Şahlar Əsgərov k a m I l L ə Ş Ə N


a-ya  (həyat  səviyyəsinə)  malik  dövlətlərin  enerji  is- tehlakında  fərq azalır. Bu fərq a



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə25/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   ...   21   22   23   24   25   26   27   28   ...   51

110 
 
eyni  a-ya  (həyat  səviyyəsinə)  malik  dövlətlərin  enerji  is-
tehlakında  fərq azalır. Bu fərq vahidə yaxınlaşdıqca,   
 
  
Şəkil 12. Adambaşına istifadə edilən enerjinin a-dan   
   asılılığı. Nöqtələr və  rəqəmlər  ölkələrin reytinqini 
(BMT, 2010) göstərir. 
Norveç (1), Kolumbiya (79), Əfqanıstan 
(155), Mali (160), Çad (163), Mozambik (165),  Niger (167), 
Demokratik Konqo (168),
 Зимбaбvе(169).
 
 
(a→1)  aradan  qalxır.  Bu  isə  o  deməkdir  ki,  bu 
ölkələrdə  a→1  idarəetmə  modelləri  təqribən  eyni  ola-
caqdır. Şəkil 12-də Azərbaycanın koordinatları a = 0,713, 
W=  2000  kVt.saat-dır.  Qənaətcillik  baxımından  Azər-
baycan orta Avropa dövlətləri səviyyəsindədir. 
 



111 
 
ÜMUMDAXİLİ MƏHSUL İLƏ  
KEYFİYYƏT FAKTORU ARASINDA 
KORRELYASİYA 
 
Hər bir xalq öz taleyinə layiqdir. 
                                                                         Monteskü.                                             
Ümumi  Daxili  Məhsulun  tərifinə  görə,  “ÜDM  –  bir 
ölkənin sərhədləri daxilində bir il ərzində istehsal edilən mal və 
xidmətlərin sabit qiymətlərlə cəmi dəyərini ifadə edir”. Tərifdən 
göründüyü  kimi, ölkə daxilində istehsal edilən hər bir mal 
və  xidmətin  ÜDM  hesabında  yer  ala  bilməsi  üçün 
qiymətinin olması vacibdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Simon Smith Kuznets 30 
aprel 1901-ci ildə 
Xarkovda anadan olmuş, 
8 iyun 1985-ci ildə 
dünyasını dəyişmişdir. 
Simon  Smith    Kuznets  hələ  Kolumbiya  Univer-
sitetində  təhsil  alarkən  statistik  rəqəmlərə 
əsaslanaraq  bir  ölkə  daxilində  (hətta  bir  neçə 
ölkə  daxilində),  bir  neçə  il  ərzində  gedən 
makroiqtisadi  prosesləri  dərindən  araşdır-
mışdır. O, statistikaya əsaslanan tətbiqi tədqiqat 
metodu yaradaraq  bir il müddətində ölkələrdə 
yaradılan, istifadə edilən hər nə varsa, hamısını 
Ümumi Daxili Məhsul adlandırmışdır.   
S.S. Kuznets   ABŞ-ın  Milli İqtisadi Tədqiqatlar 
Bürosunda      işləmiş  və  eyni  zamanda  Harvard 
Universitetində dərs demişdir.  
İqtisad elminin klassiki, Nobel mükafatı laureatı 
S.S.  Kuznetsin  əməyi  nəticəsində  iqtisad  elmi 
ideologiyadan milli gəliri  hesablaya bilən elmə 
çevrilmişdir. 
S.S. Kuznets göstərmişdir ki, ölkələrin bir neçə 
nəsil  müddətində  mikroiqtisadi göstəricilərinin 
dinamikası  bu  ölkələrdə  iqtisadi  vəziyyətin 
dəyişməsinin  tendensiyasını    söyləməyə  imkan 
verir.
 


112 
 
Tayvanın  iqtisadi  inkişafını  araşdıraraq,  S.Kuznets 
inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı üçün belə bir 
qanunauyğunluq  müəyyənləşdirmişdir:  “Gəlirlərin  pay-
lanmasında qeyri-bərabərlik birinci 10 ildə kəskin artır və sonra 
onun bərabərləşmə tendensiyası başlayır”. Aydındır ki, dövləti 
iradə  olarsa  (Sinqapur),  bərabərləşmə  ten-densiyasının 
sürəti artar.   
Şəkil 13 a. Ölkələrin ÜDM  ilə K faktoru arasında    
korrelyasiya.   
Şəkildə rəqəmlərlə bəzi ölkələrin reytinqi 
göstərilmişdir:
 
Norveç (1), Avstraliya (2), Yeni Zelandiya (3), ABŞ 
(4), İrlandiya (5), Lixtenşteyn (6), Lüksemburq (24), Sinqapur (27), 
Bruney (37), Qatar (38), Küveyt (47), Çernoqoriya (49), Gürcüstan 
(74), Ekvatorial Qvineya (117), Anqola (146).         
 
 


113 
 
İnkişafı  qiymətləndirmək  üçün  1990-cı  ilə  qədər  bir 
meyar kimi adambaşına düşən ÜDM-dən istifadə edilirdi.  
Göstəricisi  yüksək,  amma    təhsil  səviyyəsi  və  güzəranı 
aşağı,  uzunömürlülüyün  həddi  qısa  olan  ölkələr  çox 
olduğundan,  bu  meyarı  universal  və  qənaətbəxş  hesab 
etmək  olmaz.  Müxtəlif  dövlətlərdə  sosial  inkişafın  di-
namikasını  duymaq  üçün  adambaşına  düşən  ÜDM-in 
keyfiyyət  faktorunun  K-dan  asılılığı  şəkil  13  (a)-da  adi, 
şəkil 13 (b və c)-də isə yarımloqarifmik masştablarda gös-
tərilmişdir.    Qrafiklərin  absis  oxunda  K  faktoru,  ordinat 
oxunda  adambaşına düşən ÜDM göstərilmişdir.  
 Dünya dövlətlərinin 2010-cu ilə olan iqtisadi-mədəni 
mənzərəsi şəkil 13 a-da  göstərilmişdir. ÜDM-in K fakto-
rundan asılılığı dağınıq bir mənzərə yaradır. Bu dağınıqlıq 
humanitar  texnologiyanın  qeyri  -dəqiqliyi  və  subyektiv 
faktorların  təsirinin  nəticəsidir.  Ancaq  bu  dağınıqlığın 
içərisində gizli bir məntiqin olduğu da sezilir. Belə ki,  bu 
mənzərə bəşəriyyətin keçdiyi iqtisadi formasiyaların (feo-
dalizm,  kapitalizm,  sosializm,  açıq  cəmiyyət)  məntiqi 
nəticəsidir.  Bu  qeyri-bərabər  inkişaf  hər  bir  dövlətin 
keçdiyi  tarixi  yolun  müxtəlifliyinin  təzahür  formasıdır. 
Verilmiş zamanda  (2010-cu il) müxtəlif qitələrdə yerləşən 
bu ölkələrin (və xalqların) inkişafı bir-birindən çox fərqli 
və rəngarəndir. Bu rəngarəngliyin əsas səbəblərindən biri 
məkan  və  zaman  amilidir.  Nizami  Gəncəvinin    “Sizin 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə