Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   64   65   66   67   68   69   70   71   ...   145

 
153
birdən-birə də əməlli-başlı gözləri doldu, çünki Surxay – Bayraqdar belə vəfasız 
adam deyildi.  
Əvvəlcə Cümünün (Qızıl Diş Cümşüdün) sürdüyü lafetli motorellerin (tırtırın) 
tırıltısı  gəldi, sonra özü görünüb şosedən həyətə buruldu və Cümü əlində bayraq 
tutub, qazanxananın küncündə dayanmış Surxayı görəndə tırtırı saxladı: 
– Nədi, ə, Bayraqdar, bayram bu gündü? 
O axşam Buzovnada külək yox idi, xəfif bir yel əsirdi, amma elə o xəfif yel də 
bəs elədi ki, Cümüdən gələn araq iyi bütün ətrafa yayılsın. 
– Hara vurassan?– Cümü soruşdu və motorollerdən düşüb Surxayın yanına 
gəldi... 
– Istəyirəm ora, – Bayraqdar əlini uzadıb qazanxana damının küncünü göstərdi, 
– vurum. 
– Bə nətər bərkidəssən? 
– Odu ha, – Bayraqdar haçansa tut ağacının dibində düşüb qalmış yekə bir kubik 
parçasını göstərdi, – onu dəstəyin üstünə qoyajam. – Sonra: – Amma o azdı, – dedi. 
– Bir-iki yekəsini də tapım gərək.  
Cümü, elə bil, bir bəhanə axtarırdı ki, Yataqxananın beşinci mərtəbəsindəki 
evinə (otağına) getməsin və: 
– Qoy, əvvəlcə mən dırmaşım, – deyib, elə bil, çoxdan gözlədiyi əzizi idi, tutun 
yoğun gövdəsini bağrına basıb yuxarı  dırmaşmağa başladı  və  dırmaşa-dırmaşa da, 
hıqqandıqca bir az bundan əvvəl Bolelşik Bufetçi Ibadullanın bufetində içdiyi 200 
qram arağın iyi aləmi başına götürürdü və Bayraqdar üçün bu araq iyi ilə o bayraq 
bayramı ərəfəsinin gözəl ab-havası arasında tamam bir uyuşmazlıq var idi.  
Cümü yuxarı  dırmaşıb asanca qazanxananın damına adladı  və Surxay bayrağı 
uzadıb ona verdi, tutun dibindəki yekə kubik qırığını da qaldırıb Cümüyə ötürdü və 
o tərəf-bu tərəfə baxdı ki, yenə daş tapsın, amma Cümü: 
– Burda zubul kimi bir şey var, – dedi. – Qalx, elə onuynan vuraq. Üstünə daş 
qoymağnan başa gəlməyəjək. 
Bayraqdar da tutla dırmaşıb qazanxananın damına çıxdı və Cümü, doğrudan da, 
Allah bilir nə vaxtdan atılıb damda qalmış, illərdən bəri də paslanmış, amma ucu iti, 
uzun və nazik zubul kimi bir şey tapmışdı.  
Surxay zubulun o tərəfinə-bu tərəfinə baxa-baxa bir az tərəddüdlə: 
– Görən paralamaz dəstəyi?– soruşdu. 
Cümü: 
– Nə bilim, – dedi. – Küləyin öhdəsindən gəlsə, o gələjək. Daş  yığmağnan 
düzələsi iş deyil... 
Surxay o nazik, uzun zubulu o tərəf-bu tərəfə çevirərək fikirləşdi ki, elə bunun 
özünün də başını nikelləmək, həmişəlik dəstəkdə saxlamaq, hər dəfə  də istədiyin 
yerə vurmaq olar və bu qərarından sonra bayrağı qazanxananın damının küncündən 
uzatdı, Cümü bayrağı tutdu, Surxay da o daş parçası ilə zubulu bayrağın dəstəyinə 
vurmağa başladı.  
Surxay: 
– Ə, yavaş ol, buralar dağılıf əldən gedif, – dedi. – Yıxılarsan. 
Cümü sidq-ürəkdən: 
– Cəhənnəmə yıxılım! – dedi. – Amma, qağa,bu bayrağı gərək remont eləyəsən, 
qotazını-zadını təzələyəsən... 


 
154
Bu bədbəxt Cümü – «pyaniskə» olanda nə olar (yaxşı gününə görə içmir ki!) – 
yaxşı adam idi, onun o «remont» sözü Bayraqdarın xoşuna gəldi. Cümü «gərək bu 
bayrağı atasan» demədi, «gərək remont eləyəsən» dedi və elə bil 2003-cü il mayın 
27-dəki o axşam, Fəhlə Yataqxanasının həyətindəki o qazanxana damında birdən-
birə üçbucaq bir doğmalıq əmələ gəldi: Surxay – Bayraq – Cümü.  
Surxay: 
– Hə, – dedi, – əl gəzdirəjəm.  
Cümü zarafatla:  
– Sovet zubulu ilə zarafat eləmək olmaz ha!.. – dedi. – Yavaş ol, əlini əzərsən. 
Surxay: 
–  Ə, buna da üçrəngli bayrağ deyərlər! – dedi və o paslı zubul, elə bil, 
Bayraqdarın o sözlərini eşidib, o ruh yüksəkliyini hiss edib kubik parçası ilə vurula-
vurula dəstəyi parçalayıb-eləmədi, amma damın özünün daşları illərin yağışının, 
küləyinin altında suvaqdan çıxmışdı, tərpənirdi və Bayraqdar nigarançılıqla: – Allah 
eləməsin, – dedi, – amma bu daşlar bir dəfə burdan kiminsə başına düşəcək.  
Cümü: 
– Qağa, mən ölüm, onlara tapşır ki, mənim başıma düşsün, – dedi və güldü. 
Surxay: 
– Mənim tapşırmağımnan olsaydı, elə tapşırardım, sənin o taksini qaytarardılar 
özünə! – dedi və birdən qorxdu ki, onun bu sözləri qazanxananın üstündə Cümünü 
kövrəldər, yaxşı olmaz, amma Cümü kövrəlmədi,  əksinə, bayrağın duruşunu 
təriflədi: 
– Allah haqqı, əla görünür!.. 
Surxay: 
– Çox sağ ol, – dedi, elə bil, Cümü bayrağı yox, Surxayın özünün əlalığından 
dəm vururdu, amma o zubul bayrağı, doğrudan da, dama möhkəm bərkitdi və 
Surxayın da kefi açıq-aşkar kökəldi. – Bu zubulu elə dəstəkdə saxlayajam... 
 Bolelşik Bufetçi Ibadullanın bufetində içdiyi o 200 qram arağın təsiri tamam 
keçib getməsə  də, Cümü ay işığında Bayraqdarın gözlərinin güldüyünü, bütün 
dərdini-sərini yadından çıxardığını gördü və elə bil, Bayraqdarın içindən gələn o 
gözgörəti uşaq sevinci Cümüyə  də sirayət etdi, Cümü də Buzovna Fəhlə 
Yataqxanasının həyətindəki o qazanxananın damında sinədolusu yaxşıca bir nəfəs 
aldı.  
Nə müddət idi, Cümünün (Qızıl Diş Cümşüdün) sinəsi beləcə «doydum» deyib, 
hava ilə dolmamışdı. 
 
II 
 
Çox illər bundan əvvəl – onda hələ Azərbaycanda sovet hökuməti qurulmamışdı 
– bütün bu yerlər – Buzovnadakı Fəhlə Yataqxanasının həyətinin yuxarı başından 
üzüaşağı, Yataqxana binasının özünün də tikildiyi ərazi daxil olmaqla, neftxuda 
Məşədi Ağarəhim Mir Abdulla oğlunun əncir, iydə, innab, püstə, badam, muşmula 
bağı idi və Kolxoz kişinin, əlbəttə, bundan xəbəri yox idi ki, o uzaq zamanlarda hər 
dəfə yazağzı səksən yaşlı Məşədi Ağarəhim o boyda bağın ağaclarını aftafa ilə bir-
bir özü sulayırdı və bundan sonra gələn yaza qədər bağa Məşədinin bağbanları 
qulluq edirdi və yenə də növbəti yazqabağı xəzrisiz-gilavarsız gözəl bir sübh çağı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə