Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə3/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   2   3   4   5   6   7   8   9   ...   51

11 
 
K faktoru vasitəsilə  əldə olunmuş korrelyasiyalar bir 
çox sosial hadisələrin mahiyyətini dərindən başa düşməyə 
imkan verir.  
Bəzi  sosial  -iqtisadi  göstəricilərin  (universitetlərin 
reytinqləri,  adambaşına  istehlak  olunan  enerji  və  s.)  K 
faktorundan asılılığı kitabda cədvəl şəklində yox, ilk dəfə 
olaraq,  qrafik  şəklində  təqdim  edilmişdir.  Bu  meto-
dologiya  qlobal  sosial-iqdisadi  hadisələrin  mahiyyətinə 
baxmağa,  inkişafın  dinamikasını  izləməyə  imkan  verir. 
Tədqiqatlar  zamanı  tərəqqiyə  vektorial  kəmiyyət  kimi 
baxılmış  və  hesab  edilmişdir  ki,  onun  üfüqi  toplananı 
humanitar inkişafla, şaquli toplananı isə maddi inkişafla 
məsuldur. Üfüqi toplananın artması (bu toplanan İPİİ ilə 
mütənasibdir)    nəticədə    ÜDM-i  artırır.  ÜDM  artımı 
“həzm”  olunaraq  təzədən  üfüqi  toplananı  (İPİİ)  artırır. 
Üfüqi toplananın artımı düşüncə tərzini  kamilləşdirir.  Bu 
toplananların  biri  digəri  üçün  əsasdır  və  daim 
harmoniyada  inkişaf  edir.  Harmoniya  isə  stabil  inkişaf 
üçün  vacibdir.  İnsaniyyət  kamilləşdikcə  və  varlandıqca, 
bəşəriyyət  Açıq  cəmiyyətə  doğru  gedir.  Dünya  döv-
lətlərindən Avstraliya, Yeni Zelandiya Açıq cəmiyyətın gi-
riş qapısına  yaxınlaşırlar. Onlar  bu dünyada Cənnət şə-
raitinin  90  faizindən  çoxuna  nail  olmuşlar.  Qeyd  etmək 
lazımdır  ki,  mütləq  xoşbəxt  cəmiyyət  qurmaq  qeyri-
mümkündür, ancaq ona yaxınlaşmaq mümkündür, çünki 


12 
 
insanın potensial imkanı sonsuzdur. Demək, bəşəriyyətin 
xoşbəxt gələcəyə doğru yolu acıqdır. 
Kitabda  əks  edilmiş  ideya  və  fikirlər  son  illərdə 
müəllifin AMEA-nın müxtəlif  institutlarında:  Fəlsəfə və 
Siyasi-Hüquq  Tədqiqatları  İnstitutu  (29.4.11)  və  (6.1.13), 
Kibernetika  İnstitutu  (22.6.11),  AMEA  RH  FR  və  TE 
bölməsində  (7.3.12)  və  Qafqaz  Universitetində  (18.4.12) 
etdiyi çıxılarda öz əksini tapmışdır.   
Kitabın yazılmasına mənəvi dəstək verən AMEA-nın 
vitse– prezidenti, akademik  A.C.Hacıyevə, dəyərli məs-
ləhətləri üçün akad. A.Nadirova, akad. U. Ələkbərova və 
prof.  M.N.Əliyevə  təşəkkürümü  bildirirəm.  Redaktorluq 
əziyyətini  öz  üzərinə  götürən  filologiya  üzrə  fəlsəfə 
doktoru Ələmdar   Cabbarlıya və rəyçi,  fəlsəfə üzrə  fəlsəfə 
doktoru Elvüsal Məmmədova   da dərin təşəkkür edirəm. 
Dəyərli  məsləhətləri  üçün  siyasi  elm  üzrə  fəlsəfə  doktoru 
dos. Rəcəb  Rəhimliyə də minnətdarlığımı bildirirəm.  
Bu  kitabda  yer  almış  bəzi  mövzularla  shah-
larasgerov.com  saytından 
da 
tanış 
olmaq 
olar. 
Əvvəlcədən təşəkkürümü bildirərək, kitab haqqında tən-
qidi  fikir  və  təkliflərinizi  ashahlar@hotmail.com      ünva-
nına göndərməyinizi xahiş edirəm.  


13 
 
DƏYƏRLƏRİN 
QİYMƏTLƏNDİRİLMƏSİNİN ELMİ 
ƏSASI 
 
Ölçüdən böyük səadət yoxdur. Ölçü 
harmoniyanın əsasıdır. 
El məsəlı. 
Dünyada  gedən  qlobal  ictimai-siyasi  və  sosial 
prosesləri  anlamaq  üçün  dahi  alimlər  tərəfindən  zəruri 
elmi baza və konsepsiyalar yaradılmışdır. Böyük hörmət 
hissi ilə “ ümumi daxili məhsul ” və “ insan potensialının in-
kişaf indeksi  ”  anlayışlarını  elmə  daxil  edən  Simon  Smith 
Kuznetsin  və  Məhbub  ül  Həqin  adlarını  yada  salmaq 
istərdim.  Bu  gün  təşkilatlanmanın  alternativsiz  görünən 
“Açıq cəmiyyət” formasının yaradıcılarından biri və alovlu 
müdafiəçisi  Karl  Popper  də  minnətdarlıq  hissi  ilə  yad 
edilməlidir.  Çünki  bu  anlayışlar  dünyada  gedən  qlobal 
ictimai-siyasi prosesləri başa düşmək və idarə etmək işinə 
xeyli  aydınlıq  gətirmişdir.  İctimai  inkişafın  məlum 
konsepsiyaları  yaradılarkən,  bu  anlayışlar  elmə  məlum 
deyildi.    Bu  yeni  meyarların  işığında  tarixi  inkişafın  qa-
nunauyğunluqlarna  təzədən  baxmağa  ehtiyac  duyulur. 
Ancaq  bu  dahi  alimlərin  ideyalarını  irəli  aparmaq  üçün 
daha həssas meyara  ehtiyac vardır. Dəqiq meyar ictimai 


14 
 
tərəqqinin  mahiyyətini  başa  düşmək  üçün  çox  əhəmiy-
yətlidir.  Çünki  yeni  meyar  bəşəri  inkişafa  yeni  bucaq 
altında baxmağa imkan verər.    
Dəyər  deyəndə,  obyekt  və  ideyanın  cəmiyyətin  gö-
zündə əhəmiyyəti və qədir-qiyməti başa düşülür. Kitabda 
dəyər  olaraq  biliyin  qiymətləndirilməsi,  dövlətlərin, 
universitetlərin  reytinq  göstəriciləri,  habelə  adambaşına 
istehlak  olunan  enerji,  uzunömürlülük    və  s.  nəzərdə 
tutulur.  
Dəyərləndirmə modeli.
 
Dəyərləndirmə modeli olaraq, 
içərisində maye olan stəkan götürmək olar. Stəkanın dolu 
hissəsinin  hündürlüyü  Ld,  boş  hissəsi  Lb,  tam 
hündürlüyü isə Lo-dur.  Aydındır ki, stəkanın dolu və boş 
hissəsinin cəmi onun tam hündürlüyü  Lo –a bərabərdir:  
                               Lo = Ld  + Lb  (1) 
 
 
    
 
 
         
Şəkil 1. Dəyərlərin qiymətləndirilməsinin  ikiölçülü modeli. 
L0
 
L

L



15 
 
Şəkil  1-də  göstərilən  ikiölçülü  model  və  düstur  (1) 
müxtəlif  meyarlar  və  şkalalar  yaratmağa  imkan  verir.  
Aydındır  ki,    Ld  /  Lo  nisbəti  müvəffəqiyyətin  (uğurun) 
nisbi göstəricidir. Min illərdir  ki, bu  nisbətdən  faiz adlı 
meyar kimi istifadə edilir. Onu a
 
hərfi ilə işarə edək: 
a
= Ld / Lo 
Stəkanın dolu hissəsinin boş hissəyə nisbətindən (Ld 
/ Lb)      də yeni meyar kimi istifadə etmək olar. Bu nisbət 
uğurun uğur qıtlığından neçə dəfə çox olduğunu göstərir. 
Bu nisbəti keyfiyyət faktoru adlandıraq və K hərfi ilə işarə 
edək
2

KLd / Lb 
K  faktorunun  mənası.  K  -nın  qiyməti  sıfır  ilə  son-
suzluq  arasında  dəyişir.  Yer  əhli  üçün  ən  böyük  K  -ya  
krallar,  şahlar,    peyğəmbərlər,  sərkərdələr  və  alimlər 
malikdirlər.  İbtidai  icma  quruluşundan  bu  günə  kimi 
bəşəriyyətin  inkişafı  instinkt  fəaliyyətdən    şüurlu  fəaliy-
yətə  doğru  təkamül  edir.  K  faktoru  bu  inkişafın  di-
namikasını  izləməyə  imkan  verir.  Müxtəlif  hadisələrdə 
(siyasi, iqtisadi, mənəvi, ictimai və s.) K faktoru müxtəlif 
mənalara malikdir.
 
Araşdırmalar göstərir ki

 
                                                             
2
 Аскеров Ш.Г., Оценка знаний. Поиск рационального варианта. 
Народное образования,  Москва , 2004, № 1, с.141. 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə