Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   20   21   22   23   24   25   26   27   ...   151

və qızılı naxışlı yaşıl jilet geyinmiş yaşlı zənci-ofisiantlar var idi. Divarlar boyunca Pompey, Venesiya, 
Komo və Versal göllərinin gözəl şəkilləri asılmışdı. 
– Qəşəng zaldır! – Leora pıçıldadı. 
Sifətinin aldığı ifadəyə görə Madelina da eyni şeyi söyləməyə hazırlaşırdı. Əlbəttə ki, daha təfsilatlı 
şəkildə… Amma freskaları ikinci dəfə süzərək, söylədi: 
– O… çox böyükdür, amma… 
Martin həyəcan içərisində səhər yeməyini sifariş verdi. Orgiyaya  çaypulu ilə birlikdə cəmi dörd  dollar 
ödədi  və dörd dolların hamısını axırıncı sentinə kimi xərcləməyi özü üçün şərəf məsələsi hesab etdi.  
Martin öz-özlüyündə "Sen-Jarmen püre"sinin nə olduğunu təxmin etməyə çalışdığı vaxt əclaf ofisiant 
onun arxasında  sakitcə dayanmışdı, Madelina isə ilk hücumlarını edirdi. O, soyuq bir nəzakətlə sözləri 
uzada-uzada danışmağa başlamışdı: 
– Cənab Erousmit mənə deyib ki, siz  xəstəxanada xəstə baxıcısısınız, miss… Tozer. 
– Hə, buna oxşar bir şeydir. 
– Siz bunda maraqlı nəsə görürsünüz? 
– Aydındır... hə… Mənə maraqlıdır. 
– Güman edirəm ki, bu çox gözəl bir iş olmalıdır – başqalarının iztirabını yüngülləşdirmək… Əlbəttə, 
mənim işim –ingilis ədəbiyyatı müəllimi diplomunu almağa hazırlaşıram (onun dilində bu elə səsləndi ki, 
sanki, qraf titulu almağa hazırlaşır) – mənim işim yetərincə cansıxıcıdır, həyatdan qoparılmış kimiyəm. 
Dilin inkişafı qanunlarını və sairi öyrənmək məcburiyyətində oluram. Məsələlərə praktik yanaşmanız ilə, 
güman edirəm ki, sizə bu, yetərincə səfeh iş kimi görünə bilər.  
– Hə, bu ola bilər… Yox… Niyə ki, bu, yəqin ki, maraqlı olar. 
– Siz əslən Zenitdənsiniz miss… Tozer? 
– Yox, əslən balaca bir şəhərdənəm. Onu çətinliklə şəhər adlandırmaq olar… Şimali Dakotada. 
– Oooo… Şimali Dakotada! 
– Hə… Qərbdə… xeyli uzaqda… 
– Belə… Və siz Şərqdə çox yaşamaq fikrindəsiniz? 
Belə bir ifadəni Madelinaya onun Nyu-Yorkda yaşayan bir xalasıqızısı söyləmişdi, həm də istehza ilə. 
– Nə danışırsınız, yox… mən… Hə, mən burada çox yaşamaq fikrindəyəm. 
– Və… hm… bura sizin xoşunuza gəlir? 


– Əlbəttə, bura pis deyil. Mən böyük şəhərləri sevirəm… Burada çox şey görmək mümkündür. 
– Böyük? Hə, məncə… bu, məsələyə haradan baxmaqdan asılıdır, siz elə düşünmürsünüz? Mən Nyu-
Yorku böyük şəhər adlandırmağa adət etmişəm, amma… Əlbəttə… Yəqin ki, sizə Zenit və Şimali Dakota 
arasındakı təzad maraqlı görünür…  
– Hə əlbəttə, onlar qətiyyən oxşamırlar. 
– Mənə Şimali Dakota haqqında danışın. Ora necə yerdir? Məni həmişə qərb ştatları maraqlandırıb (bu 
da xalaqızından iqtibas idi). Orayla bağlı sizdə  hansı təəssürat var? 
– Mən nəsə sizi bir o qədər də başa düşmədim. 
– Mən ümumi təəssürat haqqında soruşuram. Təəssürat haqqında. 
– Aaa... Çoxlu buğda və çoxlu içveçli. 
– Amma mən başqa şeyi nəzərdə tuturdum. Mənə elə gəlir ki, orada yaşayanların hamısı bizimlə, şərqdə 
yaşayanlarla müqayisədə çox cəsur və çalışqandırlar.  
– Mən belə düşünmürəm. Bununla belə, bəlkə də, doğrudur.  
– Zenitdə tanışlarınız çoxdur? 
– Yox, bir o qədər də yox. 
– Siz doktor Borçellə tanışsınız, sizin xəstəxanada əməliyyat edir. Yaxşı insandır. Həm də təkcə yaxşı 
cərrah deyil, çox istedadlıdır. Gözəl oxuyur və  çox yaxşı ailədəndir. 
– Yox, mən, deyəsən, onu tanımıram, – Leora mızıldandı. 
– O-o-o-o, siz onunla tanış olmalısınız. Bundan başqa o… çox gözəl tennis oynayır. Onu həmişə Royal-
Ridcə, hər cür milyonçuların iştirak etdiyi səviyyəli yarışlara dəvət edirlər. Dəhşətli dərəcədə maraqlı 
adamdır. 
Bu anda Martin ilk dəfə olaraq nəsə deməyə çalışdı: 
– Maraqlıdır? O? Əşşi onda bir qəpiklik ağıl yoxdur. 
– Mənim əzizim, "maraqlıdır" sözünü tamam başqa mənada deyirdim! 
Martin susdu, o aciz və tənha idi, Madelina isə yenidən Leoraya hücuma keçmişdi. Onun hansısa 
korporasiyanın hüquq məsləhətçisinin oğlu ilə tanış olub-olmadığını və ya hansısa məşhur yeni başlayan 
aktrisanı, yaxud hansısa şlyapa mağazasını, hansısa klubu tanyıb-tanımadığını daha cəsarətlə soruşmağa 
başlamışdı. O, heç nədən çəkinmədən Zenit cəmiyyətinin "sütunlarının" adlarını sadalayırdı; bu adlar 
həmişə "Advokat tayms"ın "Kübar xronikası"nda hallandırılırdı – Kauks, Van-Entrim, Dodsvort. Martini 
qızın həyasızlığı təəccübləndirirdi. Onun yadına düşdü ki, Madelina bir dəfə Zenitdə xeyriyyə balında 
olub, amma ağlına belə gətirməzdi ki, o, məşhurlarla belə yaxındır. 


Əlbəttə, Leora – o, dəhşətdir! – onlar haqqında heç nə eşitməmişdi. Leora heç vaxt Madelinanın getdiyi 
konsertlərə, mühazirələrə, ədəbi qiraət axşamlarına getmirdi. 
Madelina yüngülcə çiyinlərini çəkdi və dedi: 
– Belə… Əlbəttə, öz xəstəxananızda o qədər cazibədar həkimlər və maraqlı alimlər görürsünüz ki, məncə, 
mühazirələr sizə yorucu təsir bağışlayar… Belə… – nəhayət, Leoradan əl çəkdi və nəvazişlə Martinə baxdı: 
– Hə, siz işi necə davam etdirmək fikrindəsiniz? Necə deyirlər, dovşanlar üzərində işi? 
Martin əsəbiləşdi. İndi düşünmədən hərəkət etmək məcburiyyətində idi: 
– Madelina! Hər ikinizi görüşdürdüm ki… Bilmirəm, siz dostlaşacaqısnız, ya yox, amma mən bunu 
istərdim, çünki… Özümə haqq qazandırmağa çalışmıram. Bu, öz-özünə belə alındı. Mən sizin hər ikinizlə 
adaxlanmışam və bilmək istəyirəm ki… 
Madelina yerindən sıçradı. O indiyə kimi hələ heç vaxt  bu qədər qürurlu və gözəl görünməmişdi. O, hər 
ikisini başdan-ayağa süzdü və… bir söz belə söyləmədən çıxıb getdi. Sonra qayıtdı, barmaqlarının ucu ilə 
Leoranın çiyninə toxundu və sakitcə onu öpdü: 
– Əzizim, sizə yazığım gəlir. Qismətinizə çətin tale düşüb. Zavallı uşaq! – Və çiyinlərini çəkərək çıxışa 
doğru yollandı. 
Martin sarsılmış halda belini büküb oturmuşdu, Leoraya baxmağa cəsarəti çatmırdı. 
Bir az sonra qızın əlinin təmasını hiss etdi. Gözlərini qaldırdı. Leora sakitcə, bir az da istehza ilə 
gülümsəyirdi: 
– Kürən, xəbərdarlıq edirəm ki, heç vaxt səndən vaz keçməyəcəyəm. Qoy lap onun söylədiyi kimi 
yaramaz ol, qoy məni dəli, utanmaz qız hesab etsinlər... Amma sən – mənimsən! Xəbərdarlıq edirəm, 
yeni bir nişanlı gətirib çıxartmaq fikrinə düşsən, səndə heç nə alınmayacaq. Mən onun gözlərini 
çıxararam! Bir də… özünlə bağlı mənasız xəyallara qapılma. Sən, məncə, əməlli-başlı eqoistsən. Amma 
yenə də… Mənimsən! 
Martin boğunuq səslə qıza adi, amma adiliyi ilə gözəl olan çox sözlər söylədi.  
Leoranın isə danışdıqları dağınıq idi: 
– Hiss edirəm ki, biz səninlə ondan daha çox bir-birimizə yaxınıq. Ola bilər ki, mənə ağalıq edə biləcəksən 
deyə, sənin dalınca sürünürəm deyə, o isə heç vaxt bunu etməzdi deyə, məndən yapışmısan. Onu da 
bilirəm ki, sənin üçün iş məndən daha əzizdir, ola bilər, özündən də əzizdir. Amma bir şey var ki… mən… 
axmağam,  sadəlövhəm, o isə yox. Mən, sadəcə, səninlə fəxr edirəm, Allah bilir nə üçün, amma sənə 
valeh olmuşam, onun isə səni özünə məftun etmək, ardınca sürünməyə vadar etmək üçün ağlı yetər.  
– Yox! And içirəm… məsələ onda deyil ki, mən sənə ağalıq edə bilərəm, Leora! And içirəm ki, məsələ 
bunda deyil! Məncə, belə deyil. Əzizim, lazım deyil, onun səndən ağıllı olduğunu düşünmək lazım deyil. 
Düzdür, dilli-dilavərdir. Ah… danışmağa dəyməz! Mən səni tapmışam! Mənim həyatım hələ indi başlayır! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə