Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə5/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   2   3   4   5   6   7   8   9   ...   51

20 
 
dərsliklərində ictimai mənafe vəsf edilməlidir, qədərindən 
artıq  şəxsi  mənafe  hissləri  bədii,  tarixi  nümunələr  və 
misallarla tənqid edilməlidir. Fəaliyyətin hər bir növünü, 
tədris  materialının  hər  bir  mövzusunu  bu  prizmadan 
keçirmək  lazımdır.  Misal  üçün,  ilk  baxışda  əhəmiyyətli 
görünməyən  idmanın  bu  işdə  roluna  diqqət  yetirək. 
Məlumdur  ki,  şahmat  fərdi  idman  növü  olub,  şəxsi 
mənafeyə  xidmət  edir  .  Amma  voleybol,  futbola  və  ya 
basketbol  oyunlarında  ictimai  maraq  daha  üstündür. 
Demək,  şahmatla  müqayisədə  məktəbdə  voleybol  və 
futbola daha çox üstünlük vermək lazımdır.  
Dərsliklərin  məzmununa  diqqət  yetirməyi  A.Eyn-
şteyn 1949-cu ildə yazdığı “Niyə sosializm?” məqaləsində 
qeyd  etmişdir.  O,  Qərb  təhsil  sistemini  tənqid  edərək  
göstərmişdir  ki,  bu  təhsil  sistemi  pula,  kapitala  sitayiş 
əsasında qurulub. Bu yol heç də xoş gələcəyə aparmır.  
Sovet  dövründə    ictimai  mənafeni  güdənlərin  sayı 
daha çox idi. Bu gün cəmiyyətdə  çoxları şəxsi mənafeni 
güdür.  Güman  etmək  olar  ki,  bir  neçə  ildən  sonra  şəxsi 
mənafeni güdənlərin sayı daha çox olacaq. Çünki təhsilin 
məzmununda böyük deformasiyalar baş verib. Cəmiyyət 
sosiallaşmaya  yox, fərdiləşməyə daha meyillidir. Bu işdə 
mənəviyyatın dirçəlməsinə ehtiyac böyükdür. Misal üçün, 
mədəniyyəti  bu  işə  cəlb  edərkən,  muğam  oxumaqla 
müqayisədə, xor oxumağa xüsusi diqqət yetirilməlidir.
 
 


21 
 
Yeri gəlmişkən qeyd edim ki, inkişaf etmiş  ölkələrdə 
uşaqların,  gənclərin  həm  fiziki,  həm  də  zehni  inkişafı 
diqqətdə  saxlanılır.  Fiziki  inkişafı  izləmək  üçün  metr  və 
tərəzidən istifadə edirlər.  İntellektual inkişafı  İQ (Ay-kü) 
əmsalı    vasitəsilə  ölçmək  mümkündür.  Adətən,  İQ 
əmsalını təyin etmək üçün “ağıl yaşı” deyilən anlayışdan 
istifadə edilir. “Ağıl yaşı” intellektual qabiliyyətdən asılı 
olaraq xronoloji yaşa bərabər, ondan çox və az da ola bilər. 
Bu  yaşların  nisbətinin  100  hasili  İQ  əmsalını  verir.    K 
faktoru  ilə  intellekt  əmsalı  İQ  əmsalını  əvəz  etmək 
mümkündür. 
 
 
 
 


22 
 
BİLİYİN QİYMƏTLƏNDİRİLMƏSİ 
  
Heç bilənlə bilməz bir olarmı. 
Qurani- Kərim”dən 
 
Biliyin qiymətləndirilməsi zamanı fərz edilir ki, stəkana     
(şəkil 1) tökülən maye “bilik mayesidir”.  Burada L
d
 biliyin 
mənimsənilən, L
b
 isə mənimsənilməyən hissələrini göstərir. 
Bu  modeldən  istifadə  edərək,  xətti  və  qeyri-xətti 
qiymətləndirmə şkalası düzəltmək mümkündür. 
     Xətti  qiymətləndirmə  şkalası.  Tarixi  təcrübə  əsasında 
yaranan biliyin klassik qiymətləndirmə şkalasında yuxa-
rıdakı    modeldən  sövqi-təbii  istifadə  edilmiş  və  meyar 
olaraq  “bildiyimizin  bilməli  olduğumuza  nisbəti”  götürül-
müşdür.  Stəkanın  dolu  hissəsinin  hündürlüyünün  tam 
hündürlük Lo-ya olan nisbətini hərfi ilə işarə edək: 
= Ld / Lo 
Göründüyü kimi, bu əmsal nisbi mənimsəmənin  və 
ya  mənimsəmənin  faiz  göstəricisi  olub,  qiyməti  0  ilə  1 
arasında dəyişir.  Düstur 1-in hər tərəfini  Lo -ya bölsək, 
aşağıdakı ifadəni alarıq: 
a = 1- Lb / Lo     (2) 
Lb / Lo  –nisbəti  biliyin mənimsənilməyən hissəsini, 
yəni  nisbi  bilik  qıtlığını  göstərir.  Onu    h  ilə  işarə  etsək 
alarıq: 
a = 1- h 


23 
 
Aydındır  ki,  Lb  =  Lo  olarsa,  yəni  stəkan  tam  boş 
olarsa,  bu  tam  biliksiz  (və  ya  təhsil  fəaliyyəti  olmayan) 
hala uyğundur. Stəkan tam dolu olanda, başqa sözlə, Ld = 
Lo  olarsa,  bilik  tam  mənimsənilib  və    təhsil  fəaliyyətini 
mükəmməl  hesab  etmək  olar.  Burada  nisbi  mənimsəmə 
əmsalı a qiymətləndirmənin faiz meyarı kimi çıxış edir: 
 
 
 
 
 
 
 
 
Şəkil 2.  Xətti qiymətləndirmə şkalası. 

 
a=  1  olanda,  tədris  materialı  100%  mənim-
sənilib; 

 
a=0.5 olanda, material 50 % mənimsənilib və 
h= 0.5;   

 
a=0 olanda,  h = 1  və  Lb = Lo olar. Bu halda 
təhsil yoxdur.                            
bal 
100 
80 
60 
40 
20 
1      2       3       4       5 
  a % 


24 
 
Bu  deyilənlərə  bir  az  aydınlıq  gətirək.  Misal  üçün, 
əgər  bilik  700  ballıq  şkala  ilə  qiymətləndirilirsə  və  təhsil 
alanlar  700  (və  ya  ona  yaxın)  bal  toplayıblarsa,  demək, 
təhsil  sistemi  mükəmməldir.  İndiyə  qədər  belə  təhsil 
sistemi  qurmaq  heç  bir  dövlətə  müyəssər  olmayıbdır. 
Əgər  tələbələr  350  ±  100  ətrafında  bal  toplayıblarsa,  de-
mək, təhsil sistemi orta səviyyədədir. Əgər tələbələr 0 ilə 
± 250 arasında bal  toplayıblarsa, demək, təhsil sisteminin 
vəziyyəti  bərbaddır.  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komis-
siyası (TQDK) hər il bəyan edir ki, abituriyentlərin ümumi 
orta  balı  250-dən  azdır.    Əgər  belədirsə,  demək,  təhsil 
sisteminin real vəziyyəti çox yarıtmazdır.  
Beşballıq  qiymətləndirmə  şkalasında  stəkanın  Lo 
hündürlüyü  beş  bərabər  hissəyə  bölünür  və  birdən  beşə 
kimi  tam  ədədlərlə  işarə  edilir.  Proqramı  100%  mənim-
səyənin biliyi “5”, proqramı 60% mənimsəyənin biliyi isə 
“3”  balla  qiymətləndirilir.  Diskret  qiymətlərlə  (şərti 
ballarla) mənimsəmə dərəcəsi arasında asılılıq xətti oldu-
ğu  üçün  bu  şkalanı  xətti  qiymətləndirmə  şkalası  da  adlan-
dırmaq  olar.  Bu  şkala  şəkil  2-də  göstərilmişdir.  Qeyd 
etmək lazımdır ki, beşballıq xətti qiymətləndirmə şkalası 
ən  elementar  və  sadə  şkaladır.  Min  illərdir  ki,  bu  şkala 
müxtəlif  variantlarda  bəşəriyyətə  xidmət  edir  və 
bəşəriyyət öz inkişafının bugünkü səviyyəsinə görə həm 
də bu şkalaya borcludur.  


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə