Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   17   18   19   20   21   22   23   24   ...   151

– Yox, varlı deyiləm. Pulum ancaq kursu bitirməyə yetir. Amma istəyirəm ki… 
– "Bija"ya gedək. Ora həm yaxşıdır, həm də ucuz. 
O, Madelina Foksun tez-tez "Qrand-Otel"ə – Zenitdə ən qəşəng restorana getmək necə də yaxşı olardı", 
– deyə söz atdığını xatırladı, amma həmin axşam daha Madelina haqqında düşünmədi. Martin Leoraya 
məftun olmuşdu. O, qızda səmimiyyət, mövhumatdan uzaqlılıq, açıqürəklilik, Endryu Cekson Tozerin 
qızında qeyri-adi xüsusiyyətlər kəşf edirdi. Onda qadın lətafəti vardı, amma Modelina kimi tələbkar 
deyildi. Kiminsə səhvini düzəltməyə çalışmırdı; və nadir hallarda hansısa söz ona toxunurdu; işvəli də 
deyildi, laqeyd də. O, Leoranın simasında utanmadan danışdığı ilk qızı tapmışdı. Çətin ki, Leoraya 
danışmaq üçün fürsət düşəydi, çünki Martin Maks Qotlibin tələbəsinin danışa biləcəyi bütün məxfi 
şeyləri  çıxarıb ortaya tökmüşdü. Madelina üçün Qotlib nikahın müqəddəsliyini və ağ zanbaqları ələ salan 
ziyankar bir qoca, Klif üçün darıxdırıcı professor idi. Leora isə Martin öz kumirinin sözlərini təkrarlaya-
təkrarlaya stolu döyəcləyəndə maraqdan alışıb-yanırdı: "Bu günə qədər tədqiqatların böyük əksəriyyəti – 
hətta Erlixdə də – əsasən sınaqlara və xətalara aparıb çıxarır. Elmi metoda zidd olan empirik  metod 
üzərində qurulur. Amma elmi metod hadisələr qrupuna ümumi bir qayda müəyyən etməyə can atır ki, nə 
baş verəcəyini qabaqcadan söyləmək olsun". 
O, bu sözləri stolun o biri başında əyləşmiş Leoraya diqqətlə baxaraq, dərin ehtiram hissi ilə və sərt 
şəkildə söylədi. O, inadkarlıq edirdi: 
– İndi siz görürsünüzmü ki, o, təkcə həkim-kommersantları deyil, həm də peyin içərisində eşələnən bu 
içiboş tədqiqatçıları da qabaqlayıb. Siz onun kim olduğunu başa düşürsünüz? Başa düşürsünüz? 
– Hə, deyəsən, başa düşürəm. Hər halda, sizin ona heyranlığınızın səbəbi mənə aydındır. Amma, xahiş 
edirəm, məni qorxutmayın. 
Martin yenə də coşdu. Leora anticisimlərin sintezi ilə Arreniusun işləri arasındakı əlaqəni bir o qədər 
başa düşməsə də, hər halda, Madelina Foks kimi bircə dəfə də məzəmmət etmir, əksinə rəğbət hissilə 
Martini dinləyirdi.  
Leora saat ona kimi xəstəxanaya qayıtmalı olduğunu söylədi.  
– Mən həddindən artıq çox danışıram. Aman Allah, ümid edirəm ki, zəhlənizi tökməmişəm, – Martin 
dedi. 
– Mənə maraqlı idi. 
– Deyəsən, texniki təfərrüata vardım, həm də elə səs-küy saldım ki… Oh, necə də axmağam! 
– Çox şadam ki, mənə etibar edirsiniz. Düzdü, ciddi deyiləm, heç ağlım da əməlli-başlı inkişaf etməyib
amma kişilər məni düşündüklərini danışmaq üçün yetərincə ağıllı hesab edəndə, buna sevinirəm… 
Gecəniz xeyirə qalsın! 
İki həftədə onlar iki dəfə birlikdə nahar etdilər, bu vaxt ərzində isə Martin öz qanuni nişanlısı Madelina ilə 
yalnız ikicə dəfə görüşdü; halbuki qız bir neçə dəfə ona zəng etmişdi. 


O, Leoranın hansı mühitdə böyüdüyünü öyrəndi. Bildi ki, qızın xəstə baxıcısı olmaq üçün belə uzağa 
gəlməsinə səbəb Zenitdə yataq xəstəsi olan ata nənəsi imiş. Öyrəndi ki, Şimali Dakotada Uitsilvaniya 
qəsəbəsi elə bircə küçədən ibarətdir – iki cərgədə evlər, qurtaracaqda isə qırmızı elevator . Leoranın 
atası, Endryu Cekson Tozer bank, yağ zavodu və elevator sahibidir, ona görə də şəhərdə birinci adam 
hesab olunur. Hökmən çərşənbə günləri axşam ibadət məclislərinə baş çəkir, verdiyi hər qəpiyə görə 
Leoraya, ya da onun anasına söyüş söyür. Qulağının arxasından pensnenin qızıl zənciri sallanan sincab 
dişli qardaşı Bret Tozer isə… atasının bankında cəmi bir otağı tutur,  baş mühasibdir və bütün digər 
ştatları təkbaşına aparır.  
Leoranın vətənində Vahid Qardaşlıq kilsəsinin təşkilatçılığı altında verilən soyuq toyuq əti və qəhvə ilə 
şam yeməkləri, fermerlər – qədim tevton himnləri oxuyan  alman-lüteranlar, hollandiyalılar, çexlər və 
polyaklar mövcuddur… Qəsəbənin ətrafında isə səmanın ildırım gətirən buludları altında dalğalanan 
buğda zəmiləri var. Martin Leoranı – öz ailəsinin içində yad olan bu qəribə qızcığazı görürdü . O, başını 
aşağı salıb darıxdırıcı ev işləriylə məşğul olur, amma ürəyində elə bir inam saxlayır ki, nə zamansa onunla 
birlikdə al-əlvan dünyanı görə biləcək (qoy təhlükələrlə, ehtiyacla dolu olsun, eyibi yox) gənc oğlanla 
qarşılaşacaq. 
Qız öz uşaqlığı haqqında qorxaq çıxışlarını başa çatdırdıqda, Martin dedi: 
– Əzizim, nahaq yerə özünüz haqqında danışırsınız. Mən sizi həmişə tanımışam. Sizi buraxmayacağam, 
mənə ərə gələcəksiniz… 
Onların arasındakı bu söhbət restoranın səs-küyü içərisində baş tutmuşdu; Bu zaman onlar bir-birinin 
əlini möhkəm sıxdılar və  hər ikisinin gözü etirafla dolu idi...  
Leoranın ilk sözləri belə oldu: 
– Mən sizi "Kürən" adlandırmaq istəyirəm. Niyə? Bilmirəm. Sizdə kürənlikdən əsər-əlamət yoxdur, amma 
mənim üçün siz bir balaca kürənsiniz… Əzizim, sizinlə birlikdə olmaq elə yaxşıdır ki!  
Beləliklə, Martin evə iki qızın adaxlısı kimi qayıtdı. 
 

 
Səhəri gün o Madelinanın dalınca getməyə borclu idi, çünki ona söz vermişdi.  
Vicdanlı münasibətin bütün qayda-qanunlarına uyğun olaraq, Martin özünü əclaf və murdar köpək kimi 
hiss etməli idi; amma nə qədər istəsə də, bu hissi özünə təlqin etməyə çalışsa da, alınmırdı ki, alınmırdı.  
O, Madelinanın mübaliğəli coşqunluğunu yada salır, onun provansal  "plezans"ı  və həvəslə barmaqları 
ilə taqqıldatdığı yumşaq dəri üzlü kitab cildlərini, ona bağışladığı qalstuku xatırlayırdı; Martin saçını 
darayanda qızın ona baxaraq jurnal qabıqlarındakı  şık qəhrəmanlarınkına bənzəyən saçları ilə necə 


qürrələndiyi yadına düşürdü... O, qüssələnirdi ki, sədaqət sarıdan günaha batıb. Amma Martinin içindəki 
şübhələr Leora ilə münasibətin möhkəmliyinə toxunaraq çilik-çilik olurdu. Onların dostluğu Martinin 
ruhuna azadlıq verirdi. Hətta o, Madelinanı müdafiə etməyə çalışaraq bəzən Leoranın evdə saqqız 
çeynəyən, insan arasına çirkli dırnaqlarla çıxan sadə bir qızcığaz olduğunu özünə sübut etmək istəyirdi; 
amma yenə də məlum olurdu ki, bu qızın sadəliyi, əslində, onun öz içində yaşayır; həm də sonunda 
şöhrətpərəstlik və ya möminlik kimi davamlı olan başqa bir sadəliyə aparıb çıxarır; digər tərəfdən də bu 
sadəlik qızdakı şadlığın və gərgin elmi biliyə marağın özülü idi.  
Bu məşum gündə Martin dalğın halda laboratoriyada oturmuşdu. O qədər dalğın idi ki, Qotlib bəsləyici 
mühitin yeni partiyasını hazırlayıb-hazırlamadığı haqda sualı iki dəfə  təkrar etmək məcburiyyətində 
qaldı. Qotlib isə çox istədiklərinin üstünə adi tələbələrdən daha sərt bağıran əsl hökmdar idi: 
– Erousmit, siz ağıldankəm doğulmusunuz?! Aman Allah, doğrudanmı, bütün həyatımı mit Dummköpfen 
kimi yaşamalıyam? Mən həmişə tənha ola bilmərəm, Martin! Mənə xəyanət etmək istəyirsiniz? Budur, 
artıq iki, ya da üç gündür ki, işə qarşı diqqətsizsiniz. 
Martin isə ora-bura gedə-gedə burnunun altında mızıldanırdı: 
– Mən bu adamı çox istəyirəm! 
O, qarmaqarışıq düşüncələr içərisində tələblərinə, yersiz irad tutma xasiyyətinə, eqoizminə, maskalanmış 
mehribanlığına görə Madelinanı qınayırdı. Özünü haqlı hesab edənə qədər öz-özülə danışdı və bir anın 
içindəcə sevinclə aşkar etdi ki, Madelinaya cəsarətli etiraz forması kimi onu tərk etməlidir.  
O qızın ilk iradını partlayışla qarşılamaq, sonra onu bağışlamaq və aralarındakı qarşılıqlı öhdəçiliyi ləğv 
edərək həyatını yenidən sadə və aydın qurmaq məqsədilə axşam onun yanına yollandı.  
Amma… Madelina şikayət etmədi. 
O, Martinin yanına, az qala, uça-uça gəldi: 
– Əzizim, siz elə yorğunsunuz ki… gözləriniz yorğundur. Yəqin, ara vermədən işləmisiniz? Heyf ki, bu 
həftə yanıma gəlmək üçün vaxt tapa bilmədiniz. Əzizim, özünüzü bu qədər yormayın! Bir fikirləşin,  yaxşı 
işlər üçün irəlidə neçə illəriniz var. Yox, susun. İstəyirəm ki, dincələsiniz. Anam kinoya gedib. Bax, bura 
əyləşin. İndi görəcəksiniz, sizi yastıqlar arasında necə rahat yerləşdirəcəyəm. Arxaya söykənin, 
istəyirsinizsə, yuxulaya bilərsiniz, mən isə sizə "Qızıl saxsı qırığı"nı oxuyacağam. O mütləq xoşunuza 
gələcək! 
Martin əmin idi ki, Madelinanın oxuduğu şey qətiyyən xoşuna gəlməyəcək. Görünür, yumor hissindən 
məhrum olduğundan, mahnını dəyərləndirə bilmirdi; amma qız onu öz orijinallığı ilə həyəcanlandırırdı. 
Leoranın səsinin tənbəl yumşaqlığından sonra Madelinanın səsi kobud və qışqırıq kimi çıxırdı; amma o, 
elə səylə oxuyurdu ki, Martin onun könlünü sındırmaq istədiyinə görə çox utandı. Gördü ki, 
özündənrazılığına baxmayaraq, o, hələ də uşaqdır, cəsarətli və qorxmaz Leora isə artıq yaşa dolmuş 
yetkin adam və real dünyanın ağasıdır. Madelinanın üstünə yağdırmağa hazırlaşdığı məzəmmətlər artıq 
Martinin yadından çıxmışdı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə