Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   19   20   21   22   23   24   25   26   ...   151

Martin boğanaq köşkdən çıxıb Klifin yanına qayıdanda Madelinanın məlahətli  "mən sizə inanıram" və 
həvəssiz "çalışaram" sözləri qulaqlarında bir-biri ilə höcətləşirdi. 
– Hə, fəlakət baş verib? – Klif təxmin etməyə çalışdı – Arvadın dünyasını dəyişib? Yoxsa "giqantlar" 
doqquzuncu turda qələbə qazanıblar? Bizim gənc qəhrəmanımız prozektor  otağında uzanmış meyit kimi 
görünür. Barni! Ona çiyələk suyundan yenə gətirin, özü də cəld! Qulaq asın, doktor, həkim çağırmaq 
lazım deyil ki? 
– Oh, səsini kəs! – bax, Martinin deməyə tapdığı söz elə bu idi, amma onu da bir o qədər əminliklə 
söyləmədi. Telefonla danışana  qədər o ətrafına sevinc saçırdı; Klifin bilyard oyunundakı məharətini 
tərifləyir və Barnini "qoca cimex lectularius"   adlandırırdı. Amma indi, vəfalı Klif əlləşsə də, o, fikirli 
oturmuşdu və yalnız bircə dəfə özündən razı-razı donquldandı: 
– Bilsəydin ki, mənə necə hücumlar başlayıb, hansı əngəlli vəziyyətə düşmüşəm, o zaman özün də 
kədərlənərdin. 
Klif əl-ayağa düşdü: 
– Qulaq as, qoca kaftar! Sən borca düşmüsənsə, pul yığa bilərəm. Yoxsa sən… Madelina ilə həddindən 
artıq uzağa gedib çıxmısan? 
– Əl çək! Həmişə ağlına qara-qura şeylər gəlir! Madelinanın əlinə toxunmağa belə layiq deyiləm. Mən 
ona ancaq hörmətlə baxıram. 
– Qətiyyən! Hörmət! Yaxşı, belə deyirsənsə, deməli, belədir! Uf! Sənin üçün, heç olmasa, nəsə etmək 
istərdim. Hə, bir stəkan da iç! Barni! Cəld ol! 
Bir neçə stəkan Martini dumanlı laqeydlik vəziyyətinə çatdırdı və ikinci kurs tələbəsi olan üç enlikürək 
filoloqla döyüşə girmək istədiyini bildirdikdən sonra Klif qayğıkeşliklə onu sürüyüb evə apardı. Amma 
səhəri gün Martinin başı dəhşətli dərəcədə ağrıyırdı və  yalnız bir şeyi xatırlayırdı – səhər yeməyi zamanı 
Leora və Madelina ilə görüşməlidir. 
 

 
Madelina ilə birlikdə Zenitə getdiyi yarım saatlıq yol Martinə, az qala, qara buludlar kimi cansıxıcı 
göründü. O, hər dəqiqəni onların hücumu ilə üz-üzəymiş kimi yaşamağa məcbur idi: yolda keçirdiyi otuz 
dəqiqə başının üstünü qəddar bir düşmən kimi almışdı. İki dəqiqə sonra ehtiyatla məzəmmət eşitməyə 
hazırlaşdığı vaxt iki dəqiqə əvvəl söylədiyi mənasız sözlər hələ də qulaqlarında cingildəyirdi.  O, yol 
yoldaşının diqqətinin görüşməli olduqları "böyük dostundan" yayındırmaq üçün əlindən gələni edirdi. 
Axmaq kimi gülümsəyərək Barninin yanında keçirdikləri gecə haqqında danışır, çox uğursuz şəkildə 
məzəli görünməyə çalışırdı. Madelina spirtli içkilərin və əxlaqsız insanlarla ünsiyyətin ziyanı haqqında ona 


öyüd-nəsihət oxumağa başlayanda, Martin hətta sakitləşdi də. Amma yenə də Madelinanın fikrini 
yayındıra bilmədi. 
– Kimdir o – görüşməli olduğumuz bu adam? Belə müəmma nə üçündür? Oh, Martikins, siz məni ələ 
salmaq istəyirsiniz? Bəlkə, biz, ümumiyyətlə, heç kimlə görüşməyəcəyik? Siz, sadəcə, bir müddətlik 
anamdan qurtulmaq və mənimlə "Qrand-Otel"də əylənmək istəyirsiniz? Ah, bu necə də xoş olardı! 
Çoxdan idi ki, günlərin birində "Qrand"da səhər yeməyi yemək arzusundaydım. Əlbəttə, məncə, orada 
səliqəsizlik hökm sürür, amma hər halda, əzəmətlidir… Düz tapdım, əzizim? 
– Yox, orada bizi kimsə…  bir sözlə, biz həqiqətən də  bir nəfərlə görüşəcəyik… 
– Onda nə üçün siz mənə onun kim olduğunu söyləmirsiniz? Mart, baxın ha… səbrim tükənir. 
– Yaxşı, deyəcəyəm. Bu kişi yox, qadındır. 
– Oooo… 
– Bu… Siz bilirsiniz ki, işimlə əlaqədar xəstəxanalara gedirəm və Zenit klinikasında bir neçə xəstə baxıcısı 
mənə böyük köməklik göstərib (Onun nəfəsi kəsilir, gözləri qaralırdı. Səhər yeməyinin işgəncəsi onsuz da 
qaçılmaz idi. O  zaman cəzadan boyun qaçırmağın nə mənası vardı?), xüsusilə biri, xəstə baxıcısı deyil, əsl 
möcüzədir. Onun xəstə baxıcılığı sahəsində o qədər məlumatı var ki. Mənə çoxlu yararlı məsləhətlər verir 
və görünür, yaxşı qızdır. O, miss Tozerdir, adı isə, deyəsən, Lidir, ya da nəsə belə bir şey. Və o elə… Atası 
Şimali Dakotada tanınmış adamdır, dəhşətli dərəcədə varlıdır… Böyük bankirdir… Düşünürəm ki, 
insanlığın rifahı yolunda öz borcundan çıxmaq üçün xəstə baxıcılğı ilə  məşğul olur… 
Martin bu arada Madelinaya məxsus təmtəraqlı poetik tonla danışmağa  müvəffəq oldu: 
– Düşündüm ki, bir-birinizin xoşuna gələcəksiniz. Xatırlayırsınızmı, siz Moqalisdə idealları həqiqətən 
dəyərləndirən… dəyərləndirən qızların necə az olmasından şikayətlənirdiniz.  
– Hə-ə-ə, – Madelina hərəkətsiz baxışlarını uzaqlara zillədi və orada gördüyü şeylər onun xoşuna 
gəlmədi, – Mən, əlbəttə ki, onunla tanışlığa çox şad olacağam. Sizin istənilən bir dostunuzla olduğu kimi… 
Oh, Mart! Ümid edirəm ki, siz ona ilişmirsiniz? Sizin bütün bu xəstə baxıcıları və tibb bacıları ilə 
dostluğunuzun o qədər də həddini aşmadığına inanmaq istərdim. Əlbəttə ki, bu məsələdə heç nə başa 
düşmürəm, amma adətən onlardan bəzilərinin kişi dalınca qaçdığını eşitmişəm. 
– Deməli, belə, icazə verin sizə deyim ki, Leora belələrindən deyil. 
– Əlbəttə, şübhə etmirəm, amma… Ah, Martikins, siz, yəqin ki, səfeh olmayacaq və bu xəstə baxıcılarının 
utanmadan sizinlə əylənməyinə imkan verməyəcəksiniz?! Bunu  sizin xeyirnizə söyləyirəm. Onlar elə 
səriştəlidirlər ki... Zavallı Madelina, o, kişi palatalarını boş-boş gəzə və bilik toplaya bilməz, siz isə, Mart, 
özünüzü psixoloq hesab edirsiniz, amma vicdanla desək, istənilən bir zirək qız sizi barmağına dolaya bilər. 
– Bilirsiniz nə var, özüm öz qayğıma qala bilərəm. 


– Ah, sadəcə düşündüm ki… Düşünməzdim ki, siz… Ümid edirəm ki, sizin Tozer… Əminəm ki, o, mənim 
xoşuma gələcək, sizin xoşunuza gəlibsə, amma… Axı sizin əsl məhəbbətiniz mənəm, doğru deyil? 
Ömürlük! 
Madelina – həmişə nəzakətli olan Madelina sərnişinləri nəzərə almır, onun əlini sıxırdı. O, elə açıqdan-
açığa qorxmuşdu ki, Leora haqqında söylədiyi sözlərdən Martinin ürəyində yaranmış hirs tədricən ağrı ilə 
əvəz olundu. Təsadüfən Madelina baş barmağı ilə onun ovucunun içini bərk sıxdı. Martin sifətinə 
mülayim ifadə verməyə çalışaraq yerindəcə qurcuxdu: 
– Əlbəttə. Əlbəttə… Təbii ki. Madli, ehtiyatlı olun. Pəncərənin qarşısında oturmuş o qoca zırrama bizdən 
gözünü çəkmir.  
Martin Madelina ilə "Qrand-Otel"ə girənə qədər çəkdikləri ilə gələcəkdə edə biləcəyi bütün xəyanətlərə 
görə artıqlaması ilə cəzalandırılmışdı. 
"Qrand-Otel" 1907-ci ildə Zenitin ən yaxşı mehmanxanası sayılırdı. Kommivoyajerlar onu "Parker-
Hausz"la, "Palmer-hauz"la, "Vest-Otel"lə müqayisə edirdilər. Amma bir qədər sonra "Tornli" 
mehmanxanası öz iddialı ciddiyyəti ilə onu kölgədə qoydu. İndi onun dama-dama mərmər döşəməsi çirkli 
idi, dəbdəbəli qızılı rəngi solmuş, ağır dəri kresloları cırılana qədər sürtülmüş, siqar külü ilə örtülmüşdü; 
bir sözlə, onu alverçilər zəbt etmişdi. Amma öz zamanında bu, Çikaqodan Pitsburqa qədər ən bahalı 
mehmanxana, şərq sarayı hesab olunurdu. Giriş qapısı kərpic hörməli mavritan arkaları ilə  
kölgələnmişdi. Vestibüldə ağ-qara mərmər döşəmə üzərində çəhrayı-mirvari-kəhrəba rəngli şüşə dam 
örtüyünə doğru qalxan qızıla çəkilmiş yeddimərtəbəli eyvanlar görünürdü. 
Martin və Madelina Leoranı vestibüldə tapdılar. O, bapbalaca qzcığaz, sütunun qarşısını tutmuş çox 
böyük bir divanda əyləşmişdi. Leora sakit bir intizarla Madelinaya baxırdı. Martin fikir verdi ki, Leora, 
doğrudan da, səliqəsiz geyinib. Onun bal iyi verən saçlarının qara şlyapanın altında yöndəmsiz yığılması 
(şlayapa yox, əsl formasız  göbələk idi) Martinin vecinə də deyildi, amma o Leoranın geyimi ilə (onun 
üçüncü düyməsi qopmuş bluzu, dama-dama ətəyi, uğursuz açıq-qəhvəyi bolerosu vardı)  Madelinanın 
ciddi göy kostyumu arasındakı ziddiyyəti hiss etdi. Məyus idi, amma nədənsə bu hiss Leoranın əleyhinə 
işləmirdi. Martin onları müqayisə etdiyi vaxt (o bunu tələbkar təkəbbürlü kişi kimi dikbaşlıqla deyil, 
həyəcanla edirdi) Madelina onu daha çox qıcıqlandırırdı. Onun daha yaxşı libasda gəlməsi Martin üçün 
təhqiramiz idi. Martin öz mehribanlığı ilə Leoranın müdafiəsinə qalxmışdı, onu qucaqlamağa və 
düşməndən qorumağa can atırdı. 
Martin dodaqaltı mızıldandı: 
– …Mən düşündüm ki, siz. Qızlar, tanış olsanız yaxşıdır… Miss Foks, icazə verin miss Tozeri sizə təqdim 
edim… Mənim kimi gicbəsərin birinə savaş şahzadəsinin iki qızını tapmaq xoşbəxtliyi nəsib olub… 
Özü-özündə isə "Tfu, lənətə gələsən!"-dedi. 
Qızlar bir-birinə bir neçə əhəmiyyətsiz söz deyənə kimi, o, onları "Qrand-Otel"in məşhur restoranına 
tərəf sürüklədi. Burada yetərincə qızıl suyuna salınmış qəndillər, qırmızı məxmərli stullar, ağır gümüşlər 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə