Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   55   56   57   58   59   60   61   62   ...   145

 
131
bacada göy ot yeməyə başladı və Ağabacı başa düşdü ki, Dolçanın başı ağrıyır. 
Dolça ayağa qalxıb bərkdən hürə-hürə Ofelyanı da dama yaxın buraxmırdı və 
Ofelya daha heç iydə ağacının yanına da gələ bilmirdi; Ofelya şüşəbəndin 
pəncərəsindən boylanıb: 
– Dolça! Dolça! – qışqırırdı və elə şüşəbənddən də Dolçanın qabağına toyuq 
əti, tavakabab, kotlet atırdı. 
Dolça ayağa qalxıb damın qabağında vurnuxa-vurnuxa bərkdən  şüşəbəndə 
tərəf hürürdü və Əminə xanım da şüşəbənddən boylanıb: 
– Qudurasan, qurbağa! – deyirdi və Ofelyanı şüşəbəndin qabağından çəkirdi. 
Və bundan sonra Dolça səssiz-səmirsiz damda uzanırdı, başını damın 
açığından çölə çıxarırdı və heç nə ifadə eləməyən gözləri ilə naməlum bir nöqtəyə 
baxırdı və bu vaxt Dolçanın gözlərinin işıltısı da sönüb gedirdi; sonra Dolçanın qara 
gözləri yol çəkirdi, həm də o naməlum nöqtəyə Dolça bütün içindən qalxıb gələn bir 
qüssə ilə baxırdı. 
Dolça Kələntər müəllimin qırmızı «Jiquli»sini səsindən tanıyırdı və axşamüstü 
bu səsi eşidən kimi, Dolçanın gözünün işıltısı birdən-birə artırdı, o saat ayağa qalxıb 
damın qabağında vurnuxmağa başlayırdı, ağzının suyu axırdı  və  Kələntər müəllim 
həyətə girən kimi Dolça bu kişini hürməklə qarşılayırdı, Kələntər müəllimin 
gətirdiyi qonaqların da üstünə bir-bir hürürdü, amma Dolçanın hürməyinə fikir 
verən olmurdu. 
Kələntər müəllim  şüşəbənddən aşağı boylanan Əminə xanıma baxa-baxa 
Gümüş Malikin manqalını yandıranda Dolçanın gözləri az qalırdı böyüyüb 
hədəqəsindən çıxsın və bu vaxt manqalın alovu Dolçanın qara gözlərində  əks 
olunurdu. Dolça daha bərkdən hürürdü, boynunun zəncirini dartışdırıb qoparmaq 
istəyirdi və o zamanlar ki, Ağabacı bundan duyuq düşürdü, gəlib Dolçanın zəncirini 
boğazından açırdı, Dolça damın qabağından götürülüb manqalın yanına atılırdı, elə 
bil ki, Kələntər müəllimə yox, kababın aləmi basmış tüstüsünə hürürdü, sonra da baş 
götürüb həyətdən qaçırdı, kəndi dolanıb yenə  də  həyətə  gəlirdi, yenə  də  həyətdən 
çıxıb qaçırdı; Dolça özünə yer tapa bilmirdi. 
Ağababa, adətən, bu vaxtlar evdə olmurdu, amma bir dəfə Ağababa gecə işdən 
gələndə hamı yatmışdı, hətta, Ağabacı da istidən və  əsəbilikdən yorulub əldən 
düşmüşdü və paltarlı-paltarlı yerində uzanmışdı ki, Ağababanı gözləsin, amma yuxu 
aparmışdı Ağabacını; Ağababa həyətə girdi və birdən-birə Ağababaya elə gəldi ki, 
bu həyət onun həyəti deyil, tamam başqa bir həyətdi; həmin ağaclar idi, həmin bina 
idi, həmin hasar idi, amma bütün bunlar elə bil ki, yad idi və Ağababa axır vaxtlarda 
birinci dəfə həyəti gəzib dolaşdı, hər ağacını, hər kolunu əli ilə əkib-becərdiyi, hər 
bir daşına, çöpünə bələd olduğu bu həyət niyə Ağababaya belə gəldi, başa düşmədi, 
sonra gəlib həyətin aşağı başına – hinin yanına çıxanda gördü ki, Dolça hasarın 
üstündə dayanıb ona baxır. 
Həmin gecə ay çıxmışdı, ulduzlar çıxmışdı, göyün üzü tərtəmiz idi və bu 
aydınlıq gecədə Ağababa ilə Dolça bir müddət bir-birinə baxdı. Ağababa Dolçanın 
gözlərini ömründə bu cür görməmişdi, Dolçanın gözlərində bu qədər kədər, qəm, 
qüssə olmamışdı; Dolçanın gözlərində bir yazıqlıq, bir əlacsızlıq var idi və ən əsası, 
Ağababaya ən çox təsir edəni də bu idi ki, Dolçanın gözlərində bu dəm bir üzrxahlıq 
da var idi, elə bil Dolçanın qara gözləri həmin aydınlıq avqust gecəsində nəyə görəsə 
bağışlanmasını yalvarırdı, nəyinsə əvvəlcədən xəcalətini çəkirdi. 


 
132
Ağababa səhərə kimi narahat yatdı və Ağababa səhərə kimi ona görə narahat 
yatdı ki, Dolçanın bu baxışları gözlərinin qabağından getmirdi və Dolçanın bu 
baxışları  Ağababanın ürəyini sıxırdı, kişini darıxdırırdı, ürəyinə bir nigarançılıq 
salırdı; bu qara gözlər qara rənglərdən, qara daşlardan, qara məktublardan, qara 
göydən, qara dənizdən xəbər verirdi. 
Və o gecə Dolça hamı yatandan sonra hasarın üstündə uzanıb gözlərini dəniz 
kənarına, o tərəflərə ki, orada Gümüş Malikin kababxanası var idi, oralara dikmişdi. 
Gümüş Malikin kababxanası  kənddən xeyli aralıda, çimərliyin lap axır 
başında, qum təpəsinin üstündə idi. Bu kababxanada yay-qış kabab bişərdi və bütün 
bu tərəflərin yiyəsiz itləri Gümüş Malikin kababxanasının həndəvərində sülənərdi. 
Sümsük itlər bir tərəfdə durub müştərilərin yeyib-içdikləri süfrəni marıtlayardı  və 
kefi kök müştərilərin onlara atdığı kabab sümüklərini göydə qapardı, təpiyə, söyüşə, 
atılan daşa, taxtaya məruz qalardı, amma kababxananın həndəvərindən itilib 
getməzdi. Kəndin itləri bu sümsük itləri yaxın buraxmazdı  və bu itlər də ya 
qayalıqda avaralanardı, ya da qış-yay kababxananın  ətrafında olardı. Yay çağları 
kabab xüsusən çox bişərdi, çünki Bakıdan gələn müştərilər çox olardı və yay çağları 
bu həndəvərdəki sümsük itlər gözgörəti kökələrdi. 
Dolça səhəri hasarın üstündə beləcə açdı. Səhər Ağababa yerindən qalxıb işə 
gedəndə Ağabacıya: 
– Dolçaya yaxşı bax, – dedi və hindən üç toyuq çıxarıb kəsdi. 
Həmin gün Ağabacı da, Nuhbala da, Nailə, Firuzə, Kəmalə, Amalə, Dilşad, 
Böyükxanım da bildi ki, bu toyuqlar əslində Dolçaya görə kəsilib və buna görə də 
günorta toyuqların sümüklərini bir az üzdən yedilər, qığırdaqlar sümüklərin üstündə 
qaldı, boğazları  fəqərə-fəqərə, qabırğa sümüklərini bir-bir təmizləmədilər və bütün 
bu ləzzətli sümüklərin hamısını  Ağabacı xüsusi bir həvəslə  dəmir nimçəyə  yığıb 
Dolçaya apardı, nimçəni Dolçanın qabağına qoydu və bu dəm dünyanın  ən 
gözlənilməz hadisəsi baş verdi: Dolça sevinə-sevinə toyuqların qığırdaqlı 
sümüklərinin üstünə atılmadı, bir müddət gözlərini təəccübdən matı-qutu qurumuş 
Ağabacının gözlərinin içinə zillədi, sonra könülsüz-könülsüz ayağa qalxdı, nimçəni 
iylədi və nimçədəki bud sümüklərindən birini götürüb, yuxarısını dişlədi. 
Ağabacı bu işə məəttəl qaldı. 
Bir azdan tavada qızaran ətin qoxusu həyəti bürüdü. Əminə xanım tavada quzu 
qabırğası qızardırdı; həm quzu qabırğası qızardırdı, həm də gilas yeyə-yeyə 
şüşəbəndin pəncərəsindən həyətə baxırdı (Əminə xanım, demək olardı ki, otağa heç 
girmirdi, gününü elə şüşəbənddə keçirirdi və məsələ təkcə onda deyildi ki, şüşəbənd 
otağa nisbətən sərin olurdu – bu öz yerində, amma bir səbəb də var idi və o da 
bundan ibarət idi ki, hərdən otağın divarındakı şirin xofu Əminə xanımı basırdı, «– 
Gör bir nə çəkiblər də, evin içində, elə bil heyvanxanadı!»). 
Ofelya televizor əlində həyətdə ağacların arasında dolaşırdı və Ofelya gəlib 
iydə ağacının yanında dayananda Dolça qıza hürmədi, damın yanından ayağa qalxıb 
mırıldadı, o tərəf-bu tərəfə gəzişdi, sonra yenə damın yanında yerə çökdü. Ofelya 
gözlərinə inanmadı və Dolçanın ona hürməməyi Ofelyaya elə təsir etdi ki, qız 
əvvəlcə bilmədi nə eləsin, sonra Dolçanın qara gözlərinə baxdı və bu gözlərdə bir 
biganəlik gördü; Ofelya belə hiss elədi, amma, əslində, bu dəm Dolçanın qara 
gözlərində biganəlik yox, bir məğlubiyyət var idi; Ofelya əlindəki televizoru iydə 
ağacının dibinə atıb qaça-qaça şüşəbəndə çıxdı və Əminə xanımın boşqaba yığdığı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə