Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   58   59   60   61   62   63   64   65   ...   145

 
137
baxa şüşəbəndə qalxdı, yenə şüşəbəndin qapısının cəftəsi bağlandı və yenə də 
şüşəbənddən o abırsız hənirtilər eşidilməyə başladı. 
Dolça bu dəfə  Kələntər müəllimin qabağına qaçmadı, elə bil Dolça da başa 
düşmüşdü ki, əhvalat nə yerdədi; bir-iki dəfə gözaltı şüşəbəndə tərəf baxdı, özü də 
elə bil ki, bir balaca rişxəndlə baxdı, sonra dama girdi. 
Kələntər müəllimlə Əminə xanımın əhvalatı bu minval ilə bir neçə gün davam 
etdi və Ağabacının əlindən, ancaq o gəldi ki, Əminə xanıma salam vermədi, Əminə 
xanımın sözlərinə çavab vermədi, amma Ağabacının belə bir münasibəti  Əminə 
xanıma qətiyyən təsir eləmədi, vallarını oxuda-oxuda gilasını yedi. Günortalar da 
Ofelyanı tut ağacının altında yatırtdı, qırmızı «Jiquli» ikinci dəfə Adilsiz qayıdandan 
sonra  şüşəbəndin qapısının cəftəsini bağladı, axşamlar Kələntər müəllim təzədən 
gələndə və özü ilə birlikdə qonaqlar gətirəndə, qonaqlara süfrə açdı. 
Ağabacı hər gün bir bəhanə tapıb qızları ora-bura göndərirdi (Nuhbala, onsuz 
da, səhər çıxıb, gecə qayıdırdı). Kələntər müəllim oğrun-oğrun şüşəbəndə qalxanda 
özünü görməməzliyə vururdu, tez-tez Əmirqulugilin küçə eyvanına tərəf boylanırdı 
ki, görsün Əmirqulunun arvadı Xeyransa pənçərədən baxır, yoxsa yox; Ağabacı 
qorxurdu ki, bu rüsvayçılığın xəbəri kəndə yayılar. 
Tərs kimi, necə oldusa, həmin günlərdən birində darvazanın bala qapısı açıldı 
və kəndin birinci qeybətçisi və xəbərçisi dəllal Zübeydə həyətə girdi, həm də elə bir 
vaxtda ki, Ofelya tut ağacının altında günorta yuxusuna getmişdi, qırmızı «Jiquli» 
darvazanın qabağında dayanmışdı  və  şüşəbəndin qapısının da cəftəsi bağlanmışdı 
(elə bil ki, dəllal Zübeydə belə şeylərin iyini çəkirdi, pişik kimi axtarıb gəlib tapırdı). 
Dəllal Zübeydə  şüşəbəndə  tərəf baxdı, sonra şüşəbəndin altına, Ağabacının yanına 
gəldi və  əvvəllərdə yazdığımız səbəbə görə  Ağabacının onunla danışmamağına 
baxmayaraq soruşdu: 
– Noldu, ağəz, girdi bunların uşağı instuta? 
– Bilmirəm, – dedi Ağabacı; qıpqırmızı qızarmışdı və tamam tərin içində idi. 
Dəllal Zübeydə Ağabacının bu vəziyyətini özü bilən kimi yozdu: 
– A-a... hamama getmüşdün, ağəz?  
Ağabacı: 
– Hə, – dedi.   
Dəllal Zübeydə: 
– A-a-a... – dedi. – Bu nə vaxtın hamama getməgüdü, ağəz? 
Ağabacı daha cavab vermədi və  işi ilə  məşğul olmağa başladı (Ağababanın 
şalvarının düymələrini tikirdi). 
Kəndin arvadları, adətən,  şənbə  və yaxud bazar günləri axşamçağı gedərdi 
hamama və yaxşı ki, dəllal Zübeydə, ancaq bu təəccübü ilə kifayətləndi, daha 
Ağabacını sorğu-suala tutmadı. 
– Xəbərün var? Kulturnu itsaxlayan Həsənullanın iti yenə ölüb! 
(Kəndin camaatı qarovulçu Həsənullaya «kulturnu itsaxlayan Həsənulla» da 
deyirdi, çünki qarovulçu Həsənulla evdə balaca it saxlayırdı, bu iti çimizdirirdi, öz 
boğazından kəsib onu yedirdirdi; dörd il bundan əvvəl qarovulçu Həsənullanın 
saxladığı it xəstələnib ölmüşdü və qarovulçu Həsənulla kəndin kişilərindən 
utanmayıb hönkür-hönkür ağlamışdı, sonra gedib özünə təzə bir it almışdı: balaca 
qıvrım qara tüklü bir it idi və bu itin adını kənddə qarovulçu Həsənulladan və axır 
vaxtlar da kitabxanaçı Nəcəfdən başqa, heç kim yadında saxlaya bilmirdi – 


 
138
Skoçteryer və indi belə məlum olurdu dəllal Zübeydənin dediyindən ki, yazıq 
qarovulçu Həsənullanın bu iti də ölüb.) 
Dəllal Zübeydə dedi: 
– Kişilər yığışıb gedib kulturnu itsaxlayan Həsənullaya başsağlığı verecəylər 
e, ağəz! – Dəllal Zübeydə  bərkdən güldü, amma Ağabacının qətiyyən danışmaq 
həvəsi olmadığını görüb: – Xudahafiz – dedi və  həyətdən çıxdı ki, gedib özünə 
başqa bir arvad tapsın ki, söhbətləri tutsun. 
Ağabacının əli elə əsirdi ki, iynə iki-üç dəfə barmağına batdı. 
Və beləcə  gəlib həmin gün çatdı ki, o gün Ağababanın iş günü deyildi və 
Ağababa bütün günü evdə olacaqdı. 
Ağabacı neçə gün idi ki, bu günü gözləyirdi və bu gündən qorxurdu; Ağabacı 
bu günün xəcalətindən qorxurdu, çünki bu rüsvayçılığın xəcalətindən Ağabacı 
Ağababanın üzünə baxa bilməzdi. 
Gecə Ağabacı yuxuya gedə bilmirdi, bilmirdi ki, sabah nə eləsin. Əvvəlcə bu 
qərara gəldi ki, özü də qızları ilə bərabər baş götürüb getsin bir yerə və özünü elə 
tutsun ki, guya heç bir şeydən xəbəri yoxdu, sonra fikirləşdi ki, bəlkə Ağababanı bir 
bəhanə ilə bir yerə göndərsin, amma başa düşdü ki, belə də eləyə bilməyəcək, çünki 
belə eləsə, ya elə eləsə, nəsə pis bir iş eləyəcək, nəsə ört-basdır eləyəcək, gizlədəcək 
Ağababadan; axırda Ağabacı bu fikrə gəldi ki, bu dinsiz-imansızlar da adamdı axı və 
adam da abrı-həyanı bu dərəcədə itirə bilməz axı, yəqin görəcəklər ki, Ağababa kimi 
dağdan ağır bir kişi evdədi, nəfslərini saxlayacaqlar. 
Həmin gün səhər Bəşir müəllim yenə  həmişəki kimi işə getdi. Bir azdan 
qırmızı «Jiquli» darvazanın qabağında dayandı  və  Kələntər müəllim Adili götürüb 
şəhərə apardı, amma hayıf ki, Kələntər müəllim Ağababanı görmədi, çünki Ağababa 
şüşəbəndin altında oturub mürgüləyirdi (kişi daha ikinövbəli işə tab gətirmirdi) və 
buna görə də Ağabacı üç-dörd dəfə bərkdən həyətdə hərəsi bir iş görən qızlara dedi 
ki, səs salmasınlar, Ağababa bu gün evdədi, istirahət eləyir, qızlar da Ağabacının bu 
sözlərinə  təəccüb etdilər, çünki bilirdilər ki, Ağababa evdədi və heç kim də  səs 
salmırdı; Ağabacı ona görə bu sözləri, bərkdən deyirdi ki, heç olmasa Əminə xanım 
eşitsin bu, sözləri, amma bir azdan Əminə xanım yenə  həyətə düşüb Ofelyanın 
yerini tut ağacının altında salanda Ağabacının ürəyi uçun-uçun uçunmağa başladı və 
Ağabacı bilmədi ki, nə eləsin, yaxşı ki, qızlar özləri yığışıb dənizə getdilər. 
Dolça damın dalına keçib orda uzanmışdı; Ağababa evdə olanda Dolça həmişə 
damın dalına keçirdi və  Ağababanın yanında Dolça kirayənişinlərin verdiklərini o 
saat yemirdi, tikələri ağzına alıb cəld gözdən itirdi. 
Ağababa  şüşəbəndin altından çıxıb quyunun yanına gəldi və quyudan vedrə-
vedrə su çəkib balaca çarhovuzu doldurmağa başladı. 
Yenə əvvəlcə oğlan cır, nazik səsini zildə kökləyib dad elədi: 
   
 
   
 
– Leyli! Leyli! 
 
Sonra qız kişi səsinə oxşayan yoğun səsiylə soruşdu: 
 
   
 
– Nədi, Məcnun? 
 
Sonra ikisi də bir yerdə oxumağa başladı: 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə