Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   57   58   59   60   61   62   63   64   ...   145

 
135
Dolça gözgörəti kökəlirdi və Dolça da Əminə xanım kimi, demək olar ki, 
həyətdən eşiyə çıxmırdı, gecə-gündüz həyətdə olurdu, düzdü, Ofelya daha Dolçadan 
doymuşdu və daha Dolçaya tez-tez dadlı yeməklər, kotlet, tavakabab, küftə və sairə 
gətirmirdi, hərdən-birdən xətri istəyəndə  və kefi gələndə öz artıqlarını, yemək 
istəmədiklərini Dolçanın qabağına atırdı, amma Dolça kökəlirdi, çünki axşamkı 
kababların bütün sümüklərini, şıntırlarını, yeyilməyib qabaqdan qalanların hamısını 
Dolça yeyirdi. 
Bəşir müəllim hər dəfə içi dolu həsir zənbillərlə həyətə girəndə Dolça o saat 
Bəşir müəllimin qabağına yüyürürdu, elə bil Dolça başa düşürdü ki, bütün bu dəm-
dəsgah, bu kabablar, bu çığırtmalar, bu qızartmalar əslində nə Ofelyanın, nə Əminə 
xanımın, nə  də ki, Kələntər müəllimin səbəbinədir, bütün bunlar, bax, bu kök 
kişinin, qarasaçlı, qarabığlı bu kişinin səbəbinədir və axır vaxtlar Bəşir müəllimə 
xüsusi yalmanırdı. 
Bir dəfə Bəşir müəllim içi ağzınacan dolu iki həsir zənbillə həyətə girəndə və 
Dolça da o saat Bəşir müəllimin qabağına qaçanda, Ofelya beş-altı gün bundan 
qabaq nazını çəkdiyi Dolça barədə qəti fikrini söylədi: 
– Çox sırtıq itdi bu it! 
Bəşir müəllim Dolçanın belə bir xüsusi diqqətindən elə bil ki, xoşhallanırdı və 
xeyli feyziyab olurdu; bu dəfə də Bəşir müəllim mərhəmətlə gülümsəyib: 
– Allahın heyvanıdı da! – dedi. – Sonra həsir zənbillərdən birinin içindən bir 
yekə kolbasa parçası çıxarıb Dolçanın qabağına atdı. 
Dolça elə bil qorxurdu ki, birdən-birə ikinci bir şəriki peyda ola bilər və 
tikələri az qala diri-diri udaraq həyətin qumuna bulaşmış yekə kolbasa parçasını 
yarım dəqiqənin içində yeyib qurtardı  və  şüşəbəndin altında oturub soğanbozbaşı 
üçün baş soğan təmizləyən Ağabacı bütün bunları gördü, eşitdi və hiss etdi ki, qəhər 
onu boğur, bu saat ağlayacaq, niyə  ağlayacaq, bunu dəqiq deyə bilməzdi, amma 
gördü ki, bu saat ağlayacaq, əlindəki soğanı tələsik nimçənin içinə atıb ayağa qalxdı, 
şüşəbəndin altından çıxdı, sonra da həyətdən çıxdı, heç bilmədi ki, niyə çıxdı. 
Dolça çalışırdı ki, Ağababanın gözünə görünməsin və  Ağababa həyətə girən 
kimi, Dolça yox olurdu, hərdən də kənarda dayanıb oğrun-oğrun Ağababaya baxırdı 
və bu zaman Dolçanın qara gözlərinin lap dibindən bir kədər axıb gəlirdi. 
 
VIII 
 
Avqustun axırına az qalırdı və Ağabacı indi günləri yox, saatları sayırdı, həm 
də  Ağabacı  nəsə bir nigarançılıq içində idi, elə bil inana bilmirdi ki, bu adamlar 
buradan çıxıb gedəcəklər, yenə bu həyətdə özlərindən başqa heç kim olmayacaq; elə 
bil Ağabacı inana bilmirdi ki, haçansa bu kabab iyi, cürbəcür xörəklərin  ətri 
buralardan yox olub gedəçək, o yoğun səsli qız başıbatmış, daha Məcnunu 
çağırmayacaq və Məcnun da ona çavab verməyəcək, Qəninin başına daş düşəcək və 
səsi kəsiləcək. 
Və elə bil bütün bunlar azmış kimi, bir gün elə bir əhvalat baş verdi ki, 
Ağabacı bilmədi başına nə çarə  qılsın, bilmədi dərdini kimə desin və özünü necə 
aparsın. 


 
136
Həmin gün səhərdən bir az keçmiş  Bəşir müəllim həmişəki kimi, getdi ki, 
klubun yanında taksi tutsun və Bakıya işə getsin, bir azdan Kələntər müəllimin 
qırmızı «Jiquli»si gəlib darvazanın yanında dayandı  və  Kələntər müəllim Adili 
maşına mindirib həmişəki kimi Bakıya apardı;  Əminə xanım  şüşəbəndin 
pəncərəsindən başını çıxarıb ala gözləri ilə qırmızı «Jiquli»ni yola saldı, sonra yenə 
də  həmişəki kimi, Ofelya günorta payını yatmaq üçün şüşəbəndə qalxdı, amma 
Əminə xanım özü açma-yığma çarpayını  şüşəbənddən aşağı düşürüb Ofelyanın 
yerini tüt ağacının altında saldı  və dedi ki, bundan sonra günortalar Ofelya burda 
yatacaq, çünki hava qəbul eləmək lazımdı və Ofelya bu təzə fikirdən çox razı qalıb, 
həvəslə tut ağacının altında yatdı. Çox çəkmədi ki, Kələntər müəllimin qırmızı 
«Jiquli»si yenə  gəlib darvazanın qabağında dayandı  və  şüşəbəndin altında ləyəni 
taxta kətilin üstünə qoyub Nuhbalanın köynəklərini yuyan Ağabacı (qızlar öz 
paltarlarını özləri yuyurdu) əvvəlcə buna fikir vermədi. Adil maşında yox idi, 
Kələntər müəllim tək idi və  Kələntər müəllim qırmızı «Jiquli»dən düşüb suçlu 
adamlar kimi o tərəf-bu tərəfə baxanda Ağabacı, nədənsə, özünü narahat hiss etdi, 
bir  şübhə bürüdü ürəyini, sonra Kələntər müəllim tut ağacının altında günorta 
yuxusuna getmiş Ofelyanın yanından ötüb-keçəndə Dolça damından çıxıb bu arıq, 
uzun kişinin qabağına yüyürdü, amma Kələntər müəllim yavaşcadan acıqla «– Rədd 
ol! Rədd ol!» pıçıldadı  və  tələsik  şüşəbəndə qalxdı, bundan sonra Əminə xanım 
başını şüşəbəndin pəncərəsindən çıxarıb o tərəf-bu tərəfə baxdı və bundan da sonra 
şüşəbənddən Əminə xanımın gülməyinin səsi gəldi, sonra sükut çökdü, özü də bu elə 
bir sükut idi ki, çox şeydən xəbər verirdi. 
Ağabacının iki əli də  ləyənin içində qalmışdı, qolları titrəyirdi və  Ağabacı 
bütün içini, bütün bədənini bürümüş həyəcandan belini düzəldə bilmirdi. 
Dolça damın yanına gəldi və başını qaldırıb bir müddət  şüşəbəndə baxdı, 
amma bu dəfə  şüşəbənddən bişmiş iyi gəlmirdi, sonra Dolça tut ağacının altında 
yatan Ofelyaya baxdı  və Dolça da damın yanında yerə uzanıb mürgü döyməyə 
başladı. 
Şüşəbənddən pıçıltı səsləri gəldi, sonra bir hənirti eşidilməyə başladı, sonra da 
şüşəbəndin pilləkənə açılan qapısının cəftəsi bağlandı. 
Ağabacı  şüşəbəndin altında ürəyi uçuna-uçuna öz-özünə: «– Vay, ciyərüvüz 
yansın sizün! Yansun ciyərüvüz! Köpək uşağı! Əclaf uşağı, əclaf! Qəhbəymiş ki, bu 
qancıq!..» – dedi və istədi ki, şüşəbəndə qalxıb bu dalı yekə arvadı biabır eləsin, 
amma Ağabacı bu rüsvayçı  əhvalata görə özünü elə itirmişdi ki, yerindən tərpənə 
bilmirdi, təkcə buna şükür eləyirdi ki, nə yaxşı ki, uşaqlardan heç kim evdə yoxdu, 
qızlardan evdə olanı olsaydı, bu rüsvayçılığa  dözmək olmazdı. 
Ağabacı bu əhvalatı heç kimə demədi və bu əhvalat Ağabacının içini yandıra-
yandıra özündə qaldı. 
Sabahkı gün Bəşir müəllim yenə taksi tutub Bakıya getdi, bir azdan yenə 
qırmızı «Jiquli» gəlib darvazanın yanında dayandı və Kələntər müəllim yenə Adili 
maşına mindirib apardı, Əminə xanım yenə günorta yatmaq üçün Ofelyanın yerini 
tut aqacının altında saldı və Ağabacı təcili surətdə qızların hamısını dənizdə 
çimməyə göndərdi (qızlar başa düşmədi ki, nə olub belə və Ağabacı niyə belə cidd-
cəhd edir?), çünki, doğrudan da, bir azdan qırmızı «Jiquli» təzədən gəlib darvazanın 
qabağında dayandı və Kələntər müəllim yenə oğrun-oğrun, o tərəf-bu tərəfə baxa-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə