Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   60   61   62   63   64   65   66   67   ...   145

 
141
Böyükxanım bu şüşəbənddə yataçaq, Ağabacı onqat artıq bir cidd-çəhdlə silib 
təmizləyirdi. 
Və bu axşam Ağababagil yenə  də qalxmışdı yuxarı, öz yerlərinə, köhnə 
televizoru da qaldırmışdılar  şüşəbəndə  və bu geçə yenə  hərə öz yerində yatmışdı, 
illərdən bəri həmişə necə olmuşdusa, indi də eləcə idi; Ağabacı yorulub əldən düşüb 
artırmada, Ağababanın yanında yatmışdı; Ağababanın xorultusu bütün bu tərəfləri 
lərzəyə salmışdı; qızlar şüşəbənddə yatışmışdı; Nuhbala da axşamdan gəlib rahatca 
uzanmışdı talvarda və rahatca da yuxuya getmişdi və elə bil ki, yuxuda gülürdü (ola 
da bilərdi ki, Nuhbala yuxuda gülürdü, çünki bu günorta Nərgiz elektrik qatarına 
minib Bakıya getmişdi ki, özümə  dəftər-kitab almalıyam, Nuhbala da avtobusa 
minib Bakıya getmişdi və  Nərgizlə Nuhbala Bakıda bir yerdə kinoya getmişdi
kinoda Nuhbala əlini qoymuşdu Nərgizin çiyninə, çünki bir belə Bakı camaatının 
içində heç kim onları tanımırdı, sonra Nərgiz yenə elektrik qatarına minib kəndə 
gəlmişdi, Nuhbala da avtobusa minib kəndə qayıtmışdı  və bu unudulmaz Bakı 
səfərindən sonra şirin-şirin yatırdı talvarda, küləyi də vecinə almırdı). 
Axşamdan xəzri  əsməyə başlamışdı  və külək get-gedə  bərkiyirdi və bu dəm 
dənizin uğultusu da küləyin səsinə qatışmışdı, ağaclar da xışıldayırdı. Külək qozaları 
bir-bir tarappaturupla salırdı yerə, narın çiçəklərini havaya sovururdu. 
Dolça hasarın üstündə oturub bu qaranlıq gecədə, aysız-ulduzsuz, küləkli 
Abşeron gecəsində qayalığa tərəf baxırdı; qayalıq görünmürdü, amma xəzri 
köpüklənib qaranlıqda ağaran dalğaları qayalara çırpırdı və Dolça qayalara çırpılan 
dalğanın səsinə tərəf baxırdı, sonra Dolça başını qaldırıb bağban Əsədullanın evinə 
tərəf baxdı; bağban  Əsədullanın evi kəndin yuxarısındakı dikdirin üstündə idi və 
indi bu ev də qaranlıq içində itib-batmışdı, təkcə darvazalarının qabağında elektrik 
lampasının işığı gəlirdi, sonra Dolça aşağı tərəflərə, kəndin o hissəsinə ki, quşvuran 
Fazilin evi orda idi, oralara baxdı  və elə bil ki, həmin aysız-ulduzsuz, küləkli 
Abşeron geçəsində Alabaşı yadına saldı, Sarıbaşı yadına saldı, elə bil ki, o sakit, o 
mülayim, təmiz yay gününü yadına saldı, onunla qaç-tut oynayan cüllütü yadına 
saldı, o sakit, o mülayim, təmiz yay günündə açılan dörd gülləni yadına saldı. 
Dolça bu iki günün içində yenə də arıqlamışdı, heç nə yemirdi, heç su da 
içmirdi, həyətdən bayıra çıxmırdı, evin başına dolanırdı, Kələntər müəllimin manqal 
qoyduğu yerə gəlib torpağı iyləyirdi, damın yanında yerə uzanıb gözlərini şüşəbəndə 
zilləyirdi, hərdən maşın səsi eşidəndə başını qaldırıb yola baxırdı, elə bil qırmızı 
«Jiquli»nin həsrətini çəkirdi. 
Ağababa belə hiss edirdi ki, Dolça kirayənişinlərin xiffətini çəkir və Dolçanın 
belə yaramaz adamların xiffətini çəkməsi Ağababanın ürəyində qubar bağlayırdı, 
Ağababa kitabxanaçı Nəcəfin dünya və həyat barədə söylədiyi müdrik sözləri yadına 
salırdı: «– Gidi dünya!..» – deyirdi ürəyində və söyüş söyürdü. 
Bu gün günorta Ağabacı yenə arpa unundan yal çaldı  və yalı  gətirib qoydu 
Dolçanın qabağına, amma Dolça yenə də yala dilini vurmadı, dəmir nimçəyə baxdı, 
Ağabacıya baxdı və Ağabacıya hürdü. 
Ağabacı Dolçanın bu hürməyindən çox pərt oldu: 
– Nədi? Nə istəyirsən? – dedi. 
Dolça yenə Ağabacıya hürdü və nifrətlə, açıq-aşkar bir nifrətlə dəmir nimçənin 
içindəki yala baxdı. Ağabacı: 


 
142
– A-a-a... Allah haqqı, kabab istəyir bu! – dedi. – Və bu vaxt Nailə quyunun 
yanında paltar yuya-yuya dedi: 
– Elə mən də kabab istəyirəm...  
Sabahkı gün isə Dolça yoxa çıxdı... 
Bütün günü Dolça həyətə gəlmədi. Dolça geçə də gəlmədi. Ağababagil o biri 
gün də gözlədi, Dolça gəlib çıxmadı. 
Dolça bir də bu həyətə gəlmədi... 
 
 
 


 
143
«SÜRPRİZ» KABABI  
 
(Epiloq əvəzi) 
 
Gümüş Malikə ona görə Gümüş Malik demirdilər ki, var-dövlətinə  işarə 
edirlər, belə olsaydı, Qızıl Malik deyərdilər, çünki dəllal Zübeydənin dediyinə görə 
(və burası da hamıya məlum idi ki, dəllal Zübeydənin bilmədiyi şeyə qurd duşər!) 
Gümüş Malikdə olan qızıl ingilis bankındakı  qızıla bərabər bir şey idi; Gümüş 
Malikə ona görə Gümüş Malik deyirdilər ki, Gümüş Malik oturub-durub deyirdi ki, 
gümüş, adamın bədəninə  ən xeyirli şeydi və evdə bütün çəngəl-bıçağı, qədəhləri, 
buludu, hətta boşqabları da gümüşdən idi, həm də Gümüş Malikgil bunu təkcə 
qonağın qabağına qoymurdu, on iki uşağı, özü, arvadı, anası, qayınanası, dul baldızı 
və dul baldızının yeddi uşağı  səhər də, günorta da, axşam da yeyib-içəndə, ançaq 
gümüş işlədirdilər, əlqərəz, hərənin bir xasiyyəti olar və adam da ayağını yorğanına 
görə uzadar, Gümüş Malikin də şakəri gümüş idi. 
Gümüş Malikin kababxanasının adı «Mixək» idi, çünki bura, guya, kababxana 
yox, çayxana idi və guya, camaat bura mixəkli çay içməyə  gəlirdi;  əlbəttə, çay 
içilməyinə içilirdi burda, amma acqarına yox, təzə osetrina və sevryuqa kababının, 
əmlik quzu kababının, toyuq və hindquşu kababının və bunların hamısının 
lüləkababının, qutabın, düşbərənin, gürzənin, xəngəlin, xülasə-kəlam, dünyanın  ən 
ləzzətli yeməklərinin üstündən içilirdi. Söhbət həmişə bu kababxanadan düşəndə 
kitabxanaçı Nəcəf yanıb-yaxılırdı, deyirdi ki, buna bax bir, hökumətin çayxanasını 
eləyib kababxana, əti, balığı və hər nə varsa, hamısını öz puluna alverçilərdən alıb 
bişirdir və onqat qiymətinə satır çamaata, elə bil, dədəsinin kababxanasıdı, elə bil, 
Gümüş Malikin atası hambal Israfil öləndə bu çayxananı Gümüş Malikə  vəsiyyət 
edib və tapşırıb ki, buranı çöndər elə kababxana, soy camaatı, yandır atasını, heç 
nədən də qorxma, nə müfəttişdən qorx, nə yoxlamadan, nə  də bir başqa  şeydən; 
qəssab Ağakişi kitabxanaçı  Nəcəfin bu sözlərinə qulaq asıb deyirdi ki, balam, 
çamaatın ki, öz canında yoxdusa, getməsin də, gedib oturub Gümüşün 
kababxanasında çörək yeməsin də! Kitabxanaçı  Nəcəf qəssab Ağakişinin bu 
sözlərinə belə çavab verirdi ki, Gümüş Malikin kababxanasına gedənlər də elə 
Gümüş Malikin taylarıdı, hərəsi bir yerdə daraşıb taxtabiti kimi hökumətin malına, 
hərəsi bir tərəfdən yeyir və gəlib burda dəniz havası uda-uda kef eləyir, neynək, qoy 
eləsinlər, amma görərlər onların başına nə oyun açacağam mən; kitabxanaçı Nəcəf 
bu barədə qəzetə böyük bir məqalə yazıb göndərmişdi. 
Gümüş Malikin kababbişirəni Hacıməmməd kişi ki, camaat ona Məşədi 
Manqal deyirdi, kababxananın dal tərəfində sıra ilə düzülmüş manqallara səhərdən 
bir az keçmiş od vururdu, şişləri düzürdü və təmiz, küləksiz yay günlərində 
Ağababagildən diqqətlə baxanda Gümüş Malikin kababxanasının tüstüsünü görmək 
olurdu. 
Həmin gün Ağababanın iş günü deyildi və ümumiyyətlə, Ağababa yenə də 
əvvəlki kimi, təkcə öz növbəsini işləyirdi, işləmədiyi günlər də həyət-bacaya əl 
gəzdirirdi, evdə istirahət edirdi, bir sözlə, əvvəl necə yaşayırdısa, indi də eləcə 
yaşamağa başlamışdı; hər şey yenə də əvvəlki qaydasına düşmüşdü. Kələntər 
müəllimin bişirdiyi kababların iyi, demək olar ki, həyətdən çəkilib getmişdi, bu 
həyət, bu ev, bu ağaclar Əminə xanımın vallarının səsini yavaş-yavaş yaddan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə