Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə15/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

64 
 
Təhsilimizin beynəlxalq təhsil şəbəkəsində yerini bil-
mək, rəqabətə davamlı təhsil ocaqları yaratmaq üçün çox 
vacibdir. Böyük Britaniyanın Legatum İnstitutunun analitik 
mərkəzi  dünya  dövlətlərinin  “Qlobal  Firavanlıq  İn-
deksi”  adlanan mürəkkəb  göstəricini  hər  il  ölçə  bilir. 
Firavanlıq nöqteyi -nəzərindən dövlətlərin nailiyyətləri 8 
istiqamətdə  (iqtisadiyyat,  sahibkarlıq,  idarəetmə,  təhsil, 
səhiyyə,  təhlükəsizlik,  şəxsi  azadlıq,  sosial  kapital)  təyin 
edilir. Hər bir istiqamətdə alınmış nəticələr maraqlıdır və 
diqqəti cəlb edir. 
Təhsillə  bağlı  nəticələr  daha  böyük  maraq  doğurur. 
Çünkibizim  Nizamiyə,  Qərbin  Bekonuna  görə  gücün, 
qüvvətin  mənbəyi  bilikdir.  Əgər  qonşun  səndən  bilikli 
olsa, sənə əziyyət verə bilər.  
 Legatum İnstitutu 2012 -ci il üçün 142 dövlətin təhsil 
indeksini  müəyyənləşdirmiş  və  cədvəl  şəklində  çap 
etmişdir. Adətən,  cədvəllər  ruhsuz  və  yorucu    olduğun-
dan  ondan faydalı bir nəticə almaq mümkün deyil. Ancaq 
bu indekslərin K faktorundan asılılığı çox dəyərli nəticələr 
almağa  imkan  verir.  Belə  bir  asılılıq  şəkil  6-da  gös-
tərilmişdir.  Qrafikin  absis  oxunda  keyfiyyət  faktoru  K, 
ordinat  oxunda  təhsil  indeksi  göstərilmişdir.  Qrafikdəki 
rəqəmlər  bəzi  dövlətlərin  təhsil  indeksini  göstərir. 
Azərbaycanın  təhsil  indeksini  87-  ci  nöqtə  göstərir. 


65 
 
Şəkildən  görünür  ki,  təhsil  indeksinə  görə  dünya  döv-
lətləri  çox  fərqlidirlər.  Hər  bir  xalq  öz    mədəniyyətinə, 
tarixinə arxalanaraq yeni texnologiyalar, ictimai ideyalar, 
sosial və siyası institutlar yaradaraq dövləti idarə edirlər. 
İdarəetmə  maşınının  daxili  elementləri  müxtəlif  oldu-
ğundan,  onun verdiyi son nəticələr də müxtəlifdir.  
Sual  oluna  bilər  ki,  bu  ölkələrdən  hansının  təhsilini  
“standart”  kimi  qəbul  etmək  və  ya    nümunə  kimi  götür-
mək olar? Bu suala düzgün cavab verməklə təhsilin bəzi 
problemlərini  həll  etmək  olar.  Bunun  üçün    ”Dəyərlərin 
qiymətləndirilməsinin  yeni  meyarı”nda  göstərilmiş  metod-
ologiyadan burda da istifadə etmək olar.   
Ölkələri  K parametrinə görə üç qrupa bölmək olar: 
1.
 
K ≥ 5 olan ölkələr. Bu ölkələr yüksək inkişaf 
etmiş ölkələrdir; 
2.
 
2  ≤  K  ≤  5  olan    ölkələr.  Bu  ölkələr  inkişaf 
etməkdə olan ölkələrdir;  
3.
 
0≤ K ≤ 2 olan  ölkələr. Bu ölkələr zəif inkişaf 
etmiş ölkələrdir. 
 
 
 
 
 
 
 


66 
 
 
Şəkil 6. Dünyanın 142 dövlətində təhsil reytinqinin K 
faktorundan  asılılığı.  Şəkildə  rəqəmlərlə  dövlətlərin  təhsil 
reytinqi göstərilmişdir: 18 –Latviya, 20 –Macarıstan,   21–Be-
larus, 25 –Kipr, 26 –Slovakiya, 27 –Rusiya, 28 –Litva, 29 –
Ukrayna,  40  –Malayziya,  44  –Ermənistan,  50  –Çin,  51–
Bolqarıstan,  57  –İran,  59  –Moldova,  61  –Serbiya,    66  –
Gürcüstan, 68 –Tacikistan, 78 –Meksika, 87 –Azərbaycan,  
96 –Beliz. 
 
0
20
40
60
80
100
120
140
160
0
2
4
6
8
10
12
14
16
21
40
61
27
29
18
87
57
66
44
96
50
59
68
51
78
20
26
28
25
140     141    142


67 
 
 
Bu  qruplar    social-iqtisadi  parametlərinə  görə  bir- 
birindən  çox  fərqlidirlər.  Qrup  daxilindəki  ölkələrin 
parametrləri isə bir- birinə nisbətən yaxındır. Bu səbəbdən 
istənilən bir dövlətin hər hansı bir parametrini öz mənsub 
olduğu  qrup  ölkələri  ilə  müqayisə  etmək  daha  mən-
tiqlidir.   
Aydındır  ki,  örnək  olaraq  birinci  qrup  dövlətlərin 
təcrübəsindən  istifadə  etmək  olmaz,  çünki  onlarda  həm 
 Ölkələr 
Təhsilin 
deksi (2012) 

faktor 
ÜDM 
(2010) 

Latviya 
18 
3,33 
14500 

Belarus 
21 
2,73 
13400 

Kipr 
25 
4,26 
21000 

Slovakiya 
26 
4,5 
22200 

Rusiya 
27 
2,6 
15900 

Litva 
28 
3,61 
15900 

Ukrayna 
29 
2,45 
6700 

Estoniya 
31 
4,32 
19000 

Qazaxıstan 
43 
2,5 
12500 
10 
Ermənistan 
44 
2,28 
5800 
11 
Moldova 
59 
1,65 
2500 
12 
Özbəkistan 
65 
1,61 
3100 
13 
Gürcüstan 
66 
2,3 
4800 
14 
Tacikistan 
68 
1,38 
2000 
15  Qırğızıstan 
73 
1,49 
2200 
16  Azərbaycan 
87 
2,48 
11000 


68 
 
adam- başına düşən ÜDM, həm də K faktorunun qiyməti 
çox  yüksəkdir,  bu  səbəbdən  də  təhsil  standartları  çox 
yüksəkdir.  Bu ölkələrdə  insanın  təhsili, anadan olandan 
ömrünün  axırına  kimi  dövlətin  nəzarətindədir.  Belə 
ölkələrə misal olaraq Yeni Zelandiyanı (1),   Avstraliyanı 
(2),  Kanadanı  (3),  Norveci  (6)  və  digərlərini  göstərmək 
olar.                                                                        
Model  olaraq,  üçünçü  qrup  dövlətlərdən  də  istifadə 
etmək  məqsədəuyğun  deyil,  çünki  bu  ölkələrin  təhsil 
standartları xeyli zəifdir, onlar çox geridə qalıblar. Bu öl-
kələrə misal olaraq, Əfqanıstanı  (139), Çadı (140), Nigerı 
(141)  və  Mərkəzi  Afrika  Respublkasını  (142)  göstərmək 
olar. Bu ölkələrdə təhsilin vəziyyəti çox bərbaddır.                                          
Biz    ikinci  qrupa  daxil  olan  dövlətlərin  müsbət  təc-
rübəsindən  örnək  kimi  istifadə  edə  bilərik.  Çünki  bu 
ölkələrin  həm  iqtisadi,  həm  də  humanitar  parametrləri 
bir-  birinə  yaxındır.  Bu  qrupa  daxil  olan  50-dən  çox 
dövlətin  təhsil  indeksləri  əla  ilə  pis  arasında  dəyişir.  Əla 
təhsil indekslərinə malik dövlətlərin uğurlarından bəhrə-
lənmək  olar.  Bu  qrupa  daxil  olan  bir  qisim  dövlətlərin 
təhsil  indeksləri  şəkildə,  bəzilərinin  sosial-iqtisadi  para-
metrləri isə cədvəldə göstərilmişdir. Şəkildən görünür ki, 
ikinci qrup ölkələr arasında  Latviya, Macarıstan, Belarus 
yüksək təhsil səviyyəs malikdirlər. Təhsil indeksinə görə 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə