Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə23/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   ...   19   20   21   22   23   24   25   26   ...   51

101 
 
hamının  bildiyi  güc  ola  bilməz.  Elmi  bilik  fərqi  güc  ola 
bilər).Elmi inkişaf etdirən subyekt fərddir, alimlərdir. Yəni  
a
limlər inkişafın nüvəsində duran subyektlərdir. Alimlər 
öz fəaliyyətlərində bəşəriyyətə məlum olmayan yeni elmi 
nəticələri  alırlar.  Bu  nəticələr,  bir  tərəfdən,  toplanaraq 
biliklər  bazasını  zənginləşdirir,  digər  tərəfdən,  elmi 
nəticələrin  praktiki  əhəmiyyət  daşıyan  hissəsi  tətbiq 
olunaraq iqtisadiyyatı inkişaf etdirir.  
Cədvəl 1                                                                                                   
 
Zəif inkişaf 
etmiş ölkələr 
İnkişaf etməkdə 
olan ölkələr 
İnkişaf etmiş 
ölkələr 
Qrup  
III 
II 
I  
Ölkələrin sayı 
83 
58 
28 
Top universi-
tetlər nisbi sayı 
0/200 
14/200 
186/200 
İPİİ 
0,14- 0,67 
0,67-0,83 
0,84-0,95 
K faktoru 
0,16-2 
2-5 
5-15 
Düşüncə tərzi 
Totalitar 
düşüncə, Şah 
qanundur 
Qarışıq düşüncə 
kamil 
düşüncə, 
qanun Şahdır 
 
Cədvəl  1  də  hər  üç  qrup  dövlətlərinin  bəzi  iqtisadi-
sosial  göstəriciləri  göstərilmişdir.  Göründüyü  kimi, 
dünyanın  200  top  universitetinin  93%-i  birinci  qrup 
ölkələrdə,  cəmi  7%-i  isə  ikinci  qrup  ölkələrdədir.  Zəif 
inkişaf etmiş ölkələrdə   top universitet yoxdur. Deyilənlər 
əsas  verir  ki,  təhsil,  elm,  iqtisadiyyat  və  texnologiya 
arasındakı üzvi əlaqəni belə təsvir edək: ideya elmi, elm 
texnologiyanı,  texnologiya  yeni  texnikanı  (tərəqqini)  , 


102 
 
tərəqqi isə innovasiyalı iqtisadiyyatı inkişaf etdirir. Bütün 
bu qarşılıqlı təsirlər keyfiyyətli təhsil mühitində baş verir.  
İnkişafın yüksək pilləsinə çatmaq üçün iqtisadiyyatin 
zamana görə  inkişafının qeyri- xətti  qanunla dəyişilməsi 
təmin edilməlidir. Belə olan halda elm yeni texnologiya, 
texnologiya  isə  tərəqqi  yaradacaqdır  və  nəticədə  ölkə 
iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələr  sırasına  daxi 
olacaqdır. Bütün bu dinamikanın mərkəzində alim durur. 
Bizim universitetlər XXI əsrin dəyişən mühitiniə və ya 
çağırışına  cavab  verməyə  hazırdrlarmı?  Bu  suala  cavab 
vermək  üçün  gələcək  universitetlərin  müasir  univer-
sitetlərdən  fərqi  aydın  dərk  edilməlidir.  Dünya  un-
versitetlərinin  inkişaf  meyilləri  və  gələcək  dövrün 
çağırışları bu fərqi Cədvəl 2- göstərildiyi  kimi   təsəvvür 
etməyə imkan verir.   
Cədvəl  2                                                                                          
XX əsr universitetləri 
XXI əsr universitetləri 
Elm ⇔ mühəndislik ⇔ 
ictimai elmlər 
Elmi-texniki, sosial innovasiyalar 
Hiperixtisaslaşma üzrə təhsil 
və elm 
Elmi sahələr və ya fənlərarası 
təhsil və tədqiqatlar 
Elmi istiqamətlər üzrə 
maliyyələşmə 
Fənlərarası tədqiqatların 
maliyyələşməsi 
Ad almaq üçün elmi 
məqalə çapı fənn, PhD 
İnnovasiyayönümlü məqalə çapı 
Müh. PhD 
⇒ Akademik karyera 
⇒ Texniki rəhbərlik, sahibkarlıq 
düşüncəsi 


103 
 
Son  2000  illik  bəşər  tarixinə  fikir  versək,  görərik  ki, 
həmişə  varlı  insanlar  ya  padşahlar,  ya  da  sərkərdələr 
olublar.  XXI  əsrin  ən  varlı  adamı  isə  alimdir  –  Bill 
Geytsdir.  Bu  səbəbdən  də  1000  il  öncə  böyük  Nizami 
“qüvvət  elmdədir,  başqa  cür  heç  kəs,  heç  kəsə  üstünlk 
eyləyə  bilməz”  fikrini  söyləmişdir.  XVIII  əsr  fransız 
filosofu    Lametri  hesab  edirdi  ki,    bəşəriyyət  dahi  insan-
ların  hesabına  inkişaf  edir.  Bu  fikir  də  yadda  saxlamağa 
dəyər.  
 
 
 


104 
 
ÖMÜR UZUNLUĞUNUN KEYFİYYƏT 
FAKTORUNDAN ASILILIĞI 
                    
  İnsanları yaşat ki, dövlət yaşasın. 
                                                              Şeyx Ədabali. 
 
Uzunömürlülük  insanların  həyat  şəraitindən,  sosial 
vəziyyətindən və  idarəetmə sistemindən xəbər verən in-
deksdir.  Bu  səbəbdən  də  bu  göstərici  BMT-nin  illik 
məruzələrində yer alır. BMT İnkişaf Proqramının 2010-cu 
il Məruzəsində də bu parametrlər 143-cü səhifədə  müxtəlif 
dövlətlər  üçün  cədvəl  formasında  verilmişdir.  Bu  
rəqəmlərin 

faktorundan 
asılılığı 
şəkil 
10-da 
göstərilmişdir. Qrafikdən görünür ki, insanların ən uzun 
ömür  yaşadığı  ölkə  Yaponiyadır.  Orada  orta  ömür 
uzunluğu  83  ildir.  Qərbin  inkişaf  etmiş  ölkələrində  orta 
ömür uzunluğu 80 –83 il arasında dəyişir və 3-cü dünya 
ölkələrinkindən  50 % çoxdur. Avstraliyada, İsveçrədə, İs-
landiyada bu göstərici 82 il, ABŞ-da, Böyük Britaniyada 80 
ildir. Azərbaycanda orta insan ömrü 71 ildir. Ən qısa ömür 
uzunluğu Əf-qanstandadır –45 il. Orta insan ömrü Leso-
toda  46,  Zambiya  və Zimbabvedə 47 ildir. Bu qrafikdə 
ölkəmizin  koordinatları  belədir:  K=2,48  və  L

=  71  il.  Bu 
nöqtədən absis oxuna perpendikulyar bir xətt çəkilmişdir. 
Qrafikdən  aydın  görünür  ki,  K-nın  sabit  qiymətində  L
L
 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə