Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   54   55   56   57   58   59   60   61   ...   145

 
129
belə isti havalarda gərək adamın xarici kimi, daxili də isti olsun və guya onda adam 
yaxşıca sərinləyir. Bəşir müəllim çox danışırdı, çünki çox danışmasaydı, skamyanın 
üstündə beləcə dinc otura bilməzdi. 
Bəşir müəllim Ağababaya deyirdi: 
– Atam, – Allah ölənlərinə rəhmət eləsin, – üç şey vəsiyyət eləmişdi mənə ki, 
gizlətmək lazımdır. Ələlbət, üç şey! Birincisi bu idi ki, pulunu gizlət! Ələlbət, gizlət, 
çünki pul düşmən qazandıran şeydi, kimin nəyinə gərəkdi sənin nəyin var?! Ikincisi, 
ələlbət, arvadını gizlət! Üçüncüsü də bu idi ki, səfərini gizlət!  Ələlbət, gizlət! 
Şamaxıya gedirsənsə,  ələlbət, de ki, Şəkiyə gedirəm, qoy səni  Şəkidə axtarsınlar, 
ələlbət, Şəkidə pussunlar səni!.. 
Ağababa Bəşir müəllimin üzünə baxa bilmirdi, çünki əvvəllərdə dediyimiz 
kimi, Bəşir müəllim başına və  bığına rəng qoyurdu, özündən də  həmişə  ətir iyi 
gəlirdi və  Ağababanın belə  şeylərdən xoşu gəlmirdi; hər halda, bu rəng və  ətir 
məsələsinin Ağababaya dəxli yox idi, çünki bu, Bəşir müəllimin öz işi idi, özü 
bilərdi, amma bir iş də var idi ki, bu lap betər idi və bunun dolayı yolla Ağababaya 
da dəxli var idi, çünki Bəşir müəllim və Bəşir müəllimin arvadı Ağababanın evində 
yaşayırdılar və onlar gərək bu evdə təmiz yaşayaydılar. 
Ağababa Bəşir müəllimin öz pulunu və səfərini gizlətməsi barədə bir söz deyə 
bilməzdi, amma o ki, qaldı arvada, Kələntər müəllimin Bəşir müəllimgilə tez-tez 
gəlib-getməsindən Ağababanın heç xoşu gəlmirdi.  Əlbəttə, burası  məlum idi ki, 
Kələntər müəllim ona görə  hər gün bura gəlib-gedir ki, Bəşir müəllimin oğlunu 
instituta düzəldirdi, dostluq xatirinə, ya bir başqa işə görə, özləri bilərdi, bunun 
Ağababaya dəxli yox idi, amma Kələntər müəllimin hərdən  Əminə xanımın 
arxasınca baxmasından Ağababanın heç xoşu gəlmirdi və burasından da Ağababanın 
heç xoşu gəlmirdi ki, deyəsən,  Əminə xanımın özü də  Kələntər müəllimin bu 
baxışlarının, udqunub-udqunub iri hulqumunun aşağı-yuxarı getməsinin mənasını 
başa düşürdü. 
Ağababa və ümümiyyətlə, bu tərəflərin kişiləri elə adamlardı ki, hər  şeyə 
dözərdilər, amma namus məsələsində heç bir şeyə dözməzdilər. 
 
VII 
 
Adil iki imtahan vermişdi və ikisindən də deyəsən yaxşı  çıxmışdı, çünki 
Kələntər müəllimin kefi xeyli kök idi. Qırmızı «Jiquli» darvazanın qabağında 
dayanan kimi, Kələntər müəllim maşından düşüb pilləkənləri üç-üç yuxarı – 
şuşəbəndə qalxırdı  və bir azdan Əminə xanımın kraxmallı köynək, ütülü şalvar 
geyindirdiyi, başını səliqə ilə daradığı «Abış»ı qabağına salıb maşına oturdurdu və 
fəxrlə «Abış»a baxa-baxa: 
– Igiddi e, igid! – deyirdi. – Malades! 
Sonra qırmızı «Jiquli» yerindən tərpənib gözdən itirdi və bir də axşam 
qayıdırdı və maşının içində yenə də qonaqlar olurdu və bundan sonra başlanırdı 
kabab dəsgahı. 
Ağabacının qızları axşamlar daha şüşəbəndin altından baş götürüb hərə bir 
tərəfə qaçmırdı; əvvəla, ona görə ki, onsuz da bunun mənası yox idi, çünki kababın 
iyi onsuz da həyət-bacadan çəkilib getmirdi; ikincisi də, qızlar öyrəşmişdi daha, 
hətta, Əmirqulunun arvadı Xeyransa da axşamlar pəncərəni açıq qoyurdu və daha 


 
130
ondan bu barədə bir söz xəbər alan kənd arvadlarına deyirdi ki, varlığa nə darlıq, 
mən də gündə gedib kabablıq ət ala bilsəydim ki, bütün külfəti görəcək, bollu 
bişirərdim kababı, heç «uf» da deməzdim, heç fikirləşməzdim də ki, yaxşı düşməz 
qonşulardan, iyi gedir camaata, getsin də, neyləyim, mənə nə!.. Xeyransa belə 
deyirdi, amma kəndin arvadları bilirdi ki, Xeyransa belə adam deyil və 
ümumiyyətlə, bu kənddə belə adam tapılmazdı, heç dəllal Zübeydə də belə iş 
eləməzdi; kənddə kim kabab bişirsəydi, onda gərək bütün yaxın qonşuların, 
yaxşılığından, pisliyindən asılı olmayaraq, hamısına, azı, bir şiş-bir şiş pay 
göndəriləydi, çünki bu kənddə uşağı olmayan təkcə qarovulçu Həsənullaydı, qalan 
hamının, azı, dörd-beş uşağı var idi və kabab da, məlum məsələdir, elə şey idi ki, iyi 
aləmi götürürdü. 
Ağabacı ürəyində özünü söyüb-söyüb yorulmuşdu daha, amma hər dəfə 
Kələntər müəllim həyətdə manqalı qalayanda, Ağabacı, heç olmasa, deyinməkdən 
özünü saxlaya bilmirdi: «– Insaf deyilən şey yoxdu bunlarda!...» – deyirdi öz-özünə 
və burası tamam dəqiq idi ki, bundan sonra Ağabacı özünün də, Ağababanın da, 
uşaqların da gündə bir tikə qara çörəklə acı çay içməyinə razı olardı, amma evini 
kirayə verməyə razı olmazdı. (Ağabacı guya ki, bütün təqsirlər dəllal 
Zübeydədəymiş kimi, daha dəllal Zübeydəyə salam vermirdi, dəllal Zübeydəni 
görəndə üzünü yana çevirirdi və  dəllal Zübeydə yanıb-yaxılırdı ki, Ağababanın 
arvadı da acığını  məndən çıxır, elə bil mən təqsirkaram ki, bunlar gündə kabab 
bişirir, mənə  nə, balam, mən qanadıma baxmışdım bəyəm ki, görüm bunlar kabab 
bişirəcəklər gündə, ya yox? Kirayənişin istəmisən, mən də tapmışam da səninçün, 
anam, bacım, mən nöş pis oluram arada? O cür ki, Ağababa xoruldayır, kim gəlib 
qalacaq bunların evində?) 
Ağababa hər şeyi ürəyinə salırdı, üzdə bir söz demirdi, çünki Ağababa görürdü 
ki, Ağabacı  nə günə düşüb və buna görə bu kabab əhvalatına da dözürdü, Əminə 
xanımın oxutduğu mahnılara da dözürdü, həmişə sakit və təmiz-tariq həyətindəki bu 
səs-küyə, bu kağız qırıntılarına, kabab sümüklərinə, Bəşir müəllimin əskik işlərinə 
dözürdü. (Bir gün günün günorta çağı Bəşir müəllim özü həyətdə ocaq qalayıb beş-
altı vedrə su qızdırdı ki, Əminə xanım çimmək istəyir, sonra Ağabacıdan böyük 
paltar ləyəni aldı, şüşəbəndə qaldırdı, vedrələri də bir-bir şüşəbəndə qaldırdı, həmin 
gün evdə olan Ağababadan iri parç istədi ki, suyu vedrədən götürüb Əminə xanımın 
başına töksün; Ağababa bir cavab vermədi, amma özünü də saxlaya bilmədi, 
darvazanın bala qapısını hirslə ardınca çırpıb həyətdən çıxdı; Bəşir müəllim 
Ağababanın bu hərəkətindən bir mətləb qanmadı  və parçı  Ağabacıdan istədi, 
Ağabacı da ürəyində «– Kül belə kişinin başına!» – dedi və həyadan qızara-qızara 
mis parçı Bəşir müəllimə verdi, Bəşir müəllim də şüşəbəndə qalxıb, soyunub paltar 
ləyəninin içində oturmuş Əminə xanımın başına su tökməyə başladı.) 
Nə isə, hərə bir cür dözürdü, çünki atalar deyib ki, pis günün ömrü az olar. 
Təkcə Dolça bu işlərə nə dözə bilirdi, nə də öyrəşə bilirdi. 
Son on günün ərzində Dolça tamam arıqlamışdı. Dolçanın qabırğalarını 
saymaq olardı. Dolçanın gözləri elə bil iriləşmişdi və bu gözlərdə bir işıltı əmələ 
gəlmişdi, amma bu işıltı nəsə xəstə bir işıltı idi, ürək ağrısının, dərdin, qəmin işıltısı 
idi. Son on gündə Dolça demək olar ki, heç nə yeməmişdi və Ağabacının arpa 
unundan düzəltdiyi kütlər, yal Dolçanın qabağına necə qoyulurdusa, elə eləcə də 
qalırdı. Dolça bunlara demək olar ki, dilini də vurmurdu. Ortada bir Dolça həyət-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə