ci  illərdə  Salyan  Rayon  İcraiyyə  Komitəsinin  sədri

vəzifəsində işləmiş, partiya məktəbində oxumuşdur. 1963-cü

ildən Bərdə Rayon Partiya Komitəsinin birinci katibi işləmiş,

daha sonralar yenidən Salyan Rayon İcraiyyə Komitəsinin

sədri, Kolxoz-Sovxoz İstehsalat İdarəsinin rəisi və 1965-ci

ildən  Azərbaycan  KP  Puşkin  PK-nin  birinci  katibi

vəzifələrində çalışmışdır.

Sahib Sailov

12



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə