Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə14/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

59 
 
Liberiya  (162)  bu  səviyyəyə  çatmaq  üçün  yüz  illərin 
tarixini yaşamalıdır.  
Məlumdur ki, tarix azadlıq dərkinin tərəqqisidir. Ta-
rix  bir  nəfərin,  bir  qrupun  azadlığından    bütün  bəşə-
riyyətin  azadlığına  doğru  inkişaf  edir.  Şəkil  5a-da  bu 
fikirlər  praktik  həyatda  öz  təsdiqini  tapır.  Aydındır  ki, 
zaman artdıqca, K artır. K artdıqca, azadlığın dərki artır. 
K  ≥  5  olan  ölkələrdə,  demək  olar  ki,  bütün  insanlar 
azaddırlar. K ≤ 2 olan ölkələrdə isə ya bir nəfər, ya da bir 
qrup  insan  azaddır.  Sabiq  ABŞ  prezidenti  C.  Kennedi 
bəşəri  inkişafda  azadlığın  yerini  belə  müəyyən  etmişdir:  
Azadlıq bölünməzdir: əgər bir nəfər əsarətdədirsə, onda heç kəs 
azad deyil”. 
Doğma  planetimizin  bir  neçə  ölkəsi  firavan  yaşa-
mağın nümunəsini yarada bilmişdir. Belə yüksək nəticəyə 
bu dövlətlər ona görə nail ola bilmişlər ki, bu ölkələrdə hər 
kəs xoşbəxt gələcək üçün öz töhfəsini verə bilir. İnsan oğlu 
bu  dünyaya  gəlişinin  səbəbini  bilməlidir.  Əminliklə 
demək olar ki, insan bu dünyaya gündən bir gün, ildən bir 
il  yaşamağa  gəlməyibdir.  Onun  ilahi  missiyası  bəşəriy-
yətin gələcək taleyinə öz töhfəsini verməkdir. Bu barədə 
“Qurani-Kərim”də  belə bir ayə  var:  “Yaxşı işlər görməkdə 
bir-birinizi ötməyə çalışın” (5, 48-49).  Bu düşüncə başqa bir 
formada M. Prişvin tərəfindən belə ifadə edilmişdir: “Ali 
mənəviyyat    öz  şəxsiyyətini  kollektivin  xeyrinə  qurban 


60 
 
verməkdir  “.  Birinci  qrup  dövlətlərin  vətəndaşları  həm 
Allah  əmrinə  riayət  edən,  həm  də  yüksək  mənəviyyata 
malik insanlardır.     
Yuxarıda deyilənləri ümumiləşdirərək tarixi inkişafın 
belə  bir  qanunauyğunluğunu  müəyyənləşdirmək  olar:
 
İctimai mənafenin şəxsi mənafeyə nisbəti artdıqca, bəşə-
riyyət  öz  inkişafının    ali  səviyyəsinə  (məqamına)  doğru 
təkamül edir. Məncə, bu fikrə bəşəriyyətin inkişaf qanunu
 
da demək olar.  
Bəzi dövrlər üçün bu nisbət vahiddən böyük, bəziləri 
üçün isə vahiddən kiçikdir. Bu səbəbdən də bəşər tarixini 
iki dövrə bölmək olar:  
a) şəxsi mənafenin,  zorun, fiziki gücün hakim olduğu 
dövr;    
b) ümumi mənafenin, ağlın  hakim olduğu dövr.  
Bəşər tarixinin  birinci dövrü  şəxsi mənafenin  hakim 
olduğu dövrdür. Bəşər tarixinin bu dövrdən başlamasının 
əsas  səbəbi  “özünüqoruma”  instinktidir.  Bu  dövrün 
qüsuru  ilə  bərabər,  uğuru  da  olmuşdur.  Bəşəriyyət  öz 
maddi  və  mənəvi  inkişafının  bugünkü  səviyyəsinə  görə 
məhz  bu  dövrə  borcludur.  Çünki  inkişafın  hərəkətverici 
qüvvəsi  şəxsi  mənafe  olmuşdur.  Bu  dövrü  yaşamış 
dövlətlər üçün  K≤ 2 -dir və tarixin başlanğıcından XX əsrə 
qədərki  dövrü  əhatə  edir.  K  ≥  2  olan  ölkələrdə  ictimai 
mənafe  şəxsi  mənafedən  üstündür.    K  böyüdükcə,  bu 
üstünlük də böyüyür. Cəmiyyətdə əhalinin düşüncə tərzi 
dəyişir,  kamilləşir.  Fəaliyyətdə şüur həlledici rol oynayır. 


61 
 
Bu dövr XX əsrdən “Tarixin sonuna”qədərki dövrü əhatə 
edir. 
Hesab  etmək  olar  ki,  ictimai  və  şəxsi  mənafelər  əks 
qütblər kimi mübarizə aparmırlar. Əksinə, ictimai mənafe 
xüsusi  mənafenin  içərisində  yetişir.  Xüsusi  mənafe, 
ictimai mənafe içərisində həll olub  yox olur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


62 
 
TƏHSİL PROBLEMİ: 
TƏHSİLİMİZİN DÜNYA TƏHSİL 
SİSTEMİNDƏ YERİ 
 
Bilik – insanın gözüdür. Biliksiz sənin 100 min gözün 
olsa da, onsuz da korsan. Biliyin olsa,  gözün olmasa  
da, sadə insanların görə bilmədiklərini görəcəksən.   
Konfutsi. 
 
Qlobal dünya iqtisadiyyatı, qlobal rəqabətdir. Qlobal 
iqtisadiyyat şəraitində müstəqil yaşamaq çox çətindir. Be-
lə  şəraitdə  zəiflər,  ya  güclülərin  oyun  qaydalarını  qəbil 
etməli, ya da rəqabətə davamlı olmasını təmin etməlidir. 
Rəqabətə  davamlı  dövlət  qurmaq  güclü  təhsildən  keçir. 
Keçən əsrin 70-ci illərində ABŞ sualtı atom qayığının atası 
sayılan  Rikover  SSRİ  –ABŞ  təhsil  sistemlərinin  rəqabəti 
haqda belə dəmişdir: “Təhsil bizim Sovet İttifaqı ilə yarışa 
girdiyimiz  sahədir.  Bu  yarışı  udan  tərəf də  potensial  cəhətdən 
qalib tərəf olacaqdır”.   
Təhsilin  cəmiyyətin    həyatında  önəmi  əvəzedil-
məzdir. Bu səbəbdən də təhsil sistemimizin dünya təhsil 
sistemində yerini bilmək dövləti əhəmiyyət kəsb edir.  
Milli  təhsildə  problemlərin  olması  hər  kəsə  məlum-
dur. Bu problemlərdən ən əsası təhsilin maraqlar arasında 


63 
 
parçalanması  və  təhsil  maşınının  pulu  biliyə  çevirə  bil-
məməsidir. Bundan əlavə olaraq digər problemlər də (12 
illik təhsil, repititorluq, əsgərlik problemi, xaricdə təhsil, vahid 
milli test, müəllimin (alimin) maaşı, təhsildə mədəniyyət qıtlığı, 
təhsildə rüşvət, təhsil müddəti, tələbə sayı, universitetlərin şəhər 
kənarına  çıxarılması,  universitetlərin  reytinqi  və  s.  ) 
mövcuddur.   Bütün bu problemlərin  varlığı səbəbindən, 
əhalinin təhsil müəssisələrinə baxışı pozitiv deyil. Bir çox 
insanlar təhsil ocaqlarına (məktəblərə, universitetlərə) az 
idrak  işığı  yayan  məkan  kimi  baxırlar.    Professor  və 
müəllimlərimiz isə haqq daşıyıcıları funksiyalarını yerinə 
yetirənlərə  az  bənzəyirlər.  Nəticədə,  həmişə  ictimai 
faydalı  sahə  hesab  edilən  təhsil,  sosial-mənəvi  sahədən 
daha çox, qulluq sferasına çevrilməkdədir.                     
Azərbaycan Respublikası Prezidentinin  2013-cü il 24 
oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 
təhsilin  inkişafı  üzrə  Dövlət  Strategiyası  təsdiq 
edilmişdir.  Təhsilimiz  üçün  böyük  əhəmiyyət  kəsb  edən 
bu  sənədin  Azərbaycan  Respublikasında  təhsilin  vəziy-
yəti adlanan 3-cü bəndində yazılıb:  “… aparıcı beynəlxalq 
təşkilatların statistik təhlilləri Azərbaycan təhsilinin beynəlxalq 
rəqabətə  davamlılıq  göstəricilərinin  və  Azərbaycan  Respubli-
kasının  ərazisində  yerləşən  ali  təhsil  müəssisələrinin  reytinq 
səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir”.   


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə