Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə6/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   2   3   4   5   6   7   8   9   ...   51

25 
 
Mövcud  dəyərləndirmə  sistemləri  və  ya  qiymət-
ləndirmə  şkalası  insanların  cəmiyyətdə  yerini  düzgün 
təyin  edə  bilmir.  Xüsusilə  a-nın  yüksək  (0,9  –  l)  qiymət-
lərində  subyektiv  dəyərləndirmə,  bəzən  obyektiv  dəyər-
ləndirməyə  üstün  gəlir.  Bu,  xüsusilə  məmur  seçimində 
özünü büruzə verir. Cəmiyyətin daha dəqiq və obyektiv 
dəyərləndirmə sisteminə ehtiyacı vardır.  
Qeyri-xətti  qiymətləndirmə  şkalası.  Klassik  qiy-
mətləndirmə şkalası əla biləni yaxşı biləndən, onu da kafi 
biləndən ayıra bilir. Ancaq əla bilənlər içərisindən lap əla 
biləni dəqiq seçə bilmir və əla bilənləri sıraya düzə bilmir. 
Bu  qüsuru  aradan  qaldırmaq  üçün  yeni  meyar  olaraq 
“bildiyimizin  bilmədiyimizə  nisbəti”  -indən  istifadə  etmək 
olar. Yəni  Ld / Lb nisbəti meyar olaraq götürülür. Əvvəlki 
məqalələrdə
3
  bu nisbət keyfiyyət faktoru adlandırılmış və K 
hərfi ilə işarə edilmişdir. 
Düstur (1) -in hər tərəfini Ld-yə  bölsək, alarıq:                                                       
Lo / Ld = 1+ 1/K 
Bu düsturu belə də yazmaq olar:                     
Ld /Lo = 1: (1+ 1 /K) 
Ld /Lo – nisbi mənimsəmə olduğundan   
                                                             
2 Asgarov Ş. Q., The philosophy knowledge assessment, Journal of Qafqaz 
University№ 13, p. 63 –72, 2004. 
 
 
 


26 
 
= 1: (1+ 1 /K )  (3) 
düsturunu alarıq. Buradan da keyfiyyət faktoru üçün 
K=a /(1-a)      (3.1) 
düsturunu alarıq. 
Düstur  (3.1)  yeni  qiymətləndirmə  şkalası  yaratmağa 
imkan verir. Bunun üçün  a-nın K-dan asılılığını qurmaq 
kifayətdir.  Bu  asılılıq  şəkil  3-də  göstərilmişdir.  Absis 
oxunda  keyfiyyət  faktoru  K,  ordinat  oxunda  isə 
mənimsəmə a göstərilmişdir. Şəkildən göründüyü kimi, K  
faktoru artdıqca, nisbi mənimsəmə a qeyri-xətti artaraq öz 
maksimal qiymətinə yaxınlaşır. Bu səbəbdən də bu şkalanı 
qeyri-xətti şkala adlandırmaq olar.  Şəkil 3-də K əmsalı (0 – 
50) intervalında dəyişdiyi halda, a əmsalı 0 ilə 1 arasında 
dəyişir. Bu isə biliyin daha dəqiq qiymətləndirilməsi üçün 
böyük imkanlar açır. Əgər: 
    a) K >>1 olsa, Ld >> Lb olar.  Bu halda təhsil sistemi 
mükəmməldir;  
    b) K = 1 olsa, a = 0.5 olar.  Bu halda təhsil sisteminin 
səviyyəsi ortadır;  
    c)  K  <<  1  olsa,    Ld    <<    Lb  olar.    Bu  halda  təhsil 
fəaliyyəti çox pisdir.  
Birinci  halda  mənimsənilən  material  mənimsənil-
məyən  materialdan  qat-qat  çox,  ikinci  halda  isə  bəra-
bərdir. Üçüncü halda isə mənimsənilən material mənim-
sənilməyəndən  qat-qat  azdır.  Dövlətlərarası  rəqabətin 


27 
 
yüksək  olduğu  indiki  zamanda  təhsil  sistemi  elə 
qurulmalıdır ki, onun üçün  K >>1 şərti ödənilsin.  
                      
Şəkil 3. Qeyri-xətti qiymətləndirmə şkalası. 
K-nın  qiymətinin  geniş  intervalda  (0  –  ∞)  dəyişməsi 
fərdlərin  əqli  və  intellektual  qabiliyyətini  fərqləndirmək 
və qiymətləndirmək üçün geniş imkanlar açır. Misal üçün, 
əgər bir şagird 500 sualdan 499-na, digəri 490-na düzgün 
cavab veribsə, bu fərq klassik şkalada 9 bal olduğu halda 
(499  –490),  yeni  şkalada  450  bal  [(499:1)  –  (490:10)] 
olacaqdır.  Göründüyü  kimi,  klassik  şkalaya  görə 
 
şagirdlərin  qiymətləri  arasında  çox  az  fərq  olduğundan, 
onlar  bərabər  bilikli,  yeni  şkalada  isə  bu  fərq  çox  böyük 
olduğundan (450!) onlar fərqli bilikli hesab ediləcəklər. Bu 
0
0,1
0,2
0,3
0,4
0,5
0,6
0,7
0,8
0,9
1
0
10
20
30
40
50
M
ƏN
İM
SƏM
Ə
K


28 
 
meyar qiymətləndirmənin faiz göstəricisinə bir alternativ 
kimi  çıxış  edir.  Qeyri-xətti  şkala  müxtəlif  dəyərlərin 
qiymətləndirilməsində əvəzsiz üstünlüyə malikdir. 
Ayındır  ki,  intellektual  insanlar  üçün  K-nın  qiyməti 
böyükdür.  Güman etmək olar ki, yer əhli üçün ən böyük 
K-ya  (ən  az  bilik  qıtlığına)  peyğəmbərlər  malikdirlər. 
Çünki  onların  qəbul  etdiyi  qərarlar  min  illərlə  qüvvədə 
qalır.  Burada  britaniyalı  bioloq  Tomas  Heksilin:  “  Əgər 
bilik qıtlığı qorxuludursa, onda o insan ki  biliyi lap çoxdur, 
o,  tam  təhlükəsizdirmi?”  –  tarixi  sualına  cavab  vermək 
mümkündür. Qeyd edək ki, az bilik qıtlığına malik olan 
bütün  peyğəmbərlər,  həmişə  peyğəmbərliklərinin  ilk 
illərində təqib olunublar və təhlükədə yaşayıblar.  
K faktoru  çoxsaylı dəyərli insanlar arasından (misal 
üçün, 1000 əlaçı tələbə ) ən dəyərlisini obyektiv seçməyə 
və  şüurlu  varlıqları  intellektual  baxımdan  iyerarxik 
strukturda  (adi  insan,  mütəxəssis,  alim,  akademik,  dahi 
şəxsiyyət, fövqəlinsan, peyğəmbər və hər şeyə qadir olan 
Allah) sıraya düzməyə imkan verir.  
Bu meyarın sosial-iqtisadi proseslərə tətbiqi ilə daha 
əhəmiyyətli  və  daha  dəqiq  nəticələr  əldə  etmək  müm-
kündür. Dəqiq qiymətləndirmə şkalası, kamil düşüncəyə, 
yüksək personal və
 
professional keyfiyyətlərə malik olma-
yanların  idarəetmə  sisteminin  yüksək  səviyyələrinə 
qalxmasını, yəqin ki, çətinləşdirər. Şəkil 3-dən görünür ki, 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə