Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə16/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

69 
 
Rusiya  27-ci  yerdə,  Litva,  Ukrayna    isə  28  və  29  yerlər-
dədir.  Həm  qrafikdən,  həm  də    cədvəldən  görünür  ki, 
ikinci qrup dövlətləri arasında  ən yaxşı   təhsil sisteminə 
SSRİ-dən qopmuş ölkələr (Latviya, Belarus, Rusiya, Litva, 
Ukrayna,  Estoniya)  malikdirlər.  Bu  ölkələrin  təhsil 
indeksləri  142  ölkə    içində  18  ilə  44-cü  yer  arasındadır. 
Qrafikdən  görünür  ki,  Belarusun  təhsil  indeksi  Fransa, 
Danimarka,  Yaponiya  səviyyəsindədir  və  Sinqapurdan 
yüksəkdir.  Belarus,  vaxtı  çatanda  Li  Kuan  Yunun    7 
addımını ata bilsə, Şərqi Avropanin Sinqapuruna çevrilə 
bilər.  
Qrafikdən və cədvəldən görünür ki,  ikinci dünya və 
MDB  ölkələri  arasında  Azərbaycan  təhsilinin  vəziyyəti 
çox  aşağıdır.  SSRİ-nin  süqutundan  sonra    ən  dağıdıcı 
proseslərə  bizim  təhsil  sistemimiz  məruz  qalıbdır.  Digər 
respublikalar öz təhsil sistemlərini qismən qoruya biliblər. 
Ölkəmizin  təhsil  indeksi,  bu  qrup  ölkələr  arasında  ən 
aşağı  olub,  87-ci  yeri  tutaraq  Tacikistandan  və  Qır-
ğızıstandan  da  geri qalır.  Təhsildə  aparılmış  “islahatlar” 
onu bərbad hala salıbdır.  
Sovet  təhsil  sistemini  qoruya  bilən  dövlətlərdə 
(Belarus, Latviya) təhsilin səviyyəsi çox yüksəkdir.  Bizim 
təhsil  sistemimiz  özbaşına  bu  səviyyəyə  düşə  bilməzdi. 
Sanki təhsilimizi bu vəziyyətə salan real qüvvə fəaliyyət 
göstəribdir. Bu vəziyyətdən çıxmaq üçün model olaraq biz 


70 
 
Latviya  və  ya  Belarusun  təcrübələrindən  istifadə  edə 
bilərik. 
Təhsil  sistemizə  daxildən  baxanda  hiss  edilir  ki, 
biznes sahəsində olduğu kimi, təhsil sferasında da tərəflər 
qarşılıqlı  münasibətdə  rahatlığa  maraqlıdırlar.  Subyekt 
özünü elə aparır ki, güya öyrədir. Obyekt özünü elə aparır 
ki, güya öyrənir. Biri bilir ki, kəsirlə bilik verir, digər isə 
bilir  ki,  aldığı  bilik  tam  deyil,  yarımçıqdır.  Pat  vəziyyət 
yaranıbdır. Həyat bu cür kəsirlə lilamar axır. Bu kəsirləri 
düzəltmək  lazımdır  ki,  təhsil  indeksimiz  87-ci  yerdən, 
Gürcüstan və ya Özbəkistan səviyyəsinə   gələ bilsin.  
                                       
                                                                                
                        
 
 
 
 


71 
 
 
ŞAGİRD – MÜƏLLİM  NİSBƏTİ 
Təhsil müxtəlif hadisələr arasında gizli əlaqəni aşkar etmək 
üçün bir vasitədir.  
                                                                   Vaslav Havel. 
 
Çağdaş dövrümüzün böyük mütəfəkkirlərindən olan 
V. Havelin təhsilin əhəmiyyəti ilə bağlı dediyi bu fikir çox 
qiymətlidir.  Təhsilə  bu  qüdrəti  verməkdən  ötrü  onun 
bütün  məsələləri  düzgün  həll  edilməlidir.  Belə  mə-
sələlərin  biri  də  təhsil  sistemində  “şagird–  müəllim” 
nisbətinin  düzgün  müəyyən  edilməsidir.  Bu  nisbət  həm 
təhsilin keyfiyyətinə, həm də müəllimlərin əməkhaqqına 
birbaşa  təsir  edən  faktordur.  Ona  görə  inkişafımızın  bu-
günkü  mərhələsində  bu  nisbətin  qiymətini  düzgün  tap-
maq təhsil sistemimiz üçün çox əhəmiyyətlidir 
Şəkil 7.1. “Şagird – müəllim” nisbətinin K fak-
torundan asılılığı. 


72 
 
Analitik  metodla  bu  suala  cavab  tapmaq  çətindir. 
Empirik  yolla  isə  mümkündür.  K  faktorundan  istifadə 
etməklə  təhsilin  bu  problemini    həll  etmək  olar.  Belə  ki, 
hər  il  BMT  Məruzəsində  müxtəlif  dövlətlər  üçün  bu 
nisbətin  qiyməti  çap  edilir.  Bu  göstərici    Əlavə  1-in  7-ci 
sütununda  verilmişdir.  Bu  rəqəmləri  ümumiləşdirib 
faydalı nəticələr almaq çətindir, ancaq K faktorundan isti-
fadə  etməklə  bu  rəqəmləri  dəyərli  hala  salmaq  müm-
kündür. 
Müxtəlif dövlətlər üçün  “şagird – müəllim” nisbətinin 
K-dan asılılığı şəkil 7.1-də göstərilmişdir. Ordinat oxunda 
bir  müəllimə  düşən    şagird  sayı  (bu  nisbət  λ  ilə    işarə 
edilmişdir, absis oxunda isə faktor K göstərilmişdir. Hər 
nöqtə bir dövlətə aiddir).  
Çox inkişaf etmiş birinci qrup ölkələr üçün λ  10 ilə 25 
arasında, inkişaf etməkdə olan ikinci qrup ölkələr üçün λ 
25 ilə 40 arasında dəyişir. Zəif inkişaf etmiş üçüncü qrup 
ölkələr  üçün  λ  40  ilə  100  arasında  dəyişir.  Şəkil  7.1-də 
Azərbaycan  ulduzla  işarə  edilmişdir.  Bu  ulduzun 
koordinatları    K=  2,48  və  λ  =10-dur.  Qrafikin  məntiqi 
analizi göstərir ki, Azərbaycanı nə çox inkişaf etmiş, nə də 
çox  geri  qalmış  dövlətlərlə  müqayisə  etmək  düzgün 
deyildir.  Bir  el  misalında  deyildiyi  kimi:      “Taylı  tayın 
tapmasa,  günü  ah-vayla  keçər  ”.  Azərbaycanı  ABŞ-la  və 


73 
 
ya    Yaponiya  ilə  yox,  iqtisadi  cəhətdən  özünə  tay  olan 
dövlətlərlə müqayisə edib, onların əldə etdikləri müsbət 
 
Şəkil 7.2.   λ-nın keyfiyyət faktorundan asılılığı. 
Qrafikdə rəqəmlərlə dövlətlərin reytinqi  göstərilmişdir: 
62  -Kosta-Rika,  63  -Peru,  67  -Azərbaycan,  70  -İran,                
72 - Mavriki, 73 -Braziliya, 74 -Gürcüstan, 75 -Venesuela,
    
78 
- Beliz. 
 
təcrübədən bəhrələnmək olar. Bu niyyətlə şəkil 7.1-ın bir 
hissəsi  (fraqmenti),  daha  doğrusu,  K-sı  2  ilə  3  arasında 
dəyişən  dövlətlər  üçün  λ(K)  asılılığı  şəkil  7.2-də  gös-
tərilmişdir. Şəkildəki rəqəmlər dövlətlərin BMT-nin 2010-
cu il reytinqlərini göstərir. Bu reytinqə görə, Azərbaycan 
67-ci yerdədir. Şəkildəki rəqəmlərə aid ölkələrin iqtisadi-
sosial göstəriciləri cədvəl  3-də göstərilmişdir.   Cədvəlin 
0
4
8
12
16
20
24
28
1
1,5
2
2,5
3
3,5
λ
K
67
62     63
74
75
70
72
73
78


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə