Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə8/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

33 
 
 “Bilir” hissəsinin uzunluğu 4.9 olduğu halda, bilmir 
hissəsinin   uzunluğu 0.1 olur. Bu halda K-nın qiyməti 49-
a  bərabər  olar.  Ali  təhsil  ocaqlarında  belə  bilik  nümayiş 
etdirən tələbələrə fərqlənmə diplomu verilir. 
Əgər  “bilir”  hissəsinin  uzunluğu  4.95,  “bilmir”  his-
səsinin  uzunluğu isə 0,05 olarsa, onda keyfiyyət faktoru 
4.95: 0.05 = 99 olar. Başqa sözlə, soruşulan 100 sualdan 99-
nu bilir, birini isə bilmir. Yəqin ki, K-nın bu qiyməti daha 
yüksək bilik səviyyəsinə uyğundur. Hesab etmək olar ki, 
bu  bilik  səviyyəsi  alimlik  səviyyəsinə  uyğun  gələn  bilik 
səviyyəsidir. 
Cədvəldən göründüyü kimi, “bilir” hissəsinin  uzun-
luğu  artdıqca,  “bilmir”  hissəsinin  uzunluğu  azalır  və 
keyfiyyət faktorunun qiyməti isə artır. Aydındır ki, dahi 
alimlər və fövqəlinsanlar üçün K-nın qiyməti daha böyük 
rəqəmlərlə ifadə olunur. 
Bu  deyilənlərdən  ictimai  əhəmiyyəti  böyük  olan  bir 
suala da cavab tapmaq mümkündür. Yuxarıda qeyd edildi 
ki, K  faktoru bildiyimizin bilmədiyimizə olan nisbətidir. 
L
d
-nin qiyməti 5-ə yaxınlaşdıqca (mütləq səviyyəyə), L
b
 -
nin qiyməti (kəsrin məxrəci) sıfıra yaxınlaşır. Bu halda K-
nın qiyməti sonsuzluğa yaxınlaşar. Bəs onda K = ∞ uyğun 
gələn  biliyə  kim   malikdir?  Hansı  zatın  biliyində  qüsur 
yoxdur?  Kim  mütləq  biliyə  (L
d
  =  5)  malikdir?  Kimin 


34 
 
biliyində  qıtlıq  yoxdur?  Hər  şeyi  bilən,  hər  şeyi  görən 
kimdir? 
Bu  suala  cavab  vermək  üçün  “Qurani-Kərim”ə 
müraciət  edək:  “Əgər  yer  üzündəki  bütün  ağaclar  qələm, 
bütün dənizlər mürəkkəb olsa, sonra yeddi dəniz də buna əlavə 
olunsa,  yenə  Allahın  kəlamları  tükənməz;  Allah  –  yenilməz 
qüdrət və hikmət sahibidir”(31,27). 
“Loğman” surəsinin bu ayəsində məhz Allahın malik 
olduğu  bilik  səviyyəsinə  işarə  edilir.  Demək,  K  = 
∞   Allahın  malik  olduğu  bilik  səviyyəsidir.  İlk  baxışda 
sadə  görünsə  də,  məsələni  dərindən  analiz  edəndə 
maraqlı vəziyyətlə qarşılaşırıq. Riyaziyyatdan məlumdur 
ki,  sıfırdan  fərqli  ədədi  sıfıra  bölmək  olmaz.  Onda 
buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  mütləq  biliyə 
çatmaq qeyri-mümkündür. Allah bizim bildiklərimizdən 
kənardadır, yəni O, laməkandır.   
Peyğəmbərlərin malik  olduğu  bilik  səviyyəsi  çox 
yüksəkdir  və  ölçüləndir,  ancaq  sonsuz  deyil.  Peyğəm-
bərlərdən az bilik səviyyəsinə fövqəlinsanlar, dahi alimlər 
malikdirlər.  Bu  səviyyələrə  uyğun  gələn  K-nın  qiyməti, 
çox  ehtimal  ki,  yüzlərlə  və  minlərə  ölçülər.  K  = 
0   səviyyəsinə  uyğun  bilik  səviyyəsi,  yəqin  ki,  şüursuz 
fəaliyyət  göstərən  ibtidai  insanların  və  ya  dünyaya  təzə 
göz açan körpənindir.  


35 
 
Cədvəldən  görünür  ki,  mənimsəmə  0  ilə1  arasında, 
keyfiyyət  faktoru  0  ilə  ∞  arasında  dəyişir.  İslamın 
fundamental  müddəalarından  biri  “  Allahdan  başqa  Allah 
yoxdur” ( Lā ʾilāha ʾillā l-Lāh)»  – postulatıdır. Bu postulatı 
rəqəmlərlə də ifadə etmək mümkündür. “Allah yoxdur” 
şərti və ya K  = 0 olanda ödənilir.  Allahın  varlığı şərti 
isə  а  =1  və  ya    К  =  ∞  olanda  ödənilir.  Bu  mühakimə  də 
riyazi isbatı təsdiqləyir. 
Dahi alim Fred Hoyle görə “Həyatın  öz-özünə yaran-
masının  ehtimalı,  qasırğanın  zir-zibildən  Боинг-747 
yaratmaq ehtimalına bərabərdir.”  Bu fikir dolayısı ilə Ya-
radanın  varlığını  təsdiq  edir.    Zamanəmizin    dahi  fiziki  
Stefan Hovkinqə görə. elm dini inkar etmir, sadəcə, alternativ 
təklif  edir.    Ancaq  “Nature” 
5
   jurnalının  yazdığına  görə 
ABŞ-da  dahi  alimlərin  cəmi  7  faizi  Allahın  varlığına 
inandığı  halda,  sadə  alimlər  arasında  inaclıların  sayı 
təqribən 40%-dir. Jurnalın yazdığına görə təhsil səviyyəsi 
artdıqca, inaclıların sayı azalır. 
Sonda  qeyd  edim  ki,  hər  il  Templton  Fondu 
tərəfindən  mənəvi  həyatla  bağlı  aparılan  tədqiqat 
uğurlarına  və kəşfə görə 1972 -ci ildən Templton mükafatı  
təsis edilmişdir.  2008  -ci ildə polşalı  fizik və  katolik din 
xadimi  prof.  Michał  Heller,  Allahın  varlığının  riyazi 
isbatına görə 1 600 000 $  dəyərində Templton mükafatına 
                                                             
5
 http://www.skeptik.net/ism/sci_god.htm 


36 
 
layiq görülmüşdür.
 
Bu mükafata 2011-ci ildə kosmoloq və 
astrofizik  Martin Con Ris layiq görülmüşdür. 
PS. Allahın varlığı ilə bağlı yazdığım məqalə ilə bağlı 
rus alimlərinin   rəyləri ilə tanış olmaq istəyənlər aşağıdakı 
internet  ünvanına    http://econf.rae.ru/article/5677    baxa 
bilərlər.  Bu  rəylərdən  bir  neçəsini  oxuculara  təqdim 
edirəm: 
 
Анисимов Владимир Петрович  (26 декабря 2010) 
Уважаемый 
коллега 
блестяще 
математически 
аргументировал  существование  Бога,  но  почему  то 
пессимистически 
агрессивно 
резюмировал 
свое 
умозаключение  по  отношению  к  своим  собратьям  по 
гуманитарному  цеху  –  философам  (?).  Видимо  ува-
жаемый  академик  почему  то  не  принимает  механизм 
этого  самосовершенствования человека  (..  от доцента,  к 
профессору  и  академику),  суть  которого  выражается  в 
способности порождать новые гипотезы в добыче новых 
для человечества знаний (как исследования). А гипотезы 
рождаются  на  основе  интуиции  человека  –  эмо-
ционального  интеллекта,  позволяющего  проверять  и 
рационализировать  новые  модели  обустройства  внеш-
него,  окружающего  мира.  Мы,  к  сожалению,  так  увле-
чены познанием внешнего мира, что напрочь забываем о 
том,  что  внутренний  мир  человека  столь  же  богат,  как 
иокружающий нас Космос.  


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə