Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə7/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   2   3   4   5   6   7   8   9   10   ...   51

29 
 
K → ∞  yaxınlaşanda,  a→1 yaxınlaşır.  Bu o deməkdir ki, 
K  artdıqca,  mütləq  bilik  səviyyəsinə  yaxınlaşmaq  olar, 
ancaq  ona  çatmaq  mümkün  deyildir.  Buradan,  təbii 
olaraq, başqa bir sual da çıxır. Hansı şüurlu məxluq üçün 
K-nın qiyməti sonsuzdur? Mütləq biliyə kim malikdir?  
Səmavi kitabların verdiyi məlumata görə, ancaq qadir 
Allah hər şeyi bilir və görür. Ancaq Onun biliyində qıtlıq 
yoxdur. Bu baxış Allahın varlığının riyazi isbatı üçün əsas 
ola bilər.  
 
 


30 
 
ALLAHIN  VARLIĞININ  RİYAZİ  İSBAT
4
 
Elm dinsiz şikəstdir, din elmsiz kordur. 
A.Eynşteyn.                                                                                                     
 
 
Böyük  fransız   filosofu  O.  Konta  görə,  bəşəriyyətin  intel-
lektual  təkamül  tarixi  üç  mərhələdən  keçir:  a)  teoloji;    b) 
metafizik; 
c)
  pozitivist.    Birinci  mərhələdə  Allahın  varlığı 
isbatsız qəbul olunur. İkinci mərhələ boyu (son min il) Allahın 
varlığının  isbatı  filosofları  ən  çox  düşündürən  suallardan  biri 
olmuşdur. Bu səbəbdən də müxtəlif isbatlar mövcuddur: vəhyə, 
möcüzəyə, birinci səbəb arqumentinə əsaslanan isbatlar və digər 
isbatlar  vardır.  Üçüncü  mərhələ  elmə,  biliyə  əsaslanan 
mərhələdir.  Təklif  olunan  isbatı  da  biliyə  əsaslanan  isbata  aid 
etmək olar. 
İmanlılar  hesab  edirlər  ki,  Allahın  varlığının  isbata 
ehtiyacı yoxdur, çünki onun varlığı hər zaman, hər yerdə 
hiss  edilir.  Misal  üçün,  evdə  elektrik  lampası  yanırsa, 
demək, Allah var. Çünki Allah metallarda nizamlı quruluş 
yaratmasaydı  və  bunun  nəticəsi  kimi  metal  elektronları 
sərbəstləşib  elektrik  sahəsinin  təsiri  altında  bir 
istiqamətdə hərəkət  edib  cərəyan  yaratmasaydı,  heç 
lampa da yanmazdı. Bu məsələdə  ateistlər fərqli mövqe 
tuturlar.  Nobel  mükafatı  laureatı  akademik  Vitali 
                                                             
4
 Аскеров Ш.Г., Математическое доказательство существования Аллаха
Успехи современного естествознания, № 4, стр.165-166, 2011. 
 


31 
 
Ginzburqa  görə  («Известия»,  28.11.2003 ):  “İnam  və  ya 
tərsinə,  ateizm  intuitiv  anlayışlardır.  Burada  heç  nəyi  riyazi 
olaraq isbat etmək mümkün deyildir”.  Digər tərəfdən, ameri-
kalı filosof  Alfred Ayerin gerçəklik prinsipinə görə        “ 
riyazi və ya məntiqi əsası olmayan heç bir bəyanatın əhəmiyyəti 
yoxdur”.  Dünya  şöhrətli  alim  V.  Ginzburqun   və 
A.Ayerin   fikirlərindən  görünür  ki,  riyazi  isbata  ehtiyac 
böyükdür. 
Bu problemin həllində biliyin qiymətləndirilməsinin 
yeni  meyarından istifadə  etmək  olar.  Çünki  müqəddəs 
Qurani-Kərimdə  bəyan  edildiyi  kimi:   “Allah  hər  şeyi 
görəndir və hər şeyi biləndir”.  
Biliyin  qiymətləndirilməsinin    bir  ölçülü    modelinə 
görə beşballıq qiymətləndirmə şkalası beş hissəyə bölünür 
və  uyğun  rəqəmlərlə  işarə  olunur.  Hər  tələbə  üçün  bu 
şkalanı  bilir”  və  “bilmir”  adlı  iki  hissəyə  bölmək  olar. 
Misal  üçün,  4  (dörd)  qiyməti  ilə  təhsil  alan  üçün  “4” 
rəqəmindən  soldakı  hissəni  “bilir”,  sağdakı  hissəni    isə 
“bilmir” adlandıraq və bu  hissələrin  uzunluğunu şəkil 1-
ə uyğun olaraq L
d
 və L
b
 kimi işarə edək. 
Burada  “bilir”  hissəsinin    bilmir”  hissəsinə    nisbəti 
(yəni  L
d
  :  L
b
  )  keyfiyyət  faktoru  K-dır.   “Bilir”  hissəsinin  
uzunluğu (L
d
), beşballıq şkalanın balları və keyfiyyət fak-
toru K-nın uyğun qiymətləri  Cədvəl  1 -də göstərilmişdir: 


32 
 
Cədvəldən göründüyü kimi, L
d
-nin nisbi qiyməti 0 -
100  %  arasında  dəyişir.  Beş  qiymətinə  uyğun  mənim-
səmə bilmənin  ən  yüksək  –  mütləq  səviyyəsidir. Ancaq 
“3”  qiymətinə  uyğun  gələn  mənimsəmə  60  %  -dir.  Bu 
nöqtə üçün “bilir” hissəsinin    uzunluğu 3, “bilmir”  his-
səsinin  uzunluğu isə 2 (5-3)-dir. Onda bu  mənimsəməyə 
uyğun  gələn  keyfiyyət  faktorunun  qiyməti  K  =  L

:L
b
 
=3/2=1.5 olar. Şkalanın 4 qiymətinə uyğun mənimsəmə – 
80 %-dir. Yəni tələbə zəruri biliyin 80% -ni bilir, 20 % -ni 
isə bilmir. Bu nöqtə üçün “bilir”  hissəsinin    uzunluğu 4, 
“bilmir” hissəsinin  uzunluğu L
b
 (5-4 ) =1-dir. Bu nöqtəyə 
uyğun  gələn  keyfiyyət  faktorunın  qiyməti  4:  1  =  4 
olar.  Əgər “bilir”  hissəsinin  L
d
 uzunluğu 4.75, “bilmir”  
hissəsinin  L
b
    uzunluğu  isə  0.25  olarsa,  onda  bu  halda 
K=19 olar. Bu səviyyə arzu olunan orta bilik səviyyəsidir.  
                                                                                    
Cədvəl 1 
Nisbi mənimsəməL
d
,  %   
20  40  60  80  90  95  98  99  100 
5 ballıq şkala 
 




4  4.5  4.75  4.9  4.95  5 
Keyfiyyət faktoru, K 
 
0  0.25  0.67  1.5  4 

19  49  99 
 
 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə