ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə60/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   56   57   58   59   60   61   62   63   64

 
211 
 
Yastıqların  istehsalında  cilalama  prosesində  əmələ 
gələn  şlakdan  ovuntu  texnologiyası  usulu  ilə  alınan  yastıq 
həlqələri-nin tətbiqi ildə on min tonlarla keyfiyyətli leqirlənmis 
polad ovuntularına qənaət etməyə imkan verir. 
 
9.5. Sənaye tullantılarının zərərsizləşdirilməsi 
Sənaye  istehsalı  prosesində  çoxlu  tullantılar  alınır  ki, 
bunların da lazımi emaldan keçirdikdən sonra, yenidən məhsul 
istehsalı üçün xammal kimi istifadə oluna bilərlər. 
Təmizləmə qurğularında yığılan mədən suları tullantıları, 
həcmi qatılığı polidispers  bərk fazaya görə 0,5-dən 10-a qədər 
olan su suspenziyadır. Buna görə də mədən suları tullantılarını 
(MST)  təkrar  işlətmək  və  ləğv  olunmasından  əvvəl,  onu  şlam 
almaq  üçün  qabaqcadan  işləyirlər.  MST-in  emalının  texnoloji 
sikli  bütün  emal  növlərinin  ləğv  olunmasını  və  istifadəsini 
nəzərə alır. MST-ın sıxılması onun emalının I-ci  mərhələsidir. 
Qravitasiya və flotasiya metodu ilə sıxılma ən çox yayılmışdır. 
Qravitasiyalı 
sıxılma, 
tullantısıxılma 
qurğusunda, 
flotasiyalı-təziqli flotasiya qurğusunda həyata keçirilir. Bundan 
başqa 
çöküntünün 
siklonlarda 
və 
sentrofuqada 
mərkəzdənqaçma sıxılması tətbiq olunur. 
Çöküntünün  stabilləşdirilməsi  onun  tərkibində  olan 
bioloji  parçalanmaya  məruz  qalan  üzvi  maddə  hissənin 
daşlaşmasıdır ki.  Bu da  çöküntünün açıq  havada  üzun  müddət 
saxlanması zamanı çürüməsinin qarşısını alır.  
Sənaye  suları  çöküntülərinin  stabilləşmə  üçün  əsasən 
aerob  stabilləşmədən  –  aerotenk  adlanan  qurğuda  çöküntünün 
üzun  müddət  aeroblaşması  ilə  əldə  edirlər.  20
0
-də  aerob 
stabiləşmə 8 – 11 gün təşkil edir, bu zaman 1 kq aktiv lilin üzvi 
maddənin  stabilləşdirilməsi  üçün  oksigenin  sərfi  0,7  kq  təşkil 
edir.  Bu  metod  sərfi  4200  m
3
/saat  olan  çöküntünün  işlənməsi 
üçün    tətbiq  olunur.  Çöküntülərin  susuzlaşdırılması  isə 
polidispers  fazanın  həcmi  qatılığı  80%  qədər  olan  şlam  almaq 
üçündür. 


 
212 
Sənaye  suları  tullantılarının  susuzlaşdırılması  vakuum 
filtirlərində,  filtr  preslərdə,  sentrofuqalarda  və  vibrasiya 
filtrlərdə  həyata  keçirilir.  Çöküntülərin  ləğv  olunması  o  vaxt 
tətbiq  olunur  ki,  təkrar  işlənmə  mümkün  deyil  və  ya  iqtisadi 
cəhətdən  rentabelli  deyil.  Çöküntülərin  ləğv  olunması 
metodunun 
seçilməsi, 
onların 
tərkibindən 
və 
sənaye 
müəssisələrinin  yerləşməsi  və  planlaşdırılmasından  asılıdır. 
Çöküntülərin  yandırılması  ən  çox  yayılmış  ləğv  olunma 
metodlarından biridir. 
Şəkil 13-də bərk tullantıların yandırılması hesabına alınan 
istilikdən  çöküntülərin  termiki  qurudulması  və  yandırılması 
üçün qurğunun sxemi verilmişdir. 
 
 
 
Şək.9.2.  
 
Çöküntülərin  yandırılması  üçün  sobadan  (1)  çıxan  900-
1000
0
C-də olan qazlar 3 kamerasına daxil olur. Buradan çıxan 
qazların  qarşısına  nasos-dozator  (12),  kompressor  (13)  və 
bölüşdürücü  (2)  vasitəsilə  çöküntülər  vurulur.  Kameranın 
yuxarı  hissəsində  temperatura  suyun  buxarlanması  hesabına 
750-800
0
C-dək 
düşür. 
Eyni 
zamanda 
bakdan 
(4), 
istidəyişdiricisi  (5)  kanalında  sıxılmış  çöküntü  (nəmliyi  93-
95% olan) vurulur ki, bu da 84-89%-ə qədər qurudulub. Nasos-
dozatorda  (12)  çöküntü  vermək  üçün  (11)  ilə  təchiz  olunmuş 
bak  (10)  daxil  olur.  Çıxan  qazlar  istidəyişdiricidə  300-350
0



 
213 
qədər soyudulub, filtrə (6) oradan boru (7) ilə ventilyator (8) ilə 
sorulub atmosferə keçir. Bərk hissəciklər  filtirdə tutulub qəbul 
edici (9) daxil olur və oradan periodik çıxarılır. Bu cür qurğular 
ətraf mühiti körlamır və əsasən istismar olunur. Bunlar nəmliyi 
60%  mexaniki  qarışığı  10%  qədər  olan  üzvü  tullantıları 
zərərsizləşdirməyə imkan verir. 
Sənaye  tullantılarını  emal  və  ləğv  etmək  üçün  poliqon 
qurğularından istifadə etmək məqsədə uyğundur. 
 
9.6. Bərk tullantıların istifadə edilməsi 
Bərk tullantıların  istifadə edilməsi  çox  vaxt onların  ayrı-
ayrı komponentlərə ayrılması ilə nəticələnir. Buna görə də bərk 
tullantılardan  yenidən  istifadə  etmək  üçün  aşağıdakı  müxtəlif 
üsullardan istifadə olunur. 
Emal 
edilən 
materialların 
ölçülərini 
kiçildilməsi 
(doğranılması,  xırdalanması)  onların  kimyəvi,  diffuziya  və 
biokimyəvi  fəallığını  artırır.  Bununla  əlaqədar  olaraq  digər 
emal  proseslərini  yerinə  yetirməklə  yanaşı  bərk  tullantıların 
yenidən emalında doğrama prosesində istifadə edilir. 
Doğrama  üsulu  iri  ölçülü  materialların  5  mm  ölçüyə 
xırdalanması üçün tətbiq edilir. Bu məqsədlə şpekli, konusvari, 
rotorlu, vallı doğrayıcılardan istifadə edilir. 
Xıradalama  üsulundaniri  tullantıları  dənəvari  və  xırda-
dispersli fraksiya şəkilində ölçüləri 5 mm-dən kiçik etmək üçün 
istifadə edilir. Xırdalama prosesindən bərk tullantıların yenidən 
emal olunması zamanı, faydalı qazıntıları, tikinti materiallarını, 
qara  və  əlvan  metallarını,  plastmas  tullantılarını  və  s. 
xırdalamaq üçün istifadə edilir. 
İriləşmə.  Yuxarıda  istifadə  olunan  xırdalama  üsulları  ilə 
yanaşı İME (ikinci materiallar ehtiyyatları) tullantılarının xırda 
zərrəciklərinin  irilənmə  zərurətini  həll  etmək  üçün  iriləşmə 
prosesindən  istifadə  edirlər.  Bu  üsuldan  tikinti  materiallarının 
yenidən  emala,  faydalı  qazıntıların  çox  xırda,  hissəciklərinin 
emalı və s. hallarda istifadə edilir. 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə