ŞAHİN ƏHMƏdov



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə30/107
tarix02.04.2023
ölçüsü6,54 Mb.
#104027
1   ...   26   27   28   29   30   31   32   33   ...   107
B.Rəna-Mühəndis-ekologiyası

O
H
CO
O
H
CO
2
2
2
2



Bu, tarazlıq halında olan dönər reaksiyadır. Belə tarazlıq 
halında olan sulu məhlulda 20

C temperaturda hidrogen 
ionlarının qatılığı 2,5∙10
-6
mol/L, pH isə 5,6-ya bərabər olur: 
 


6
,
5
398
,
0
6
10
lg
5
,
2
lg
10
5
,
2
lg
lg
6
6












H
pH
Atmosfer çirklənmədiyi halda, atmosfer yağıntılarında 
pH göstəricisi 5,6 olur. Odur ki, karbon qazının əmələ gətirdiyi 
birləşmələr turşulu yağışların əmələ gəlməsində o qədər də rol 
oynamırlar. 
Turş xassəli atmosfer çöküntüləri yer səthinə düşən 
zaman bitkilərlə, göllərin, çayların yerüstü sularıyla, həmçinin 
torpaqlarla mürəkkəb qarşılıqlı təsirdə olurlar. Bu qarşılıqlı 
təsir reaksiyaları ildən-ilə təkrarlanaraq qurunun və suların 
ekoloji sistemlərində əlverişsiz dəyişikliklərə gətirib çıxarırlar. 
Turş xassəli atmosfer çöküntülərinə “turşulu çöküntülər”, 
“turşulu yağıntılar” deyirlər. 
Mühitə sərbəst hidrogen ionları verən yağışları turşulu 
yağışlar adlandırırlar. Bu və ya başqa mühitin (adətən sulu 
məhlullar nəzərdə tutulur) turşuluğu sərbəst hidrogen ionlarının 
(H
+
) mövcudluğu ilə şərtlənir. Sərbəst hidrogen ionlarının təsiri 
özünü yalnız səth örtükləri-bitki, torpaq, səth suları, 
konstruksiya materialları və s. ilə bilavasitə təmasda biruzə 
verir. 
Turşulu yağışların əmələ gəlməsində ən çox rol oynayan 
kimyəvi birləşmələr antropogen mənşəli kükürd qazı və azot 
dioksididir. 
Kükürd və azot birləşmələrinin bulud və yağış damcıları 
ilə atmosferdən yuyulması əvvəlcə onların hissəcik və
yaxud da molekulların damcıya düşməsi vasitəsilə baş verir. 
Bu isə diffuziyaforez, broun diffuziyası, toqquşma və zəbtetmə, 


77 
qazın həll olması və kondensasiya nüvələrində damcının əmələ 
gəlməsi mexanizmləri ilə gedir. 
Atmosferə daxil olan kükürd və azot birləşmələrinin 
aerozol halında olan əsas hissəsi H
2
SO
4
, (NH
4
)
2
SO
4

(NH
4
)
3
H(SO
4
)
2
, NH
4
HSO
4
və NH
4
NO
3
birləşmələri şəklində 
olur. 
Məlum olduğu kimi, yağış suyunun pH-nın tarazlıq 
qiyməti təxminən 5,6-dır və bu 2,5∙10
-6
q/ion/L sərbəst 
hidrogen ionunun qatılığına uyğun gəlir. Belə tərkibli yağış 
suyu tərkibinə sulfat və azot turşularının əlavə olunması sərbəst 
hidrogen ionları qatılığını artırmaqla, onun pH qiymətini 
azaldır. Beləliklə də, antropogen çirklənmə nəticəsində 
atmosferdən düşən yağıntılar turşuluq xassəsi göstərir. 
Mütəxəssislər belə bir qənaətə gəlmişlər ki, kükürd və 
azot oksidlərinin atmosferdə daşınmalarının orta sürəti 20 
km/saat olduqda belə, çirklənmə mənbələrindən 600 km 
məsafədə pH-ın qiyməti 3,8-4 -ə bərabər olan yağışlar düşə 
bilər. 
Turşulu yağışlar bitkilərin yaşıl kütlələrilə təmasda 
olduğu zaman biotaya bilavasitə, su tutarları və torpaqları 
şoranlaşdırıb, onların kimyəvi tərkibini dəyişdirməklə, dolayı 
yolla təsir edirlər. 
Turşulu çöküntülər torpaqlardan ağır metalları yuyaraq 
onların toksikliyini artırır, həmçinin torpaqla kalsium və 
alüminiumum miqdarları nisbətini (kalsiumun azalmasına 
doğru) dəyişdirirlər ki, bu da bitkilərin kök sisteminin 
böyüməsini xeyli ləngidir. 
Qarışıqların transsərhəd daşınmaları ilə əlaqədar problem 
daha da kəskinləşir, çünki milyon tonlarla kükürd qazı axınları 
dövlət sərhədlərini keçərək başqa ölkələrin atmosferinə daxil 
olurlar. 
Ekoloji tarazlığın pozulmasına səbəb olan amillərdən biri 
kimi, turşulu yağıntılar artıq bir çox dövlətlərin hökumət 
orqanlarını və elmi ictimaiyyətini narahat edən problemə 


78 
çevrilmişdir. Bu, onunla əlaqədardır ki, belə yağıntılar 
atmosferdən yer səthinə düşdükdə, səth sularının turşulaşması, 
torpaqların şoranlaşması, meşələrin məhv olması, tikinti və 
qurğuların korroziyasının sürətlənməsi və s. kimi zərərli 
hadisələrin yaranmasına gətirib çıxarır. 
Dünya miqyasında atmosferdə təxminən 300 mln.ton 
sulfat turşusunun əmələ gəlməsi üçün kifayət edən kükürd 
qazının miqdarının 200 mln. tona çatması ehtimal olunur. Bu 
qədər sulfat turşusunun aerozollar və yaxud turşulu yağıntılar 
şəklində əvvəl-axır atmosferdən yer səthinə tökülməsi və 
canlılar aləminə müəyyən dərəcədə təhlükə törətməsi şübhəsiz 
və təbiidir. 
Bir halda ki, turşulu yağışlar problemi mövcuddur və bu 
problemlə getdikcə daha çox maraqlanır, məşğul olurlar, 
deməli respublikamızda da bu problemlə bağlı məsələlərin 
araşdırılmasına ciddi əhəmiyyət verilməlidir. Çünki ölkəmizin 
ərazisində sənaye obyektlərinin olması, onlar tərəfindən 
atmosferə xeyli miqdarda turşu törədicilərin kükürd qazı və 
azot dioksidin atılması, habelə dövlətimizin atmosferinin 
ümumi Yer atmosferindən təcrid olunmaması Azərbaycanda da 
turşulu yağışlar probleminin tədqiq olunması zəruriliyini ortaya 
çıxarır. 
Azərbaycan ərazisində ətraf mühitə təsir edən ekoloji 
yükün təyin olunmasında turşulu yağıntıların payının nəzərə 
alınması, onları əmələ gətirən kimyəvi birləşmələrin atmosferə 
atıldığı mənbələrin müəyyənləşdirilməsi və turşu xassəli 
yağıntıların peyda olmaları barədə öncəgörmə, habelə, 
respublikamızda 
ekoloji 
vəziyyətin 
yaxşılaşdırılmasına 
yönəldilən tədbirlərin hazırlanması baxımından adı çəkilən 
problem üzrə elmi-tədqiqat işlərinin qoyulması və müvafiq 
araşdırılmaların aparılması elmi-təcrübi əhəmiyyətə malikdir. 
Bir sıra ölkələrə turşulu yağışların verdiyi ziyanlar faktiki 
olaraq öz təsdiqini tapmışdır. Ona görə də dünyanın inkişaf 
etmiş qabaqcıl ölkələrinin müvafiq hökumət orqanları və 


79 
Ümumdünya Metereologiya Təşkilatı kimi mötəbər qurum 
turşulu yağışlar probleminə çox ciddi diqqət yetirir və bunun 
qarşısının alınmasına yönələn tədbirlər həyata keçirirlər. 
Azərbaycan ərazisinə düşən yağışların kimyəvi tərkibinin 
öyrənilməsi də aktual bir məsələ kimi qarşıya qoyulmuşdur. 
Hələ keçən əsrin axırlarından bu sahədə müvafiq araşdırmalara 
başlanmışdır. Bu işlər hazırda Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin Hidrometereologiya Elmi-Tədqiqat İnstitutunda 
davam etdirilir. Yerinə yetirilmiş bir sıra tədqiqatlar 
nəticəsində tərkibi turşu anionları ilə ən çox çirklənən 
yağışların düşdüyü bölgələr, həmin yağışların torpağın fon 
tərkibinə təsiri müəyyən edilmiş və elmi-təcrübi əhəmiyyət 
daşıyan metodiki göstərişlər işlənib hazırlanmışdır. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə