ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə59/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   56   57   58   59   60   61   62   63   64

 
208 
regenerasiya  edilir.  Bu  qurğuda  eyni  zamanda  sianidlər 
susuzlaşdırılır. 
 
"Servo-katioliz"  tipli  qurğuda  az  qatılıqlı  qalvanik 
məhlulla-rından,  yaxud  çirkab  sularından  nikel,  mis,  sink, 
kadmium  kimi  elementləri  çökdürməyə  və  eyni  zamanda 
onlardan turşuları ayırmağa imkan verir. 
 
"Servo" tipli termiki qurğu qalvanik sexlərində yuyucu 
vannaların 
çirkab 
sularından 
qiymətli 
metalları 
qatılaşdırmağa 
və 
sonradan 
buxarlanma 
yolu 
ilə 
susuzlaşdirmağa imkan verir. 
 9.4. Tullantısız və aztullantılı texnologiya  
 
Ətraf  mühitin  mühafizəsi  ilə  əlaqədar  problemlərin 
həlli  tullantısız  və  aztullantılı  texnologiyanın  geniş  şəkildə 
tətbiqi ilə mümkündür. 
Təmizləyici  qurğuların  tətbiqi  zəhərli  tullantıların  tamamilə 
zərərsizləşdirilməsinə  imkan  vermir. Daha  mükəmməlləşdiril-
miş  təmizləyici  sistemlərin  tətbiqi  küllüi  miqdarda  kapital 
qoyuluşunu  tələb  edir.  Məsələn,  böyük  maşınqayırma 
müəssisələ-rində 
(çirkab 
suların 
90% 
səmərəliklə 
təmizlənməsi  asanliqla  həyata  keçirilir.  Lakin  səmərəliyin 
sonrakı  hər  bir  faiz  artırıl-ması  böyük  хərс1ər  tələb  edir  və 
sistemin  mürəkkəbləşməsinə  və  ölçülərin  artmasına  gətirib 
çıxarır.  Bu  problemin  həllində  tullantısız  va  aztullantılı 
texnologiyanın  tətbiqi  altemativ  həll  kimi  öz  rolunu  oynaya 
bilər. 
 
Tullantısız  texnologiya,  tullantısız  istehsal  dedikdə  bu 
və  ya  digər  məhsulun  sadəcə  istehsal  deyil,  bütövlükdə 
regional 
sə-naye-istehsalat 
birliklərinin, 
sahə-istehsalat 
komplekslərinin təşkili və istehsalın fəaliyyəti nəzərdə tutulur. 
Bu  halda  xam-mal  və  enerjinin  bütün  kompanentləri  qapalı 
şəkildə  səmərəli  istifadə  edilir  (birinci  xammal  ehtiyatları  - 


 
209 
istehsal-istehlak  -ikinci  xammal  ehtiyatları)  və  biosferada 
yaranmış ekoloji taraz-lıq pozulmur. 
 
Aztullantılı 
texnologiya 
tullantısız 
istehsalın 
yaradılmasında aralıq pillə təşkil edir. Aztullantılı istehsalatda 
zərərli  tullantıla-rın  atraf  mühitə  təsiri  sanitar  orqanları 
tərəfindən  buraxılan  normaların  səviyyəsindən  artiq  olmur  və 
xammal  və  materialların  bir  hissasi  iqtisadi,  təşkilati,  texniki 
və digər səbəblər üzündən tullantılara çevrilir və uzun müddət 
saxlanılmağa, yaxud basdı-rılmağa yönəldilir. 
 
Maşınqayırmada aztullantılı texnoloji proseslərin tətbiqi 
bi  rinci  növbədə  metaldan  istifadə  əmsalını  (MİƏ)  artırmaqla 
əla-qədardır.  MİƏ-nin  artırılması  iqtisadi-texniki  səmərəliklə 
yana-şi tullantıların azaldılmasına da səbəb olur. 
 
Тökmə  istehsalında  yeni texnoloji prosesin-tezbərkiyən 
for  ma  qarışıqlarının  tətbiqi  nəinki  iqtisadi  cəhətdən 
əlverişlidir,  eyni  zamanda  xeyli  miqdarda  tozayrılmanın 
qarşısını  alır.  Bu  üsulda  forma  və  çubuqlar  kimyəvi  usulla 
bərkiyir  və
 
tökmədə  MİƏ-95-98%  çatır.  KamAZ  zavodunda 
forma  qarışiqlarının  tarn  reqenerasiyası  (yenidən  istifadə 
olunması)  həyata  keçirildi-yindən  tullantıların  ləğvi  məsələsi 
ortadan qaldırılmışdır. 
İngiltərədəki  "But"  firması  tökmədə  üzvi  birləşdirici  forma 
qarıçıqlarından 
imtina 
edərək  əvəzində  qum  su 
ilə 
nəmləşdirilərək  forma  hazırlanır,  sonra  isə  maye  azotla 
doldurulur.  Bu  cür  formalarda  alınan  çuqun  və  rəngli 
xəlitələrdən  olan  töküklər  yaxşı  strukturaya  və  hamar  səthə 
malik olurlar. 
 
Başqa  bir  texnoloji  metal  itgisi  onu  qızdırdıqda 
oksidləşmə nəticəsində əmələ gələn yanıqlardır. Bu itgi alovla 
qızdırdıqda  pəstahı  kütləsinin  3%  təşkil  edir.  Xüsusilə  qalın 
yanıq qatları pəstahını qeyri-bərabər qızdırdıqda əmələ gəlir. 
 
Bunun  qarşısının  alınması  pəstahının  müdafiə  olunan 
oksid-ləşdiricisiz  mühitdə,  həmçinin  toxunma  və  induksion 


 
210 
üsullarla  qizdırmaqla  həyata  keiçirilir  və  metalın  itkisi  0,5% 
qədər çatdı-tılır. 
 
Bu məqsədlə pəstahının neytral mühitdə yüksək tezlikli 
cə-rəyanla qızdırılması üsulu da tətbiq edilir. 
 
Cilallama  və  itiləmə  əməliyyatlarında  almaz-obraziv 
alətləri  nin  və  sintetik  materialdan  olan  dairavi  yonucularının 
tətbiqi  abraziv  şlamı  azaldır  və  tərkibində  zərərli  maddələr 
(nitritlər  və  s.)  olan  soyuducu-yağlayıcı  məhlulun  isləmə 
müddətini artirir. 
 
Rəngləmə  texnologiyasının  təkmilləşdirilməsi  ətraf 
hava  mühitinin  çirklənməsini  xeyli  dərəcədə  azaldır.  Adi 
usulla,  yəni  pnevmatik  boyaq  səpələyici  ilə  rəngləmə 
əməliyyatı  aparıldıq-da  boyaq  maddəsinin  40-60%  qədəri 
itərək ətraf mühitdə yay lır və havanı çirkləndirir. 
 
Elektrostatik  sahəsində  yeni  texnoloji  rəngləmə 
əməliyyatı 
lak-boyaq 
maddasinin 
itgisini 
minimuma 
endirməklə,  prosesin  sanitar-texniki  göstəricilərini  xeyli 
dərəcədə artırır. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, boyaq 
maddəsi  mənfi  potensiallı  səbəkə  ilə  müsbət  potensiallı 
məmulatlar  arasındakı  yüksək  gərginlikli  elektrostatik  sahəyə 
çilənir.  Nəticədə,  mənfi  yüklə-nən  boyaq  maddasinin 
hissəcikləri məmulat tərəfindən cəlb olunaraq səthdə çökürlər. 
 
Bu  sahədə  başqa  bir  istiqamət-rəngləmə  prosesində 
atraf  miihitə  zərərli  təsir  edən  toksik  (zəhərli)  maddələrin 
azaldılma-sıdır.  Bu  məqsədlə  üzvi  həlledici  lak-boyaq 
materialları, suhəl-ledici materiallarla əvəz edilir. 
 
Metallurgiya  sahəsində  mühüm  nailiyyətlərdən  biri 
ovuntu texnologiyasının maşınqayırmanın müxtəlif sahələrində 
geniş  tətbiqidir.  Bu  üsul  unikal  tərkibə,  struktur  və
 
xassələrə 
malik  material  və  masın  hissələrinin  alınmasına  və
 
materialın 
itgisini 5-7% qədər endirməye, materialdan istifadə əmsalını 2-
3 dəfə artırmağa imkan verir. Halbuki, tökmə və yayma üsulları 
ilə  alı-nan  məmulatların  metal  yonma  dəzgahlarında  sonrakı 
emalında metalın 60-70% qədəri yonqar şəklində itgiyə gedir. 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə