Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   59   60   61   62   63   64   65   66   ...   145

 
139
– Bəs, biz axı, neyləyək?  
Ibn Səlam elçi gəlir, 
Dərdi kimə söyləyək? 
 
(Bir gün səhər-səhər  Əminə xanım bu mahnını oxudanda Nuhbala özünü 
saxlaya bilməmişdi, Adilə demişdi ki, alə, ay maygülü, get anova de ki, Ibn Sina 
yox, Ibn Səlam elçi göndərir.) 
Qırmızı «Jiquli» tozanaq qaldıra-qaldıra gəlib darvazanın qabağında dayandı 
və Ağabacı ürəyində: «– Vallah, – dedi, – adam hesab eləmirlər bizi bunlar! Bizi də 
it bilirlər! Tramvay altda qalasuz sizi! Özdəridi it! Qayalıq itdəri kimi hoqqadan 
çıxırlar camaatın gözü qabağında, köpəkuşağı!», sonra Ağabacı birinci mərtəbədəki 
mətbəxə girib qapını da örtdü ki, Ağababanın yanında bu rüsvayçılığın  şahidi 
olmasın. 
Kələntər müəllim maşından düşüb həyətə girəndə  və  tələsik  şüşəbəndə 
qalxanda Ağababa əvvəlcə büna fikir vermədi, yəni, əvvəlcə Ağababanın ağlına bir 
şey gəlmədi və kişi ikiəlli kəndiri darta-darta vedrəni quyudan çıxartdı, amma o vaxt 
ki,  şüşəbəndin bayır qapısının cəftəsi bağlandı  və bu bağlanan cəftənin səsi gəlib 
Ağababaya çatdı, Ağababa əlində vedrə quyunun qabağında necə dayanmışdısa bir 
müddət eləçə dayandı, vedrənin içindəki suya baxdı  və  həmin avqust günü 
Ağababanın rəngi ağappaq ağardı, sonra vedrəni quyunun yanında quma qoyub baş 
barmağı ilə hələ lap cavan yaşlarından ağarmış bığını qaşıdı, sonra düz şüşəbəndin 
qabağına gəldi: 
– Məllim! Ay məllim! 
Ağababanın səsini eşidən kimi, Ağabacının ürəyi düşdü: «– Öldürəcək! – dedi 
öz-özünə. – Qan salaçaq! Bu köpəkoğlunun bağırsaqlarını tökəcək yerə! Bədbəxt 
olaciyik! Ay Ağababa, vay!.. Ölüm ayaqlaruvun altında, Ağababa, batırma əlivü bu 
əclaf oğlunun qanına, Ağababa!..», sonra Ağabacı istədi həyətə qaçsın, Ağababanın 
əl-ayağından yapışsın, haray salsın, həşir qoparsın, qonşuları köməyə çağırsın ki, 
Ağababa Kələntər müəllimin zibilinə düşməsin, amma Ağabacı  mətbəxdən çıxa 
bilmədi, çünki belə bir məqamda, rüsvayçılığın bu çağında, Ağabacı ölərdi, amma 
heç cürə Ağababanın gözünə görünə bilməzdi. 
– Alə, məllim! 
Şüşəbənd qapısının çəftəsi açıldı, sonra qapı açıldı, sonra Kələntər muəllim 
başını qapıdan çölə uzatdı  və bu dəm Kələntər müəllimin saçları  pərişan idi, 
köynəyinin düymələri açılmışdı, tüklü sinəsi görünürdü, şalvarının qayışı sallanırdı. 
Kələntər müəllim gözlərini bərəldib Ağababaya baxdı, yəni ki, «nə deyirsən» 
və sənin mənimlə nə haqq-hesabın? 
Ağababa: 
– Bir dəqiqə buyur bura... – dedi. 
Ağababa bu sözləri sakit dedi, hay-küysüz dedi, amma elə dedi ki, Kələntər 
müəllimin gözlərinin içinə elə baxdı ki, bu deyilişin və bu baxışın müqabilində 
Kələntər müəllim özündən asılı olmayaraq pilləkənləri bir-bir düşüb gəlib dayandı 
Ağababanın yanında və Ağababa da elə bunu gözləyirdi, əlini atıb yapışdı Kələntər 
müəllimin yaxasından və Kələntər müəllimin yaxasını əlinin içinə yığıb yumruğunu 
boğazına dirədi; Kələntər müəllimin boğazının damarları şişdi, gözləri qızardı, 
nəfəsi tınçıxdı, ağzını açıb nəsə demək istədi, amma adam kimi bir söz deyə 
bilmədi; Ağababa Kələntər müəllimi dal-dala apara-apara Kələntər müəllimin 


 
140
kürəklərini darvazanın bala qapısına çırpdı, darvazanın bala qapısı bu zərbədən 
çırıldayıb açıldı, amma Ağababa Kələntər müəllimin yaxasını əlindən buraxmadı, 
Kələntər müəllimi küçəyə itələyib o biri əli ilə qırmızı «Jiquli»nin qapısını açdı və 
Kələntər müəllimi qırmızı «Jiquli»nin içinə dürtdü, sonra maşının qapısını çırpıb 
bağlamaq istədi, amma bu dəm həyətdəki manqal Ağababanın yadına düşdü, 
Kələntər müəllimi təzədən dartıb maşından çıxartdı, sürükləyə-sürükləyə manqalın 
yanına gətirdi, əlini Kələntər müəllimin yaxasından çəkib: 
– Götür! – dedi. 
Yaxası Ağababanın əlindən çıxmış Kələntər müəllim ildırım sürətilə manqalı 
qamarlayıb həyətdən götürüldü və  Ağababa heç macal tapmadı ki, Kələntər 
müəllimin taxta dalına bir təpik vursun. 
Qırmızı «Jiquli» yerindən götürüldü və tozanaq qaldıra-qaldıra sürətlə gözdən 
itdi – elə bil, bu qırmızı «Jiquli» də qorxurdu ki, yaxası Ağababanın əlinə keçər. 
Əminə xanım xalatının yaxasını əliylə örtə-örtə başını şüşəbənddən çıxarıb: 
– Bura bax, a kişi!.. – çığırdı. – Xoruldamağın bəs deyil... 
Amma Ağababa Əminə xanımın çığırtısını kəsdi: 
– Əgər bu gün rədd olub burdan getməsöz baltayla doğrayaçıyam hamuvuzu! 
Əminə xanım yuxarıdan-aşağı  Ağababaya baxıb, xırp səsini kəsdi, çünki 
Əminə xanım başa düşdü ki, Ağababa, doğrudan da, dediyini eləyər, baltanı  əlinə 
alıb  Əminə xanımın da, Bəşir müəllimin də, Kələntər müəllimin də başını  kəsər, 
sonra otağın divarındakı  şirin  şəkli  Əminə xanımın gözlərinin qabağına gəldi və 
Əminə xanım başını şüşəbəndin pəncərəsindən çəkdi. 
Ağabacı: 
– Allah, sənə çox şükür! – pıçıldadı. – Şükür sənə! Şükür! 
Ağababa özü öz soyuqqanlılığına təəccüb etdi. 
Mahnının səsi kəsildi. 
Və axşamüstü Bəşir müəllim hər  əlində içi dolü bir həsir zənbil  şəhərdən 
qayıdanda  Əminə xanım Bəşir müəllimə  nə dedi, nə demədi, Bəşir müəllim gedib 
klubun qabağından bir taksi tütub gətirdi və  Bəşir müəllim,  Əminə xanım, Ofelya 
(Kələntər müəllim Adili şəhərdən gətirməmişdi) maşına doluşub «sağ ol»suz çıxıb 
getdilər. 
Dolça bütün bu əhvalat zamanı damın yanında dayanıb səsini çıxartmadı, 
amma bir dəfə yavaşca hürdü və  əsəbləri xarab olmuşdu, hirslənmişdi, nəydisə, 
Ağababaya elə gəldi ki, Dolça ona hürür. 
 
IX 
 
Iki gün idi ki, Ağabacı bütün həyət-bacanı silib-süpürürdü, ikinci mərtəbədəki 
otağı, şüşəbəndi, artırmanı qarış-qarış yuyub təmizləyirdi və məsələ onda deyildi ki, 
kirayənişinlər pinti adam idi və hər tərəf çirkin-pasın içində idi, belə deyildi, amma 
Ağabacı döşəməni, divarları, sürahiləri, mizin üstünü, dolabın gözünü və sairə bütün 
dəlmə-deşikləri, xüsusən də şüşəbənddəki qaz pilətəsinin və pilətənin altındakı 
balaca mizi nə qədər silirdi, yuyurdusa da canına yatmırdı, ürəyi çimçişirdi, yadına 
salanda ki, Əminə xanımla Kələntər müəllim şüşəbəndin qapısının cəftəsini necə 
bağlayırdı və bundan sonra bu şüşəbənddən necə at tövşüməsinin, it ləhləməsinin 
səsi gəlirdi və burasını da yadına salanda ki, Nailə, Firuzə, Kəmalə, Amalə, Dilşad, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə