Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə22/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   ...   18   19   20   21   22   23   24   25   ...   51

97 
 
Sonda qeyd edim ki, qərbli 
Con 
Keynin  ticarət, yoxsa 
istehsal  məsələsinə  münasibəti  belə  olmuşdur:
 
“Biznes-
men qəbul ediləndir, əgər ona vasitə kimi baxsaq. Ancaq 
məqsəd kimi o bizi təmin etməz”.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


98 
 
TƏRƏQQİ, TEXNOLOGİYA VƏ ELMİN 
VƏHDƏTİ 
13
 
  
Məqalədə  inkişafın tərkib hissəsi olan tərəqqi, texnologiya 
və elm arasındakı üzvi əlaqəyə baxılmış  və onların iqtisadiyyata 
təsiri  araşdırılmışdır.    Göstərilmişdir  ki,
 
inkişafın  yüksək 
pilləsinə çatmaq üçün iqtisadiyyatın zamana görə inkişafı qeyri 
xətti  qanunla  inkişaf  etdirilməlidir.  Belə  olan  halda  elm 
texnologiyanı,  texnologiya  tərəqqini,  təqəqqi  isə  iqtisadiyyatı 
inkişaf etdirir.
   
Müasir  cəmiyyətlər  elm,  təhsil  və  yüksək  texnolo-
giyaya əsaslanan innovasiyalı iqtisadiyyat dövrünə daxil 
olurlar. Bu, elmin, təhsilin, iqtisadiyyatın əlaqəsinin yeni 
bir  fəlsəfə  əsasında  öyrənilməsini  tələb  edir.  Keçid 
dövrünün  yaratdığı  problemlər  səbəbindən,  bu  prob-
lemlər MDB məkanında lazımınca öyrənilməyibdir. Belə 
dövrlərdə,  adətən,  üzdə  olan  problemlər  diqqət  mər-
kəzinə  çəkilir,  dərin  və  köklü  problemlər  kölgədə  qalır.  
Müasir dövrün bu çağırışına cavab vermək üçün elm və 
təhsil  həm  formaca,  həm  də  məzmunca  ciddi  dəyişməli, 
yeniləşməli  və  innovasion  iqtisadiyyata  təsiri  aydın 
təsəvvür edilməlidir.    
Müşahidələr göstərir ki, keçid dövründə iqtisadiyyat 
(İ) zamana görə (t), demək olar ki, xətti dəyişir.  
                                                             
13
 Əsgərov Ş.Q, Tərəqqi, texnologiya və elmin vəhdəti,  “Ali təhsil və 
cəmiyyət”, 2013, №1, səh.33– 36. 


99 
 
İqtisadiyyatın  zamana  görə  birinci  tərtib  törəməsi 
tərəqqini xarakterizə edir:
 
dİ = b dt            (1)
 
Burada, b – tərəqqini xarakterizə edən əmsaldır.  dİ – 
iqtisadiyyatın dt = t

–  t
1  
müddətində  artımıdır. Əgər bu 
əmsalın  qiyməti  zamana  görə  sabit  qalarsa,  onda    hər  il 
iqtisadi  yüksəliş  eyni  olar.    Belə  tərəqqi  dövlət  üşün 
kifayət  sayıla  bilməz,  ona  görə  ki,  zaman  keçdikcə  həm 
tələbat, həm də insanların sayı artır. Sürətli inkişafı təmin 
etmək üçün  b -nin özü də zamana görə artmalıdır. Əşər  
b(t)  asılılığını  xətti  qəbul  etsək,  onda  iqtisadiyyatın  za-
mandan asılılığı qeyri -xətti qanunla dəyişəcəkdir. 
 
Tərəqqinin  zamana  görə  törəməsi  tərəqqinin  sürəti 
olub,  əsasən,    texnoloji  təsir  altında  baş  verə  bilər.  Əgər 
tərəqqinin  sürəti  zamana  görə  xətti  olarsa,  onda  
texnologiyanı (T) aşağıdakı düstur ilə təyin etmək olar:  
T = db/ dt  =  k
 
d
2
İ
 
/ dt
2     
  (2) 
“Texnologiya” 
anlayışının 
sözlüklərdə 
 
və 
ensiklopediyalarda mənasına rast gəlmək çətindir. Mənim 
düşüncəmə  görə,  texnologiya  –  təbiət  qanunlarının  süni 
obyektlərin hazırlanmasına yönəldilməsidır. 
Düstur  (2)-yə  görə,  texnologiya    iqtisadiyyatın  za-
mana  görə  ikinci  tərtib  törəməsi  ilə  mütənasibdir.  Başqa 


100 
 
sözlə, texnologiya iqtisadiyyatı qeyri xətti inkişaf etdirən 
amildir.  Məişətdə  işlətdiyimiz  telefonun  son  yüz  ildə 
keçdiyi  texnoloji  təkamülə  baxsaq,  bu  tezisin  düz-
günlüyünü  aydın  görərik.  Aydın  görərik  ki,  tex-
nologiyalar da zamana görə sabit qalmayıb  dəyişirlər.  
Texnologiyanın inkişafı (və ya tərəqqinin təcili) elmin 
inkişafı  nəticəsində  baş  verir.  Başqa  sözlə,  elm  (E)  
texnologiyanı zamana görə dəyişdirən faktordur. Bu tezisi 
riyazi olaraq aşağıdakı kimi ifadə etmək olar: 
E = k
1
  d T / dt  = k
1
 d
3
İ
 
/ dt

        (3) 
Demək,  texnologiyanın  inkişafı  elmdən  asılı  oldu-
ğundan, belə nəticəyə gəlmək olar  ki, elm  iqtisadiyyatın 
üçüncü  tərtib  törəməsinin  nəticəsidir.  Başqa  sözlə,  iq-
tisadiyyatı  (1)  qanunu  ilə  tənzimlənən  ölkələrdə  elmin 
inkişafına nail olmaq çətindir.  
Məlumdur  ki,  iqtisadiyyatın  iki  güclü  toplananı  var: 
sənaye və ticari. Zəif inkişaf etmiş ölkələrdə ticari, yüksək 
inkişaf  etmiş  ölkələrdə  isə    sənaye  toplanan  əsasdır.  
Sərqin  bir  çox  dövlətləri  ilə  Qərbi  müqayisə  etsək,  bu 
deyilənlərin  düz  olduğu  qənaətinə  gəlmək  olar.  Bu 
səbəbdən  də  F.Bekon  “Elm–gücdür”  aforizmini  söylə-
mişdir. (Yeri gəlmişkən qeyd edim ki, bu kəlam dilimizə “bilik  
  gücdür”  kimi  səhv  tərcümə  edilmişdir.  Hamının  bildiyinin 
“bilik”,  ancaq  alimlərin  (fərdlərin)  bildiyinin  isə  “elm” 
olduğunu    nəzərə  alsaq,  onda  belə  bir  nəticəyə  gəlmək  olar ki, 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə