Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə2/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   2   3   4   5   6   7   8   9   ...   51


 
insanıdır,  dəyərlər  üzərində  həyatını  bina  edən 
şəxsiyyətdir. O kəs ki həyatının məğzini dəyərlər əsasında 
müəyyənləşdirir,  yazdıqları  nəzəri-quru  cümlələrdən 
ibarət  olmayacaq,  praktikliyi  və  səmimiliyi  ilə  seçilə-
cəkdir.  Odur  ki,  Şahlar  müəllimin  həm  keçən  il  qələmə 
aldığı  “Dəyərlərin  qiymətləndirilməsinin  yeni  meyarı”, 
həm  də  bu  kitabın  əsasında  təkmilləşdirilmiş  qələm 
məhsulu olaraq təqdim etdiyi “Kamilləşən  düşüncə adlı 
kitabları sözügedən istiqamətdə əvəzsiz nailiyyətlər hesab 
olunmalıdır.  Sonuncu  kitabın  mövzusu  inkişafın  fərqli 
prizmadan nəzərdən keçirilməsindən bəhs edir, odur ki. 
çox aktualdır. Çünki qloballaşma dövründə, bəlkə də, ən 
çox  müzakirə  olunan  problemlərdən  biri  inkişafla 
bağlıdır.  
Təqdim  olunan  bu  kitab  müasir  iqtisadi,  sosial  və 
fəlsəfi  təlimlərin  əsas  tədqiqat  obyekti  olan  inkişaf 
anlayışından  bəhs  edir.  Kitabda  həqiqi  inkişafın  mahiy-
yəti, şərtləri və meyarları haqda danışılır. Müəllif inkişafla 
əlaqədar  özünün  ənənəvi  baxışlardan  kənar  yeni 
yanaşmasını  təqdim  edir.  Əlaqədar  mövzulara  özünə-
məxsus tərzdə münasibət bildirən Şahlar müəllim bəşəriy-
yətin  inkişafı  problemində  irəli  sürdüyü  yeni  həll 
variantını  (K  faktoru  vasitəsilə)  real  və  praktik  yanaşma 
ilə əsaslandırır.  



 
Düşünürük  ki,  “Kamilləşən  düşüncə  kitabı  ölkə-
mizin  gələcəyini  düşünən  məsul  şəxslərin  diqqətini  cəlb 
edəcək, problemin aktuallığını əyani şəkildə onların nəzə-
rinə çatdıracaqdır.  
                                        Elvüsal Məmmədov
AMEA akad. Z.M. Bünyadov adına  
Şərqşünaslıq İnstitutunun əməkdaşı,  
fəlsəfə üzrə fəlsəfə doktoru 
 
 
 
 
 
 
 
 
 
 
  



 
GİRİŞ
 
“Kamilləşən düşüncə”  bir il əvvəl çap olunmuş “Də-
yərlərin qiymətləndirilməsinin  yeni  meyarı” (Bakı,  2012) 
kitabının  elmi  əsası  saxlanılmaqla,  məzmun  və  sosial 
əhatəsi xeyli genişləndirilmiş variantıdır. Bu səbəbdən də 
kitab  oxuculara  yeni  adda  təqdim  edilir.  Bəşəriyyətin 
inkişafının  tarixi,  dinamikası  və  ona  təsir  edən  faktorlar 
kitabda yeni meyar vasitəsilə araşdırılır.   
                                           
Çox  inkişaf  etmiş  ölkələr  maddi  və  intellektual 
baxımdan  inkişafın  son  mərhələsinə,    F.  Fukuyamanın
1
 
diliylə  desək,  “tarixin  sonuna  ”  yaxınlaşmaqla,  yüksək 
texnologiyaya və tərəqqiyə nail olmuşlar.  
Tərəqqi  irəliyə  doğru  hərəkəti,  aşağı  səviyyədən 
yüksək  səviyyəyə,  az  mükəmməllikdən    çox  mükəm-
məlliyə,  kəmiyyət  və  keyfiyyət  artımına  doğru  inkişafı 
göstərir. Bu inkişaf  həm də çoxlu sayda suallar doğurur. 
Tərəqqi məqsədsizdir, yoxsa hədəfi var?  İnkişaf yolunun 
sonu varmı, yoxsa bu,  sonu olmayan yoldur?  Son mən-
təqə  haqqında  dini  dünyagörüşü  məlumdur,  bəs  elmi 
dünyagörüşü  nə deyir? Cənnət, cəhənnəm, kommunizm
 
ideyalarına elmi baxış necədir? Bəşəriyyətin məqsədi in-
qilablardan, müharibələrdən keçərək gündə bir gün, ildə 
bir  il  yaşamaqdırmı?  İnsan  həyatının  məğzi  və  əsas 
                                                             
1
 F.Fukuyama,  Tarixin sonu və axırıncı İnsan, Moskva,2010, 588 səh. 



 
missiya nədir? İnsaniyyətın böyük hissəsi əzab və əziyyət 
içərisində yaşayır ki, az bir qrup insan firavanmı yaşasın? 
İnsana şüur verməkdə Yaradanın məqsədi nə olub?   
Məlumdur ki, inkişafda təkamülün rolu əsasdır. İnsan 
cəmiyyətlərində 
tərəqqi 
formasiyaların 
inkişafında 
təşəkkül tapıb. Tarixə qısa nəzər salsaq, görərik ki, ibtidai 
icma quruluşunun ömrü təqribən iki milyon il olub və bu 
quruluşda  şəxsi  mənafe  olmadığından,  cəmiyyət  idarə-
edənlərə və idarəolunanlara bölünməyibdir. Bu səbəbdən 
də tərəqqi olmayıbdır.  Fəaliyyətdə şüur yox, instinkt rol 
oynayıbdır. Tərəqqi sonrakı formasiyalarda şəxsi mənafe 
zəminində  baş  verib.  Quldarlıq,  feodalizm  və  kapital-
izmin  birlikdə  ömrü  20 000  ildən  azdır.  Bu  dövrlərdə 
insanlar  şüursuz  fəaliyyətdən  şüurlu  fəaliyyətə  doğru 
inkişaf ediblər. Bu inkişafa təsir edən əsas  amil güc və ağıl 
olmuşdur.  İnsanlar  inkişaf  edərək  tam  şüurlu  fəaliyyətə 
nə  vaxt  keçəcəklər?    Böyük  Səməd  Vurğun  demişkən: 
“Qalib gələcəkmi cahanda kamal?” 
Dünya  insan  artımı  ilə  bağlı  bir  əndişə  yaşayır.  Yer 
kürəsinin potensialının gələcək nəsillərə çatmayacağı qor-
xusu  var.  Maltusun  məşhur  fikri  tez-tez  təkrarlanır. 
Dünyanın kiçik bir qrup insanlar (dünya hökuməti, “300-
lərin
 
komitəsi”, masonlar, Bilderberq  və  
Bogema klubları
 
,“
skull  and  bones”  və  s.)  tərəfindən  idarə  edilməsi 
haqqında söhbətlər gedir, kitablar yazılır. Bir tərəfdə 300 


10 
 
ailə,  digər  tərəfdə  6  milyard  əhali  dünya  malını  bərabər 
bölürlər. Bu bölgüyə Allah-təala xeyir-dua veribmi?  
Təhlükəsiz gələcək şübhə altına alınır.  Tez-tez  ərzaq 
təhlükəsizliyindən danışılır. Gələcəyə pessimist baxış for-
malaşmaqdadır.  Kitabda  bu  tip  suallara  aydınlıq  gətir-
məyə cəhd edilir.  
Planetdə  qlobal  sosial-iqtisadi  dəyişiliklərə  mükəm-
məl  nəzarət  etmək  üçün  yeni  dünyagörüşə,  yeni  me-
todologiyaya,  yeni  meyara ehtiyac vardır. Kitabda istifa-
də edilən Ümumi Daxili Məhsul (ÜDM) və İnsan Poten-
sialının  İnkişaf  İndeksi  (İPİİ)  anlayışları    mütəxəssislərə 
yaxşı məlumdur.  K faktoru anlayışı isə yenidir və sosial-
iqtisadi hadisələrin  qiymətləndirilməsində ilk dəfədir ki, 
meyar  kimi  istifadə  edilir.  Misal  üçün,  tarixən  biliyin 
qiymətləndirilməsi zamanı, bildiyimizin bilməli olduğumuza 
nisbəti  meyar  götürülürdüsə,  burada  K  faktoru 
bildiyimizin bilmədiyimizə olan nisbətidir.  Əgər söhbət di-
gər  sosial-iqtisadi  və  mədəni  hadisələrin  dəyərlən-
dirilməsindən  gedirsə,  onda  K  faktoru  nailiyyətin  əldə 
edilən  hissəsinin,  onun  əldə  edilə  bilməyən  hissəsinə 
(nailiyyət qıtlığına) olan nisbətini  göstərir. Başqa sözlə, K 
faktoru faizə alternativ bir meyar kimi çıxış edir və iqtisadi, 
sosial,  mədəni,  pedaqoji  və  digər  prosesləri  dəyər-
ləndirmək üçün istifadə edilir.  


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə