Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   53   54   55   56   57   58   59   60   ...   145

 
127
Ofelya tələsə-tələsə  şüşəbənddən düşüb Dolçaya yaxınlaşdı, lap qabağa 
gəlməyə ürək eləməyib, Dolçanın üç-dörd addımlığında dayandı  və  əlindəki 
boşqabdan bir neçə isti kabab tikəsi götürüb Dolçanın qabağına atdı. Dolça 
qabağındakı kabab tikələrinə baxdı, kip yumduğu ağzının qıraqlarından su axa-axa 
Ofelyaya baxdı  və birdən-birə  bərkdən hürməyə başladı  və  Ağabacı qorxdu ki, 
Dolça doğrudan-doğruya bu qızı, ya manqalın yanında əlləşən Kələntər müəllimi, ya 
da bunlardan başqa bir adamı qapar, amma yenə  də incəvara Dolça həyətin dörd 
tərəfini də hasar boyu qaça-qaça dövrə vurdu və darvazanın bala qapısından çıxıb 
yenə dəniz qırağına üz tutdu və bu dəfə gecəyə qədər həyətə qayıtmadı. 
Gecə Dolça həyətə qayıdanda qonaqlar çoxdan çıxıb getmişdi. Manqalın 
üstünə çoxdan su töküb söndürmüşdülər. Qızlar  şüşəbəndin altında yatışmışdılar. 
Bəşir müəllimgilin işıqları sönmüşdü. Nuhbala ürəyində  Bəşir müəllimin atasının 
goruna söyüb qurtarmışdı və axır ki, talvarda yuxuya gedib yatmışdı. Təkcə Ağabacı 
gecənin bu vaxtında  əlinə bel alıb darvazanın yanında hasarın dibini belləyirdi. 
Bayaq qonaqlar gedəndə Fərman müəllim işləri xarablamışdı: xeyli qatıq içməyinə 
baxmayaraq özünü saxlaya bilməyib hasarın dibinə  sıfraq eləmişdi və indi də 
Ağabacı hasarın dibinə torpaq atırdı ki, Ağababa gəlib bu müsibəti görməsin; 
Ağababa bir günün ərzində ikinci növbəsini də başa vurub indilərdə gəlməli idi. 
Həmin gecə  Ağabacı fikirləşdi ki, bu kirayənişinlərdən alacağı pula nə 
gəlinləri üçün üzük alacaq, nə  də  qızları üçün bir tədarük görəcək, çünki Ağabacı 
fikirləşdi ki, bu cür adamların pulu adama xeyir gətirməz və  Ağabacı  qəti qərara 
gəldi ki, həmin pula televizor alacaq, bunların acığına bütün ili oturub yaxşıca-
yaxşıca televizora baxacaq. 
Həmin gecə Dolça Ağabacıya baxdı, arvadın dodaqaltı deyinməsinə qulaq 
asdı, gözucu, oğrun-oğrun ikinci mərtəbəyə  nəzər saldı, sonra həyətin ağacları 
arasından keçib aşağı başa getdi. 
Və  həmin gecə pişiklər Ofelyanın Dolçanın qabağına atdığı kabab tikələrini 
ordan-burdan tapıb yedilər və kef elədilər. Dolça pişikləri həyətdən qovmadı  və 
dovşanlarla da işi olmadı, demək olar ki, bütün gecəni hasarın üstündə oturub dənizə 
və qayalığa tərəf baxdı. 
Həmin kabab dəsgahı birinci oldu, amma axırıncı olmadı. O gündən sonra, az 
qala hər axşam Kələntər müəllimin maşınında qonaqlar gəldi və Kələntər müəllimin 
bişirdiyi kababları Adil şüşəbəndə daşıdı; Kələntər müəllimin kefi açıq-aşkar kök 
idi. (Bir dəfə necə oldusa, Kələntər müəllim Ağabacıgilin yanında Bəşir müəllimlə 
zarafat elədi, hərçənd Kələntər müəllim başqalarının yanında Bəşir müəllimgillə 
söhbət eləməzdi və ümumiyyətlə, Kələntər müəllim çoxdanışan adam deyildi; 
Kələntər müəllim qırmızı «Jiquli»yə işarə edib Bəşir müəllimə dedi: «– Balacadı də 
maşın, Bəşir müəllim, qonaqlar sığışmır içinə». – Kələntər müəllim belə dedi və 
güldü; Kələntər müəllim güləndə nazik və uzun boğazının yoğun damarları şişirdi və 
ağzı o qədər açılırdı ki, ənglərindəki yuyulmamış qızıl dişləri də görünürdü; «– Eybi 
yox, inşallah, bu yaxınlarda «Volqa» alarsan, qonaqların da sığışar içinə.  Ələlbət, 
alarsan! Qoy uşağın imtahanları qurtarsın...» – Bəşir müəllim də belə dedi və 
şaqqanaq çəkib o da güldü, amma Ağabacı başa düşmədi ki, burda gülməli nə var və 
ümumiyyətlə, Bəşir müəllim heç nəyə gülən adam idi.) 


 
128
Kababın iyi bu ağacların, bu hasarın, bu divarların canına hopdu və 
Əmirqulunun arvadı Xeyransa şənbə günü hamamda kəndin arvadlarına  şikayət 
elədi: 
– Kabab iyinin ucbatından axşamlar qapı-pəncərənin hamısını bağlayıram e, 
ağəz! Əmirqulu yazıq, istidən evdə otura bilmir. 
Dəllal Zübeydə özünü saxlaya bilmədi və qabağındakı başqa bir arvadın – 
kənd Sovetinin katibi Suğranın belini kisələyə-kisələyə: 
– Bəxtəvər başımıza! – dedi. – Pyaniskə Əmirqulu evdə oturan olub! 
Bu sözün üstündə Xeyransa ilə dəllal Zübeydə elə bir davaya qalxdılar ki, bu 
yay hamamda belə dava olmamışdı və hamamdakı arvadlar bunları güc-bəla ilə bir-
birindən araladı. (Belinin kisəsi yarımçıq qalmış  kənd Soveti katibi Suğra qışqırdı 
ki, milsəner çağıraciyəm bura və Xeyransa, xüsusən də, dəllal Zübeydə kənd Soveti 
katibi Suğranı yaxşı tanıdıqları üçün başa düşdülər ki, Suğranı bu dərəcədə 
hirsləndirmək olmaz və aralandılar bir-birilərindən.) 
Ağabacı ürəyində: «– Ağəz, siz bir-birivüzü nöş qırırsuz? – dedi. – Görün mən 
nə çəkirəm e, mən külbaş!» 
Bir axşam da Nuhbala kirayənişinlərin qarasına xoruzlandı  və acıqlı-acıqlı 
Ağabacıdan soruşdu ki, bunlar nə vaxt rədd olub çıxıb gedəcəklər? 
«– Bir qələtdi eləmişəm atabaatamla, Nuhbala! Mənim meyidimi salıb, sonra 
çıxıb gedəcəklər cəhənnəmlərinə!» – və bunu da Ağabacı ürəyində dedi, amma 
yavaş-yavaş evin kişilərindən biri olmağa başlayan oğluna belə cavab verdi: 
– Xəstə tələsər, armud vaxtında yetişər, Nuhbala! Az qalıb day, qadası! 
 
VI 
 
Əminə xanım nə  qədər səbrli-qərarlıydısa, nə  qədər hərəkətsiziydisə, Bəşir 
müəllim bir o qədər səbrsiz və bir o qədər də bir yerdə  qərar tuta bilməyən, civə 
kimi ora-bura diyirlənən bir adam idi və günortalar evdə olanda və heç bir qonaqları 
olmayanda, Bəşir müəllim zolaqlı pijama şalvarını  əyninə geyib tez-tez həyətə 
düşürdü, dənizə gedirdi, evdə isə gen trusiklə  gəzirdi. Bu kişinin  şakəri hinin 
qabağında dayanıb toyuqlara çörək vermək idi və hər dəfə evdən təzə, yekə təndir 
çörəyi götürüb gəlib dururdu hinin qabağında və başlayırdı çörəkdən didib: 
– Cib-cib-cib-cib... – deyə-deyə toyuqların qabağına atmağa və toyuqların 
çörək qırıqlarını dənləməyinə tamaşa eləməyə. 
Bəşir müəllim Ağababaya deyirdi: 
– Əşşi, toyuqların da dadı qaçıb indi. Ələlbət, belədir! Sənin canın üçün, – 
Bəşir müəllim ətli, qalın dodaqlarını qabağa çıxarırdı, guya ki, Bəşir müəllimin bu 
sözlərinə etiraz eləyən var – bay, dünya-aləm canına qurban sənin, bizim rayonda 
toyuqlar vardı, dünyanın hansı rəngini deyirsən, bu toyuqlarda idi. Ələlbət! Indi 
hərdən yolum düşür o tərəflərə, ələlbət, baxıb görürəm ki, həyət-baca ağappaq 
inkubator toyuqlarıdı! Noldu, ə, o toyuqlar, pah ataynan! Ə, belə də müsibət olar?! 
Ə, toyuq da vermişel supu yeyər?!  
Hərdən Bəşir müəllim həyətdəki tutun altındakı taxta skamyada otururdu və 
qollarını geniş açıb sərinləyirdi. Bəşir müəllimin xüsusi sərinləmə qaydası var idi, o 
da bundan ibarət idi ki, Bəşir müəllim bir nazik stəkan dolu arağı birdən çəkirdi 
başına, sonra otururdu həyətdəki taxta skamyada, çünki Bəşir müəllim deyirdi ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə