Sayali sadiqova


 ORTA ƏSRLƏRDƏ AZƏRBAYCAN DİLİNİN



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə25/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   ...   21   22   23   24   25   26   27   28   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

2.2. ORTA ƏSRLƏRDƏ AZƏRBAYCAN DİLİNİN 
LÜĞƏT TƏRKİBİNİN ZƏNGİNLƏŞMƏ 
MƏNBƏLƏRİ 
 
Müasir Azərbaycan-türk ədəbi dili uzun bir inkişaf yolu ke-
çərək zaman-zaman cilalanmış, saflaşmış və təkmilləşmişdir. 
Sonuncu səmavi din olan islamı hələ VII əsrdə qəbul edən Azər-
baycan türklərinin bu dinin əsas daşıyıcıları olan ərəblərlə və 
farslarla yüzilliklər boyu sıx ictimai-siyasi və ədəbi-mədəni əla-
qələrdə olmaları Azərbaycan-türk ədəbi dilinin inkişafı və zən-
ginləşməsində mühüm rol oynamışdır. Belə ki, Azərbaycanın 
yerli əhalisi, xüsusilə də ziyalılar və qələm sahibləri: şair və ya-
zıçılar, tərcüməçilər adı çəkilən əlaqələrin nəticəsi olaraq istər-
istəməz dini anlayışları bildirən bir çox söz və ifadələri ərəbcə-
dən və farscadan ya olduğu kimi qəbul etmiş, ya da onlara qarşı-
lıq taparaq öz yazılı ədəbi dillərini daha da təkmilləşdirmişlər. 
Ümumiyyətlə, məsələyə tarixi aspektdən yanaşdıqda orta yüzil-
liklərdə Azərbaycan dilinin lüğət tərkibinin yeni söz və terminlər 
hesabına zənginləşməsinə dair mənbələr sırasında, fikrimizcə, 
ilk növbədə böyük söz ustalarının görkəmli şair və yazıçıların 
müstəsna xidmətlərinin xüsusi olaraq qeyd etmək lazımdır:
1. Bundan əlavə orta yüzilliklərdə ərəbcədən, xüsusilə də fars di-
lindən tərcümə olunmuş əsərlər, eləcə də sözügedən mənbələr-
dəndir. 2. Dövrə aid ərəbcə-türkcə və farsca-türkcə lüğətlər ədə-
bi dilimizi zənginləşdirən dəyərli yazılı qaynaqlar sırasındadır. 


77 
Əsasən, XV-XVI yüzilliklərə aid ilkin Azərbaycan tərcümə 
əsərlərinin çoxu fars dilindən tərcümə olunmuşdur. Əlyazma ki-
tabları şəklində günümüzə qədər gəlib çatan bu dəyərli yazılı 
qaynaqlar həm nəsrlə, həm də nəzmlədir və daha çox, dini və 
bədii-fəlsəfi mövzuları əhatə edir . 
Məlum olduğu kimi, nəzmlə müqayisədə nəsrdə dil sər-
bəstliyi üçün imkanlar daha genişdir və məhz buna görə də milli 
Azərbaycan-türk ədəbi dilində gedən zənginləşmə proseslərini 
izləmək, araşdırmaq məsələsində klassik nəsr tərcümələri dəyər-
li yazılı qaynaqlardır. Bu baxımdan XVI yüzilliyə aid “Kəvami-
lüt-təbir” (“Ən mükəmməl yuxuyozma”) adlı tərcümə əsəri xü-
susilə böyük əhəmiyyət daşıyır. Xızır bin Əbdülhadi Bəvazici-
nin 955/1548-ci ildə tamamladığı və dövrün hökmdarı Sultan 
Süleyman Qanuniyə ithaf etdiyi “Kəvamilüt-təbir” fars dilindən 
tərcümə olunmuşdur. Tərcümənin orijinalı XII yüzilliyin gör-
kəmli Azərbaycan alimi Hübeyş Tiflisinin fars dilində yazdığı 
və yuxuyozma məsələlərinə həsr etdiyi “Kamilüt-təbir” adlı əsə-
ridir. Qeyd edək ki, türkcə kitabın mütərcimi Xızır Bəvazici dahi 
Məhəmməd Füzulinin əsrdaşı olmaqla yanaşı, həm də yurddaşı 
– həmyerlisidir. O, indiki İraq ərazisindəki Mosul bölgəsində 
yaşamış və özünün yazdığına görə katiblik – mirzəlik etmişdir. 
Yuxuyozmaya dair ensiklopedik səciyyə daşıyan bu dəyərli 
tərcümə əsərində yuxuda görülən əşyaların adları üç dildə: ərəb, 
fars, türk verilmişdir ki, bu baxımdan kitabı həm də klassik lüğət 
nümunəsi kimi də dəyərləndirmək olar. “Kəvamilüt-təbir”in hər-
tərəfli araşdırılması göstərir ki, bu klassik tərcümə nümunəsi 
Azərbaycan-türk ədəbi dilinin zənginləşməsi prosesinin tarixi 
aspektdən araşdırılması baxımından müstəsna əhəmiyyət daşıyır 
və bu baxımdan dəyərli yazılı qaynaqdır. Belə ki, adı çəkilən üç 
dili mükəmməl bilən istedadlı mütərcim Bəvazici farsca mətndə 
yer alan bir sıra ərəb və fars sözlərini, eləcə də ayrı-ayrı birləş-
mələri “kalka” şəklində tərcümə yolu ilə türkcəyə çevirərək on-
ları ilk dəfə yazılı ədəbi dilə gətirmiş, bununla da Azərbaycan-
türk dilinin zənginləşməsi işinə xidmət etmiş, bu sahəyə öz töh-
fələrini vermişdir.


78 
Bəvazicinin hərfi tərcümə (kalka) yolu ilə yaratdığı çoxlu 
sayda sözlər quruluşca iki yerə bölünür: düzəltmə sözlər və mü-
rəkkəb sözlər. Öncə Bəvazicinin söz yaradıcılığı sahəsindəki sə-
mərəli fəaliyyətinin nəticəsi olan və yazılı ədəbi dilimizin zən-
ginləşməsinə xidmət edən düzəltmə sözləri nəzərdən keçirək. Bu 
qəbildən olan sözlər sırasında feil kökü və 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə