Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   21   22   23   24   25   26   27   28   ...   151

 
  
VII FƏSİL 
 

 
Martinin Madelinaya və Leoraya münasibəti arasındakı fərq həyəcan yaradan təkbətək döyüşlə saf 
dostluq arasındakı fərq kimi idi. Elə ilk gecədəncə həm o, həm də Leora qarşılıqlı sədaqətə, məhəbbətə 
inandılar və bəzi məsələlərdə onun həyatı birdəfəlik müəyyənləşdi. O da vardı ki, Martin Leoraya nə 
qədər aludə olsa da, bu, onu durğunluğa gətirib çıxartmırdı.  
Qız gülümsəyə-gülümsəyə siqaret çəkəndə və ağzından halqavari tüstü buraxanda Martin onun balaca 
başında həyati müşahidələrlə bağlı gizlənən yeni-yeni kəşflərin üstünü açırdı. Leora onu özünə çəkirdi: 
ehtirasa gətirir və şən, səmimi ehtirasla ona cavab verirdi. Amma Martin o biri, cinsiyyəti olmayan 
Leoraya hər şeyi danışırdı. Həm də Qotlibə, bir də şübhələrlə əldən saldığı öz məninə danışdığından daha 
səmimi şəkildə... Qız isə balaca uşaq kimi başını tərpətməklə cavab verir,  işlətdiyi təsadüfi sözlərlə onu 
öz içində böyüyən şöhrətpərəstliyə və başqalarına tələbkar münasibətə daha çox inanmağa vadar edirdi. 
 

 
"Diqamma Pi" bal təşkil etmişdi. Tələbələrin həyəcanlı pıçıldaşmalarından məlum olurdu ki, Uinnemak 
universiteti dünyəvi şöhrət qazanmağa başlayır, ona görə də onlar cəmiyyətin ümidini boş çıxara 
bilməzlər. Yəni hamı bir nəfər kimi "frak" adlandırılan ləyaqət simvolunu geyinərək balda iştirak 
etməlidir.  
Martin cəmi bircə dəfə – məlum əlamətdar hadisə zamanı frak geyinmək məcburiyyətində qalmışdı. 
Onda da onu universitet atelyesindən kirayə götürmüşdü. İndi isə "qüruru və sevinci olan" Leoranı 
cəmiyyət arasına çıxartmaq lazım idi, deməli, meydana öz frakında çıxmalıydı. Yadlaşmış övladlarının 
yaşadığı yeni, soyuq küçələri inamsızlıqla dolaşan qoca ər-arvad  kimi Martin və Leora bir-birinə dayaq 
verə-verə Zenitin ən iddialı universal mağazasına – "Benson, Henkli və Kox"a gəlmişdilər. Leora qırmızı 
ağacdan düzəldilmiş güzgülü gözəl dolablar, şapoklyaklar  və parıltılı şərflər, krem rəngli briclər 
qarşısında dayanaraq içini çəkirdi. Martin smokinqi geyinib onun fikrini bilmək üçün çıxanda (jiletin dərin 
kəsiyi arasından qatlama yaxalı köynək və uzun qəhvəyi qalstuk nəsə kəndçisayaq görünürdü) və 
prikazçik  yeni yaxalıqlar arxasınca yollananda, Leora dedi: 


– Lənət şeytana, Kürən, sən mənim üçün həddindən artıq qəşəngsən. Yox, öz paltarlarımla əlləşmək 
halında deyiləm… Amma sən elə şux görünürsən ki, məni əməlli-başlı kölgədə qoyacaqsan. 
Martin, az qala, qızı öpəcəkdi. 
Geri qayıdan prikazçik yaltaqlanmağa başladı: 
– Xanım, özünüz də görəcəksiniz ki, bu yaxalıq ərinizə necə yaxşı yaraşacaq.  
Sonra, prikazçik qalstuk seçməyə gedəndə Martin bir dəfə də onu öpdü. Qız köksünü ötürdü: 
– Uff! Sən həyatda çox şey qazanan adamlardansan. Heç vaxt ağlıma gəlməzdi ki, smokinq və kraxmallı 
yaxalıq geyinmiş kavalerə bərabər olmaq məcburiyyətində qalacağam. Yaxşı, birtəhər sənə yaraşmağa 
çalışaram. 
 

 
"Diqamma"nın balı üçün universitetin qılıncoynatma zalı çox gözəl bəzənmişdi. Kərpic divarlar 
rəngbərəng bayraqlar, kağız xrizantemlər, gipsdən düzəldilmiş kəllələr və on fut uzunluğu olan taxta 
cərrah bıçaqları ilə dolu idi.  
Moqalisdə yaşadığı altı il ərzində Martin çox yox, cəmi on beş dəfə rəqs meydançasında olmuşdu; 
halbuki adam arasında qucaqlaşmanın normal qarşılandığı rəqslər universitetdə birgə təhsilin ən başlıca 
gözəlliyi hesab olunurdu. O, göy rəngli krepdeşin paltar geyinmiş və ürkəkcəsinə cəsarətli olmağa çalışan 
Leoranı zala gətirəndə, onunla, heç olmasa, bir dövrə tustep oynaya biləcəyi haqqında düşünmürdü də. 
Əvəzində isə dəhşətli dərəcədə istəyirdi ki, kişilər bir-birinə aman vermədən onu rəqsə dəvət etsinlər, 
ona məftun olsunlar, Leoraya diqqət göstərsinlər. Amma qüruru Leoranı hamıya və hər kəsə təqdim 
etməyə imkan vermirdi: elə görünə bilərdi ki, guya, o, öz dostlarından nişanlısı ilə rəqs etməyi xahiş edir.  
Onlar ikisi də geniş parketi gözdən keçirə-keçirə eyvanın altında səssiz dayanmışdılar, rəqs edənlərin 
axını isə ətrafa işıq saça-saça yanlarından ötüb keçirdi. Çox gözəl, qorxulu və arzu olunan bir axın... Leora 
ilə Martin bir-birlərini inandırmağa çalışırdılar ki, "Benson, Xenli və Kox"un nümunəvi kişi geyimi kimi 
təklif etdiyi qara jiletli smokinq tələbə balı üçün ən əlverişli kostyumdur. Amma balda çox gözəl ağ 
jiletləri gördükdə Martin dərhal ruhdan düşdü. Anqus Dyuer  – dahi cərrahın embrionu ağ əlcəklərini (lap 
ağ, dünyada ən iddialı ağ əşyanı) əllərinə taxa-taxa ov iti kimi onun yanından keçəndə bizim 
qəhrəmanımız özünü lap kəndli kimi hiss etdi. 
– Nə etmək olar, Leora, gedək, rəqs edək – sanki, bütün anqus dyuerlərə meydan oxuyurmuş kimi dedi. 
Onun bu dəqiqə hər şeydən daha çox istədiyi şey evə getmək idi. 
Rəqs ona sevinc gətirmirdi, halbuki Leora valsı çox yüngülcə oynayırdı, elə onun özü də pis rəqs etmirdi. 
Amma Leoranı qucaqlaması belə onu sevindirə bilmədi. Zalı fırlana-fırlana gördü ki, Dyuer tibb 


fakültəsinin dekanı, baş həkim Silvanı əhatə etmiş gözəl qızların, zərif xanımların dəstəsinə qatılıb. 
Anqus, görünür, buranın "öz adamı" hesab olunurdu. O, sürüşə-sürüşə, astaca yırğalanaraq və zirək 
tərpənərək ən gözəl qızı valsa dəvət etmişdi. Martin ona qanmaz adam kimi nifrət etməyə çalışdı, amma 
xatırladı ki, Anqus Dyuer dünən məşhur "Siqma Ksi" təşkilatına seçilməyə layiq görülüb. 
O, Leora ilə birlikdə geriyə, əvvəlcə dayandıqları eyvan altındakı həmin yerə, daha doğrusu, öz 
yuvalarına, yeganə etibarlı sığınacağa qayıtdı. Yeni kostyumun tələb etdiyi saymazyana tonla danışmağa 
çalışan,  Leoraya fikir verməyib öz qızları ilə yanlarından gülə-gülə keçən kişilərə ürəyində lənət yağdırdı. 
– Hələ ki adam azdır, – o narahatlıqla dedi, – bir azdan hamı yığılacaq və sən doyunca rəqs edəcəksən. 
– Mən heç belə də darıxmıram. 
(Aman Allah, heç olmasa, bir nəfər yaxınlaşıb zavallı qızı rəqsə dəvət edəydi!) 
Martin tibb fakültəsinin rəqqasları arasında məşhur olmadığına görə özünü söydü. Təəssüf etdi ki, Klif 
Kolson yoxdur – Klif hər cür yığıncaqları sevirdi, amma frak, yaxud smokinq üçün var-yoxdan çıxa 
bilməzdi. Sonra, sanki, sevgilisini görürmüş kimi sevinən Martin Ervinq Uotersin onlara yaxınlaşdığını 
gördü. Martin düz üç dəfə ümidləndi və məyus oldu və budur, onun bütün təkəbbürü yoxa çıxdı. Əlbəttə 
ki, Leoranın özünü xoşbəxt hiss etməsi naminə… 
"Əgər o, universitetdəki ən dəyərsiz dəmdəməki ilə rəqs etməyə getsə və bu gecəlik mənə "istefa" 
versəydi, bir damcı da məyus olmazdım… Nə olursa olsun, təki o əylənsin! Bəlkə, Dyueri dilə tutum?... 
Yox, bircə buna dözə bilmərəm: Bu iyrənc snoba  yaltaqlanmaq?! Bəlkə, risk edim?"  
Yenicə gələn Gonbul Pfaff yumrulana-yumrulana zala girdi. Martin qollarını açaraq ona tərəf yüyürdü:  
– Hello! Pfaffi! Sən tək gəlmisən? Mənim dostumla tanış ol – miss Tozer. 
Gonbulun domba gözləri Leoranın yanağının allığına və kəhrəba rəngli saçlarına maraqla baxdı.  
– Çox şadam… Yeni rəqs başlayır… İcazə verərsiniz, – elə nəzakətlə ləhlədi ki, Martin buna görə onu 
öpməyə belə hazır idi.  
O bütün rəqsi təklikdə necə dayandığının fərqinə belə varmadı: sütuna söykənir və sevinirdi. Onu yüksək 
alturizm  hissi bürümüşdü. Heç divar qarşısında əyləşərək dəvət gözləyən qızları da görmürdü.  
Sonra Martin Pfaffın Leoranı iki qəşəng "diqamma"çıya təqdim etdiyini gördü və onlardan biri qızı 
növbəti rəqsə dəvət etdi. Bundan sonra Leora qəbul edə biləcəyindən daha artıq dəvət aldı. Martinin 
sevinci içində dondu. Ona elə gəldi ki, Leora öz kavalerlərinə həddindən artıq bərk qısılır, onların 
hərəkətlərini həddindən artıq itaətkarcasına təqib edir. Beşinci rəqsdən sonra Martin artıq  özündən 
çıxdı: "Əlbəttə! Onun üçün yaxşıdır. Mənim burada tək qaldığımı görmək üçün vaxt da tapa bilmir. 
Mənsə burada durur, axmaq kimi onun şərfini tuturam. Onun üçün yaxşıdır! Amma mən, ola bilər, rəqs 
etmək istəyirəm… Gör bir, ağzı qulağının dibinə gedən zırrama Brindl Morqanın üzünə necə gülür, 
lə…lə…lənətə gəlmiş sarsağın üzünə… Oooo, biz hələ səninlə danışacağıq, xanım qız! Bu əclaflar isə onu 
mənim əlimdən almaq üçün dəridən qabıqdan çıxırlar. Mənim sevdiyimi, mənim bircə dənəmi! Ona görə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə