Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə10/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

42 
 
Tarix  səhv  qərarlarla  zəngindir.  Bəşəriyyətin  inki-
şafında müşahidə edilən qüsurların çoxu səhv qərarların 
nəticəsidir.  Bütün  müharibələr  səhv  qərarlardan  tö-
rəyibdir.  Qeyri-professional  məmurların  qəbul  etdiyi 
qərarların əksəriyyəti səhvdir. Bu səbəbdən də sahibkar-
lar, iş adamları savadlı gəncləri işə götürməyi həmişə diq-
qətdə  saxlayırlar  ki,  onlar  gündəlik  fəaliyyətlərində 
nisbətən düzgün qərarlar qəbul etsinlər. 
Şəhərimizlə  bağlı  bir-iki    misal  çəkmək  istəyirəm.  
Hesab  edirəm  ki,  Bakıda  tıxacların  yaranmasının  əsas 
səbəblərindən biri tramvay və trolleybus xətlərinin sökülməsi ilə 
bağlı  qəbul  edilmiş  səhv  qərardır.    Çünki  bu  xətlər    Bakını  
kənddən fərqləndirən və böyük şəhərlərə məxsus atributlar idi.  
Beləliklə, günü -gündən gözəlləşən  Bakı  ictimai nəqliyyatı zəif 
“böyük kəndə” çevrildi... Hər kəs, uşağı bağçaya və ya məktəbə 
aparan da, işə  və idmana gedən də  şəxsi  maşın və ya taksidən 
istifadə etmək məcburiyyətində qaldı. Şəhər maşınla doldu. Min 
nəfər  əhaliyə  düşən  maşın  sayına  görə,  yəqin  ki,  şəhərimiz 
regionda  ön  sıradadır.  Bakıda  velosiped  yoluna  böyük  ehtiyac 
duyulur.  
Digər bir misal.  Hesab edirəm ki, pul sikkələrimizə Azər-
baycanın bugünkü  xəritəsini vurmaq düzgün deyil. Heraldika-
dan xəbəri olan hər kəs deyə bilər ki, bu, bizdən çox, ermənilərin 
mənafeyinə  uyğun  qərarın  nəticəsidir.  İstərdim  ki,  bu 
fikirlərdə mən səhv etmiş olaydım... 


43 
 
Yüz  illərdir    torpaqlarımızı  itirə-itirə  (Göyçə,  Zən-
gəzur,  Borçalı,  Dərələyəz...)    gələcəyə  doğru  gedirik.  Bu 
meyilin qarşısını ancaq güclü təhsillə almaq mümkündür. 
Gənclərimiz gələcəkdə ağlagəlməz hadisələrin içərisindən 
düzgün  qərarlar  qəbul  etməklə  keçə  bilərlər  və  nəticədə  
torpaq    itirməzlər.  Bu  yerdə  Şarl  de  Qollun  “yaxşı  plan 
tutan yox, az səhv edən qalib gəlir” fikri yada düşür.  
Sonda  bir  məsələyə  də  toxunmaq  istəyirəm.  Ayrıca 
götürülmüş  bir    ölkədə  hakimiyyətlərin    bir-  birini  əvəz 
etməsinin  əsas  səbəbi  olaraq,  səhv  qərarların  cəmini 
götürmək olar. Belə ki, bu cəm müəyyən bir kritik həddən 
çox olarsa, onda köhnə hakimiyyət yenisi ilə əvəz olunar. 
Bəşəriyyətdə bütün qurucu proseslər düz qərarların, 
bütün  dağıdıcı  proseslər  isə  səhv  qərarların  nəticəsidir.  
Allah bizi səhv qərarlardan qorusun. Amin! 
 Bir neçə  dəyərli kəlamdan da istifadə etməklə bu pa-
raqrafa nöqtə qoymaq istəyirəm: 

 
Səhvlərimi  mənə  göstərəndən  Allah  razı  qalsın.   
Həzrəti Ömər. 

 
Yeni  qərarlar  qəbul  etməyənləri  yeni  problemlər 
gözləyir.  Çünki  zaman  böyük  novatordur”.    F. 
Bekon. 
 
        
İNSAN POTENSİALININ İNKİŞAF 
İNDEKSİ 


44 
 
 
 
 
 
 
 
 
Məhbub ül Həq 22 fevral 
1934-cü ildə Kəşmirdə 
anadan olmuşdur. 16 iyun 
1998-ci ildə ABŞ-da vəfat 
etmişdir. 
 
Kəraçi  Universitetinin  iqtisad  üzrə 
professoru Məhbub ül Həq insan inkişafı 
nəzəriyyəsinin  yardıcısı  və  BMT-nin  
İnsan  İnkişafı  Məruzəsinin  banisidir. 
1989-cu ildə BMT-nin xüsusi məsləhətçisi 
olmuş  (1989-1995)  və  insan  inkişafı  ilə 
bağlı BMT-nin ilk Məruzəsini hazırlayan 
alimlərdən  ibarət  beynəlxalq  qrupa 
rəhbərlik etmişdir. 
Doktor  Həq  müxtəlif  ölkələrin  insan 
inkişafını  ölçən  və  geniş  istifadə  edilən 
göstəricinin – İnsan Potensialının İnkişaf 
Proqramının yaradıcısıdır. 
Məhbub  ül  Həqin  yaratdığı    İnqilabi  
konsepsiyasından bəzi müddəlar: 

 
Aydın  görünəni  görmək  bəzən 
çox  çətin  olur.  Millətin  həqiqi  varı  onun 
xalqıdır; 

 
İqtisadi artım –  ancaq insanların 
seçim imkanlarını artıran vasitədir; 

 
İnsan inkişafı  - firavanlığın 
yaxşılaşması və seçim imkanı prosesinin 
genişlənməsidir. 
 
 
İnkişafın son məqsədi – insanların  firavanlığıdır. 
Məhbub ül Həq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
          Son  iyirmi  ildə  insan  potensialı    insan  faktoru 
anlayışlarından geniş istifadə edilir. Belə ki, 1990-cı ildən 
bəri  BMT-nin  İnkişaf  Proqramı  (BMT  İP)  tərəfindən 


45 
 
hazırlanan  hesabatlarda  insan  potensialının  inkişafı  diq-
qət  mərkəzindədir.  Hər  il  dünya  dövlətlərinin  reytinqi 
İnsan  Potensialının  İnkişaf  İndeksinə  (İPİİ)  görə  müəyyən 
edilir.  Bu  indeks  qlobal  göstərici  olub,  dövlətlərin  inki-
şafını müqayisə etməyə imkan verir.              
Məhbub ül Həq ilk dəfə milli inkişafın makroiqtisadi 
göstəricilərinin qiymətləndirilməsinə bir alternativ olaraq, 
bu  indeksi  təklif  etmişdir.  Bu  indeks inkişafa  çox  həssas 
olub,  orta  inkişaf  səviyyəsini  təyin  edən,  insan 
potensialının inkişafının əsas göstəricilərini (təhsil, uzun-
ömürlülük və ləyaqətli həyat səviyyəsi)  nəzərə alan  in-
dekslərin cəmindən ibarətdir.                                     
Misal üçün, BMT tərəfindən 2010-cu ildə çap olunan 
Məruzənin
7
  143 – 147-ci səhifələrində 169 dövlətin İPİİ-yə 
görə  reytinqi    Əlavə  1-in  3-cü  sütununda  göstərilmişdir. 
İndeksin    qiyməti  sıfırla  vahid  arasında  dəyişir.  Yüksək 
həyat səviyyəsini təmin etmiş dövlətlər üçün bu indeks 1-
ə,  inkişafı  çox  zəif  dövlətlər  üçün  bu  indeksin  qiyməti 
sıfıra yaxındır. 2010-cu il təqdimatında birinci yerdə Nor-
veç, axırıncı yerdə isə Zimbabve durur. Azərbaycan 2010-
cu  ilin  hesabatında  2005-ci  illə  müqayisədə  34  pillə 
yüksələrək 169 ölkə arasında İnsan İnkişafı İndeksinə görə 
101-ci yerdən 67-ci yerə qalxmışdır.  
Dövlətlərin  reytinqlərini  müəyyən  edərkən,  praktik 
                                                             
7
 Доклад о развитии человека 2010.   Издательство «Весь Мир», 2010


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə