Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə12/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   ...   8   9   10   11   12   13   14   15   ...   51

50 
 
İPİİ-nin  qiyməti  K-dan  asılılığı  monoton  dəyişir.  Döv-
lətlərin  reytinqlərinin  cədvəl  təqdimatı  ilə  müqayisədə 
qrafik  təqdimatının  üstünlüyü  aydın  görünür.  Bir  türk  
misalında  deyilir:  “Meşəni  görən  ağacı,  ağacı  görən  meşəni 
görməz”.  Reytinqlərin  cədvəl  təqdimatında  da  belədir. 
Cədvəldə ölkəni görən cədvəli, cədvəli görən ölkəni görə 
bilmir. Ancaq qrafik təqdimatında həm ölkə, həm də onun  
qrafikdə yeri görünür.  
Şəkil  5a-dan  aydın  görünür  ki,  dünya  dövlətləri 
inkişaf  səviyyəsinə  görə  aydın  şəkildə  üç  qrupa  (BMT 
sənədlərində dünya dövlətləri 3 yox, 4 qrupa) bölünürlər. 
Birinci  qrup  ölkələr  çox  inkişaf  etmiş  ölkələrdir  və  bu 
ölkələr üçün  a (K) asılılığı zəifdir. K artdıqca, tədricən 
vahidə  yaxınlaşır.  Bu  qrup  ölkələrdə  K  >  5-dir  və  28 
dövləti  əhatə  edir.  İnkişaf  etməkdə  olan  II  qrup  ölkələri 
üçün  K-nın  qiyməti  2  ilə  5  arasında  dəyişir.  Bu  qrup 
ölkələrə 59 dövlət daxildir. Üçüncü qrup ölkələr üçün  
qiyməti 0,2  ilə 2 arasında  dəyişir və a (K) asılılığı qüv-
vətlidir.  Bu  ölkələr  zəif  inkişaf  etmiş  ölkələrdir.  Bu 
ölkələrə misal olaraq Zimbabveni, Nigeriya və Konqonu 
 


51 
 
Şəkil  5b.    Ölkələrin  reytinqinin  K-nın  loqarifmasın-
dan asılılığı (BMT, 2010).   
Şəkildə rəqəmlərlə ölkələrin reytinqi göstərilmişdir:
 
Norveç (1), Çexiya (28), Uruqvay (52) , Azərbaycan (67), 
Qvatemala (116),Sudan (154), Niger (167), Zimbabve (169). 
 
göstərmək olar. Bu qrup ölkələrə 82 dövlət daxildir.  Zim-
babve üçün   K = 0,16-dır. Bu ölkənin əldə etdiyi nailiyyət, 
etməli  olduğunun  16%-ni  təşkil  edir.  Təəssüf    hissi  ilə 
qeyd etmək lazımdır ki, bu ölkədə Cəhənnəmin əlamətləri 
kifayət qədərdir. 
Dünya  dövlətlərinin  reytinqlərinin  K  faktorundan 
asılılığı  şəkil  5b-də  yarımloqarifmik  masştabda  göstəril-
mişdir.  K-nın  qiyməti  0,16  (Zimbabve)  ilə  15,1  (Norveç) 
arasında dəyişir. K-nın geniş diapazonda dəyişməsi onu 


52 
 
göstərir ki, dünya dövlətlərində insanların yaşam tərzi çox 
müxtəlifdir.  Kimisi  ləyaqətli  həyat  şəraitini  təmin  də 
bilmiş,  kimi  isə  səfalət  içərisində  yaşayır.  Monteskünün 
“hər  bir  xalq  öz  taleyinə  layiqdir”  ifadəsi  bu  mənzərəni 
dəqiq ifadə edir. 
Bu ölkələr müxtəlif quruluşlarda yaşayırlar. Bu prob-
lemlə  bağlı  suallara  Frensis  Fukuyama    “Tarixin  sonu  və 
axırıncı  İnsan”  əsərində  aydınlıq  gətirmişdir.  F.Fuku-
yamaya görə, idarəetmə sistemi kimi liberal demokratiya 
mövzusunun  legitimliyi  ilə bağlı son illərdə  görünməmiş 
bir  konsensus  yaran-mışdır.  Bu  konsensus  bir-biri  ilə 
rəqabətdə  olan  ideo-logiyalar  (monarxiya,  faşizm  və 
sonuncu kommunizm) məğlub olduqca, güclənir. Bundan 
əlavə, Fukuyama təkid edir ki, ola bilsin liberal demokratiya 
bəşəriyyətin  ideoloji  təkamülünün  son  məntəqəsidir  və 
insan  cəmiyyətinin  axırıncı  idarəetmə  forması  kimi 
“tarixin  sonudur”.    Bu  isə  o  deməkdir  ki,  əgər  əvvəlki 
idarəetmə  formaları  düzəldilməsi  mümkün  olmayan 
deffektlərlə  və  irrasionalizmlə  xarakterizə  edilirdilərsə, 
liberal  demokratiya  bu  cür  daxili  fundamental  ziddiy-
yətlərdən kənardır.   
Liberal demokratik dövlətlərdə də ədalətsizlik və so-
sial  problemlər  var.  Ancaq  bu  problemlər  Fukuyamaya 
görə,  liberal-demokratik  prinsiplərin  tam  reallaşma-
masından  törəyir.  Bunun  nəticəsində  hansısa  müasir 


53 
 
dövlətlər  stabil  liberal  demokratik  səviyyəyə  çatmaqda 
uğursuzluqla  qarşılaşa  bilər,  digərləri  isə  idarəetmənin 
primitiv, teokratik  və ya hərbi diktatura formasına qayıda 
bilər.  Ancaq  liberal  demokratiyanın  idealını  əvəzləmək 
mümkün deyil.  
Tarixin  son  məntəqəsi  bu  kitabda  şərti  olaraq 
“Allahabad”  adlandırılmışdır.  Yuxarıda  qeyd  edildiyi 
kimi,  bu  məntəqədə  idarəetmə  liberal-demokratik  prin-
siplər  əsasında  aparılır.  Demək,  bəşəriyyət  liberal-de-
mokratik prinsiplər əsasında Allahabada tərəf gedir. 
İPİİ və faktor K artdıqca, insani münasibətlərdə yeni 
intonasiyalar,  yeni  mədəniyyət  nümunələri  yaranır.  İna-
nıram  ki,  bir  necə  ildən  sonra  erməni  qəsbkarları  öz 
hərəkətlərinin  xəcalətini  çəkəcəklər  və  torpaqlarımızı 
azad edəcəklər. 
 
 
 
 
 
 
 
 
 


54 
 
MƏNAFELƏRİN  MÜBARİZƏSİ 
  
Allaha çox şükür olsun ki, mən vətənimi  onun   marağına 
görə sevmişəm, öz marağıma görə yox.               
 
                                                                         P. Çadayev. 
 
Dünya  ölkələrinin  makroiqtisadi  göstəricilərinə  diq-
qət yetirsək, görərik ki, bu göstəricilərin qərarlaşmasında 
həlledici  rolu  toplum  daxilində  mənafelərin  mübarizəsi 
oynayır. Başqa sözlə desək, inkişaf ictimai mənafe ilə şəxsi 
mənafenin  mübarizəsindən  və  ikincinin  üstünlüyü 
zamanı  baş  verir.  Yuxarıda  qeyd  edildi  ki,  K  –  ictimai 
mənafenin şəxsi mənafeyə nisbətini xarakterizə edir və K 
artdıqca,  ictimai  mənafenin  şəxsi  mənafeyə  nisbəti  artır. 
Çünki  dünya  belə  qurulub  və  Allah  belə  istəyir.  Allah 
insanı  yaradarkən  onu  da  başqa  canlılar  kimi  özünü-
müdafiə instinkti ilə təmin edib. Başqa canlılardan fərqli 
olaraq,  üstəlik  insana  şüur  da  verib.  Şəxsi  mənafe, 
özünüqoruma instinktindən törəyir. 
K  vahiddən  kiçik  olanda,  şəxsi  mənafe  ictimai 
mənafeni üstələyir.  K=1 olanda, bu mənafelər bərabərdir.  
K=10  olanda,  ictimai  mənafe  şəxsi  mənafedən  10  dəfə 
çoxdur.  K  =  ∞  olanda,  ibtidai  icma  quruluşunda  olduğu 
kimi,  şəxsi  mənafe  sıradan  çıxır.  Amma  ibtidai  icmadan 
fərqli olaraq, şüur fəaliyyətə tam nəzarət edir.  


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə